Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə258/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   254   255   256   257   258   259   260   261   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

eksperiment, praktika
Problemin elmşünaslıq baxımından təhlili göstərir ki, başqa sahələrdə olduğu kimi sosial 
psixologiyada  da  fundamental  tədqiqatların  əhəmiyyəti  nəinki  azalmır,  əksinə,  elmi-texniki 
tərəqqi dövründə daha da artır və onlar bu şəraitdə tətbiqi tədqiqatların inkişafında mühüm rol 
oynamağa başlayırlar.  


Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
135
Tətbiqi tədqiqatlar elmin differensiasiyası prosesləri ilə bilavasitə bağlıdır. 
Hal  hazırda  sosial-psixoloji  axarda  sənaye,  təbliğat,  nigah-ailə  münasibətləri,  xidmət 
sahələri və s.də tətbiqi tədqiqatlar aparılır. Yaş, pedaqoji, kosmik, hərbi, mühəndislik, idman, 
kommunal, siyasi, ticarət, incəsənət psixologiyası və s.də tətbiqi sosial-psixoloji problemlərə 
daha çox diqqət yetirilir. 
Sosial  psixologiyada  da  tətbiqi  tədqiqatlar  əsasən  iki  istiqamətdə  aparılır.  Birinci 
istiqamət  üçün  başlıca  cəhət  ondan  ibarətdir  ki,  tətbiqi  problemlər  fundamental  tədqiqatlar 
əsasında  ayırd  edilir  və  ya  fundamental  tədqiqatların  nəticələri  bilavasitə  praktikaya  tətbiq 
olunur.  Müxtəlif  elmlərin  inkişaf  tarixi  göstərir  ki,  birinci  istiqamət  tətbiqi  tədqiqatların 
səmərəliliyi baxımından da böyük imkanlara malikdir: fundamental tədqiqatlar vasitəsilə kəşf 
edilmiş  və  ya  müəyyən  olunmuş  qanunauyğunluqların  praktikaya  tətbiq  olunması  üçün  bu 
zaman əlverişli şərait yaranır. 
Tətbiqi  tədqiqatların  inkişafında  ikinci  istiqamət  də  mühüm  yer  tutur:  bu  istiqamət 
daxilində tətbiqi tədqiqatlar bilavasitə fundamental tədqiqatların nəticəsi kimi deyil, praktik 
tələbatlar əsasında meydana çıxır. Bu zaman xalq təsərrüfatı və mədəniyyətin müxtəlif sahələri 
tətbiqi sosial psixoloji tədqiqatlara sponsorluq edir, xüsusi qrantlar ayırır və maliyyələşdirir və 
bununla da elmin inkişafı üçün əlverişli şərait yaradırlar. Həmin istiqamət çərçivəsində tətbiqi 
sosial-psixoloji tədqiqatların bəzi xüsusiyyətləri il tanış olaq. 
Ictimai həyatın ayrı-ayrı sahələrində cəmiyyətin obyektiv inkişaf qanunlarına müvafiq 
olaraq müxtəlif praktik məsələlər meydana çıxır. Bu zaman elə bir vəziyyət yaranır ki, elmdə 
(bizim misalımızda sosial psixologiyada) hələ öyrənilməmiş hər hansı bir məsələ ölkənin və 
ya  ictimai  həyatın  konkret  bir  sahəsinin  bu  və  ya  digər  inkişaf  mərhələsində  böyük  praktik 
əhəmiyyət kəsb edir. Tətbiqi problemlərin həlli baxımından burada iki yol vardır: praktika ya 
“oturub” həmin problemin elmdə haçansa həll olunacağı günü gözləməli, ya da özünün inkişafı 
naminə problemin tezliklə həll olunması üçün təsirli yol tapmalıdır. Müasir dövrdə praktika 
məhz  ikinci  yola  üstünlük  verir.  Bilavasitə  yaranmış  praktik  tələbatların  təmin  olunması 
məqsədilə aparılan tətbiqi sosial-psixoloji tədqiqatlar da bu zəmində meydana çıxmışdır. 
Tətbiqi tədqiqatlar, adətən, aşağıdakı kimi təşkil olunur: praktik tələbat dərk olunan kimi 
müəyyən bir ictimai institut və ya müəssisə tərəfindən müvafiq elmi təşkilata sifariş verilir; 
sifarişi icra etmək üçün dövlət büdcəsi və ya təsərrüfat qaydası ilə xüsusi elmi qruplar yaradılır 
(sifarişin əhəmiyyətindən asılı olaraq, tətbiqi tədqiqatlar müxtəlif səviyyələrdə təşkil olunur). 
Son  illərin  təcrübəsi  göstərir  ki,  sosial-psixoloji  tətbiqi  tədqiqatların  nəzəri  səviyyəsi 
aşağı  olduqda,  onların  praktik  səmərəsi  son  dərəcə  məhdud  xarakter  daşıyır  və  mahiyyət 
etibarilə, istənilən nəticəni vermir. Halbuki sosial psixologiyanın bir elm kimi nüfuzu bilavasitə 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin