Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə249/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   245   246   247   248   249   250   251   252   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
130
Təqlid.  Ünsiyyət  prosesində  insanların  bir-birinə  təsirinin  psixoloji  vasitələri 
içərisində sirayət və təlqinlə yanaşı təqlid də özünəməxsus yer tutur. O, sosial-psixoloji 
fenomen kimi hər hansı bir adamın hərəkətini, işini və ya davranışını başqasının təkrar 
yamsılaması (oxu: təkrar etmə) kimi meydana çıxır. 
Təqlid  faktının  təhlili  məntiqi  cəhətdən  tamamilə  əsaslı  olan  bir  məsələni 
aydınlaşdırmağı tələb edir; insan kimi, nə üçün və necə təqlid edilir? 
Tərbiyə prosesində həmişə bu üç suala cavab axtarmaq lazımdır. Lakin burada 
həmin  sualları  başa  düşmək  üçün  əhəmiyyətli  olan  bir  ümumi  cəhətə  diqqəti  cəlb 
etmək istərdik: təqlid prosesində həm koqnitv, həm də affektiv cəhətləri fərqləndirmək 
lazımdır.  Onlar  təqlid  şəraitində  özünəməxsus  etalon  rolunu  oynayır.  İnsan  adətən 
başqa  adamda  məhz  bu  etalonlara  müvafiq  cəhətləri  gördükdə,  onu  təqlid  etməyə 
başlayır. Koqnitiv və affektiv etalonlar bütövlükdə insanın sərvət meylərini, məsələn, 
ən qiymətli keyfiyyətlər haqqında təsəvvür və anlayışlarını əks etdirir. İnsanda təqlid 
obyektinə seçici-emosional münasibət məhz bu zəmində formalaşır. 
Təqlid  ictimai  təcrübənin  mənimsənilməsi  yollarından  biridir.  O,  ontogenetik 
inkişafın ilk mərhələlərində xüsusilə böyük əhəmiyyət kəsb edir. Ananın körpə uşaqla 
ilk  ünsiyyəti  onun  təqlid  yolu  ilə  sosial  təcrübəni  mənimsəməsi  üçün  əlverişli  şərait 
yaradır. Yəni uşaq yaşlı adamları və başqa uşaqları təqlid etmək vasitəsilə müəyyən 
əşyalarla  əməliyyatları,  özünüxidmət  vərdişlərini,  davranış  normalarını  mənimsəyir, 
nitqə yiyələnir. 
Müxtəlif  yaş  qruplarında  təqlidin  mexanizmləri  eyni  deyildir.  Yaşlı  adamlarda 
təqlid  müəyyən  peşə  fəaliyyəti  sahələrində  (idmanda,  incəsənətdə  və  s.-də) 
öyrənmənin özgün ünsürü kimi özünü göstərir. 
Bu baxımdan təqlidin iki səviyyəsini fərqləndirmək məqsədəuyğundur: 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin