traf mühitin mühafizəsinin iqtisadi mexanizmi
Ə
traf mühitin mühafizəsi zamanı yaranan ən mürəkkəb problem iqtisadi və
ekoloji maraqlann toqquşmasından ortaya çıxır. Dünyamn inkişaf etmiş bütün
ölkələrində hələ də bu münasibətləri inzibati-hüquqi metodlarla (qadağalar,
məhdudiy-yətlər, inzibati tədbirlər və s.) tənzimləməyə çalışırlar.
Lakin fnüasir dövrdə yeni bir tendensiya - ekoloji müna-sibətlərin hüquqi
tənzimlənməsinin əsas istiqamətlərindən biri kimi inzibati-hüquqi təsir vasitələrinin
ə
traf mühitin mühafızəsində iqtisadi stimullaşdırma ilə olan üsullarında öz əksini
tap-mışdır. «Ətraf mühitin mühafızəsi haqqında» Azərbaycan Respublikası
Qanununda V fəsil ətraf mühitin mühafızəsi layihəsində iqtisadi tənzimləməyə həsr
edilmiş, bu qanunun müddəaları əsasmda ətraf mühitin mühafızəsinin iqtisadi
mexa-nizmi əks olunmuşdur.
Qanuna görə ətraf mühitin mühafizəsi sahəsində iqtisadi tənzimləmənin məqsedi
ekoloji təhlükəsizlik, təbii ehtiyatlardan səmərəli istifade, onlarm bərpası və
artırılması tədbirləri-nin işlənib hazırlanmasına, planlaşdırılmasma və yerinə
yeti-rilməsinə təbiətdən istifadəçilərin maddi marağını artırmaqdır.
Qanunvericiliyə əsasən, ətraf mühitin mühafızəsinin fəaliyyət sahələri və
iqtisadi əsasları aşağıdakılardır:
-
ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin proqnozlaşdırılması və
maiiyyələşdirilməsi;
-
təbiətdən istifadəyə görə ödəmələr;
-
ətraf mühitin çirkləndirilməsinə görə ödəmələr və cərimələr;
-
ətraf mühitin mühafızəsi sahəsində iqtisadi maraqlandırma;
-
ətraf mühitin mühafızəsi fondlarının yaradılması, qrantlar;
-
beynəlxalq qurumlardan ekoloji proqramları həyata keçirmək məqsədilə
aynlan vəsaitlər (maddə 22).
İ
nzibati-hüquqi təsir mexanizmi əgər hakimiyyət və tabeçilik münasibətlərinə
söykənirsə,
iqtisadi
mexanizm
icraçının
maraqlarının
maddi
cəhətdən
reallaşdırılmasına əsaslamr. İqtisadi mexanizmin tərkibinə, daimi fəaliyyət göstərən
mövcud institutlarla (idarəetmə prinsipi və orqanları) bərabər, bazar iqtisadiyyatına
keçidlə əlaqədar yeni formalar da daxildir.
Təbii ehtiyatların kadastrı, material-texniki və maliyyə təminatı, təbii
ehtiyatlardan istifadəyə görə haqq, ətraf mühitin çirkləndirilməsinə görə ödəniləcək
cərimə, kreditalma və vergitutma zamanı edilən güzəştlər, habelə vergilərdən azad
olunma mövcud institutlar qrupuna daxildir. Bu zaman yeni yaranan iqtisadi
stimullardan ekoloji sığortanı, əsas təbiətqoruyucu təsərrüfat fondlannın artırılmış
amortizasiya normalarının müəyyənləşdirilməsini, ekoloji təmiz məhsula görə
həvəsləndirici qiymətlərin tətbiq olunmasını, ekoloji xidmətlər bankmm
yaradılmasını və s. göstərmək olar.
Təbii ehtiyatların kadastn dedikdə, həmin ehtiyatların iqtisadi, ekoloji, təşkilati
və texniki göstəricilərinin məcmusu başa düşülür ki, bu göstəricilər eyni zamanda
təbii ehtiyatlarm kəmiyyət və keyfıyyətini, onların istifadəçilərinin tərkibi və
koteqoriyalarını da əks etdirir. Kadastr göstəriciləri təbii ehtiyatlardan səmərəli
istifadənin, təbii sərvətlərin maya dəyərinin, onlann satış qiymətlərinin, ətraf mühitin
sağlamlaşdınlması və bərpası tədbirlərinin əsasını təşkil edir.
Təbii ehtiyatların vahid kadastrı olmasa da, ayrı-ayrı təbii ehtiyatlar üzrə kadastr
mövcuddur. Məqsəd və strukruruna gö-rə təbii ehtiyatların kadastrları ümumilikdə
vahid iqtisadi-hüquqi sxem yaradırlar.
Torpaq kadastn Azərbaycan Respublikasmm «Torpaq Məcəlləsi» (1999) və
Azərbaycan Respublikasının «Dövlət torpaq kadastrı, torpaqlann monitorinqi və yer
quruluşu haqqmda» Qanununun (1998) tələblərinə uyğun olaraq həyata keçirilir.
Qanunvericiliyə görə dövlət torpaq kadastrı - torpaq isti-fadəçiliyinin dövlət
qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi
qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.
Torpaq kadastrınm məlumatlarından torpaq ehtiyatlarının istifadəsi və
mühafızəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində istifadə olunur,
xüsusilə,
torpaqların
səmərəli
istifadəsində,
münbitliyinin
artırılmasında,
qorunmasında, digər torpaq mühafızəsi tədbirlərinə dair kompleks dövlət
proqramlarmın hazırlanmasında və yerinə yetirilməsində, yer quru-luşu layihələrinin
və sxemlərinin hazırlanmasında, şəhərsalma, meşəsalma, tikinti, meliorasiya və
irriqasiya işlərinin layihələşdirilməsində və aparılmasında, torpaq münasibətlərinin
tənzimlənməsində, torpaqlarm normativ qiymətlərinin müəyyənləşdirilməsində,
torpaq reyestrinin tərtibində, torpaq bazarının formalaşdırılmasmda, torpaq vergisi
dərəcələrinin, torpaq icarəsi haqqınm müəyyənləşdirilməsində və tətbiqində, torpaq
informasiya sisteminin və məlumat bankının yaradılmasında, torpaqların istifadəsində
və mühafızəsində dövlət nəzarətinin həyata keçirilməsində.
Dövlət torpaq kadastrı işlərini «Dövlət torpaq kadastrı, torpaqlarm monitorinqi
və yerquruluşu haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 12 mart 1999-cu il, 113 saylı fərmanma görə Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir.
Dövlət su kadastrı Azərbaycan Respublikasının Su Məcəlləsinə (1997) uyğun
olaraq həyata keçirilir. j
Dövlət su kadastrı su obyektləri, su ehtiyatları, su obyektlərindən istifadə və su
obyektləri istifadəçiləri barədə məlumatlarm məcmusu olub, Azərbaycan
Respublikasında vahid sistem üzrə aparılır və suların dövlət uçotu məlumatlarına
ə
saslanır (maddə 26). i
Dövlət su kadastrınm məlumatlarmdan dövlət proqramla-rmm hazırlanması, su
obyektlərinin mühafızəsi və ondan istifadə qaydalarmm, sudan istifadə limitlərinin
müəyyənləşdirilməsi, su obyektlərindən istifadə ilə əlaqədar ödəmələr və su
obyektlərinə vurulmuş zərərin ödənilməsi və s. məsələlərdə geniş istifadə olunur.
Azərbaycan Respublikası Prezidentinin Su Məcəlləsinin tətbiq edilməsi barədə
13 mart 1998-ci il tarixli Fərmanına görə su kadastrını Meliorasiya və Su Təsərrüfatı
Komitəsi və j Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
Faydah qazıntı yataqlarının kadastrı - «Yerin təki haqqında» Azərbaycan
Respublikası Qanununa (1998) uyğun olaraq həyata keçirilir.
Qanuna görə faydalı qazıntılar - yer qabığının maddi istehsal sahəsində istifadə
edilən təbii mineral törəmələrdir. Faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət
kadastrı, hər bir yataq üzrə əsas və yanaşı faydalı qazmtı ehtiyatlarının kəmiyyəti və
keyfıyyətini, onlarda olan komponentlərin miqdarını, yataqların işlənməsini
dağ-mədən-texniki,
hidrogeoloji,
ekoloji
şə
raitini
və
geoloji
iqtisadi
qiymətləndirilməsini səciyyələndirən məlumatları, eləcə də hər bir faydalı qazıntı
tə-zahürünə dair məlumatları özündə birləşdirməlidir (maddə 33).
Faydalı qazıntı yataqlarının kompleks istifadəsi ilə əlaqədar infrastrukturun
səmərəli inkişafı və yerləşdirilməsinə şərait yaradır.
Azərbaycan Respublikası Prezidentinin «Yerin təki haqqında» Qanunun tətbiq
edilməsi barədə 27 aprel 1998-ci il ta-rixli Fərmanına görə, faydalı qazmtı
yataqlarınm kadastrmı Ekologiya və Təbii Sərvətlər Nazirliyi aparır.
Dövlət meşə kadastrı Azərbaycan Respublikasmm Meşə Məcəlləsinin (1997)
müddəalarma uyğun olaraq aparılır. Meşələrin dövlət kadastrı meşə fondunun
qeydiyyatı,
onun
ekoloji,
iqtisadi,
kəmiyyət
və
keyfıyyət
cəhətdən
qiymətləndirilməsidir.
Dövlət meşə kadastrı meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində və
meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarmm
qeyri-meşə torpaqlarına keçirilməsində və meşə fondu torpaqlarının geri ahnmasında,
meşə fondundan istifadə üçün ödəmələrin miqdarının müəyyən edilməsində, meşə
istifadəçilərinin və meşə təsərrüfatı işləri aparan şəxslərin təsərrüfat fəaliyyətinin
qiy-mətləndirilməsində istifadə olunur (maddə 39).
Meşə Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 23 may 2001-ci il tarixli Fərmanma görə dövlət meşə kadastrını
Azərbaycan Respublikasmın Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
«Balıqçılıq haqqmda» Azərbaycan Respublikası Qanununun (1998) 27-ci
maddəsinə uyğun olaraq balıq ehtiyatlarının reyestri həyata keçirilir.
Bu qanunun tətbiq olunması barədə Azərbaycan Respublikası Prezidentinin 23
may 2001-ci il tarixli Fərmanına görə balıq ehtiyatlarmın reyestrini Ekologiya və
Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
Qüvvədə olan qanunvericiliyə görə hazırda təbiətin mühafizəsi aşağıdakı
mənbələrdən maliyyələşdirilir: dövlət büdcəsindən, büdcədənkənar ekoloji
fondlardan, müəssisə, idarə və təşkilatların hesabından.
Son zamanlar dövlət büdcəsindən ayırmalarla yanaşı büdcədənkənar ekoloji
fondlar daha çox ekoloji xərcləri ödənilməsinə sərf edilir. Bu fondların ayırdığı
vəsaitlərin əksəriyyəti şəhər və rayonların payına düşür. Eyni zamanda, təbii
ehtiyatlardan istifadənin pullu olması ekoloji problemlərin həllinə yönəldilən
vəsaitlərin miqdarınm artmasma təkan verir. Təbii ehtiyatlardan istifadənin pullu
olması ölkənin bazar iqtisadiyyatına keçməsi ilə ortaya çıxmış və üç əsas məqsədə
xidmət edir:
1)
istehlakçının təbii ehtiyatlardan səmərəli istifadə marağmın artmasına;
2)
təbii sərvətlərin bərpası və mühafızəsi üçün maddi maraqlarm yaranmasına;
3)
təbii ehtiyatların bərpası və yenidən hasil olunması üçün əlavə vasitələrin
yaranmasma.
«Ətraf mühitin mühafızəsi haqqında» Azərbaycan Respublikası Qanununa görə
ə
traf mühitin çirkləndirilməsinə və təbii ehtiyatlardan istifadəyə görə ödənişlər
nəzərdə tutulmuşdur. Bu zaman ətraf mühitin müəyyən edilmiş limitlərdən artıq
çirkləndirilməsinə göre cərimələrin qaydası və məbləğinin də qanunvericiliklə
müəyyən olunduğu göstərilmişdir (maddə 24).
Qanunvericiliyə görə təbii ehtiyatlardan istifadəyə görə aşağıdakı ödəmə növləri
vardır: təbii ehtiyatlardan istifadə hüququna görə, istifadəyə görə, normadan artıq
istifadəyə görə, təkrar (yenidən) hasilata görə.
Təbii ehtiyatlardan istifadəyə görə aşağıdakı hallarda haqq ödənilməsi
qanunvericilikdə nəzərdə tutulmuşdur:
-
torpaqdan istifadəyə görə (torpaq vergisi, icarə haqqı);
-
yeraltı sərvətlərə görə (axtarış-kəşfıyyat işlərinə, faydalı qazıntıların
çıxarılması hüququna, yeraltı sərvətlərdən istifadəyə və mineral-xammal bazasmm
bərpasma);
-
sudan istifadəyə görə (su obyektlərindən istifadə hüququna, su obyektlərinin
qorunması və bərpasına);
-
heyvanlar aləmindən istifadəyə görə (heyvanlar aləmindən istifadə
hüququna, ovçuluq üçün ödəmə);
-
meşədən istifadəyə görə (meşədən istifadə hüququna, meşədən icarəyə və
meşələrin bərpasma);
-
bitki ehtiyatlarından istifadəyə görə (dərman bitkiləri və xammal yığımı üçün
ödəmə, qeyri-meşə bitkilərindən istifadəyə, texniki xammalın hazurlanmasma görə
öədəmə).
Qanunvericilikdə ətraf mühitin çirkləndirilməsinə görə aşağıdakı haqların
alınması nəzərdə tutulmuşdur:
-
normativ tullantılara görə;
-
normadan artıq tullantılara görə;
-
tullantıların yerləşdirilməsinə görə.
Öz mahiyyətinə görə bu ödəmələr üç yerə ayrılır: kompensasiyaedici,
stimullaşdırıcı və iqtisadi səmərəyə görə.
Birinci halda, yəni kompensasiyaedici ödəmələr ətraf mühitə, insan sağlamhğma
və maddi dəyərlərə vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəldilmişdir. Dəymiş
zərərə görə hüquqi məsuliyyətdən fərqli olaraq, çirkləndirməyə görə ödənilən haqqm
alınması səlahiyyətli dövlət orqanı tərəfindən həyata keçirilir.
İ
kinci halda, dəymiş zərər müəyyən olvmmuş qaydada müəssisənin gəlirindən
tutulur. Lakin bu zaman zərərli tullantıların azaldılması üçün müəssisələri maddi
cəhətdən stimullaşdırmaq lazımdır. Belə ki, həmin müəssisə o zaman səmərəli
fəaliyyətdə olacaq ki, ətraf mühitə daha az çirkləndirici maddələr atmağa nail olsun.
Üçüncü halda, çirklənməyə görə alman ödənişlər büdcədənkənar ekoloji
fondlann maliyyələşdirilməsinə yönəldilir ki, bu da ətraf mühitin mühafizəsi və
sağlamlaşdırılmasına xidmət edir. Həmin ödəmələrin məhz bu zaman iqtisadi
ə
həmiyəti or-taya çıxır.
Qeyd etmək lazımdır ki, ətraf mühitin çirkləndirilməsinə görə ödəmələrin
müəyyənləşdirilməsi ardıcıllığı şərti olaraq üç mərhələyə ayrılır:
-
ödəmələrin baza normativlərinin təyini;
-
diferensiallaşdırılmış haqlar;
-
çirkləndirici şəxsin ödəyəcəyi konkret miqdar (məbləğ). Ətraf mühiti
çirkləndirən hər bir növ üzrə (səs-küy, silkələnmə və s.) baza normativləri, onların
ə
traf mühitə və insan sağlamhğma ziyan vura bilmək dərəcəsinə görə müəyyən edilir.
Bu zaman normativlər Azərbaycan Respublikasının Ekolo-giya və Təbii Sərvətlər
Nazirliyi, Səhiyyə Nazirliyi, tqtisadi Inkişaf Nazirliyi və Maliyyə Nazirliyinin
mütəxəsissləri tərə-fmdən işlənib hazırlanır.
Regionların mövcud ekoloji vəziyyəti və ekoloji amilləri nəzərə almaqla
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfmdən diferensiallaşdırılmış normativlər
işlənib hazırlanır. Ekoloji amillər dedikdə, zonanm təbii-iqlim şəraiti, ərazinin
iqtisadi xüsusiyyətləri, qorunan təbii obyektlərin əhəmiyyətliliyi başa düşülür. Həmin
normativlərdə çirkləndirməyə göro ödəniləcək haqq, əlavə olaraq zonalar üzrə
müəyyənləşdirilmiş xüsusi təshih əmsallarma vurulur.
Çirkləndirici şəxsin ödəyəcəyi konkret məbləğ isə qüvvədə olan qanunvericiliyə
görə şəhər və rayon yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfmdən
müəyyən edilir.
Azərbaycan Respublikasınm «Ətraf mühitin mülıafızəsi haqqmda» Qanununa
görə, «ətraf mühitüı mühafızəsində təxirəsalınmaz tədbirlərin, ona vurulan zərərin
aradan qaldırılmasının və kompensasiya verilməsinin, ətraf mühitin mühafızəsi
sahəsində başqa tədbirlərin maliyyələşdirilməsi üçün dövlət və ictimai fondlar
yaradılır».
Qanunda həmçinin ətraf mühitin mühafızəsi üzrə dövlət fondunun vəsaitlərinin
hansı tədbirlər üçün istifadə edildiyi də göstərilmişdir. Bunlar: elmi-tədqiqat işləri,
resurs qonaətedici və ekoloji təmir texnologiyaların tətbiqi, təbiətdən istifadəçilər
tərəfındən
həyata
keçirilen
təbiəti
mühafızə
obyektlərinin
tikintisinin
maliyyələşdirilməsi, ətraf mühitin çirklənməsi nəticəsində dəymiş zərərin bərpası
tədbirləri, çirklənmə və digər mənfı təsirlər nəticəsində vətəndaşların sağlamlığına və
ə
traf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş
kompensasiyanın verilməsi, ətraf mühitin pozulmuş ekoloji tarazlığmın bərpası,
proqram, layihə, normativ-metodiki sənədlərin işlənməsi və həyata keçirilməsi,
ekoloji tərbiyə və təhsil, xüsusi mühafızə olunan təbiət ərazilərinin və obyektlərinin
mühafızəsi, nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunması və
bərpası, ətraf mühitin mühafızəsi sahə-sində dövlət orqanlarının maddi-texniki
bazasının yaradılması və inkişafı, ətraf mühitin dövlət monitorinqinin təşkili və
keçi-rilməsi, dövlət kadastrmm aparılması, ətraf mühitin mühafizəsi sahəsində çalışan
mütəxəssislərin həvəsləndirilməsi məqsədilə onların maddi stimullaşdırılmasıdır.
Ə
traf mühitin mühafızəsi üzrə dövlət fondu, təbii ehtiyatlardan istifado
haqqından, ətraf mühitə çirkləndirici maddələrin tullanmasına görə ödənilən və
təbiəti mühafızə qanunvericiliyinin pozulmasına görə tutulan vəsaitlərdən ayırmalar,
məqsədli və könüllü ödəmələr və digər mənbələr hesabma formalaşdırılır. Bu fond
Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində yaradılır və təsdiq olunmuş
Ə
sasnaməyə uyğun fəaliyyət göstərir.
Ə
traf mühitin mühafızəsinin ictimai fondları, qanunvericiliyə görə ictimai
birliklərin vəsaiti, qrantlar, fıziki və hüquqi şəxslərin könüllü ianələri, habelə
qanunvericiliyə zidd olmayan digər daxilolmalar hesabına təşkil edilir. Belə fondlar
ictimai birliklər tərəfındən yaradılır, ətraf mühitin mühafızəsinə, təbiətdən səmərəli
və kompleks istifadə ilə əlaqədar işlərə və tədbirlərə sərf olunur (maddə 29).
Qanunvericiliyə görə ictimai fondların yaradılması, onla-nn vəsaitlərinin
formalaşması və xərclənməsi qaydaları müvafiq ictimai birliklərin təsdiq etdikləri
ə
sasnamələrdə (nizamnamələrdə) müəyyən edilir.
Dostları ilə paylaş: |