Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə39/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   35   36   37   38   39   40   41   42   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

qaydada müəyyən edilir: 
Birinci kateqoriya: radioaktiv maddələrin emah, istifadəsi, saxlanması və 
basdırılması ilə məşğul olan müəssisələr-əməliyyat həcminin dəyərindən 0,9 faizi; 
İ
kinci kateqoriya: neft və qazçıxarma, qazma müəssisələri - neft hasilatı və 
qazma işləri dəyərindən 0,7 faizi; 
Üçüncü kateqoriya: neftayırma, neft emalı məhsullan-nm istehsalı və qaz emah 
müəssisələri (benzin, ağ neft, ya-nacaq mazut, dizel yanacağı, neftbitum və s.) - 


istehsal dəyərindən 0,6 faizi; 
Dördüncü kateqoriya: kimyəvi maddələrin və məhsullann istehsalı müəssisələri 
(propilen, etilen, polietilen, izopro-pil spirtli, lak-boya məmulatları, kaustik soda, 
xlorid turşusu, propilen oksidi, dixloretan, benzol, divinil, qətran, pirokon-densat və 
s.) - istehsal dəyərindən 0,5 faizi; 
Beşinci kateqoriya: istilik elektrik stansiyalan - elektrik enerjisinin istehsalı 
dəyərindən 0,1 faizi; 
Altıncı kateqoriya: magistral neft və qaz hocv kəmərləri - şərti maliyyə 
vahidinin 300.000 misli; 
Yeddinci kateqoriya: neft və maye şəklində neft və qaz emalı və kimya 
məhsulları, radioaktiv və digər zərərli maddələrin daşınması: dəmir yolu və gəmi (su 
nəqliyyatı) ilə daşınan hər 1.000 ton - şərti maliyyə vahidinin 150 misli; hər bir 
avtomobil - şərti maliyyə vahidinin 500 misli; 
Səkkizinci kateqoriya: avtomobiüər üçün yanacaq doldurma stansiyaları (benzin, 
dizel yanacağı, qaz) şərti maliyyə vahidinin: 
Bakıda - 20.000 misli; 
Sumqayıtda- 15.000 misli; 
Digər rayon və şəhərlərdə - 10.000 misli (maddə 9). 
Sığorta haqqı məsuliyyətin son həddi olan sığorta məbləğindən asılı olaraq 
sığorta tarifı üzrə hesablanır və sığorta müqaviləsi ilə müəyyən edilir. İcbari ekoloji 
sığorta üçün sığorta taarifınin minimum dərəcəsi, haqqında artıq irəlidə danışdığımız 
qanunla müəyyən edilmiş minimum sığorta məbləğinin 2 faizini təşkil edir. 
Sığorta hadisəsi baş verdikdə sığortaçı fiziki və hüquqi şəxslərin, dövlət 
hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının irəli sürdükləri iddialar (tələblər) 
üzrə vurulmuş zərərin ödənilməsi üçün sığortalıya və ya zərərçəkənlərə zərərin 
faktiki miqdannda sığorta ödənişi verir. Lakin sığorta ödənişlərinin ümumi miqdarı 
sığortaçınm məsuliyyətinin son həddindən (sığorta məbləğindən) artıq ola bilməz. 
Ə
gər sığortahnın eyni risklərə dair qüvvədə olan bir neçə sığorta müqaviləsi varsa, 
hər sığortaçı öz məsuliyyətinin həddi olan sığorta məbləğinin bütün müqavilələr üzrə 
ümumi sığorta məbləğinə olan nisbəti-nə bərabər faiz miqdarında sığorta ödənişi 


verir. Bu zaman sığortalı aşağıdakı sənədləri təqdim etməlidir: 
-
sığorta hadisəsinin səbəbləri, zərərin miqyası və nəti-cəsi barədə səlahiyyətli 
komissiyanm aktmı; 
-
sığorta hadisəsi ilə bağlı müəssisədaxili sənədləri; 
-
hadisə ilə bağlı sığortalıya qarşı irəli sürülən iddiaları; 
-
iddialar üzrə mübahisə olduqda, ödənilməli olan zərərin miqdarı 
göstərilməklə məhkəmənin qərarmı. 
Aşağıdakı hallarda sığortaçı sığorta ödənişi verməkdən imtina etmək hüququna 
malikdir: 
-
sığortalı sığorta hadisəsinin baş verilməsinə səbəb olan və ya baş vermə 
ehtimalını artıran dəyişikliklər (risklər) haqqında müqavilədə müəyyən edilmiş 
müddətdə sığortaçıya məlumat vermədikdə; 
-
«İcbari ekoloji sığorta haqqında» Qanuna görə sığorta hadisəsi hesab 
edilməyən hallarda zərər vurulduqda; 
-
sığortalı sığorta hadisəsi nəticəsində vurulan zərərin qarşısını almaq və ya 
miqdarını azaltmaq üçün onun imkanı daxilində olan tədbirləri görmədikdə; 
-
qanunvericilikdə və ya sığorta müqaviləsində digər əsaslar olduqda, ətraf 
mühitin qəza nəticəsində çirklənməsinin qarşısının alınması və vurula bilən zərərin 
azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün sığortaçılar sığorta haqlarının 5 
faizini vo işin apanlması üçün sığorta haqlannın 10 faizini sı-ğorta haqlarından 
formalaşdırılan müvafıq sığorta ehtiyatları fondlarına yönəldirlər. 
Qəza nəticəsində ətraf mühitin çirklənməsi zamanı insanlann həyat və 
sağlamlığına vurulan zərərin ödənilməsinə dair tələblərə iddia müddəti şamil 
edilməsə də, əmlaka, yerin təkinə, torpağa, su obyektlərinə, atmosfer havasına, 
heyvanlar və bitkilər aləminə vurulan zərərin ödənilməsi ilə bağlı tələblər üzrə iddia 
müddəti sığorta hadisəsinin baş verdiyi gündən etibarən 2 ildir. 
Ekoloji sığorta sisteminin inkişafmda, ilk növbədə onun maliyələşdirilməsində, 
bəzi alimlərin fıkrinə görə, ekoloji fondlar böyük rol oynaya bilərlər. Belə ki, «Ətraf 
mühitin mühafızəsi haqqında» Azərbaycan Respubilkasının Qanununa görə ətraf 
mühitin mühafızəsi üzrə fondlar ətraf mühitin mühafızəsində təxirəsalmmaz 


tədbirlərin, ona vurulan zərərin aradan qaldırılmasının və kompensasiya verilməsinin, 
ə
traf mühitin mühafızəsi sahəsində başqa tədbirlərin maliyyələşdirilməsi üçün 
yaradılır (maddə 27). 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin