Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə254/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   250   251   252   253   254   255   256   257   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

7.5. Moda haqqında.  
Moda  termini  modus  (latınca  ölçü,  tərz,  qayda  deməkdir)  sözündən  əmələ 
gəlmişdir. XVII əsrdən etibarən fransız və italyan ədəbiyyatında mode (fransızca) və 
ya moda, modo (italyanca) formasında həmin terminlə başlıca olaraq məişət, geyim, 
mebel,  saçın  düzəldilməsi  və  davranış  sahəsində  özünü  göstərən  xüsusi  sosial-
psixoloji fenomeni ifadə etməyə başlamışlar. B.D.Parıginin müşahidələrinə görə, rus 
dilində  moda  sözü  I  Pyotrun  dövründə  işlənilməyə  başlamış  və  ilk  rus  lüğətlərində 
təsbit  edilmişdir.  Azərbaycan  dilində  moda  sözü  nisbətən  sonrakı  dövrlərdə 
vətəndaşlıq hüququ qazanmışdır. Bizim dilimizdə uzun müddət onun qarşılığı kimi dəb 
sözü işlənilmişdir və indi də “dəb salmaq”, “dəbə düşmək” kimi söz birləşmələrində 
geniş  işlənir.  İngilis  dilində  XV  əsrin  əvvəllərindən  başlayaraq  indiyə  qədər  moda 
mənasında  fashion  (latınca  facere,  faction  sözündəndir)  işlənilir;  mode  sözü  isə 
nisbətən az, həm də əksərən “adət” (dəb) mənasında işlənilir. 
Moda  standartlaşmış  kütləvi  davranışın  spesifik  və  son  dərəcə  dinamik 
formasıdır.  O,  cəmiyyətdə  üstünlük  təşkil  edən  əhvalların,  sürətlə  dəyişən  zövq  və 
əyləncə  vasitələrinin  təsiri  ilə,  əsasən  kortəbii  surətdə  əmələ  gəlir.  Modanın 
yayılmasında  kinofilmlər,  kütləvi  jurnallar,  moda  festivalları,  o  cümlədən  məşhur 
altyorlar,  idmançılar  və  s.  mühüm  rol  oynayır.  Bu  sahədə  reklam  vasitələrindən 
xüsusilə geniş istifadə olunur. 
Moda  universal  xarakter  daşısa  da,  onun  ayrı-ayrı  adamlar  tərəfindən,  hətta 
kortəbii  surətdə  mənimsənilməsinin  xüsusiyyətlərini  yalnız  şəxsiyyət  psixologiyası 
baxımından  ətraflı  təhlil  etmək  olar.  Bu  cəhətdən,  birinci  növbədə, modanın  zövqlə 
qarşılıqlı  əlaqəsi  diqqəti  daha  çox  cəlb  edir.  Zövq  psixoloji  aspektdə  mürəkkəb 
fenomendir. O, nəinki şəxsiyyətin xarici aləmə estetik, həm də etik münasibətini ifadə 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin