Sağlamlığın qorunması və sağlam ətraf mühitdə yaşamaq hüququ
Konstitusiyada söhbət ümumiyyətlə sağlamlıq hüququndan deyil, sağlamlığm qorunmasmdan gedir. Sağlamlıq əksəriyyətin anadangəlmə malik olduğu, fıziki və ruhi vəziyyətini əks etdirir.
Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində birbaşa müəyyənləşdirilir ki, hər kəsin ekoloji hüquqpozma ilə onun sağlamlığına vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. Göründüyü kimi, sağlam ətraf mühitdə yaşamaq hüququ sağlamlığm qorunması hüquqıma bir növ əlavədir. Sağlamlığın qorunması, sadəcə olaraq, həkimə müraciət, yardım almaq və s. imkanları nəzərdə tutmur. Cəmiyyət üzvlərinin sağlamlığının qorunması dövlət tərəfindən geniş kompleks tədbirlər həyata keçirilməsini təbb edir. Buraya tibbi, sosial-siyasi, sanitar-epidemioloji və s. tədbirlər aiddir. Buraya 10 noyabr 1992-ci il tarixli «Sanitariya-epidemoloji salamatlıq haqqında», 26 mart 1996-cı il tarixli «Qan və onun komponentlərinin donorluluğu haqqında», 26 iyun 1997-ci il tarixli «Əhalinin sağlamlığının qorunması haqqında», 28 oktyabr 1999-cu il tarixli «Tibbi sığorta 44 haqqında», 30 dekabr 1997-ci il,tarixli «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktlar daxildir. Qanunvericiliyə görə, vətəndaşların sağlamlığının mühafızəsinin əsas prinsipləri aşağıdakılardır:
1) sağlarnlıq və onun qorunması sahəsində insan hüquqlarına riayət edilməsi;
2) vətəndaşlarm sağlamlığmın mühafızəsində profılaktik tədbirbrin üstünlüyü;
3) əhaliyə tibbi-sosial yardım göstərilməsi;
4) sağlamlığmı itirdiyi təqdirdə vətəndaşların sosial müdafiəsi.
Sağlam ətraf mühitdə yaşamaq hüququ ətraf mühitin çirklənməsinin artması ilə bağlı olaraq yaranmışdır. Bu hüquq sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin vəziyyəti haqqında məlumat almaq və ətraf mühitdən ona dəymiş zərərin ödənilməsini tələb etmək kimi xüsusiyyətlərdən ibarətdir. Konstitusiya beynəlxalq sənədbrdə əks olunan müddəaların Azərbaycan Respublikasında tətbiq olunması üçün hüquqi baza yaradır. 1992-ci ilin iyununda BMT-nin «Ətraf mühit və inkişaf üzrə Bəyənnamə»si qəbul olundu. Burada birbaşa göstərilir ki, insanlar məhsuldar həyat və təbiətlə harmoniyada yaşamaq hüququna malikdirlər. 8 iyun 1999-cu il tarixdə «Ətraf mühitin mühafızəsi haqqında» Azərbaycan Respublikasının Qanununda ətraf mühitin qorunmasının ümumi normativləri müəyyənləşdirilir. Ətraf mühitin qorunması, əsasən, dövlətin imkanları hesabına həyata keçirildiyi üçün buna dövlət məsuliyyət daşıyır. Qanunvericilikdə bunun üçün müəyyən tədbirbr nəzərdə tutulur. Məsələn, «Ekoloji təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunu (9-cu maddə) müvafıq icra hakimiyyəti və yerli bələdiyyə orqanlarına dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfı təsir göstərən, ağır ekoloji nəticələrə səbəb ola bilən, ekoloji təhlükəsizliyin təmin edilməsi tələblərinə uyğun olmayan təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə icazə verən, habelə ekoloji vəziyyəti pisləşdirən digər fəaliyyət barədə qərarın qəbul edilməsini qadağan etmişdir.
Ekoloji nəzarətin səmərəli olması üçün dövlət təbii ehtiyatların kadastrını yaradır və ekoloji vəziyyətə nəzarət edən orqanlar formalaşdırır. Vətəndaşlar ətraf mühitlə bağlı informasiya toplaya və həmin informasiya nəticəsində müəyyən orqanlara müraciət edə bibrlər. Dövlət orqanları belə informasiyanı (xüsusilə də sağlamlıq üçün təhlükəli faktlar varsa) vətəndaşlara verməlidirlər. Ətraf mühitin qorunması haqqında qanunda vətəndaşların bir sıra digər ekoloji hüquqların da əks olunmuşdur. Buraya ətraf mühitin qorunması üzrə fondlar, təşkilatlar yaratmaq, belə fond və təşkilatlara üzv olmaq, ətraf mühitin qorunması ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək və öz təkliflərini vermək, ekoloji cəhətdən zərərli obyektlərlə bağlı layihələrin s.-nin ləğv olımmasını məhkəmə və ya inzibati qaydada təbb etmək, ətraf mühitə zərər yetirən fəaliyyətlə məşğul olan hüquqi və fıziki şəxsbrin məsuliyyətə cəlb olunması üçün məsələ qaldırmaq hüquqlarına malikdirlər.
Şəxs ətraf mühitlə bağlı qoyulmuş tələblərə riayət edilməməsi nəticəsində onun sağlamlığma və əmlakma dəyən zərərin ödənilməsini iddia qaydasmda tələb edə bilər.
Dostları ilə paylaş: |