Belə aktlara nümunə kimi Azərbaycan Respublikasının Konstitusiyasını
göstərmək
olar.
Xüsusi aktlar yalnız ətraf mühitə və ya onun element-lərinə aid olan məsələlərə
həsr olunmuş aktlardır. Məsələn, Azərbaycan Respublikasının Su, Meşə, Torpaq
Məcəllələri, «Ətraf mühitin mühafızəsi haqqmda», «Heyvanlar aləmi haqqında»
Qanunlar və s.
3. Tənzimləmənin istiqamətinə görə - maddi və prosesual aktlar.
Maddi mənbələr bu və ya digər təbii obyektin istifadəsi üzrə təşəkkül tapan,
ekoloji ictimai münasibətlər kimi özünün tənzimləmə predmetinə malikdir. Məsələn,
torpaq, su obyektlərinin birbaşa istismara verilməsi, meşə saholorinin kosilmək üçün
ayrılması və s. üzrə münasibətlər bu qəbildəndir.
Prosesual
mənbələr, maddi mənbələrdən fərqli olaraq təbii ehtiyatlardan
istfıadənin təminatı proseduruna yönəlmişdir, onun təmin olunması formasıdır.
Məsələn, Azərbaycan Respublikasmm Mülki Prosesual Məcəlləsi, Cinayət Prosesual
Məcəlləsi və digər normativ hüquqi aktlar.
Qeyd etmək lazımdır ki, bir sıra hallarda təbiətdən
istifadə və ətraf mühitin
mühafizəsi sahəsində maddi və prosesual normalar eyni aktda yer alır.
4. Xarakterinə görə normativ hüquqi aktlann mənbələ-rini şərti olaraq 2 yerə
bölmək olar: kodifikasiya olunmuş vəkodifikasiya olunmamış aktlar.
Kodifıkasiya olunmuş aktlar sistemləşdirilmiş normativ hüquqi aktlardır. Bu
normativ materialların sistemləşdirilməsi norma yaratma prosesində həyata keçirilir
və
həmin
materialları
ictimai
münasibətlərin
tənzimlənməsi
sisteminə
uyğunlaşdırmaq məqsədi daşıyır. Həmin aktlar daha yüksək keyfıyyəti ilə fərqlənir və
bu və ya digər hüquq sahəsində əsas aktlar he-sab olunur. Onlara misal olaraq Su,
Meşə, Torpaq Məcəllələri-ni göstərmək olar.
Ekoloji-hüquqi aktlarm böyük əksəriyyəti kodiftkasiya olunmamışlarm sırasına
aiddir. Belə ki, onlar təbiətdən istfiadə sahəsinin ayrı-ayrı tərəflərini tənzimləyir.
Normativ
aktlarm sis-temləşdirilməsi, adətən, praktikada, inkorporasiya formasında,
yəni, normativ-hüquqi aktm öz formasını dəyişmədən predmet əlamətinə görə hansısa
mənbədə birləşməsi ilə həyata keçirilir.
5. Ekoloji münasibətlərin tənzimlənməsində əhəmiyyətlik dərəcəsinə görə
ekologiya hüququnun mənbələrini əsas vəköməkçi normativ-hüquqi aktlara ayırmaq
olar.
Ə
sas normativ hüquqi-aktlar qüwədə olan qanunvericiliyin konstruksiyasını
təşkil edir və ümumi xarakterli ekoloji əməlləri törədən qeyri-müəyyən şəxslərin
hamısma tətbiq edilən ümumi xarakterli qaydalann həmin aktlarda təsbit olunma-sını
göstərir. Məsələn, torpaq qanunvericiliyi ilə torpaqdan istifadəçiyə verilmiş, səmərəli
istifadə etmək öhdəliyi nəzərdə tutulmuşdur.
Köməkçi
normativ-hüquqi aktlar, adətən, texniki-hüquqi xarakterə malikdir və
tənzimlənən münasibətə bu və ya digər normativ hüquqi aktın düzgün
tətbiq
olunmasına imkan verir. Onların olmaması əsas normativ hüquqi aktların tətbiq
olun-masını da çətinləşdirir və hüquqi tətbiqetmə praktikasında böyük çətinliklər
doğurur.
Köməkçi normativ hüquqi aktlara Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin, Ali Məhkəmənin çıxartdığı qərarlan,
Dövlət Metrologiya,
Standartlaşdırma və Patent Agentliyinin qəbul etdiyi standartları aid etmək olar.
Beləliklə, ekologiya hüququnun mənbələri dedikdə təbiətdən istifadə sahəsində,
tərkibində qanunverici dövlət idarəsi olan, səlahiyyətli dövlət orqanlarmın müəyyən
olunmuş formada və prosedura qaydasında qəbul etdiyi normativ hüquqi aktları başa
düşmək lazımdır.
Ekologiya hüququnun mənbələri sistemini aşağıdakı normativ-hüquqi aktlar
formalaşdırır:
-
Azərbaycan Respublikasmm Konstitusiyası;
-
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq
müqavilələr, beynəlxalq
hüququn hamılıqla qəbul olunmuş prinsipləri və normalan;
- Azərbaycan Respublikasınm qanunlan; Azərbaycan Respublikası Prezidentinin
fərmanlar və sərəncamları;
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ qərarları və
sərəncamları;
-
mərkəzi icra hakimiyyəti orqanlanmn normativ hüquqi aktları;
-
bələdiyyə orqanlarının normativ hüquqi aktları;
-
lokal normativ hüquqi aktlar.
Dostları ilə paylaş: