Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc


Dövlət ekoloji ekspertizasının maliyy



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə36/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   32   33   34   35   36   37   38   39   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi qaydaları 
Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi qaydalarını müəyyen etmək 
mühüm əhəmiyyət kəsb edir. Bu qayda «Ətraf mühitin mühafızəsi haqqında» 
Azərbaycan Respub-likası Qanununun tətbiq edilməsi barədə Azərbaycan 
Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının 
icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. 
Elmi, metodik və maddi bazanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi 
hesabma ekspertizanın yüksək elmi-texniki səviyyədə həyata keçirilməsinə şərait 
yaratmaq, qəbul edilən qərarların əlaqədar tərəflərin mövqelərindən asılı olmamasını 
təmin etmək məqsədi ilə dövlət ekoloji ekspertizasına görə haqq ödənilir. 
Dövlət ekoloji ekspertizasının vəzifələrinə və funksiyala-rına əsaslanaraq dövlət 
ekoloji ekspertizası haqqının ödənilmə-si zamanı dövlət ekoloji ekspertizası 
orqanlarının layihəqabağı, layihə və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
(ƏMTQ) sənədlərinin və başqa sənədlərin sifarişçiləri və (və ya) tərtibçiləri ilə, 
habelə əlaqədar şəxslərlə birbaşa təsərrüfat hesablı qarşılıqlı münasibətlərini istisna 
edir. 
Dövlət ekoloji ekspertizası haqqının ödənilməsi ilə əlaqədar daxil olan vəsaitdən 
istifadə sahəsində planlaşduma, uçot və hesabat Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq aparılır. 
Azərbaycan Respublikasmın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafıq 
orqanlarmm baxmalı olduqları layihələrin, sənədlərin və materialların dövlət ekoloji 
ekspertizasmm haqqını, onların sifarişçisi işlərin mərhələ-mərhələ aparıl-masına 
ə
sasən aşağıdakı qaydada ödəyir: 
-
sifarişçi (təşəbbüsçü) sənədləri və ya materialları dövlət ekoloji 
ekspertizasına təqdim etdikdə, ekoloji ekspertiza orqanlarına layihəqabağı mərhələnin 
icrası üçün Azərbaycan Respublikasında aylıq əmək haqqınm vergi tutulmayan 
məbləğinin 1 (bir) misli (30 min köhnə manat) məbləğində, layihə və ƏMTQ 
mərhələsinin icrası üçün aşağıda göstərilən qaydada hesablanmış haqqm Ekologiya 


və Təbii Sərvətlər Nazirliyinin xüsusi hesabına köçürülməsi barədə bildiriş 
verməlidir. 
-
sənədlər (materiallar) dövlət ekoloji ekspertizasma o halda qəbul olunmuş 
sayılır ki, ekspertiza işlərinin dəyəri ödənilmiş olsun və vəsaitin köçürülməsi barədə 
maliyyə sənədlərinin surətləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi orqanlarına 
təqdim edilsin. 
Dövlət ekoloji ekspertizasmın ödəniş məbləğinin düzgün ödənilməsinə və 
ödənilməsi müddətinə nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. 
Dövlət ekoloji ekspertizası dövlət büdcəsi və sənədlərin sifarişçisinin vəsaiti 
hesabına maliyyələşdirilir. Sənəd və materialların dövlət ekoloji ekspertizasınm 
dəyəri (D) aşağıdakı düsturla təyin edilir: 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin