Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə30/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   26   27   28   29   30   31   32   33   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

traf mühitin mühafizəsinin ekoloji-hüquqi mexanizmi 
Hər hansı başqa hüquq sahəsində olduğu kimi, təbii ehtiyatlar üzərində 
mülkiyyət hüququna, təbiətdən istifadəyə, ətraf mühitin mühafizəsinə, insanlarm və 
vətəndaşların ekoloji hüquqlarmm, qanuni maraqlarının tanınmasına, mühafızəsinə' 
və müdafiəsinə dair münasibətlərin tənzimlənməsində ekoloji qanunvericilik başlıca 
rol oynayır. Lakin bu qanunvericiliyə daxil olan qanunlarda nəzərdə tutulan bütün 
hüquqi normalar heç də həmişə olduğu kimi icra olunmur. Bu da öz növbəsində 
çoxsaylı problemlər yaradır. 


Ekoloji-hüquqi mexanizmin əsas məqsədi ekoloji-hüquqi normaların 
reallaşdırılmasıdır. Həmin mexanizmin strukturunun ədəbiyyatda 4 hissədən ibarət 
olduğu göstərilir: 
1)
hüququn təbiətqoruyucu normaları - bu normaların əsas funksiyası ekoloji 
imperativin («imperativ»-qeyd-şərtsiz icra, məcburi icra və s.) bazasını 
möhkəmləndirməkdir; 
2)
ekologiyaya uyğunlaşdırılmış hüquqi normalar və normativlər - bu hissənin 
ə
sas funksiyası ekoloji imperativ normaları konkretləşdirib, ətraf mühitə təsir edən 
konkret tə-sərrüfat və ya digər sahənin fəaliyyəti ilə əlaqələndirmək; 
3)
zəmanət (qarantıya) - funksiyası əsas baza (ilkin) və ekolojiyaya 
uyğunlaşdırılmış hüquqi normalar və normativlərin yerinə yetirilməsini təmin 
etməkdir; 
4)
ekoloji-hüquqi münasibətlər - ekoloji-hüquqi mexanizmin yekunlaşdırıcı 
mərhələsi olub, ətraf mühitin qorun-ması üçün bütün fəaliyyət sahələrinə (təsərrüfat, 
inzibati və s.) tətbiq olunur. 
Təbiətqoruyucu hüquqi normalar, ekoloji hüququn ilkin bazası hesab olunur və 
bütövlükdə ekologiya sahəsində əsas qanun sayılan - «Ətraf mühitin mühafızəsi 
haqqında» Azər-baycan Respublikası Qanununda göstərilmişdir. 
Bu qanunda aşağıdakı ekoloji-hüquqi normalar öz əksini tapmışdır: 
-
prinsip normaları; 
-
prioritet (öncül) normaları; 
-
imperativ (məcburi) normalan; 
-
zəmanət (qarantiya) normaları. 
Prinsip normaları təbiətqoruyucu münasibətlərin hüquqi tənzimlənməsinin 
ə
sasını müəyyən edir. 
«Ətraf mühitin mühafızəsi haqqında» Azərbaycan Respublikası Qanununun 
3-cü maddəsində gösətrilir ki, ətraf mühitin mühafızəsi aşağıdakı prinsiplərə 
ə
saslanır: 
-
sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşılıqh həlh; 
-
ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji 


sistemlərin bərpası; 
-
təbii ehtiyatlardan səmərəli istifadə olunması və onların bərpası, təbiətdən 
istifadənin və ətraf mühitin mühafızəsinin iqtisadi stimullaşdırılmasımn tətbiq 
edilməsi; 
-
ətraf mühitin bioloji müxtəlifliyinin qorunmasının təmin edilməsi; 
-
dövlət nəzarəti, ətraf mühitin mühafızəsi haqqında qanunvericiliyin 
pozulmasına görə məsuliyyət; 
-
ətraf mühitə zərər vurulmasının qarşısının alınması ve vurulan zərərin 
qiymətləndirilməsi; 
-
ətraf mühitin mühafızəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı; 
- ətraf mühitin mühafızəsi sahəsində beynəlxalq əməkdaşlıq. Sadalanan bu 
prinsiplər qanunun bütün maddələrində öz əksini tapmışdır. 
Prioritet normaları ətraf mühitin mühafizəsi sahəsində bir təbii obyektin 
qorunmasmm digərində üstünlüyündə öz əksini tapmışdır. Əgər təbiəti mühafızə 
haqqmda əsas qanunda ətraf mühitin qorunmasının ümumi hüquqi normaları öz 
ə
ksini tapmışdırsa, təbii obyektlər üzrə olan qanunvericilik aktlarında («Meşə 
Məcəlləsi», «Torpaq Məcəlləsi», «Su Məcəlləsi» və s.) isə bu hüquqi normalar sahəvi 
xarakter daşıyır. Məsələn, «Torpaq Məcəlləsi» öncül təbii obyekt kimi torpağı əsas 
götürür. Bu məcəllədə kənd təsərrüfatı təyinatlı torpaqlar prioritet kimi qəbul olunur, 
onlardan səmərəli istifadə olunması və qorunması üçün lazım olan hüquqi normalar 
göstərilir. Əsas qanunun isə ekoloji hüquqi prioriteti, insan yaşayışının və 
sağlamlığının qorunması, onun sağlam ətraf mühitdə yaşamaq hüququnun 
təminatıdır. 
İ
mperativ normaları ətraf mühitə və insan sağlamlığına təsir edən bütün 
mənbələrə qarşı yönəlmiş ekoloji tədbirlərdir. «Ətraf mühitin mühafızəsi haqqında» 
Azərbaycan Respublikası Qanununda imperativ normalar 14-15-ci (təbiətdən istifadə 
ilə əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növləri və təbii ehtiyatlardan istifadə 
müqavilələrinin bağlanması) və 35-48-ci maddələrdə (təbii ehtiyatlardan istifadə 
zamanı; layihələşdirməyə; müəssisələrin, qurğularuı və istehsal obyektlərinin 
yer-ləşdirilməsinə; müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə və 


yenidən qurulmasına; müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə 
və istismar müddətində; sənaye, energetika, nəqliyyat və rabitə obyektlərinin, kənd 
təsərrüfatı təyinatlı və meliorasiya obyektlərinin istismarına; şəhərsalma və başqa 
yaşayış məntəqələrinin tikintisinə; radioaktiv maddələrlə iş zamanı; hərbi və müdafıə 
obyektlərinə və sairə olan ekoloji tələblər), habelə «Ekoloji Təhlükəsizlik haqqında» 
Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində (ekoloji təhlükəsizliyin təmin 
edilməsi məqsədi ilə təsərrüfat və digər fəaliyyətə dair məhdudiyyətlər) nəzərdə 
tutulmuşdur. 
Zəmanət (qarantiya) normaları imperativ ekoloji normaların icrasuıın təminatı 
sistemini müəyyən edir. Bu zəmanət iqtisadi, təşkilati, sanitar-gigiyenik, 
ekoloji-nəzarət, hüquqi, mədəni-maarifləndirici və s. təsir vasitələri ilə həyata 
keçirilir. 
Ə
traf mühitin mühafızəsinin ekoloji-hüquqi mexanizmi-nin səmərəliliyi görülən 
işin keyfıyyəti ilə ölçülür. Ekoloji-hüquqi mexanizm səmərəlilik nöqteyi-nəzərdən, 
şə
rti olaraq 3 mərhələyə ayrılır: sabitlik, dinamiklik və nəticəlik. 
Səmərəliliyin sabitlik mərhələsi təbiətqoruyucu norma-ların sosial-iqtisadi 
cəhətdən əsaslı olmasmdan və hərtərəfliyindən asılıdır. Normanın hərtərəfliliyi 
(əhatəli olması) ictimai münasibətləri tənzimləmək üçün kifayət qədər hüquqi 
sənəd-lərin olması deməkdir. Əgər qanunda boşluq (probel) olarsa, onda normalar da 
yarımçıq olacaqdır. Bu boşluq isə ya cə-miyyətin sürətli inkişafı ilə hüquqi 
normaların vaxtında uzlaşmaması, ya da qanunvericiliyin təkmilləşdirilməməsi ilə 
ə
la-qədardır. Çox təəssüf ki, bizim respublikada ikinci hal daha qabarıq nəzərə çarpır. 
İ
kinci mərhələ dinamik mərhələdir. Əgər hüquqi norma-nın ideyası ilə onun 
həyata keçirilməsi reallığı arasmda birbaşa əlaqə qursaq, onda ekoloji-hüquqi 
normanın icrası üçün iqtisadi təminat tələbləri ortaya çıxır. Bu iqtisadi tələblər iki 
qrupa ay-rılır: maliyyə mənbəyi və material-texniki baza. 
Dinamik mərhələnin səmərəliliyinin digər mühüm səbəbi ekoloji hüquq 
mədəniyyətinin səviyyəsidir. 
Ekoloji hüquq mədəniyyəti - bu sahədə olan qanunları bilmək, onlara hörmət 
etmək və onları düzgün həyata keçirmək deməkdir. Adətən, baş verən ekoloji 


cinayətlərin əksəriyyəti qanunları bilməməkdən irəli gəlir. Çünki mövcud dövlət 
orqanları bu sahəyə barmaqarası baxırlar. 
Ekoloji-hüquqi mexanizmin səmərəli olmasının üçüncü mərhələsi nəticəlilik 
(lazım olan nəticələrin əldə oluna bilməsi) mərhələsidir. Bu mərhələdə mexanizmin 
tam fəaliyyəti təhlil edilir. Bütün işin son nəticəsi isə konkret təsərrüfat mə-sələsinin 
həll edilməsi üçün yönəldilmiş hüquqi münasibətlər hesab olunur. Əgər hüquqi 
normanm nəzərdə tutulmuş ideyası tam həyata keçirilmişsə, nəticə müsbət (məqsəd 
ə
ldə olunmuşdur), yarımçıq və ya heç icra olunmamışsa, mənfi (məqsəd yerinə 
yetirilməmişdir) hesab olunur. 
Ekoloji-hüquqi normaların icra olunması meyarları ətraf mühitin keyfıyyət 
normativləri ilə əlaqədardır. Bu, zərərli maddələrin miqdarının ətraf mühitə və insan 
sağlamhğına gös-tərdiyi təsirin göstəriciləridir. Kimyəvi, fıziki, bioloji təsir 
va-sitələrinin icazə verilən normaları, habelə istifadə oluna billəcək təbii ehtiyatlarm 
çıxarılmasma, istifadəsinə, istehlak olun-masına qoyulan limit belə göstəricilərdəndir. 
Ə
traf mühitin keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə olunan üsul dövlət 
ekoloji ekspertizasının aparılmasıdır. 
«Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 
50-ci maddəsinə görə, ekoloji ekspertiza təsərrüfat fəaliyyətinin ətraf mühitə ola bilən 
mənfı təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və 
proqnozlaşdırılması məqsədilə ətraf mühitin keyfiyyət nor-mativlərinə və ekoloji 
tələblərinə uyğunluğunun müəyyən edilməsidir. 
Azərbaycan Respublikasında ekoloji ekspertizanı müvafıq icra hakimiyyəti 
orqanı və ictimai təşkilatlar həyata keçirir. 
Azərbaycan Respublikası Prezidentinin «Ətraf mühitin mühafızəsi haqqında» 
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 4 avqust 1999-cu il 
Fərmanının 2-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan 
Respublikasmm Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur. 
Ə

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin