1) İnformasiya yolu ilə nəzarət - xəbərdarlıq və ya cəza tədbirləri görmək üçün
dövlət orqanlanna lazımi ekoloji məlumatlann toplanıb göndərilməsidir;
2)
Xəbərdaredici nəzarət - ətraf mühitin mühafızəsi tədbirlərinin və
qanunların yerinə yetirilməməsi ilo notıcolono biləcək hərəkətlərin aradan
qaldırılmasına yönəldilmişdir;
3) Cəzaverici nəzarət - ekoloji normativlərin və qanunların tələblərini pozanların
cəzalandırılmasına yönəldilmiş məcburi dövlət tədbirləridir.
Təbii obyektlərin vəziyyətinə ekoloji nəzarət aşağıdakı üsullarla həyata keçirilir:
-
ətraf mühitin və onun obyektlərinin mühafızəsi sahə-sindəki qanunvericiliyin
və yerinə yetirilməsi vacib olan tədbirlərin icra olunmasını yoxlamaqla;
-
təbiəti mühafızə qanunvericiliyinə əməl olunması ilə;
-
təsərrüfat fəaliyyəti ilə məşğul olan subyektlərə təbiəti mühafızə sahəsindəki
vacib olan tələblərə riayət etməyi xəbərdar etməklə;
-
ekoloji cəhətdən ziyan vura biləcək hərəkətlərin qar-şısını
almaqla
(fəaliyyətlərinin məhdudlaşdırılması, dayandı-nlması və qadağan olunması yolu ilə);
-
təbii ehtiyatlardan istifadə zamanı zərərli maddələrin atüması, tullanması və
basdırılması üçün icazə vermək və ya almaqla;
-
ətraf mühitin keyfıyyət normativlərini miüəyyənləşdirmək, ətraf mühitə
ziyanlı təsirlərə icazə veriləcək hədd daxilində limit qoymaqla;
-
qanunların pozulmasına görə cərimə şəklində inzibati cəza növünü tətbiq
etməklə.
Ekoloji nəzarətin obyektləri aşağıdakılardır:
-
ətraf mühitin və onun təbii obyektlərinin vəziyyəti,
təsərrüfat fəaliyyəti
nəticəsində onların dəyişilmə dərəcələri;
-
ətraf mühitin və onun hər bir təbii obyektinin mühafizəsi üçün lazım olan
tədbirlərin məcburi (imperativ) icrası.
«Ətraf mühitin mühafizəsi haqqmda» Azərbaycan Respublikasmm Qanununa
görə ekoloji nəzarət sistemi dövlət, istehsalat və ictimai (vətəndaşlar) nəzarətdən
ibarətdir (maddə 23-28).
Dövlət ekoloji nəzarəti 2 hissədən ibarətdir: dövlət müşahidə xidməti və dövlət
nəzarəti.
Dövlət müşahidə xidməti (ətraf mühitin monitorinqi) ətraf mühitin vəziyyəti və
onun dəyişmə dərəcəsinin müəyyənləşdirilməsi ilə məşğul olur. Dövlət müşahidə
xidməti 2 səviyyədə həyata keçirilir: ümumi (ekoloji monitorinq)
və sahələr üzrə
(torpaq, su, hava və s.).
Dövlət nəzarəti isə təbiəti mühafızə sahəsindəki qanunvericiliyin icrasına
yönəldilmişdir.
İ
stehsalat nəzarətinin əsas vəzifəsi, qanunvericiliyə görə, ətraf mühitin
mühafizəsi üçün təsərrüfat subyektlərinin (müəssisə, qurğu, obyekt və s.) məcburi
yerinə yetirməli olduğu ekoloji tələblərin (49-60-cı maddələr) icra olunmasını
yoxlamaqdır.
Təbiətdən istifadə qaydalarına
riayət edilməsinə görə dövlət, istehsalat və
ictimai nəzarət formaları fərqləndirilir.
Dövlət nəzarəti Azərbaycan Respublikasmm Prezidenti, Milli Məclisi, Nazirlər
Kabineti, yerli hakimiyyət və idarəetmə orqanları olan bələdiyyələr, ətraf mühitin
mühafızəsi sahəsində xüsusi səlahiyyətli dövlət orqanlan vasitəsi ilə həyata keçirilir.
İ
stehsalat nəzarəti təbiəti mühafizə qanunvericiliyinin tələblərinin yerinə
yetirilməsi, keyfıyyət normalarına riayət olunması, təbii ehtiyatların artırılması və
səmərəli istifadə olunması, ətraf mühitin sağlamlaşdırılması və təbiətin müha-fızəsi
üzrə planların və tədbirlərin yerinə yetirilməsinin yoxlandması
məqsədi ilə
təşkilatlann, müəssisələrin və idarələrin ekoloji xidməti vasitəsi ilə həyata keçirilir.
İ
ctimai nəzarət həmkarlar ittifaqları, ictimai birliklər, əmək kollektivləri və
vətəndaşlar vasitəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Bundan başqa, öz səlahiyyətləri çərçivəsində nazirliklər və baş idarələrin həyata
keçirdiyi idarə nəzarətini ayırmaq olar. O, dövlət nəzarətindən iki mühüm cəhətə görə
fərqlənir: birincisi, qarşıya qoyulmuş vəzifənin nazirlik haqqmda xüsusi əsasnamə və
nazirliyin ümumi əsasnaməsi ilə təyin edilmiş daha dar cərçivədə olması; ikincisi,
nəzarət funksiyasının xeyli dərəcədə müxtəlif cinsli olmasıdu
-
, belə ki, elə nazirlik və
baş idarə varki, onların tabeliyində olan müəssisələrin fəaliyyəti
təbii obyektlərin
istismarı ilə bağlıdır, bəzilərinin isə fəaliyyətinin həmin sahəyə aidiyyəti hədsiz