Referat-Təqdimat Kafedra: Humanitar elmlər Fənn: ark mövzu: İqtisadi hüquq və azadlıqlar Tələbə: Akif Paşazadə



Yüklə 28,49 Kb.
səhifə1/8
tarix31.12.2021
ölçüsü28,49 Kb.
#50199
növüReferat
  1   2   3   4   5   6   7   8
Akif ARK


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Biznes universiteti

Fakültə: Biznes və Menecment

İxtisas: Biznesin idarəedilməsi

Kurs: 1


Qrup: 15

Referat-Təqdimat

Kafedra: Humanitar elmlər

Fənn: ARK

Mövzu: İqtisadi hüquq və azadlıqlar

Tələbə: Akif Paşazadə

Elmi Rəhbər: Hüseynova Könül



BAKI-2020

Plan:

Giriş.


  1. İnsan hüquq və azadliqlarinin prinsipləri

  2. Mülkiyyət və əqli mülkiyyət hüququ, Əmək hüququ Tətil hüququ

  3. İstirahət hüququ, Sosial təminat hüququ

  4. Sağlamlığın qorunması və sağlam ətraf mühitdə yaşamaq hüququ, Mədəniyyət və yaradıcılıq azadlığı

  5. Təhsil hüququ, Mənzil hüququ, Azad sahibkarlıq hüququ

Nəticə...

Ədəbiyyat...



GİRİŞ

Hüquq və azadlıqların təminatı çox geniş anlayışdır. Buraya konkret hüququn həyata keçirilməsi qaydalarından tutmuş, bu qaydalar pozulduqda görüləcək tədbirlər, o cümlədən hüquqların həyata keçirilməsini stimullaşdıran müxtəlif təsir vasitələri aiddir. Konstitusiya hüququnda bu təminatların əsasları nəzərdə tutulur.

Hüquq və azadlıqlarm təminatı mexanizmi özünün subyektinə görə üç yerə ayrılır:

1) məhkəmə vasitəsilə müdafiə mexanizmi;

2) icra hakimiyyəti orqanları vasitəsilə müdafiə mexanizmi;

3) beynəlxalq təşkilatlar vasitəsilə müdafiə mexanizmi.




  1. İnsan hüquq və azadliqlarinin prinsipləri

Hüquq və azadlıqlar müəyyən prinsiplərə söykənir. Bu prinsiplər hər bir dövlətdə insan və vətəndaşların hüquqi statusuna necə baxılmasını müəyyən edir, bütün huquq sistemində onun mövqeyini əsaslandırır. Hüquq prinsipləri hüququn mahiyyətini, onun təbiətini yığcam formada ifadə edən əsas, başlanğıc müddəalardır.

1215-ci ildə İngiltərədə «Böyük Azadlıqlar Xartiyası» qəbul olundu. Sonralar insan hüquq və azadlıqlarının əsas prinsipləri 1776-cı il «Amerika Müstəqillik Bəyənnaməsi»ndə, 1689-cu il «İnsan hüquqları haqqında Bill»də, 1789-cu il Fransa «İnsan və vətəndaş hüquqları haqqında Bəyənnamə»də və s. aktlarda əks olundu. Bu prinsiplər aşağıdakılardır:

1) bütün insanların bərabər hüquqlu və azad doğulması;

2) hüquqların toxunulmazlığı və ayrılmazlığı;

3)hüquqa zidd olmayan və başqalarına zərər yetirməyən hər şeyi etmək imkanının olması (azadlıq)

4) hüquq və azadlıqlarm təminatı.

İnsanların hüquqları təbiidir. Hüquq insanın mövcudluğundan doğduğuna görə onun insandan almması qeyri-mümkündür. Odur ki, hüquq və azadlıqlar toxunulmazdır.

Hüququn ayrılmazlığı onun toxunulmazlığı ilə birbaşa bağlıdır. Fərdin hüququnun toxunulmazlığı həm də onun ayrılmazlığının əsası kimi çıxış edir. Hüquqla hamıya bərabər imkanlar verilir.

Azadlıq anlayışı insan davranışının həddini müəyyən edir. Cəmiyyətdə azadlıq heç də həmişə eyni cür başa düşülməmişdir. Bu anlayış ədalət anlayışı ilə six bağlıdır və bəzən onlar birgə nəzərdən keçırilir. Azadlığın hədləri demokratik dövlətlərdə ancaq qanunla müəyyənləşdirilir. Onun məhdudlaşdırılması da yalnız ümumi rifah naminə və yalnız qanunla yol verilən hədlərdə həyata keçirib bilər. Azadlıq həm də hüquqi vəzifə anlayışı ilə bağlıdır. Odur ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin II hissəsində birbaşa göstərilir ki, hüquq və azadlıqlar həm də hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.


  1. Mülkiyyət və əqli mülkiyyət hüququ, Əmək hüququ Tətil hüququ

Mülkiyyət həm hüquqi, həm də iqtisadi kateqoriyadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüququna belə anlayış verilmişdir: «mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüquqdur.

Mülkiyyətin müxtəlif növləri vardır. Ümumi mülkiyyətin mülkiyyətçiləri ən azı iki nəfər ola bilər. Bu zaman konkret əşya, əmlak birdən çox şəxsə məxsus olur.

Konstitusiyada mülkiyyətin obyekti ola biləcək əşyaların da iki əsas növü müəyyənbşdirilir. Göstərilir ki, hər bir kəs daşmar və daşmmaz əmlaka malik ola bilər. Daşmmaz əmlak bir yerdən başqa yerə aparılarkən öz təyinatını, xüsusiyyətlərini itirən və bir qayda olaraq, torpaqla möhkəm bağlı olan obyektlərdir. Məsələn, torpaq sahələri, yerin təki, ayrıca su obyektləri, meşələr, çoxillik əkinlər, binalar, qurğular, yollar və s. Daşmar əmlak isə öz təyinatmı itirmədən yerdəyişməsi mümkün olan və daşınmaz əmlaka aid edilə bilməyən bütün əşyalardır. İstənilən və əldə edilməsinə qanunla yol verilən əşya fərdin mülkiyyətində ola bilər.

Konstitusiya həm də bütün mülkiyyət növlərinə eyni dərəcədə əhəmiyyət verir. Mülkiyyət hüququnun təminatı kimi göstərilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyət hüququndan məhrum edilə bilməz, əmlak tam şəkildə müsadirə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında birbaşa müəyyən edilir ki cəza kimi şəxsin əmlakı müsadirə olunarkən, yalnız cinayət yolu ib əldə edilmiş əmlak müsadirə oluna bilər.




Yüklə 28,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin