1) Məcburi göstəriş metodu, başqa sözlə imperativ metod. Həmin metodda
idarəetmə üzrə qərarın doqiq və olduğu kimi yerinə yetirilməsi nəzərdə tutulur, ondan
hər hansı bir kənarlaşmaya yol verilmir.
Belə metod, qərarın yerinə yetirilməsi
zamanı yerli şəraitin uçotu və xüsusiyyəti tələb olunmadan tətbiq olunur. Məsələn,
yer quruluşu layihəsinin reallaşmasma görə müəllif nəzarətinin həyata keçirilməsi,
yerli şəraitdən və xüsusiyyətdən asılı olmadan qanunun məcburi tələbidir.
2)Tövsiyə metodunun reallaşması yerli şəraitin uçotu
və xüsusiyyətinin nəzərə
alınmasının yol verildiyi idarəetmə qərarlarının çıxanlmasında ifadə olunur. Belə ki,
Azərbaycan Respublikasınm Torpaq Məcəlləsinə görə torpaq kateqoriyalarının rejimi
azsayh xalqların və etnik qrupların yaşadığı ərazilərdə dəyişə bilər, yəni torpaq
kateqoriyaları haqqmda ümumi qaydalar yerli şəraitdən və xüsusiyyətdən asılı olaraq
dəyişdirilir, Torpaq Məcəlləsinin bu müddəası tövsiyəedici xarakter daşıyır.
3)Sanksiyalaşdırma metodu və ya məhdud özünüidarəetmə metodu zamanı
idarəetmə qərarını idarə
olunan təşkilat qəbul edir, lakin onlar yalnız səlahiyyətli
qurum bu qərarı təsdiq etdikdən sonra hüquqi qüvvəyə malik olur. Məsələn, təsərrüfat
daxilində yerquruluşu haqqında qərarı kollektiv özü qəbul edir. Lakin bu layihənin
təsdiq olunması torpaq ehtiyatIarı və yerquruluşu üzrə müvafıq
qurum tərəfindən
həyata keçirilir.
4) İcazə metodu, orqanlarm tam özünü idarə etdiyini göstərir ki, bu zaman onlar
özləri heç kəsdən asılı olmadan idarəetmə qərarı qəbul edirlər.
Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimləməsinin metod
və formaları, müvafiq səlahiyyətli dövlət idarəetmə funksiyaları vasitələri ilə həyata
keçirilir. İdarəetmə qurumlannın növündən və səlahiyyətindən asıh olmayaraq
onlardan hər biri birbaşa və ya dolayısı aşağıda adları sadalanan yeddi funksiyanı
yerinə yetirir və ya yerinə yetirilməsində iştirak edir:
1.
Təbii ehtiyatlann və digər təbii obyektlərin uçotu və dövlət kadastrının
aparılması.
2.
Təbii obyektlərin istifadəsi və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması.
3.
Təbii obyektlərin bölüşdürülməsi və yenidən bölüşdürülməsi.
4.
Təbii obyetlərin artırılması.
5.
Təbii obyektlərin məkan-ərazi quruluşu.
6.
Təbii obyektlərin istifadəsi və mühafızəsinə nəzarət.
7.
Təbiətdən istifadə hüququ haqqmda mübahisələrin həlli.
Dostları ilə paylaş: