Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə35/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   31   32   33   34   35   36   37   38   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Ekoloji ekspertiza 
«Ətraf mühitin mühafızəsi haqqında» Azərbaycan Respublikası Qanununun 
«Ekoloji ekspertiza» adlanan VIII fəslində «Ekoloji ekspertiza təsərrüfat fəaliyyətinin 
ə
traf mühitə ola bilən mənfı təsirinin və bununla bağlı nəticələrin aşkar edilməsi, 
qarşısının alınması və proqnozlaşdırılması məqsədilə ətraf mühitin keyfıyyət 
normativlərinə və ekoloji tələblərə uyğunluğu-nun müəyyən edilməsi» kimi təsbit 
olunmuşdur (maddə 50). 
Ekoloji ekspertiza ekoloji nəzarətin sərbəst bir növü kimi fəaliyyət göstərir. 
Qüvvədə olan qanunvericiliyə görə ekoloji ekspertizanın hazırda aşağıdakı 
formalarından istifadə olunur: dövlət, idarə və müəssisə, ictimai, elmi. 
Dövlət ekoloji ekspertizası səlahiyyətli dövlət orqanı olan Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi tərəfındən aparılır və onun aparılması qaydaları qanunvericiliklə 
müəyyən edilir. Dövlət ekoloji ekspertizasının gəldiyi nəticələr, bütün digər dövlət 
orqanları tərəfmdən müzakirəsiz icra olunur. 
Dövlət ekoloji ekspertizası təsərrüfat və başqa fəaliyyət-lər nəticəsində ətraf 
mühitə təsirin qiymətləndirilməsinin dolğunluğunu və düzgünlüyünü, qəbul olunan 
qərarlarm ekoloji təhlükəsizlik dərəcəsini, təbii ehtiyatlardan səmərəli istifadə və 
ə
traf mühitin 
mühafızəsi barədə təklif olunan tədbirlərin səmərəsini 


müəyyənləşdirmək məqsədilə təşkil olunur və həyata keçirilir. 
Qanunvericiliyə görə dövlət ekoloji ekspertizasının vəzifələri aşağıdakılardu: 
-
nəzərdə tutulan və həyata keçirilən, ətraf mühitin vəziyyotino vo ohalinin 
sağlamlığına hazırda vo ya gələcəkdə bilavasitə və ya dolayısı ilə təsir göstərə 
biləcək, təsərrüfat və başqa fəaliyyətlərin ekoloji təhlükəsi səviyyəsini müəyyən 
etmək; 
-
layihələşdirilən təsərrüfat və başqa fəaliyyətlərin ətraf mühitin mühafızəsi 
haqqında qanunvericiliyin tələblərinə, gigiyena-sanitariya normalarına və qaydalarına 
uyğunluğunu qiymətləndirmək; 
- nəzərdə tutulan ətraf mühitin mühafızəsi tədbirlərinin keyfıyyətinin nə 
dərəcədə əsaslı olduğunu müəyyən etmək. Ekoloji ekspertizanın obyektləri 
aşağıdakılardır: 
-
respublikanın və xalq təsərrüfatı sahələrinin məhsul-dar qüvvələrinin 
inkişafına və yerləşdirilməsinə dair planqa-bağı və layihəqabağı sənədlərin bütün 
növləri; 
-
xalq təsərrüfatı obyektlərinin və komplekslərinin tikintisinin və ləğv 
olunmasının texniki-iqtisadi əsaslandırılmaları, layihələri; 
-
sərbəst iqtisadi zonalarda təsərrüfat fəaliyyətini tənzimləyən sənədlər; 
-
yeni texnlogiyaların yaradılmasına və ya idxal edilməsinə dair sənədlər; 
-
təbiətdən istifadəni tənzimləyən qanunvericiliyin direktivi, normativ-hüquqi, 
təlimat-metodik və normativ-texniki sənədlərin layihələri; 
-
təsərrüfat fəaliyyəti və ya fövqəladə vəziyyət nəti-cəsində yaranmış ekoloji 
şə
rait; 
-
regionda, ayrı-ayrı təbii obyektlərdə, təbii kompleksdə (ekosistemdə) ekoloji 
şə
rait. 
Ekoloji ekpertizanı adətən, komissiya aparır, lakin ayrıayn şəxslər də apara bilər. 
Bu zaman aşağıdakı üsullardan istifadə olunur: 
-
materiallann toplanması, ümumiləşdirilməsi və baxılması; 
-
materiallann qiymətləndirilməsi və nəticələrin alınması; 
-
nəticələrin icrasma nəzarət. 


Qanunvericiliyə görə dövlət ekoloji ekspertizası öz fəaliyyəti zamanı 
aşağıdakıları rəhbər tutur: 
-
beynəlxalq hüquq öhdəlikləri; 
-
qanunçuluq, elmi əsaslılıq, aşkarlıq prinsipləri, ekoloji, sosial, 
mühəndis-texnoloji, texniki, arxitektura-planlaşdırma, iqtisadi və başqa qiymətlərin 
inteqrasiyası prinsipləri; 
-
təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin kompleks sosial-ekoloji-iqtisadi 
qiymətləndirilməsinin noticolori; 
-
bütün insanların sağlamhğı və rifahı üçün əlverişli ətraf mühitə malik olmaq 
hüququnu; 
-
indiki və gələcək nəsillərin mənafeyi naminə ekoloji tarazlığın, genefondun 
və canlı təbiətin rəngarəngliyinin qorunub saxlanılmasını təmin etmək zərurətini; 
-
təbiətdən 
tənzimlənməyən 
istifadənin 
potensial 
təhlükəsini 

prezumpsiyasını; 
-
qəzaların baş verməsinin mümkünlüyünü; 
-
ətraf mühitin qorunub saxlanılmasının, cəmiyyətin inkişafının ayrılmaz 
tərkib hissəsi kimi qiymətləndirilməsini. 
Dövlət ekoloji ekspertizasının əsas prinsiplərindən biri də onun zəruriliyidir. 
Bütün hallarda ekspertizanın aparılması məcburi olaraq həyata keçirilməlidir. 
Təbiəti mühafizə haqqında Əsas Qanu-nun 55-ci maddəsinə görə «təsərrüfat 
fəaliyyəti layihələrinin yalnız dövlət ekoloji ekspertizasının müsbət rəyi olduqda 
maliyyələşdirilməyə başlanır». 
Ekspertizanın elmi əsası, onun bütün arqumentlərinin elmi cəhətdən 
ə
saslandınlmış olması, iqtisadi və ekoloji maraqlarm uzlaşması, ətraf mühitin 
mühafizəsi və insan həyatının tələbidir. 
Dövlət ekoloji ekspertizasımn aşkarlığı tikiləcək obyektin və ya həyata 
keçiriləcək hər hansı bir dövlət proqramınm ətraf mühitə və insanlann sağlamlığma 
vura biləcəyi zərər barədə əvvəlcədən ictimaiyyətə məlumat verirlməsidir. 
Dövlət ekoloji ekspertizasınm subyektləri kimi 3 tərəf çıxış etməlidir: sifarişçi, 
icraçı və istehlakçı. 


Dövlət adından sifarişçi kimi onun xüsusi səlahiyyətli nümayəndəsi olan 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bəzi hallarda isə Azərbaycan Respublikasımn 
Nazirlər Kabineti ola bilər. Ekoloji ekspertizanı aparan isə icraçı kimi çıxış edir. 
İ
craçı rolunda elmi-tədqiqat institutları və ya ona bənzər digər təşkilatlar 
(elm-istehsalat birliyi, elmi-texniki mərkəz, elm-təhsil mərkəzi və s.), habelə 
peşəkarlardan ibarət olan komis-siya da ola bilər. Bu sistemdə istehlakçı rolunda 
ekoloji eksper-tizanın nəticələrini icra edəcək idarə, müəssisə, təşkilat və s. çıxış edir. 
«Ətraf mühitin mühafızəsi haqqında» Qanunun 57-ci maddəsinə görə dövlət 
ekoloji ekspertizası rəyinin ycrinə yetırilməməsinin nəticələri və səhv rəyə görə 
məsuliyyət qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Bu 
məsuliy-yət özünü 3 halda biruzə verir: 
-
düzgün nəticə çıxartmamaqda günahlandınlarsa, bu zaman onlar Azərbaycan 
Respublikasınm Cinayət Məcəlləsinin 308-ci (hakimiyyətdən və ya qulluq 
mövqeyindən sui-is-tifadə) və yaxud 314-cü (səhlənkarlıq) maddələri ilə 
məsuliy-yətə cəlb olunurlar; 
-
müəssisə, idarə, təşkilat və vətəndaşlar ekspertizanm nəticələrini icra 
etmədikdə, onlar Azərbaycan Respublikasının «İnzibati Xətalar Məcəlləsinə» uyğun 
olaraq cəzalandırıhrlar; 
-
ekoloji ekspertizanm rəyinin dəyişdirilməsinə cəhd edən vəzifəli şəxslər 
onlann göstərdikləri təsirin dərəcəsindən asılı olaraq həm inzibati, həm də cinayət 
məsuliyyətinə cəlb edilə bilərlər. 
Hüquqi pozan şəxslər hər 3 halda dəymiş zərəri ödəyirlər. 
Ekoloji ekspertizanm digər bir forması olan idarə, müəs-sisə ekoloji ekspertizası 
müvafıq nazirlik, komitə, konsern və sairin rəhbərliyi tərəfindən təyin olunur və onun 
nəticələri dövlət ekoloji ekspertizası ilə ziddiyyət təşkil etmirsə, həmin dövlət 
orqanlarının bütün strukturları tərəfındən icra olunur. 
«Ətraf mühitin mühafızəsi haqqında» Qanunun 58-ci maddəsinə görə ictimai 
birliklərin və əhalinin digər qruplarının təşəbbüsü ilə ictimai ekoloji ekspertiza 
aparıla bilər. Bu cür ekspertizaların rəyi məlumat və tövsiyə xarakteri daşıyır. 
Elmi ekoloji ekspertiza elmi idarələrin, ali məktəblərin və ya alimlərin təşəbbüsü 


ilə aparıla bilər və onun nəticələri xüsusi halda əsas kimi qəbul edilə bilər, yaxud da 
məsləhət xarakteri daşıyar. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin