xəbərdaredici,
qadağanedici,
bərpaedici
(əvəzi
ödənilən),
cəzaverici,
mükafat-landırıcı, hüquqverici, icazəverici, məcburedici.
Ekologiya hüququ müstəqil hüquq sahəsi olmaqla yanaşı, onun başqa hüquq
sahələri ilə də çox sıx əlaqəsi vardır. Bu hüquq sahələrinə aşağıdakılan misal
göstərmək olar:
- dövlət hüququ;
-
konstitusiya hüququ;
-
roma hüququ;
-
inzibati hüquq;
-
mülki hüquq;
-
cinayət hüququ;
-
aqrar hüquq;
-
sahibkarlıq hüququ;
-
beynəlxalq hüquq və s.
Sadalanan hüquq sahələrinin hər birinin predmeti və metodu ekologiya hüququn
predmeti və metodu ilə müəyyən oxşarhğa malikdir. Belə ki, dövlət hüquq
nəzəriyyəsinin bir çox nəzəri məsələlərindən yararlanan ekologiya hüququ
Konstitu-siya normaları, icra orqanlanmn fəaliyyət prinsipləri ilə daha çox
ə
laqədardır. Roma hüququna görə insanların təbii hüquqlarmdan hesab olunan
ekologiya hüququ, təbii ehtiyatlar üzərində mülkiyyət hüququ, mülkiyyətin müxtəlif
növləri baxımından və dəymiş ziyanm ödənilməsi baxımından mülki hüquqla,
mənfəət götürmək məqsədi ilə təbii ehtiyatlardan istifadə etməklə sahibkarhq hüququ
ilə daha da yaxınlaşır.
İ
darəetmə, nəzarət, inzibati cəzalandırma, inzibati məsuliyyət - inzibati hüquqa
aid olsa da, ətraf mühitin mühafı-zəsində əsas ekoloji-hüquqi mexanizm hesab
olunur.
Təbii ehtiyatlardan səmərəsiz istifadə və ətraf mühitə dəymiş ziyan cinayət
hüququnun normaları ilə tənzimlənir.
Atmosfer havası, yerin ozon qatı, qütb əraziləri, dünya okeanı, neytral sular,
kosmos kimi təbii ehtiyatlar heç bir dövlətə mənsub olmayıb, bəşəriyyətin təbii
sərvəti hesab olundugu üçün beynəlxalq ekologiya hüququnun predmetinə daxil
edilmişdir. Bu sahədəki beynəbcalq əlaqələr və əməkdaşlıq isə beynəlxalq təşkilatlar
vasitəsi ilə beynəlxalq hüquq normaları əsasmda həyata keçirilir.
Dostları ilə paylaş: