eksperiment, praktika.
Problemin elmşünaslıq baxımından təhlili göstərir ki, başqa sahələrdə olduğu kimi sosial
psixologiyada da fundamental tədqiqatların əhəmiyyəti nəinki azalmır, əksinə, elmi-texniki
tərəqqi dövründə daha da artır və onlar bu şəraitdə tətbiqi tədqiqatların inkişafında mühüm rol
oynamağa başlayırlar.
Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
135
Tətbiqi tədqiqatlar elmin differensiasiyası prosesləri ilə bilavasitə bağlıdır.
Hal hazırda sosial-psixoloji axarda sənaye, təbliğat, nigah-ailə münasibətləri, xidmət
sahələri və s.də tətbiqi tədqiqatlar aparılır. Yaş, pedaqoji, kosmik, hərbi, mühəndislik, idman,
kommunal, siyasi, ticarət, incəsənət psixologiyası və s.də tətbiqi sosial-psixoloji problemlərə
daha çox diqqət yetirilir.
Sosial psixologiyada da tətbiqi tədqiqatlar əsasən iki istiqamətdə aparılır. Birinci
istiqamət üçün başlıca cəhət ondan ibarətdir ki, tətbiqi problemlər fundamental tədqiqatlar
əsasında ayırd edilir və ya fundamental tədqiqatların nəticələri bilavasitə praktikaya tətbiq
olunur. Müxtəlif elmlərin inkişaf tarixi göstərir ki, birinci istiqamət tətbiqi tədqiqatların
səmərəliliyi baxımından da böyük imkanlara malikdir: fundamental tədqiqatlar vasitəsilə kəşf
edilmiş və ya müəyyən olunmuş qanunauyğunluqların praktikaya tətbiq olunması üçün bu
zaman əlverişli şərait yaranır.
Tətbiqi tədqiqatların inkişafında ikinci istiqamət də mühüm yer tutur: bu istiqamət
daxilində tətbiqi tədqiqatlar bilavasitə fundamental tədqiqatların nəticəsi kimi deyil, praktik
tələbatlar əsasında meydana çıxır. Bu zaman xalq təsərrüfatı və mədəniyyətin müxtəlif sahələri
tətbiqi sosial psixoloji tədqiqatlara sponsorluq edir, xüsusi qrantlar ayırır və maliyyələşdirir və
bununla da elmin inkişafı üçün əlverişli şərait yaradırlar. Həmin istiqamət çərçivəsində tətbiqi
sosial-psixoloji tədqiqatların bəzi xüsusiyyətləri il tanış olaq.
Ictimai həyatın ayrı-ayrı sahələrində cəmiyyətin obyektiv inkişaf qanunlarına müvafiq
olaraq müxtəlif praktik məsələlər meydana çıxır. Bu zaman elə bir vəziyyət yaranır ki, elmdə
(bizim misalımızda sosial psixologiyada) hələ öyrənilməmiş hər hansı bir məsələ ölkənin və
ya ictimai həyatın konkret bir sahəsinin bu və ya digər inkişaf mərhələsində böyük praktik
əhəmiyyət kəsb edir. Tətbiqi problemlərin həlli baxımından burada iki yol vardır: praktika ya
“oturub” həmin problemin elmdə haçansa həll olunacağı günü gözləməli, ya da özünün inkişafı
naminə problemin tezliklə həll olunması üçün təsirli yol tapmalıdır. Müasir dövrdə praktika
məhz ikinci yola üstünlük verir. Bilavasitə yaranmış praktik tələbatların təmin olunması
məqsədilə aparılan tətbiqi sosial-psixoloji tədqiqatlar da bu zəmində meydana çıxmışdır.
Tətbiqi tədqiqatlar, adətən, aşağıdakı kimi təşkil olunur: praktik tələbat dərk olunan kimi
müəyyən bir ictimai institut və ya müəssisə tərəfindən müvafiq elmi təşkilata sifariş verilir;
sifarişi icra etmək üçün dövlət büdcəsi və ya təsərrüfat qaydası ilə xüsusi elmi qruplar yaradılır
(sifarişin əhəmiyyətindən asılı olaraq, tətbiqi tədqiqatlar müxtəlif səviyyələrdə təşkil olunur).
Son illərin təcrübəsi göstərir ki, sosial-psixoloji tətbiqi tədqiqatların nəzəri səviyyəsi
aşağı olduqda, onların praktik səmərəsi son dərəcə məhdud xarakter daşıyır və mahiyyət
etibarilə, istənilən nəticəni vermir. Halbuki sosial psixologiyanın bir elm kimi nüfuzu bilavasitə
|