Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə37/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   33   34   35   36   37   38   39   40   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

D=NxƏ ,xƏ
2
xƏ
3
xƏ
4
xƏ
5
+E 
Burada N - daimi hesablama kəmiyyəti olmaqla, obyektlər üçün sənədlərin 
hazırlanmasından və ya lahiyənin ümumi smeta dəyərindən asılıdır. 
Ə
2
- layihəqabağı və layihə qərarlarmm həyata keçiriləcəyi ərazidə ekoloji 
şə
raiti nəzərə alan əmsal. 
Ə
3
- obyektin ekoloji təhlükəsizlik səviyyəsini nəzərə alan əmsal beş dərəcəli 
sistem üzrə, obyektlərin SN245-71 sanitariya təsnifatı normaları əsas götürülməklə 
müəyyənləşdirilir. 
Ə
4
- obyektlərin nadirliyi əmsalı birtipli layihələrə dair sənədlər üçün - 1,2-yə, 
fərdi layihələrə dair sənədlər üçün -1,3-ə, layihə eksperiment qaydasında 
hazırlandıqda - 1,4-ə bərabərdir. 
Ə
5
- nəzərdə tutulan təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin 
qiymətləndirilməsi (ƏMTQ) sənədlərin və layihəqabağı və layihə sənədlərinin 
Ə
MTQ bölmələrinin dolğunluğunu nəzərə alır. . 
E - ekspertizanın qısa müddətlərdə yerinə yetirilməsinə görə əlavə dəyərdir, 
sifarişçinin təşəbbüsü ilə ekspertiza xidmətinin real imkanma uyğun olaraq razılaşma 
yolu ilə müəyyənləşdirilir. 
Azərbaycan Respublikasınm bir sıra büdcə təşkilatları bu məqsədlə vesait 
məhdudluğunu əsaslandırdıqda, ekoloji eksper-tiza haqqını ödəmək üçün 0,1-0,3 


ə
msah istifadə edilə bilər. 
Təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil 
olan 
iri 
sənaye 
obyektlərinin 
və 
komplekslərinin 
yenidənqurma 
və 
müasirləşdirilməsinə aid layihə və ƏMTQ sənədləri üçün 2,5 Ə, əmsalı istifadə edilə 
bilər. 
Sifarişçi tərəfındən öz gücü ilə hazırlanmış (smeta dəyəri müəyyən olunmamış) 
sənədlərin 
ekoloji 
ekspertizası 
haqqının 
ödənilməsi 
məbləği 
onların 
mürəkkəbliyindən asdı olaraq 100.000 (yüz min) 500.000 (beş yüz min) köhnə 
manata qədər təyin oluna bilor. 
Obyektlorin yerləşdirilməsi üçün sənədlərin ekspertizası haqqınm ödənilməsi 
məbləği Azərbaycan Respublikasında aylıq əmək haqqının vergi tutulmayan 
məbləğinin 1 (bir) mislinə (30 min manat) bərabərdir. 
Dövlət ekoloji ekspertizasınm vəsaitindən istifadə qayda-larına xüsusi riayət 
etmək lazım gəlir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekspertiza idarəsi tərəfmdən 
ekspertiza işlərinin yerinə yetirilməsi üzrə sifarişçi tərəfmdən ödənilən vəsait-lər 
Nazirliyin büdcədən kənar vəsaitləri hesabma daxil olur və aşağıdakı məqsədlər üçün 
istifadə edilir: 
a)
ştatdankənar ekspertlərin və məsləhətçilərin əməyinin ödənilməsinə və 
stimullaşdırılmasına; 
b)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sisteminin dövlət ekoloji ekspertizası 
prosesində iştirak edən ekspertiza və digər bölmələrin işçilərinin əməyinin 
həvəsləndirilməsi məqsədilə onların mükafatlandırılmasına; 
c)
ətraf mühitə təsirin qiymətləndirilməsi metodologiyası və metodikası 
sahəsində elmi tədqiqatlann və dövlət ekoloji ekspertizasının digər. xərclərinin 
maliyyələşdirilməsinə; 
d)
dövlət ekoloji ekspertizasmın həyata keçirilməsi üçün texniki avadanlıq və 
digər vasitələrin əldə edilməsinə, ekspertizanın informasiya - metodiki və 
maddi-texniki təminatına; 
e)
nəzarət analiz və başqa zəruri ölçmələrin, habelə ekspertizanın aparılması ilə 
bağlı digər cari işlərin dəyərinin ödə-nilməsinə. 


Dövlət ekoloji ekspertizasının aparılmasma cəlb edilən ştatdankənar ekspertlərin 
ə
məyi «Dövlət Ekoloji ekspertizası-nın aparılmasına cəlb edilən ştatdankənar 
ekspertlərin əməyinin ödənilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin 1999-cu il 16 ıyun tarixli 99 nömrəli qərarı ilə müəyyənləşdirilmiş 
qaydada (işin mürəkkəbliyindən və həcmindən asılı olaraq ekspertiza idarəsinin 
ekspert, aparıcı və ya baş ekspertlərinin aylıq vəzifə maaşından çox olmayaraq 
ekspertizaya sərf edilən vaxta münasib olaraq) ödənilir. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin