traf mühitin keyfiyyət normaları
«Ətraf mühitin mühafızəsi haqqmda» Qanunun VI fəs-lində ətraf mühitin
ekoloji cəhətdən tarazlığının məqsədi kimi ekoloji təhlükəsizliyin və əhalinin
sağlamlığının pozulmasına zəmanət verən, təbii ehtiyatların səmərəli istifadəsini və
bərpasını, ətraf mühitin çirklenməsinin qarşısının alınmasını tomin edən, ətraf mühitə
yol verilə bilən elmi əsaslandırılmış təsir normalarının müəyyən edilməsi
göstərilmişdir (maddə 30).
Ə
traf mühitde ekoloji tarazlığın pozulma dərəcəsinin nizamlanmasına, ətraf
mühitin keyfiyyət göstəricilərinin insan sağlamlığına, təbii ehtiyatlarm səmərəli
istifadəsinə, mühafızəsinə və bərpasına zərərli təsirin müəyyən edilməsi, ətraf
mühi-tə zərərli təsirin yol verilə bilən son həddi səviyyəsinin müəyyən edilməsinin
aid olduğu həmin Qanunda təsbit edilmişdir.
Təbiət və cemiyyət arasında enerji və maddələr mübadiləsi prosesini daim və
dəyişmədən təmin edən ekoloji sistemlərin vəziyyəti təbii etraf mühitin keyfiyyəti
hesab olunur.
Mühitin keyfıyyəti təbiətin özünü tənzimləmə və zərərli maddələrdən
özünütənzimləmə yolu ilə təmin olunur. Təbiətdəki bütün dövranlar (su, enerji,
maddələr mübadiləsi), «maddələrin itməməsi» qanununa uyğun olaraq baş verir, daha
doğrusu, bir prosesin son məhsulu digər prosesin başlanğıc məhsulu hesab olunur
(tullantı əmələ gəlmir).
Təbii proseslərdən fərqli olaraq insanın yaratdığı istehsal prosesləri hələ ki, tam
mükəmməl deyildir, yəni tullantısız ötüşmür. Axıra qalan hər hansı bir məhsul qalığı
çox halda digər istehsal prosesi üçün xammal sayılmır. Aztullantılı və tullantısız
texnologiyalar hələlik geniş vüsət ala bilmir. Odur ki, insanın təsərrüfat fəaliyyəti
nəticəsində ətraf mühitə dəyən ziyanın tənzimlənməsi üçün xüsusi mexanizm tələb
olunur.
İ
nsanın ətraf mühitə göstərə biləcəyi optimal təsirinə verilən fəaliyyət
məhdudiyyətləri ətraf mühitin keyfıyyət normalannı müəyyən edir. Ətraf mühitə təsir
tədbirlərinə norma deyilir.
Ə
traf mühitin keyfiyyət normalarından ümumi şəkildə aşağıdakılar tələb olunur:
-
əhalinin ekoloji cəhətdən təhlükəsizliyi;
-
genofondun qorunması (bu zaman bütün canlı aləmin, o cümlədən insanın
genofondunun qorunması nəzərdə tutulur);
-
təsərrüfat fəaliyyətinin sabit inkişafinm təmin edilməsi üçün təbii şəraiti
qorumaq və ondan səmərəli istifadə etmək.
Qeyd olunan tələblərin son məqsədi, ictimai inkişafin əsası olan iqtisadi və
ekoloji maraqların elmi cəhətdən əsaslandırılmış vəhdətini yaratmaqdır. İqtisadiyyat
və ekologiya arasında əldə edilmiş məcburi uzlaşma həddi icazə verilən (yol verilən)
normativlər adlanır.
Keyfıyyət normativləri əsasən üç göstəricidon toşkil olunmuşdur:
1)
tibbi - insan həyatına, onun genofonduna təsir edən göstəricilər;
2)
texnoloji - iqtisadiyyatm insana və onun yaşadığı mühitə təsir edəcək
müəyyən olunmuş məhdudiyyətlərin yeri-nə yetirilməsinin təminat bacarığı hesab
olunan göstəricilər;
3)
elmi-texniki
-
istehsal
vasitələrin
təsir
məhdudiyyətləri-
nin bütün parametrlər üzrə gözlənilməsinə nəzarət imkanları.
Ə
traf mühitə təsir dedikdə, insanın iqtisadi, mədəni istirahət maraqlarını həyata
keçirmək üçün göstərdiyi fəaliyyəti nəticəsində təbii mühitdə baş verən fiziki,
kimyəvi və bioloji dəyişkənliklər başa düşülür. Təbii mühitə edilən ən böyük mənfi
təsir onun çirklənməsidir.
İ
nsanın antropogen fəaliyyəti nəticəsində onun həyatına və sağlamlığına, bitki
və heyvanat aləminin vəziyyətinə, təbii ekosistemlərə təhlükə törədə biləcək
səviyyədə təbii mühitdə baş verən fıziki, kimyəvi və bioloji dəyişikliklər ətraf
mühitin çirklənməsi adlanır.
Ə
traf mühitdə yol verilə biləcək çirklənmə normalarının müəyyənləşdirilməsi
həmişə mübahisələrə səbəb olmuşdur. Bir qrup alimlər belə hesab edirlər ki, bazar
iqtisadiyyatına ke-çid dövründə sənayenin və kənd təsərrüfatının hərtərəfli iqti-sadi
inkişafına heç bir maneçilik törədilməməli, digərləri isə ekoloji göstəricilərin
beynəlxalq səviyyəyə uyğun olmasını tələb etdikləri halda, mövcud qanunvericilik
orta mövqedə da-yanır. Yəni həm iqtisadiyyatı inkişaf etdirməyi, həm də ətraf mühiti
qorumağı tələb edir.
Keyfıyyət normativləri texniki və ya texniki-iqtisadi nor-malar olduğundan
hüquqi normalara da aid edilmir. Odur ki, öz-özlüyündə bu normativlərin hüquqi
gücü yoxdur. Bu normativlər təklif və metodiki təlimat şəklində istifadə oluna bilər.
Ə
gər bu normativlər səlahiyyətli orqanlar tərəfmdən təsdiq olunarsa, onda onların
icrası hüquqi cəhətdən məcubi sayılır. Azərbaycan Respublikasında Ekologiya və
Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi belə orqanlardan hesab olunur. Eyni
zamanda qeyd edilməlidir ki, normativlər heç bir qanunun tərkib hissəsi deyildir və
onlar ayrıca çap olunur.
Təbii ətraf mühitin keyfıyyət normaları 3 qrupa bölünür: sanitar-gigiyenik
normativlər, istehsal təsərrüfat normativləri, kompleks normativlərə.
Birinci qrupa - kimyəvi, bioloji və fiziki təsir göstərə biləcək zərərli maddələrin
yol verilə bilən toplanma miqdarını müəyyən edən normativləri, habelə sanitar,
müdafıə, yol verilən radiasiya səviyyəsi və digər normativlər daxildir. Bu tip
norma-tivlərin əsas məqsədi, insan sağlamlığı üçün əlverişli olan ətraf mühitın
keyfıyyət göstəricilərıni təyin etməkdir. Bu qrupa daxil olan normativlər daha yaxşı
işlənilmiş hesab olunur.
İ
kinci qrup normativlər əsasən tullantılarm və zərərli maddələrin atılması ilə
ə
laqədardır. Bu normativlərlə zərərli təsir mənbələrinə lazım olan tələblər qoyulur,
onun təsiri məh-dudlaşdırılır, habelə ziyan vura biləcək kəmiyyətləri müəyyən edir.
Bu kateqoriya normativlərə texnoloji, tikinti, şəhərsalma qaydaları və s. daxil etmək
olar.
Üçüncü qrupa isə birinci və ikinci qrupa daxil olan nor-mativləri özündə
birləşdirən kompleks normativlər daxildir. Məsələn, ətraf mühitinə təsirə
məhdudiyyət qoyulan (icazə verilən) normaları, müdafıə və sanitar zona normaları və
s.
Bundan başqa, təbii ehtiyatların istifadəsi (götürülməsi) normativləri də
mövcuddur. Həmin normativlər müəyyən müddət üçün təyin edilirlər. Eyni zamanda,
ə
traf mühitə yük normalannın həddi də müəyyən edilə bilər. Bu normativlik xü-susən
ə
razi-sənaye komplekslərinin formalaşdırılmasında, sə-nayenin, kənd təsərrüfatının
inkişafında, şəhərlərin tikintisində çox vacibdir. Bu zaman təbii mühitin özünübərpa
meyarlannı aşmağa yol verilmir. Müəssisələr ətrafmda həmçinin sanitar-mühafızə
zonalannın müəyyən edilmə normativləri də vardır. Bu zonaların ölçüləri onların
müəssisələrinin sanitar təsnifatma müvafıq olur. Məhsul və xidmətlərin ətraf mühitin
təhlükəsiz-liyinə, insanların həyatma və sağlamlığına təsiri dövlət standartları ilə
müəyyən edilir, bu zaman ekoloji sertifıkatlar, habe-lə məhsulun nişanlanması tətbiq
edilir.
Qanunvericiliyə görə konkret ekoloji şəraitdən asılı olaraq normativ
göstəricilərin mənfı istiqamətə doğru dəyişdirilməsinə, ətraf mühitin müəyyən
edilmiş keyfıyyət normativlərinin azaldılmış normalarla əvəz edilməsinə xüsusi icazə
verilə bilər. Orada həmçinin ətraf mühitin təsdiq edilmiş keyfıyyət normativlərinin
bütün hüquqi və fıziki şəxslər üçün məcburi olduğu və bu normativlərin mətbuatda
dərc olunaraq yayımlan-masının zəruriliyi öz əksini tapmışdır.
Ə
Dostları ilə paylaş: |