Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə263/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   259   260   261   262   263   264   265   266   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
138
şübhəli şəxsin, caninin və s. sosial-psixoloji xarakteristikası, dindirmə, axtarış, həbsdən azad 
olmuş şəxsin readaptasiyası kimi sosial-psixoloji problemlər diqqəti daha çox cəlb edir. Belə 
bir  nəticə  çıxarmaq  üçün  tam  əsas  vardır  ki,  gələcəkdə  hüquq  sahəsində  psixoloji  xidmətin 
inkişafı həmin problemlərin həlli ilə bilavasitə bağlı olacaqdır.  
4. Xidmət sahəsinin tətbiqi sosial-psixoloji problemləri 
Xidmət sahəsi geniş anlayışdır: o, ticarət, ictimai iaşə, kommunal-məişət xidməti (satıcı, 
kassir,  fotoqraf,  televizor  ustası,  dərzi,  bərbər,  ofisiant,  mehmanxana  növbətçisi  və  s.)  kimi 
olduqca müxtəlif sahələri əhatə edir. Çoxsaylı nəqliyyat müəssisələrində, səhiyyədə, mədəni-
maarif müəssisələrində və s.-də də xidmət işçilərinin böyük bir qrupu fəaliyyət göstərir. 
Beləliklə də, xidmər sahəsində, iqtisadi, təşkilati və əmtəəşünaslıq problemləri ilə yanaşı 
psixoloji  amillər-insan  amili  xüsusi  aktuallıq  kəsb  edir.  “Mədəni  xidmət”  paradiqmasında 
yeni meyarlar-psixoloji meyarlar mühüm yer tutur. Çox maraqlıdır ki, əksər hallarda, məsələn, 
alıcının  əhvalının  formalaşmasında  ərzağın  keyfiyyətindən  daha  çox  xidmətin  psixoloji 
səviyyəsi, satıcının alıcını xoş üzlə yola salması daha təsirli rol oynayır. “Teatr asılqandan 
başlayır” kəlamının psixoloji mənası da elə bundan ibarətdir. 
Sosial  psixologiyada  xidmət  sahəsinin  psixologiyası  məsələləri  hələ  XIX  əsrin 
sonlarından etibarən öyrənilməyə başlanılmışdır. 20-ci illərdə də bu sahədə maraqlı tədqiqatlar 
aparılmışdır. Lakin sonralar uzun müddət bu məsələlər diqqəti cəlb etməmişdir. Hal-hazırda 
xidmət  sahəsi  psixologiyasının,  onun  daxilində  isə  ticarət  psixologiyasının  və  kommunal 
psixologiyanın psixologiya elmində nisbətən müstəqil sahə kimi formalaşması prosesi gedir. 
Ticarət  psixologiyasının,  xüsusilə,  reklam  psixologiyasının  inkişaf  tarixi  nisbətən 
“böyükdür”.  Xidmət  sahəsi  psixologiyasında  ilk  tətbiqi  tədqiqatlar  da  ticarət  psixologiyası 
istiqamətində aparılmışdır.  
Ticarət sahəsində qrupdaxili təlqin ilə yanaşı, yoluxma, təşviş, şayiə kimi sosial-psixoloji 
fenomenlər də müxtəlif formalarda meydana çıxır. Bunlardan hər biri əslində təbii-psixoloji 
eksperiment  kimi  diqqəti  cəlb  edir.  Onların  öyrənilməsi  təkcə  ticarətin  təşkili  baxımından 
maraqlı  deyildir.  Həmin  sosial-psixoloji  amillərə  həm  də  geniş  sosial-iqtisadi  baxımdan 
yanaşmaq lazımdır. 
Ticarətin tətbiqi sosial-psixoloji problemləri müxtəlifdir. Bu cəhətdən, birinci növbədə, 
ticarət  işçiləri  mühitində  mikroiqlimin  müəyyən  edilməsinin  və  təkmilləşdirilməsinin 
əhəmiyyətini  qeyd  etmək  lazımdır.  “Mağaza  müdiri-satıcılar”,  “satıcı-satıcı”  tipli 
münasibətlərin  xarakterini  ətraflı  öyrənmək  nəinki  kollektivin  psixoloji  simasını  öyrənmək, 
həm də sosial-psixoloji profilaktika və məsləhət üçün tövsiyələr işləmək imkanı verir. 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin