Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
1. Sosial psixologiyada tətbiqi tədqiqatların xüsusiyyətləri Elmi-texniki tərəqqi dövrünün səciyyəvi xüsusiyyətlərindən biri ondan ibarətdir ki, elm
cəmiyyətin nəinki sosial, həm də iqdisadi həyatına nüfuz edir, bilavasitə məhsuldar qüvvəyə
çevrilir; elmi-texniki fikrin nailiyyətləri sənayenin, kənd təsərrüfatının, maarifin, səhiyyənin
və s. inkişafında mühüm rol oynayır. Bütün elm sahələrində olduğu kimi, psixoloji tədqiqatın
metodologiyası və metodikasında da bu zəmində elmin praktik məqsədlərini xüsusi nəzərə
alan, həm də sadəcə olaraq bununla məhdudlaşmayıb nəzəriyyə ilə praktikanın üzvi əlaqəsini
ehtiva edən yeni paradiqmalar əmələ gəlmişdir (Q.M.Andreeva, 374-375).
30-cu illərdə psixoloji tədqiqata verilən tələbləri Kurt Levin belə ifadə etimişdi:
nəzəriyyəsiz eksperiment həm kordur, həm də kar. Bu, psixoloji tədqiqatın metodologiyası və
metodikasında uzun müddət əsas prinsiplərdən biri kimi bərqərar olmuşdur. Lakin elmi texniki
tərəqqi dövründə psixoloji tədqiqatın metodologiyası və metodikasında da köklü dəyişikliklər
yarandı. Müasir dövrdə onun ən başlıca paradiqması aşağıdakından ibarətdir: nəzəriyyə,