Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 133
edir. Bu iki cəhət həmişə vəhdətdə təzahür etsə də, adi şüur səviyyəsində onun etik-
mənəvi aspektlərinə daha çox diqqət yetirilir.
Moda ünsiyyətin spesifik formasıdır. Özünün bu xüsusiyyətlərinə görə moda müxtəlif funksiyalar ifadə edir:
1. Moda, hər şeydən əvvəl, uşaqların sosializasiyası prosesinin təsirli
vasitələrindən biridir.
2. Modanın kommunikativ funksiyası onda ifadə olunur ki, o, insanlar arasında
özünəməxsus informasiya vasitəsinə çevrilir.
Müəyyən edilmişdir ki, modanın inkar olunduğu, kobud surətdə qadağan edildiyi
ailələrdə böyümüş uşaqlarda, sonralar əlverişli şərait yarandıqda, modaya ifrat
münasibət asanlıqla əmələ gəlir. Bundan başqa, (3) moda ayrı-ayrı hallarda
şəxsiyyətin kifayət qədər təmin edilməmiş sosiogen tələbatlarını kompensasiya (əvəz)
edir. Yetim uşaqların bəzək elementlərindən daha çox istifadə etməsi faktını
xatırlasaq, fikrimiz aydın olar. Bu nöqteyi-nəzərdən (4) moda əlverişli şəraitdə insanın
özünü təsdiqetmə, başqalarının diqqətini cəlbetmə, nüfuzunu artırma vasitəsinə
çevrilir.
Beləliklə də, biz ünsiyyət prosesində psixoloji təsir vasitələrini nəzərdən
keçirdik. Onlardan hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Lakin canlı ünsiyyət
prosesində təhlil etdiyimiz psixoloji təsir vasitələri qarşılıqlı əlaqədə meydana çıxırlar.
Onlardan biri və ya bir neçəsi digərinin formalaşmasında bilavasitə iştirak edir. Təqlid
və təlqinin rolunu nəzərə almadan psixoloji sirayətin mahiyyətini başa düşmək çətindir.
Şayiənin yayılması bu və ya digər dərəcədə psioloji sirayətlə əlaqədardır. Psixoloji
sirayət, təqlid və təlqin proseslərindən hər biri modanın mənimsənilməsində
özünəməxsus rol oynayır.