-
ətraf mühitin mühafızəsi üzrə münasibətlərin;
-
fiziki və hüquqi şəxslərin ekoloji hüquqlannın və qanuni maraqlarının
müdafiəsi üzrə münasibətlərin təhlili. Məsələn, ətraf mühitin müxtəlif fıziki
təsirlərdən mühafizəsi sahəsində ekoloji hüquqla tənzimlənən münasibətlər olduqca
müxtəlif və çoxşaxəlidir. Buraya ətraf mühitin mühafızəsinin aşağıdakı sahələri
aiddir:
-
dağ-mədən sənayesinin istismarından; istehsalat obyektlərinin doğurduğu
səs-küydən;
- tikinti prosesində və nəqliyyat vasitələrinin, məsələn, metronun istismarı
prosesində yaranan vibrasiyalardan; elektrotexnikadan istifadə zamanı yaranan
elektromaqnit sahələrindən;
- fıziki və radioaktiv təsirlərdən;
-
kənd təsərrüfatı texnikasmdan istifadə prosesində torpağa həddən artıq
ağırhğın düşməsindən;
-
tullantı sularının su hövzələrinə axıdılmasından və s; Nəhayət ekologiya
hüququ bir-biri ilə qarşılıqlı əlaqədə olan elementlərdən - onun sistemini əmələ
gətirən normalar, institutlar və yarımsahələrin məcmusundan təşkil olunaraq,
hüququn bir çox digər sahələri kimi Ümumi və Xüsusi hissələrdən ibarətdir.
Ümumi hissə ekoloji münasibətlərin hüquqi tənzimlənməsinin ən önəmli ümumi
ə
sasını təşkil edən, onun vəzifələrini, prinsiplərini və obyektlərini müəyyən edən,
dövlətin ekoloji funksiyasının hüquqi əsaslarını həyata keçirən, ətraf təbii mühitin
mühafizəsi və təbiətdən istifadənin səmərəli iqtisadi mexanizminin təsiri, təbiətdən
istifadə hüququ və təbii ehtiyatlara mülkiyyət hüququ, ekoloji hüquq pozuntularına
görə məsuliyyəti və s. birləşdirən hüquqi normalar və institutlardır.
Xususi hissənin tərkibinə təbii ehtiyatlarm ayrı-ayrı komponentlərinin hüquqi
rejimini qaydaya salan ekologiya hüququnun institutları və yarımsahələrini əmələ
gətirən hüquqi normalar daxildir.
Dostları ilə paylaş: