Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
2. Sənaye psixologiyasının tətbiqi problemləri Sənaye psixologiyasının tətbiqi problemləri müxtəlifdir: (1) müəssisələrəd kadrların
komplektləşdirilməsi, (2) qrupların optimal həcminin müəyyən edilməsi, (3) qrşılıqlı
münasibətlərin təkmilləşdirilməsi və (4) əlverişli sosial-psixoloji iqlimin yaradılması, (5) gənc
fəhlələrin istehsal şəraitinə uyğunlaşdırılması şərtləri, (6) şəxsiyyətin əmək fəaliyyətinin
motivasiyası və əməyin stimullaşdırılmasının sosial-psixoloji problemləri, (7) istehsalat
konfliktləri və onların tənzim edilməsi, (8) müəssisəyə rəhbərliyin sosial-psixoloji problemləri,
(9) sənaye müəssisələrində müvəffəqiyyətlə həll edilən tətbiqi sosial-psixoloji problemlərin
tam olmayan siyahısı belədir. Onları mahiyyət etibarı ilə iki böyük sahəyə ayırmaq olar: 1)
istehsalın idarə olunması və əməyin elmi təşkili problemləri və 2) istehsalat kollektivlərinin
formalşaması və inkişafı problemləri. Sənaye sahəsində praktik psixoloqların əsas vəzifələri
də həmin istiqamətlərdə meydanda çıxan tətbiqi problemlərin həlli ilə bağlıdır.