Referat-Təqdimat Kafedra: Humanitar elmlər Fənn: ark mövzu: İqtisadi hüquq və azadlıqlar Tələbə: Akif Paşazadə



Yüklə 28,49 Kb.
səhifə7/8
tarix31.12.2021
ölçüsü28,49 Kb.
#50199
növüReferat
1   2   3   4   5   6   7   8
Akif ARK

Təhsil hüququ

Təhsil hüququ insanın əsas sosial-mədəni hüquqlarından biridir. Təhsil hüququnun sosial dəyəri onunla şərtlənir ki, bu hüququn realizə edilməsi ilə fərd bütöv bir şəxsiyyət kimi formalaşır. Təhsil vasitəsilə insan həyata hazırlaşır və aldığı təhsil onun bütün sonrakı həyatına təsir edir. Təhsil bir növ özünütəkmilləşdirmə vasitəsidir. Təhsil Azərbaycan Respublikasında vacib məsələlərdən biri sayılır. Dövlət öz vətəndaşlarının təhsil hüququnu təmin etməkdən boyun qaçıra bilməz və o, təhsil vermək üçün bütün digər subyektlərə nisbətən daha geniş imkanlara malikdir. Təhsil qanunvericiliyinə görə, təhsil aşağıdakı prinsipbrə əsaslanır:

1) insan hüquq və azadlıqlarma hörmət;

2) mədəni və təhsil məkanmm vahidliyi, milli-mədəni təhsil sisteminin regional ənənələrin və dəyərlərin müdafiəsi;

3) təhsilin ümumiliyi, təhsil sisteminin öyrənənlərin hazırlıq və inkişaf dərəcəsinə uyğun gəlməsi;

4) dövlət və bələdiyyə təhsil sisteminin dünyəvi xarakter daşıması;

5) təhsildə azadlıq və plüralizm;

6) təhsilin idarə edilməsinin dövlət-ictimai xarakterli olması və təhsil müəssisələrinin müxtariyyatı.

Azərbaycan Respublikası vətəndaşlarının ümumi məcburi orta təhsil alması hüququnu dövlət təmin edir. Ümumi orta təhsil pulsuzdur və 11 illikdir. Təhsil alan şəxslər təhsilin növünü seçmək imkanına malikdirlər. Təhsil haqqında qanuna görə, bir neçə növ təhsil müəssisəsi vardır. Buraya məktəbəqədər, ümumtəhsil, ibtidai peşə müəssisələri, orta peşə müəssisələri, ali peşə və təkmilləşdirmə ilə bağlı müəssisələr aiddir. Təhsili, bir qayda olaraq, dövlət maliyyələşdirir. Qeyridövlət təşkilatları da təhsilin maliyyələşdirilməsində iştirak edə və öz təhsil müəssisələrini yarada bilərlər. Valideyn himayəsindən məhrum olmuş və şikəst 48 uşaqların təhsili üçün xüsusi təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələrinin özəlbşdirilməsi qadağandır. Dövlət öz təhsil sisteminə təhsil standartlarını müəyyən etməklə nəzarət edir. Bütün bunlar üçün təhsilə nəzarəti həyata keçirən xüsusi təhsil orqanları yaradılır. Təhsil Azərbaycan Respublikasında ciddi şəkildə mərkəzləşdirilmişdir. Təhsil standartlarını və təhsil proqramlarını dövlət müəyyən edir. Təhsil müssisəsi açmaq üçün lisenziya tələb olunur.

Mənzil hüququ

Mənzil hüququ insanın sosial hüquqları sahəsinə aiddir. Bu hüquq onu ifadə edir ki, hər kəs qanunla qoyulan şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik ola bilər. Konstitusiyada bu hüquq mühafizə aspektində təsbit edilmişdir. Hal-hazırda xüsusi mülkiyyətdə mənzilin sayına və yaşayış sahəsinin həcminə heç bir məhdudiyyət qoyulmur. Keçmiş Sovetbr İttifaqmda isə hər bir şəxsin müəyyən edilmiş normaları aşmayan yalnız bir mənzili ola bibrdi. Bu, fərdin mənzil hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdınrdı.

Dövlət tərəfindən verilən mənzildə adambaşına düşən sahə norması 12 kvadrat metrdir. Dövlət mənzil fondunun mülkiyyətçisi dövlətdir və bu zaman mənzildə yaşayanlar kirayəçi hesab edilirlər. Mənzillərin kommunal xidmətləri ilə dövlət orqanları məşğul olurlar. Şəxs ozü bilavasitə mənzilə malik olmadan, başqa bir şəxslə kirayə müqaviləsi bağlamaqla da bu hüququnu həyata keçirə bilər. 1993- cü il yanvarın 26-da qəbul edilmiş və sonralar əlavələr və dəyişikliklər edilmiş «Azərbaycan Respublikasmda mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanun mənzillərin özəlləşdirilməsi prinsiplərini, şərtlərini və s. nəzərdə tutur. Mənzil hüququ mənzildən heç də istənilən şəkildə istifadə etməni nəzərdə tutmur. Fərd öz mənzilindən elə istifadə etməlidir ki, bu başqalarıınn və dövlətin mənafeyinə toxunmasın.


Yüklə 28,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin