Təbiətdən səmərəli istifadə sahəsində həyata keçirilən tədbirlərin əsas mənbələri
bunlardır:
-
hər müəssisənin öz şəxsi vəsaitləri;
-
müxtəlif səviyyəli büdcə vəsaitləri;
-
büdcədən kənar məqsədli fondlar - ehtiyatlar (ehtiyatlar) üzrə ekoloji sığorta
fondları, habelə özəlləşdirmə prose-sində yaradılmış ekoloji fondlar;
-
bank kreditləri, sponsor vəsaitləri, beynəlxalq təşki-latların maliyyə köməyi;
-
müxtəlif sahələrdən gələn vəsaitlər və s.
Ə
traf mühitin mühafizəsi üzrə fondlar
ətraf mühitin mühafizəsində
təxirəsalınmaz tədbirlərin, ona vurulan zərərin aradan qaldınlmasınm və
kompensasiya verilməsinin, ətraf mühitin mühafızəsi sahəsində başqa tədbirlərin
maliyyələşdirilməsi üçün yaradılır («Ətraf mühitin mühafızəsi haqqında» Qanun,
maddə 27).
Qanunvericiliyə görə ətraf mühitin mühafızəsi sahəsində dövlət və ictimai
fondlar yaradıla bilər. Dövlət fondu təbiətdən istifadəyə görə ödəmələr, ətraf mühitin
mühafızəsi haqqmda qanunvericiliyin pozulmasma
görə alman cərimolər, müsadirə
edilən ovçuluq və balıqçılıq alətlərinin və qeyri-qanuni əldə edilən vasitələrin
satışından daxil olan vəsaitlər, qrantlar, kö-nüllü ianələr,
habelə Azərbaycan
Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar hesabına təşkil
edilir. İctimai fondlar, yuxarıda deyildiyi kimi, ictimai birliklərin və-saiti, qrantlar,
fiziki və hüquqi şəxslərin könüllü ianələri, habelə qanunvericiliyə zidd olmayan digər
daxilolmalar hesabına təşkil edilir. Həmin fondların yaradılması, onlann vəsaitlərinin
formalaşması və xərclənməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafıq ictimai
birliklərin təsdiq etdikləri əsasnamələrdə (nizamnamələrdə) müəyyən edilir.
Dövlət fondunun vəsaitləri isə qanunvericiliyə görə aşağıdakı
tədbirlər üçün
istifadə edilir:
1)
elmi-tədqiqat işlərinə, ehtiyatqənaətedici və ekoloji təmiz texnologiyaların
tətbiqinə;
2)
təbiətin mühafızəsi obyektlərinin təbiətdən istifadəçilər tərəfındən həyata
keçirilən tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə;
3)
ətraf mühitin çirklənməsi nəticəsində dəymiş zərərin bərpası sahəsində
həyata keçirilən tədbirlərə;
4)
çirklənmə və başqa mənfı təsirlər nəticəsində vətəndaşların sağlamlığma və
ə
traf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş
kompensasiyanm verilmə-sinə;
5)
ətraf mühitin pozulmuş ekoloji tarazhğımn bərpasına, proqramlann,
layihələrin, normativ-metodiki sənədlərin işlən-məsinə və həyata keçirilməsinə;
6)
ekoloji tərbiyə və təhsilə;
7)
xüsusi mühafızə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə;
8)
nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafızəsinə və
bərpasına;
9)
ətraf mühitin mühafızəsi sahəsində dövlət orqanlarının
maddi-texniki
bazasınm yaradılmasına və inkişafma;
10)ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə, dövlət
kadastrımn aparılmasma;
11)ətraf mühitin mühafızəsi sahəsində çalışan mütəxəssislərin həvəsləndirilməsi
məqsədi ilə onların maddi stimullaşdırılmasına.
Qeyd etməliyik ki, keçid dövründə təbiəti mühafızə tədbirlərinin büdcədən
maliyyələşdirilməsi çox mürəkkəb məsələlərdən birinə çevrilmişdir.
Ekoloji
məqsədlər üçün mərkəzi büdcədən demək olar ki, vəsait ayrılmır, şəxsi vəsaitlərin isə
həcmi çox cüzidir (0,2-0,3%) SSRİ dövründə də təbiəti mühafızəyə yönəldilən
vəsaitin həcmi milli gəlirin həddən çox az faizini təşkil edirdi. Məsələn, bu rəqəm
bütün ittifaq üzrə 0,8-12%, Pribaltika respublikaları üzrə - 1,5-1,7%, Gürcüstan və
Ermənistan üzrə - 0,7-1,0%, Azərbaycan üzrə isə - 0,3-0,5% təşkil edirdi. Müqayisə
üçün qeyd etmək lazımdır ki, təbiəti mühafizə tədbirlərinə hər il ümumi daxili
məhsulun 2-3%-i qə-dər vəsait lazımdır.
Buna baxmayaraq, müəssisələr bu
məq-səd-lə ayrılan vəsaitlərdən səmərəli istifadə etmirlər. Təsadüfi deyil ki, yalnız
büdcədən maliyyələşdirilməli olan kommunal-məişət tullantı sularını təmizləyici
qurğuların tikintisi 1994-cü ildə dayandırılmışdır. Gəncədə (gücü 150 min mVgün),
Ə
li-Bayramlıda (45-50 min m
3
), Sumqayıtda (290 min m
3
), Mingəçevirdə (140 min
m
3
), Masallıda (10 min m
3
), Ağdamda (10 min m
3
) və s. 80-ci illərdən tikilən
təmizləyici qurğuların da tikintisi dayandırılmışdır. Bakıda 1972-ci
ildən tikilən,
layihə gücü 940 min m
3
olan təmizləyici qurğunun yalnız birinci növbəsi 600 min m
3
gücündə 1990-cı ildə təhvil verilmişdir. Lakin o da tam gücü ilə işləmir. Əksər
şə
hərlərdə, o cümlədən Bakı-da kanalizasiya xətlərinin tam olmaması üzündən
fəaliyyət göstərən 20-dən çox təmizləyici qurğu səmərəsiz işləyir, həm də onlar artıq
amortazasiya müddətlərini çoxdan başa vurmuşlar.
Ə
Dostları ilə paylaş: