Azad sahibkarlıq hüququ
Sahibkarlıq hüququ Azərbaycan Respublikasında yenidir. Bu da ondan irəli gəlir ki, keçmiş Sovetlər İttifaqında sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilmirdi. Qanunvericilikdə sahibkarlığa belə bir anlayış verilir: sahibkarlıq fərdin öz əmlakı və riski hesabına təşəbbüskarlıq əsasında mənfəət əldə etmək məqsədilə məşğul olduğu fəaliyyətdir. Buna görə də Konstitusiyada nəzərdə tutulur ki, fərd öz qabiliyyətin və əmlakından sərbəst istifadə edərək sahibkarlıqla məşğul ola bilər. Sahibkarlıq fəaliyyəti dövlətin marağına daxildir. Bu zaman iqtisadiyyatın ayrı-ayrı sahələrində vətəndaşların fəallığı artır ki, bu da ölkədə iqtisadi yüksəlişə səbəb olan amillərdən biridir.
Qanunvericilikdə həm də bir çox şəxslər üçün sahibkarlıq fəaliyyətinə qadağan qoyulur. Belə şəxslər, adətən, vəzifəli şəxslər və dövlət qulluğunda olan digər şəxslərdir.
Sahibkarlıq fəaliyyəti özünün miqyasına görə kiçik sahibkarlıq, orta sahibkarlıq və iri sahibkarlıq növlərinə bölünür. Qanunvericilikdə sahibkarlığın bu növlərinin konkret anlayışı verilmir. Lakin təxmini olaraq belə müəyyən etmək olar ki, əhəmiyyətli əmlak və digər resurslardan istifadə etməklə həyata keçirilən çoxsaylı istehsal və digər iqtisadi əməliyyatların aparılmasını tələb edən sahibkarlıq iri sahibkarlıqdır. Kiçik sahibkarlıq isə əksinə, bir qayda olaraq, istehsalla bağlı olmur və məhdud əmlak dövriyyəsi, xidmətlər göstərilməsi ilə bağlıdır. İri sahibkarlıq ölkədə inhisara ən çox şərait yaradan növdür. Odur ki, bu növ sahibkarlıq, bir qayda olaraq, daha dəqiqüklə tənzimbnir və bu da çoxsaylı məhdudiyyətlərlə müşaiyət olunur. Dövlət üçün ən arzuolunan kiçik və orta sahibkarlıqdır. Buna görə də bəzən qanunvericilikdə kiçik və orta sahibkarlığın inkişafı üçün güzəştlər müəyyənbşdirilir. Sahibkarlığın əhəmiyyətini nəzərə alaraq, dövlət bəzi fəaliyyət sahələri üçün lisenziyalaşdırma qaydaları müəyyən edir.
NƏTİCƏ
Azərbaycan Respublikasında bazar iqtisadiyyatı münasibətlərinin tərəqqisini təmin edən sosial, bank-maliyyə, istehsal, xidmət və iqtisadiyyatın digər bütün sahələrində, habelə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində apanlan və davam etdirilən köklü islahatlar bütövlükdə azad sahibkarlıq hüququnun həyata keçirilməsinə praktiki və hüquqi təminat verir.
Məhkəmə vasitəsilə müdafiə mexanizmi ən əsas müdafiə mexanizmidir. Bu da ondan irəli gəlir ki, məhkəmənin birbaşa təyinatı insan hüquqlarının müdafiəsidir. Məhkəmə müdafıəsi cəmiyyətdəki sosial mübahisələri, münaqişələri həll etmək üçün əsas üsuldur.
İcra hakimiyyəti orqanları vasitəsilə müdafiə məhkəmə müdafiəsi qədər vacib olsa da, o, məhkəmə müdafiəsinə görə ikincidir. İcra hakimiyyəti tərəfindən törədilən qanun pozuntularından məhkəmə vasitəsilə müdafiə olunmaq olar, lakin əksinə, icra hakimiyyəti tərəfindən törədilən qanun pozuntularından elə icra hakimiyyəti orqanları vasitəsilə müdafıə olunma istənilən səmərəni vermir.
Beynəlxalq təşkilatlar vasitəsilə müdafiə beynəlxalq huququn ən böyük nailiyyətlərindəndir. Əvvəllər belə hesab edilirdi ki, insan hüquqları məsələsi dövlətin daxili məsələsidir və bu hüquqların müdafiəsinə beynəlxalq hüquq müdaxilə edə bilməz. Lakin insan hüquqları probleminin qloballaşması ilə bu hüquqların müdafiəsi də dövlət inhisarından çıxmağa başladı.
ƏDƏBİYYAT SİYAHISI
Azərbaycan Respublikasının Konstitusiyası, Qanun, 2012;
Ziyafət Əsgərov. Konstitusiya hüququ. Bakı Universiteti nəşriyyatı, 2011;
S.Allahverdiyev. «Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları», Bakı – «Digesta», 2010;
İlqar Cəfərov. Azərbaycan Respublikasının Konstitusiyasının şərhi. Bakı, 2010;
M.N.Ələsgərov. «Konstitusiyaya əməl etmək hamının borcudur». Bakı, 1985;
Xarici ölkələrin Konstitusiya hüququ. 2002;
Dostları ilə paylaş: |