Əmək hüququ
Əmək, Konstitusiyada əks olunduğu kimi, fərdi və ictimai rifahın əsasıdır. Hər bir fərdin əməyi digərlərinin əməyi ilə qarşılıqlı əlaqədə bir fəaliyyət sistemini formalaşdırır ki, bu fəaliyyət sistemi çərçivəsində də istehsal və yenidən istehsal baş verir, iqtisadiyyat inkişaf edir. Azərbaycan Respublikasında əmək bazarına nəzarət və əməkb bağlı digər məsələbri həyata keçirmək Əmək və Əhalinin Sosial Müdafıəsi nazirliyi fəaliyyət göstərir və bu nazirliyin nəzdində Dövlət Əmək Müfəttişliyi yaradılmışdır. Bundan başqa, bütün digər hüquqlar kimi əmək hüququ da məhkəmə qaydasında müdafıə olunur. Əməyin yüksək dərəcədə fərdiliyini nəzərə alan Konstitusiya birbaşa əməyə təsir edən amilləri müəyyən edir və göstərir ki, fərd əməyə olan qabiliyyəti əsasmda sərbəst şəkildə özünə məşğuliyyət, peşə növü seçir. Əmək hüququ yalnız könüllü həyata keçirilə bilər. Keçmiş Sovet İttifaqından fərqli olaraq, indi işləməmə tüfeyli həyat tərzi keçirmə sayılmır və cinayət məsuliyyətinə səbəb olmur. Əmək hüququ qanunvericilik səviyyəsində qanunlarla, icra hakimiyyəti orqanları tərəfindən qəbul oilman müxtəlif normativ hüquqi aktlarla tənzimlənir. Bundan başqa, gtgk hüququ fərdlərin əmək müqavilələri əsasmda tənzimlənir.
Azərbaycan Respublikasının Konstitusiyası vətəndaşlarının əmək hüququnun tam və hərtərəfli həyata keçirilməsi üçün əməyin ümumi şərtlərini müəyyən edir. İş üçün müvafıq əmək şəraitinin yaradılması işəgötürənin ən əsas vəzifələrindən biridir. Əmək funksiyalarmı yerinə yetirərkən işçiyə dəyən zərər ödənilməlidir. Əməyin ödənilməsi də şəxsin əməyinə görə, iş şəraitini və gördüyü işi nəzərə almaqla həyata keçirilir. Əmər haqqının ödənilməsində də diskriminasiyaya yol verilmir. Yəni eyni işi görən şəxslər eyni dərəcədə də maaş almalıdırlar. Alman minimum əmək haqqının miqdarını dövlət müəyyənləşdirir. İşçiyə bu məbləğdən aşağı gtgk haqqı verilməsi konstitusiya normasınm pozulması kimi başa düşülməlidir. Konstitusiyada işsizlərin dövlətdən müavinət almaq hüququ onlarm sosial cəhətdən zəif təbəqə olması ib bağlıdır.
Tətil hüququ
Tətil hüququ XIX əsrdə sosial ziddiyyətlərin gücləndiyi dövrdə ortaya çıxmışdır. Tətil hüququ işçilərin müəyyən məqsədlərlə işəgötürənlərə təzyiq vasitəsidir. Tətil işçilərin öz əmək funksiyalarını müəyyən məqsədlərlə yerinə yetirməkdən imtina etməsi kimi başa düşülə bilər.
Tətil hüququ siyasi məqsədlərlə istifadə edildikdə sərbəst toplaşmaq azadlığma çox yaxınlaşır. Lakin bu zaman da onları eyniləşdirmək olmaz, çünki tətil birbaşa əmək funksiyalarının yerinə yetirilməsindən imtina şəklində təzahür edir. Sərbəst toplaşmaq azadlığında isə əmək funksiyaları ilə hər hansı şəkildə əlaqə yoxdur. Bundan başqa, tətil hüququ əmək münasibətbrində ortaya çıxan sosial münaqişəbrb bağlıdır. Sərbəst toplaşmaq azadlığı isə, bir qayda olaraq, siyasi məsəbbrb bağlı olur.
Əmək Məcəlləsinin 270-ci maddəsinə görə, tərəflər mübahisənin həlli üçün dinc üsullardan istifadə edəcəkbri barədə razılığa gəlmişlərsə və bu üsullar da bir nəticə verməmişdirsə, o zaman tətilə yol verilir. Əgər işəgötürən mübahisənin barışdırıcı üsullarla həllini qəsdən uzadırsa, o halda gtgk kollektivbrinin birbaşa tətil keçirmək hüququ yaranır.
Qanunvericilik, məhkəmə və hüquq mühafızə orqanlarının işçiləri, Prezidentin İcra Aparatının işçiləri, Nazirlər Kabinetinin, nazirliklərin, dövlət komitələrinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, habelə yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tətil edə bilməzlər. Tətildə iştirak etmək könüllüdür və tətildə iştirak etməkdən imtina edən şəxslər öz əmək funksiyasını davam etdirirlər.
İstirahət hüququ, Sosial təminat hüququ
Dostları ilə paylaş: |