Ekoloji sertifikatlaşdırma
Sertifikatlaşdırma
məhsulun
keyfıyyətinin
obyektiv
me-todu
olub,
standartlaşdırma prosesində müəyyənləşdirilən tələblərə uyğun olaraq müəyyən
edilir. Ətraf mühitin mühafizəsi sahəsində məhsulların, işlərin, xidmətlərin və
fəaliyyətlərin standartlara və texniki tələblərə uyğunluğunun müəyyən edilməsi üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada sertifıkatlaşdırma həyata keçirilir.
Sertifikatlaşdırmanın aşağıdakı növlərini ayırmaq olar:
Obyektdən asılı olaraq - məhsulların, işlərin, xidmətin və digər obyektlərin
sertifıkatlaşdırılması; məcburi və könüllü sertifıkatlaşdırılması.
SertifikatlaşduTna aparmaqda əsas məqsəd aşağıdakılardır:
a)
ə
traf mühit, insanların həyatı, sağlamlığı və əmlakı üçün məhsulların
təhlükəsizliyinə nəzarət;
b)
istehsalçının bəyan etdiyi məhsulun keyfıyyət göstərici-lərini təsdiq etmək;
c)
istehlakçılara məhsulun düzgün seçilməsində kömək etmək;
d) ölkənın vahid əmtəə bazarında və onun hüdudlarından kənarda (beynəlxalq
iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə) müəssisələrin, idarələrin,
təşki-latların, sahibkarların fəaliyyəti üçün şərait yaratmaq. Beləliklə, məhsulun, işin,
xidmətin və digər obyektlərin sertifıkatlaşdırılmasının həyata keçirilməsi zamanı
qabaqcıl yerlərdən birini ətraf mühit, insanların həyatı, sağlamlığı və əmlakı üçün
onların təhlükəsizliyinin qiymətləndirilməsi tutur ki, bu da bizə sertifıkatlaşdırmanm
belə növü haqqında ekoloji sertifıkatlaşdırma kimi danışmaq hüququ verir.
Ekoloji sertifıkatlaşdırma vətəndaşların ölkə konstitusi-yasmda təsbit olunmuş,
sağlam ətraf mühitdə yaşamaq hüququnun həyata keçirilməsi üzrə iqtisadi-hüquqi
mexanizmin ya-radılması məqsədi ilə aparılır.
Ekoloji sertifıkatlaşdırma sisteminə aşağıdakılar aiddir:
-
ekoloji sertifıkatlaşmanın prinsipləri, normativləri və qaydalarını müəyyən
edən normativ sənədlər kompleksi;
-
ekoloji sertifıkatlaşdırmanın aparılması, eko-sertifıkatlaşdırma üzrə
orqanların akkreditasiyası və ekspert-auditorların attestasiyası, müfəttiş nəzarəti və
informasiya xidmətinin eko-sertifıkasiyasının aparılması üzrə təşkilati-metodik
rəhbərlik fəaliyyətini təmin edən orqanlar sistemi;
-
verilmiş ekosertifikatların, sertifıkasiya olunmuş obyektlərin ekoloji
sertifıkatlaşdırılması üzrə orqanların uçotu üçün sistemin reyestri.
Ekoloji sertifıkatlaşdırma ölkə daxilində qanunvericilikdə nəzərdə tutulmuş
hallarda məcburi qaydada həyata keçirilir.
Qanunvericilikdə məcburi ekoloji sertifıkatlaşdırmanm nəzərdə tutulmadığı
hallarda sistem çərçivəsində könüllü ekoloji sertifıkatlaşdırma həyata keçirilir. Bu
ə
rizəçinin təşəbbüsü ilə ərizəçi və sertifıkatlaşdırma üzrə orqanlar arasında müqavi-lə
ə
sasmda aparıhr.
Sistem çərçivəsində aşağıdakı funksiyalarm yerinə yetirilməsi nəzərdə tutulur:
-
ekoloji sertifıkatlaşdırma sahəsində siyasətin forma-laşdırılması;
-
obyektlərin ekoloji sertifıkatlaşdırılması;
-
ekosertifikatlaşdırma üzrə orqanların akkrcditasiyası;
-
sınaq-analiz laboratoriyalarının (mərkəzlərinin) akkreditasiyası;
-
sistemin ekspert-auditorlarının hazırlanması və attestasiyası;
-
ekosertifıkatlaşdırma sahəsində mütəxəssislərin ixtisasının artırılması;
-
sistemin fəaliyyəti üçün lazım olan informasiya və metodik-məsləhət
xidmətin təminatı;
-
başqa sertifıkatlaşdırma sistemləri ilə bağlanmış sazişlər əsasında
sertifıkatların, attestatların, fərqlənmə nişanlannın, sınaqların və analizlərin
nəticələrinin qarşılıqlı tanınmasının təminatı;
-
sistem çərçivəsində istifadə olunan normativ-metodik sənədlərin işlənib
hazırlanması və aktuallaşması və onun ekspertizası;
-
sistemin reyestrinin aparılması;
-
beynəlxalq, milli və digər sertifikatlaşdırma sistemi ilə fəaliyyətin qarşılıqh
təsiri və ahəngdar qurulması;
-
təftiş nəzarətinin həyata keçirilməsi.
Sistem çərçivəsində sertifıkatlaşdırma üzrə işlər sistemdə müəyyən olunmuş
qaydada akkreditasiya və attestasiyası olunmah olan, ekosertifikatlaşdırma üzrə
orqanlar, sınaq-analiz laboratoriyaları (mərkəzləri), ekoloji auditorlar həyata
keçirirlər. Ekosertifikatlaşdırma üzrə orqanlarm və sınaq-analiz laboratoriyalarının
(mərkəzlərinin) fəaliyyəti Ekologiya və Təbii Sər-vətlər Nazirliyi ilə bağlanmış
lisenziya müqaviləsi əsasında həyata keçirilir. Sistemdə ekosertifıkatlaşdırma üzrə
orqanlar, texniki səlahiyyəti olan sınaq-analiz laboratoriyası, müstəqil olaraq işlərin
aparılması hüququnda akkreditasiya olunur.
Mərkəzi İcra Hakimiyyəti brqanlarının normativ-hüquqi aktları sırasında olan
«Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlığa
təhlükəsizlik sertifakatının verilməsi və sertifikatlaşdırma sistemi strukturunun tərkib
hissələrinin funksiyalarını müəyyənləşdirən vahid Metoditka»n Ümumi müddəalar
hissəsində qeyd olunub ki, təhlükə potensialı obycktlərdə texniki qurğuların və
avadanlığın texniki təhlükəsizlik üzrə sertifıkatlaşdırılması Dövdağtexnəzarət
Komitəsi (hazırda FHN-in tərkibində sənayedə işlərin Təhlükəsizlik Görülməsi və
Dağ-Mədən Nəzarəti Agentliyi adlanır. Bundan sonra hər yerdə Dağ-Mədən Nəzarəti
Agentliyi adlan-dırılacaqdır) tərəfındən təsdiq edilmiş müvafiq plana uyğun olaraq
aparılır.
Həmin Metodikanın «Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki
qurğulann və avadanlığın sertifıkatlaşdırılması» bölməsində sertifıkatlaşduma
sisteminin strukturu be-lə qeyd olunmuşdur:
a)
texniki təhlükəsizlik üzrə sertifıkatlaşdırma şurası;
b)
sınaq və təftiş nəzarəti komissiyası;
c)
dövlət nəzarət müfəttişlikləri;
d)
sertifıkatlaşdırma üzrə apellyasiya komissiyası. Həmçinin göstərilmişdir ki,
texniki təhlükəsizlik üzrə
Sertifıkatlaşdırma Şurası Dağ-Mədən Nəzarəti Agentliyinin əmri ilə yaradılır və
ona Agentliyin texniki şöbəsinin rəisi rəhbərlik edir.
Texniki
təhlükəsizlik
üzrə
Sertifıkatlaşdırma
Ş
urasının
funksiyaları
aşağıdakılardır:
-
Agentlik sədrinin göstərişi əsasında texniki qurğuların və avadanlığın
sertifıkatlaşdırılmasınm aparılmasını təşkil etmək və qərar layihəsini hazırlamaq;
-
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfmdən
akkreditasiya olunmuş sınaq laboratoriyalarmdan (mərkəzlərindən) və yaxud
Dağ-Mədən Nəzarəti Agentliyinin İstehsal, Təcrübə və Smaq Mərkəzindən alınmış
rəsmi sənədlər əsasında protokol və ya akt hazırlamaq və Agentliyin rəhbərliyinə
təqdim etmək;
-
təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların və
avadanlığın texniki təhlükəsizlik tələblərinə uyğun olaraq sertifıkatlaşduılması ilə
ə
laqədar praktiki işlərin aparılmasını təşkil etmək və həyata keçirmək;
- sertifıkatlaşdırma smaqlarının keçirilməsi üçün Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində akkreditasiya
olunmuş sınaq laboratoriyasının və yaxud Dağ-Mədən Nəzarəti Agentliyinin
la-boratoriyalarımn təyin edilməsi barədə Agentliyin rəhbərliyinə müvafıq təkliflər
vermək;
-
təhlükəsizlik sertifıkatının və sertifıkata əlavənin (əlavə 2) layihəsini
hazırlamaq (əlavəsi olmayan sertifıkat etibarsız sayılır);
-
sertifıkatlaşdırma sınağının nəticələrinə müvafıq olaraq, təhlükəsizlik
sertifikatmın verilməsini və daxili reyestrdə qeydiyyatm aparılmasını təşkil etmək;
-
texniki qurğuların və avadanlığın sertifıkatlaşdırılma-sının apanlmasını və
proqramını hazırlayıb təsdiq etmək üçün Agentliyin rəhbərliyinə təqdim etmək;
-
texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik tələblərinin
göstəricilərini müəyyənləşdirmək;
-
texniki qurğuların və avadanlığın sınaq nümunələrini müəyyənləşdirmək;
-
texniki qurğulann və avadanlığm texniki təhlükəsizlik üzrə sertifikatlaşdırma
sınaqlarının keçirilməsi üzrə akkreditasiya olunmuş sınaq laboratoriyalarını
(mərkəzlərini) müəyyən etmək, smaq proqramı əsasında nümunənin təyin edilməsi,
smağm keçirildiyi yeri, vaxtı müəyyənləşdirmək və əmrin layihəsini hazırlayıb
Agentliyin rəhbərliyinə təqdim etmək;
-
sertifikatlaşdırma hansı sənaye sahəsi üzrə və hansı obyektdə aparılacaqsa,
orada iştirak edən təşkilat, dövlət orqanlan (Agentlik, Ekologiya və Təbii Sərvətlər
Naziıiiyi, Səhiyyə Nazirliyi, FHN-in Yanğmdan Mühafizə Xidməti və sair) ilə əlaqə
yaratmaq, onlarm akkreditasiya olunmuş laboratoriyalarmı lazım gəldikdə istifadə
etmək üçün müəyyənləşdirmək və razılaşdırmaq;
-
sertifıkatlaşdırma qaydaları, sınaq proqramı və metodu üzrə sınaqların
aparılmasını təşkil etmək;
-
sınağın nəticələrini təhlil etmək, təhlükəsizlik nişanı ilə markalanmasma
icazə verilməsi şərtlərini müəyyənləşdirmək;
-
texniki təhlükəsizlik nişanı ilə (əlavə 1) markalanma hüququ vermək;
-
xarici ölkələrin sertifıkatlarmın tanınması barədə Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə birlikdə qərar qəbul edilməsi üçün
Agentliyin rəhbərliyinə təklif vermək;
-
sertifikatlaşdırmanı aparmaq üçün hüquqi və fıziki şəxslərin (bundan sonra
ə
rizəçilərin) təyin olunmuş sınaq laboratoriyası (mərkəzi) ilə müqavilə (kontraktlar)
bağlamalarına nəzarət etmək;
-
aparılmış müayinələr nəticəsində sertifikatın fəaliyyətini müvəqqəti olaraq
dayandırmaq və yaxud ləğv etmək haqqmda Agentliyin rəhbərliyinə müvafıq təkliflər
vermək;
-
sertifikatlaşdırmaya dair şikayət ərizəsinə baxmaq üçün yaradılmış
apellyasiya komissiyasma müvafiq tapşırıq vermək, tələb olunduğu halda
sertifikatlaşdırmanın nəticələri haqqmda əlaqədar dövlət orqanlarma, hüquqi və və
fıziki şəxslərə məlumat verilməsini təşkil etmək;
-
texniki təhlükəsizlik tələblərinin və standartlarınm dəyişməsi ilə əlaqədar
texniki qurğulann və avadanhğın yenidən sertifikatlaşdırılması üçün hüquqi və fıziki
şə
xslərlə qarşılıqlı əlaqə saxlamaq;
-
texniki təhlükəsizlik sertifıkatlarının verilməsi üzrə illik arayışları
(hesabatları) hazırlamaq.
Təhlükə potensialh obyektlərdə istifadə olunan texniki qurğulann və avadanlığın
sertifikatlaşdırılması aşağıdakı mərhələlərdən ibarətdir:
1)
təhlükə potensiallı obyektlərdə texniki qurğulan və avadanlığı istifadə edən
hüquqi və fıziki şəxslərə texniki təhlükəsizlik üzrə sertifıkatlaşdırmanm aparılması
barədə Dağ-Mədən Nəzarəti Agentliyi tərəfındən lazımi göstərişin verilməsindən;
2)
müvafiq
göstəricilər
və
normativ-texniki
sənədlər
ə
sasmda
sertifıkatlaşdırmanın keçiriləcəyinin müəyyənləşdirilməsindən;
3)
sertifıkatlaşdurna proqramının hazırlanmasından;
4)
sınaq nümunələrinin seçilməsi, sınağın keçirilməsi üçün akkreditasiya
olunmuş laboratoriyanın (mərkəzlərin) təyin edilməsindən;
5)
sınaq nümunələrinin identifıkasiyasından;
6)
sınaq proqramı və metodu üzrə sınaqlann keçirilməsindən;
7)
alınmış nəticələrin təhlili, sertifıkatın verilməsi və ya verilməməsi barədə
qərarm qəbul edilməsindən;
8)
sertifıkatm verilməsi və texniki təhlükəsizlik nişanı ilə markalanmasına icazə
hüququ barədə sənədin hazırlanmasından;
9)
sertifıkatlaşdırılmış texniki qurğuya və avadanhğa təftiş nəzarətinin həyata
keçirilməsindən.
Sertifikatlaşdırılan texniki qurğu və avadanlıq üçün sertifıkatm verilməsi və
texniki təhlükəsizlik nişanının tətbiq edilməsinə icazənin mümkün olub-olmaması
barədə qərar Dağ-Mədən Nəzarəti Agentliyi tərəfındən verilir:
a)
sertifikatlaşdırma aparüması barədə sifariş;
b)
sifarişə əlavə edilən sənədlərin texniki təhlükəsizlik tələblərinə uyğunluğu
haqqında bəyannamə;
c)
sertifıkatlaşdmna mərkəzinin həmin sifariş barədə qərarı;
d)
sertifıkatlaşdudan texniki qurğuların və avadanlığın nü-munələrinin seçilməsi
və identifıkasiyası barədə akt;
e)
sınaqların apanlması haqqında protokol (akt);
0 istifadə edilən texniki qurğulann və avadanhğın texniki təhlükəsizlik
tələblərinə uyğunluğunun təhlili barədə akt və s.
Sertifıkatm verilməsi üçün zəruri şərt odur ki, akkreditasiya olunmuş və
Dağ-Mədən Nəzarəti Agentliyi tərəfındən təyin edilmiş sınaq laboratoriyalarında
(mərkəzlərində) keçirilmiş smaqların müsbət nəticələri barədə protokollar (aktlar)
təqdim edilsin.
«Ətraf mühitin mühafizəsi haqqmda» Qanunun 19-cu maddəsində ətraf mühitin
mühafızəsi sahəsində standartlaşdırma və sertifıkatlaşdırma obyektlərinə ekoloji
təhlükəsizlik, əhalinin həyat və sağlamlığına, təbii ehtiyatların bərpasına və səmərəli
istifadəsinə təhlükə yarada biləcək Azərbaycan Respublikasmda istehsal olunan və ya
onun ərazisinə gətirilən məhsullar (işlər, xidmətlər) və texnologiyalar aid edilir.
Qanunda həmçinin ətraf mühitin mühafızəsi sahəsində məhsulların, işlərin,
xidmətlərin və fəaliyyətlərin standartlara və texniki tələblərə uyğunluğunun müəyyən
edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada sertifıkatlaşdırma həyata
keçi-rildiyi, bu sahədə məcburi sertifıkatlaşdmlmalı olan məhsulların (işlərin,
xidmətlərin) müvafıq sertifıkatı olmadıqda onlarm istehsalı (yerinə yetirilməsi)
qadağan edildiyi öz əksini tapmışdır.
Dostları ilə paylaş: |