Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 139
Ticarətin tətbiqi sosial-psixoloji problemləri içərisində əhalinin tələbatlarının
öyrənilməsi, onların formalaşdırılması vasitələrinin işlənilməsi, satıcı və müştərilərin davranış
xüsusiyyətlərinin təhlili və s. kimi məsələlər mühüm yer tutur. Onların bir çox problemlərinin
həlli reklam psixologiyası ilə bilavasitə bağlıdır.
Reklam psixologiyası hələ əsrin əvvəllərində ABŞ-da formalaşmışdır. Reklam
nəzəriyyəsi, iqtisadi nəzəriyyələr, sosioloji konsepsiya, mədəni antropologiya, siyasi elmlər,
dilçilik və s.-nin məlumalarından istifadə etsə də, onun əsas mənbəyini ümumi və sosial
psixologiya təşkil etmişdir.
Mahiyyət etibarilə reklam istehlakçının davranışını dəyişmək təşəbbüsü kimi özünü
göstərir. Bu həqiqət dərk olunanda reklam nəzəriyyəsi və təcrübəsində psixoloji faktorlara
xüsusi diqqət yetirməyə başladılar. Müştəriləri istehsala hazırlanan məhsullarla
maraqlandırmaq üçün onlaırn motivasiyasına təsir göstərmək lazım idi. Müəyyən edildi ki,
müxtəlif şəkildə tərtib olunmuş və qablaşdırılmış iki oxşar məhsul istehlakçılarda müxtəlif
münasibət əmələ gətirir, reklam xassələri ilə bir-birindən seçilir. Bu baxımdan reklam
təcrübəsində əşyaların formasına və qablaşmasına böyük əhəmiyyət verilir. Reklam
psixologiyasının əsas müddəası bundan ibarətdir ki, guya real gerçəklik insanların qarşısında
ancaq psixoloji reallıq kimi, yəni başlıca olaraq onların qavrayışının məhsulu kimi canlanır.
Bəzi psixoloqlaırn fikrincə, insanlara təsir etmək üçün ancaq onların qavrayış obrazlarını
tənzim etmək üsullarını tapmaq lazımdır. XX əsrdə reklam psixologiyasının əsas üsulları bu
məqsədə tabe edilmişdir. Dizaynın inkişaıf kökündə reklam təcrübəsinin məzmununda yeni
meyillər əmələ gəlməyə başlamışdır.