Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc


Ekologiya hüququnun prinsipl



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə17/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   13   14   15   16   17   18   19   20   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

 
Ekologiya hüququnun prinsipləri 
Hər bir hüquq sahəsi müəyyən prinsiplər üzərində qurulur və fəaliyyot göstərir. 
Həmin prinsiplər hüququn mahiyyətini və sosial təyinatmı, habelə başlıca 
xüsusiyyətlərini ifadə edir. Başqa hüquq sahələrində olduğu kimi, ekologiya 
hüqu-qunda da ekoloji hüquq münasibətlərinin bütün iştirakçıları - qanunvericilik
icra və məhkəmə hakimiyyəti, müəssisələr, ictimai birliklər və vətəndaşlar bu hüquq 
prinsiplərini rəhbər tutmalıdırlar. Prinsiplərə əməl olunması dövlətin hüquqi və sosial 
xarakterinin, habelə təbiətdən səmərəli istifadənin və ətraf mühitin mühafızəsinin 
təmin edilməsi üzrə, insanların ekoloji hüquqlarınm və qanuni maraqlarınm 
müdafıəsi üzrə fəaliyyətin səmərəliliyinin meyarı rolunu oynaya bilər. 
Ekologiya hüququnun prinsipləri həm ümumi hüquqi prinsiplərə, həm də bu 
sahəyə xas olan - sahəvi prinsiplərə əsaslanır. Sosial ədalət və sosial azadhq prinsipi
hüquq bəra-bərliyi (qanun qarşısında bərabərlik) prinsipi, hüquq və vəzifələrin 
vəhdəti prinsipi, təqsirə görə məsuliyyət prinsipi, qanunçuluq prinsipi və digər 
prinsiplər bütövlükdə hüququn mahiyyətini müəyyən edən prinsiplərdir. 
Sahəvi prinsiplər xüsusi normalarda ifadə oluna bilər və 
i ya hüquq normalarının analizi zamanı meydana çıxa bilər. Məsələn, ətraf 
mühitin mühafızəsinin əsas prinsipləri Ətraf mühitin mühafızəsi haqqmda Qanunun 
3-cü maddəsində təsbit edilib. Həmin prinsiplər, eyni zamanda ekologiya hüququnun 
prinsipləridir. 
«Prinsip» sözü (latın sözü olan «prinsipum» - başlanğıc, əsas) iki əsas mənaya 
malikdir - obyektiv (hər hansı bir təlimin, nəzəriyyənin başlanğıc vəziyyəti) və 
subyektiv (insamn daxili inamı, onun realhğa münasibətini müəyyən edən inamı). 
Bir hüquq sahəsi kimi ekologiya hüququnvm prinsipləri həmin sahənin 
özünəməxsus «mikrosxemini» təcəssüm etdirməklə, həm obyektiv, həm də subyektiv 
mənada cəmiyyətin və təbiətin optimal qarşılıqh təsirinin tələblərinə maksimum 
uyğun gəlməlidir. 
Buna görə də ekologiya hüququnun bütün prinsiplərinə aşağıdakı əlamətlər 
xasdır: 
1)

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin