Referat-Təqdimat Kafedra: Humanitar elmlər Fənn: ark mövzu: İqtisadi hüquq və azadlıqlar Tələbə: Akif Paşazadə



Yüklə 28,49 Kb.
səhifə3/8
tarix31.12.2021
ölçüsü28,49 Kb.
#50199
növüReferat
1   2   3   4   5   6   7   8
Akif ARK

İstirahət hüququ

Azərbaycan Respublikası Konstitusiyasmın 37-ci maddəsində bu hüquq əmək hüququ konteksində xatırlanır. İstirahət hüququ iş zamanı verilən fasilələri, həftənin istirahət günlərini, iş günü hesab olunmayan bayram günlərini, ümumxalq hüzn gününü (20 Yanvar) və məzuniyyəti əhatə edir. İş gününün maksimum müddətinin müəyyən edilməsi də dolayısıyla istirahət hüquqımım hədbrinin müəyyənbşdirilməsi ib bağlıdır. Konstitusiya 8 saatdan artıq olmayan iş günü müəyyən etmişdir. Yerdə qalan saatları işçi öz nöqteyi-nəzərincə istifadə edə bibr. İstirahət hüququnım əsas növü məzuniyyət hüququdur. Beynəlxalq Əmək Təşkilatının Azərbaycan Respublikasının da qoşulduğu. Azərbaycan Respublikasının Konstitusiyasında işçilərə ildə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyətin verilməsi müəyyən edilmişdir. Bu o deməkdir ki, Azərbaycanda müəssisənin növündən, formasmdan, kimə məxsus olmasmdan, harada yerləşməsindən asılı olmayaraq, əmək müqaviləsi üzrə işləyən hər bir işçiyə kimliyi, vəzifəsi və necə işləməsi nəzərə alınmadan hökmən ildə bir dəfə ən azı 21 təqvim günü müddətində ödənişli əsas məzuniyyət, yəni haqqı qanunvericiliklə müəyyən edilmiş qaydada ödənən məzuniyyət verilməlidir. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, peşəsi və orta əmək haqqı saxlanır. Başqa sözlə, məzuniyyətdə olan işçini işdən çıxarmaq olmaz və onun məzuniyyət haqqı ödənilməlidir. Bunlar ümumilikdə məzuniyyət hüququnun təminatları kimi başa düşülməlidir. Əmək Məcəlləsində məzuniyyətin müxtəlif növləri fərqləndirilir. Geniş mənada məzuniyyət anlayışına əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti, uşağa qulluq edən qadınlar üçün sosial məzuniyyət, təhsili davam etdirmək üçün təhsil məzuniyyəti, elmi yaradıcılıqla məşqul olmaq üçün verilən yaradıcılıq məzımiyyəti və ödənişsiz məzuniyyətlər daxildi.

ABŞ və Böyük Britaniyada məzuniyyət hüququ daha çox qanunvericiliklə deyil, fərdi əmək müqavilələri vasitəsilə tənzim olunur. Bunun əksinə, əksər roman-german hüquq sistemli ölkəbrdə məzuniyyət hüququnu tənzimləmək üçün xüsusi qanunvericilik aktları qəbul olunur.

Məsul vəzifələrdə çalışan dövlət qulluqçularına, təhsil müəssisələrinin bəzi kateqoriyadan olan işçilərinə, kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə əsas məzuniyyət 30 təqvim günü müddətində verilir. Pedoqoji fəaliyyətlə məşğul olan işçilərə verilən məzuniyyətin müddəti 56 təqvim günüdür.

Azərbaycanda ABŞ, Böyük Britaniya və digər ölkələrdən fərqli olaraq, işçilərin istirahət hüququ qanunvericiliklə tənzimlənir. Bu normalar sistemini Azərbaycan Respublikası Əmək Məcəlləsinin V bölməsinin 15-23-cü fəsilləri və bu normalar əsasında qəbul olunmuş çoxsaylı normativ hüquqi aktlan əhatə edir.


Yüklə 28,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin