Təbiətdən istifadə sahəsində idarəetmə
Respublikamızda təbiətdən istifadə sahəsində idarəetmə işini artıq qeyd
etdiyimiz kimi əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər səlahiyyətli
orqanlar həyata keçirir.
Xüsusi səlahiyyətli dövlət orqam kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 485 saylı Fərmanı
ilə yaradılmışdır.
Nazirlik Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasma mənsub olan bölməsində ətraf mühitin
qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral-xammal
ehtiyatlanndan və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların
bərpası, hidrometreoloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində
dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
O öz fəaliyyətində Azərbaycan Respublikasınm Konstitusiyasını, qanunlarını və
onun tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını və öz Əsasnaməsini rəhbər tutaraq, fəaliyyətini
bilavasitə və özünün yerli orqanlan, tabeliyində olan müəssisə, təşkilat və digər
qurumları vasitəsi ilə həyata keçirir.
Nazirlik öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli
özünüidarəetmə orqanlan, habelə ictimai təşkilatiarla əlaqəii şəkiidə qurur.
Fəaliyyətinin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunvericilikdə nəzərdə
tutulan digər mənbələr hesabına həyata keçirən Nazirlik müstəqil balansa, operativ
idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, üzərində dövlət gerbinin
təsviri və öz adı əks oiunmuş möhürə, müvafiq ştamplara və blanklara, banklarda
hesablara malik olub, əsas vəzifələri aşağıdakılardır:
-
təbii sərvətlərin öyrənilməsi, onlardan istifadə edil-məsi, bərpası, mühafizəsi,
bu sahədə ekoloji təhlükəsizliyin təmin edilməsi və bioloji müxtəlifliyin qorunub
saxla-nılması üzrə dövlət siyasətini həyata keçirmək;
-
daxili sularm və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına
mənsub olan bölməsində suların bioloji ehtiyatlarından səmərəli istifadə edilməsi,
onların qorunması və artırılması sahəsində dövlət siyasətini həyata keçirmək;
-
Azərbaycan Respublikasmda yerin təkinin geoloji öyrənilməsi, mühafızəsi və
mineral-xammal ehtiyatlarmdan səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətini
həyata keçirmək;
-
meşələrin istifadəsi, bərpası, yaradılması, mühafızəsi və meşə təsərrüfatı
fəaliyyətinin aparılması sahəsində dövlət proqramlannı müvafiq qaydada hazırlamaq
və həyata keçirmək;
- ekologiya, təbiətdən istifadə, geologiya və faydalı qazıntılar üzrə müvafıq milli
fəaliyyət proqramları hazırlamaq və həyata keçirmək;
-
öz səlahiyyətləri daxilində su obyektlərinin istifadəsi və mühafızəsi üzrə
dövlət proqramları hazırlamaq və həyata keçirmək;
-
Azərbaycan Respublikasmda əhalinin sağlam ekoloji mühitdə yaşamaq
hüququnu təmin etmək üçün ətraf mühitin mühafızəsi və təbii sərvətlərdən istifadə
edilməsi sahəsində dövlət idarəçiliyini həyata keçirmək;
-
hidrometeorologiya xidmətini təşkil etmək, hidrometeoroloji müşahidələrin
aparılmasını, proqnozlar hazırlanmasmı və məlumatların yayılmasını təmin etmək;
-
təbii ehtiyatların, faydah qazmtılarm, bitki örtüyü, flora (o cümlədən meşə),
fauna (o cümlədən balıq), su və enerji mənbələrinin istifadə olunması prosesində
ekoloji təhlükəsizliyin gözlənilməsi, ekoloji baxımdan torpağm bərpası və
mühafızəsi, habelə atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini həyata
keçirmək;
-
öz səlahiyyətləri daxilində müvafıq beynəlxalq öhdəliklərin həyata
keçirilməsini təmin etmək və bu sahədə digər orqanlann fəaliyyətini əlaqələndirmək;
-
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nazirliyə həvalə edilmiş
digər vəzifələri həyata keçirmək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz vəzifə və funksiyalarmı həyata
keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
-
səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarından,
bələdiyyə orqanlarından, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada
arayış və təlimatlar tələb etmək;
-
mədən vergisi ödəyicilərindən hesabat ili üçün ildə bir dəfə müəyyən edilmiş
qaydada faydah qazmtıların hasil edilmiş həcmi haqqında hesabat balansı almaq;
-
mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisələrdən
və təşkilatlardan yerin təkindən istifadə haqqmda müəyyən edilmiş hesabat formaları
üzrə məlumatlar almaq;
-
qanunvericiliklə müəyyən edilmiş qaydada hiiquqi şəxs statuslu idarə və
təşkilatlar yaratmaq və ləğv etmək;
-
zəruri hallarda Azərbaycan Respublikasının digər icra hakimiyyəti orqanları
ilə birgə tədbirlər həyata keçirmək;
-
kəşf edilmiş faydalı qazıntı yataqlarının təsdiq edilməsi və uçom üçün
Azərbaycan Respublikasmın Faydah Qazmtı Ehtiyatları üzrə Komissiyasını
yaratmaq;
-
təbiəti mühafızə, təbii ehtiyatlardan səmərəli istifadə tədbirlərinin yerinə
yetirilməsi məsələləri barəsində nazirliklər, dövlət komitələri, baş idarələr, dövlət və
qeyri-dövlət nüəssisələri, idarələri və təşkilatları tərəfındən yol verilmiş pozuntulara
görə tədbirlər görülməsi üçün qanunvericiliyə uyğun olaraq müvafıq təşkilatlar
qarşısmda məsələ qaldırmaq;
-
Azərbaycan Respublikasının ərazisində mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq geoloji kəşfıyyat işlərini və yer təkinin öyrənilməsi və
ondan istifadə ilə əlaqədar jlər həyata keçirən bütün müəssisə və təşkilatlar, geoloji
proses-jr ilə əlaqədar isə həmçinin yerli icra hakimiyyəti və özünüidarə orqanlan üçün
öz səlahiyyətləri hüdudlannda icrası məcburi olan əmrlər, qərarlar, təlimatiar və
göstərişlər vermək;
- nazirlik əməkdaşlannm nəzarət funksiyalarmm icrası ımanı ölkə ərazisində
mülkiyyət və təşkilati-hüquqi formasmın asılı olmayaraq müəssisələrə, təşkilatlara,
idarələrə, eks-disiyalara, bazalara, zəmilərə, anbarlara və digər obyektlərə, o mlədən
Azərbaycan Respubilkası Müdafıə Nazirliyinin, Azərbaycan Respublikası Milli
Təhlükəsizlik Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
obyektlərinə maneəsiz (xidməti vəsiqələrini təqdim etməklə) daxil olmaq, öz xidməti
vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən təhlillərin
nəticələri ilə pulsuz tanış olmaq;
-
nazirliyin əməkdaşları tərəfmdən qanunvericiliklə müəyyən olunmuş
qaydada öz vəzifə borclarını həyata keçirmək üçün xidməti silah gəzdirmək;
-
ətraf mühitin mühafızəsi sahəsində müəssisə (istehsalat) nəzarəti
qaydalarının və normalarının gözlənilməsi;
-
ətraf mühitin mühafızəsi sahəsində qanunvericiliyin pozulmasının aradan
qaldırılmasma dair fıziki və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək;
-
ətraf mühitin mühafızəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalan
ə
leyhinə olan inzibati xətalar haqqında işlərə baxmaq və təqsirkarların inzibati və ya
cinayət məsuliyyətinə cəlb edılməsi barədə materialları müvafıq orqanlara
göndərmək;
-
təbiəti mühafızə sahəsində qanunvericiliyin pozulmasında istifadə olunan
əş
ya, alət, ləvazimatları və digər vəsaitləri, qanunsuz əldə edilmiş məhsulları
qanunvericiliyə uyğun olaraq götürmək və inzibati qanunvericilikdə müəyyən edilmiş
digər hərəkətləri həyata keçirmək;
-
ətraf mühitin mühafızəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində
vurulmuş zərərin həcmlərini müəyyən etmək və bunun əsasında təqsirkar olan
şə
xslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları
məhkəməyə təqdim etmək;
-
təbiəti mühafızə qanunvericiliyinin pozulmasma səbəb olan sənaye
obyektlərinin və başqa obyektlərin layihələşdirilməsini, tikilməsini, yenidən
qurulmasını və ya genişləndirilməsini qadağan etmək;
-
ətraf mühiti mühafızə normalarmı və qaydalarmı pozan sənaye
müəssisələrinə və təşkilatlarına qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada
müvafıq tədbirlər görmək;
-
ov üçün xüsusi icazə və ovçuluq biletləri vermək, habelə ovçuluq fəaliyyəti
üçün ov yerləri ayırmaq;
-
sayı tənzimlənən vəhşi heyvan növləri barədə müvafıq tədbirlərin keçirilməsi
qaydalarını elmi təşkilatlann və əlaqədar dövlət orqanlarmm rəyi nəzərə alınmaqla
müəyyən etmək;
-
heyvanların təbii mühitdən götürülməsi yolu ilə fıziki və hüquqi şəxslər
tərəfındən zooloji kolleksiyalarm yaradılmasına və bunların zənginləşdirilməsinə
icazə vermək;
-
öz səlahiyyətləri daxilində və qanunvericiliklə müəyyən edilmiş hallarda
təbii ehtiyatlardan istifadə müqabilində və ətraf mühitin çirkləndirilməsinə görə
müəyyən edilmiş ödənişlərin vaxtmda dövlət fonduna köçürülməsinə nəzarət etmək;
-
ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə
həyata keçirilən işlərin məhdudlaşdırılması və müvəqqəti dayandırılması, o cümlədən
maliyyələşdirilməsinin dayandırılması, onların istismara verilməsinin qadağan
edilməsi, təsərrüfat və başqa fəaliyyətin məhdudlaşdırılması və ya bu fəaliyyətə xitam
verilməsi haqqında vəsatət qaldırmaq;
-
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində hərəkət edərək ətraf mühiti çirkləndirən yerli və xarici gəmiləri saxlamaq,
çirklənmənin sə-bəblərini araşdırmaq və qanunvericiliyə uyğun müvafıq tədbirlər
görmək;
-
xüsusi mühafızə olunan təbiət ərazilərinin və obyektlərinin pasportunu
qeydiyyata almaq;
-
yerli əhəmiyyətli xüsusi mühafızə olunan təbiət ərazilərinin yaradlılmasına
və ləğv edilməsinə rəy vermək;
-
təbiət parklarınm, dövlət təbiət yasaqlıqlarımn əsasnamələrini təsdiq etmək;
-
dövlet təbiət yasaqlıqlannın yaradılması barədə təqdimatlar vermək;
-
mineral-xammal ehtiyatlarmdan istifadəyə dair tövsiyələr hazırlamaq,
geologiya elminin və təcrübəsinin ən yeni nailiyyətlərini tətbiq etmək üçün
Azərbaycan Respublikasınm yüksək ixtisaslı mütəxəssislerini, habelə elmi-texniki
cəmiyyətlərin əməkdaşlarını cəlb etməklə elmi-texniki şura yaratmaq;
-
müstəqil surətdə və ya digər dövlət orqanları, ictimai təşkilatlar və təsərrüfat
subyektləri ilə birgə mükafatlar, prizlər, adlı təqaüdlər və başqa təltiflər təsis etmək,
həmçinin fəxri ad və digər dövlət təltiflərinin verilməsi barədə müvafiq qaydada
təkliflər vermək;
-
qanunvericilikdə müəyyən edilmiş qaydada dövri mətbuat orqanları təsis
etmək, ekologiya və təbii sərvətlərə, onların mühafizəsinə və istifadəsinə dair
jumallar, toplular, xüsusi informasiya bülletenləri və digər nəşrlər buraxmaq;
- ekologiya və təbii sərvətlərin mühafızəsi sahəsində fəaliyyət göstərən ictimai
təşkilatlarla birlikdə təbiətdən və təbii sərvətlərdən səmərəli istifadə haqqında
bilikləri təbliğ et-mək, bu sahədə müsabiqələr, sərgilər, konfranslar və başqa tədbirlər
keçirmək;
-
təbiəti mühafızə, təbiətdən və təbii sərvətlərdən isti-fadə sahəsində xarici və
beynəlxalq təşkilatlarla əməkdaşlığa dair təkliflər hazırlamaq, ətraf mühit
problemlərinin həlli ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının maraqlannı müvafiq beynəlxalq təşkilatlarda təmsil etmək;
-
öz səlahiyyətləri daxilində beynəlxalq, məhəlli, milli və yerli səviyyədə
proqramlar, layihələr və başqa sənədlər hazırlamaq, aidiyyəti üzrə təqdim etmək və
ya həyata keçirmək;
-
mineral-xammal bazasmın bərpası üzrə dövlət fondu, ətraf mühitin
mühafızəsi üzrə dövlət fondu və meşələrin qorunub saxlanması və təkrar istehsalı
fondunun vəsaitlərinə sərəncam vermək;
-
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
МЮВЗУ 4.
ЕКОЛОЭИЙА ЩЦГУГУ ТЯБИЯТДЯН ИСТИФАДЯНИН ЩЦГУГИ
ТЯНЗИМЯЛНМЯСИНИНИ ЯСАСЫ КИМИ.
PLAN:
1. Тябиятдян сямяряли истифадядя вя онун мцщафизясиндя еколоэийа
щцгугунун ролу вя ящямиййяти.
2. Еколоэийа щцгугунун мязмуну вя мащиййяти.
3. Щцгуг системиндя еколоэийа щцгугунун йери вя ролу.
4. Еколоэийа щцгугу тябиятдян истифадянин щцгуги тянзимлянмясинин мцщцм
методу кими.
5. Еколоэийа щцгугунун предмети, принсипляри, методлары, функсийалары вя
вязифяляри.
6. Еколоэийа щцгугунун мянбяляри вя онларын формалашмасы хцсусиййятляри.
Dostları ilə paylaş: |