Birinci səviyyədə o kor-koranə xarakter daşıyır və daha çox zahiri əlamətlərin
təqlid olunması kimi özünü göstərir. Dilimizdə olan yamsılama sözü məhz bu cəhəti
təsbit edir.
İkinci səviyyədə təqlidin motivləri köklü surətdə dəyişilir. Onlar insanın
bilavasitə sərvət meyllərini ifadə etməyə başlayır, təqlid daxili təhriklə şərtlənir.
7.4. Şayiə problemi Bəzən müəyyən bir informasiya əhali arasında rəsmi şəbəkələr vasitəsilə deyil,
sadəcə olaraq dildən-dilə gəzməklə kortəbii surətdə yayılır. Bu fenomen şayiə adı ilə
insanlara çoxdan məlumdur. Lakin o, sosial-psixoloji planda diqqəti XX əsrin 20-30-cu