Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə5/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   2   3   4   5   6   7   8   9   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Cəmiyyətin və təbiətin inkişaf konsepsiyaları 
İ
nsan və ətraf mühit, təbiət və cəmiyyət əlaqələrinin mahiyyəti, müxtəlif 
zamanlarda ayrı-ayrı fəlsəfı məktəb və cərəyanlarm diqqətini həmişə özünə cəlb 
etmişdir. Qədim və orta əsrlərdə naturalist konsepsiya üstünlük təşkil edərək, təbiətə 
gözəgörünməz qüvvə, müdrik yaranış, cəmiyyət üzərində ideal ilahi güc kimi 
baxılmışdır. Cəmiyyətdə məhsuldar qüvvələrin inkişaf səviyyəsinin aşağı olması 
ekoloji mühitin real qiymətləndirilməsinə zərurət yaratmışdır. Bu konsepsiyanın 
tərəfdarları cəmiyyətə də təbii seçmə qanununun tətbiqini arzulayır, daha doğrusu


güclünün aciz üzərində qələbəsi prinsipini qəbul edirdilər. 
Naturalist konsepsiyanın başqa bir istiqaməti təbiətə toxunmamaq (müdaxilə 
etməmək) prinsipinə əsaslanır. Bu baxı-şın tərəfdarlan təbiətdə hər şeyin öz yerində 
və düzgün ol-duğunu qəbul edirdilər. Onlara görə, təbiət özü hər şeyi gözəl bilir və 
insanların təbiətə müdaxiləsi cəmiyyət-təbiət qarşıdurması ilə nəticələnir. Məsələn, 
insanların öz təsərrüfat maraqları naminə Aral gölünə, Qara və Xəzər dənizlərinə 
təsiri-nin acı nəticələri indi də özünü göstərməkdədir. 
Sənaye əsasında istehsahn sürətli inkişafı kapitalizmin ilkin mərhələsində 
naturalist konsepsiyaları tədricən sıxışdırmağa başladı. Təbiət üzərində insanın öz 
ağlı hesabına hökmranIıq etməsi ideyasına əsaslanan yeni bir konsepsiya - istehlak 
konsepsiyası formalaşmağa başladı. Belə bir konsepsiyanın təzahürü cəmiyyət 
tərəfındən böyük ruh yüksəkliyi ilə qəbul edildi. Feodalizmdən yenicə qurtarmış 
cəmiyyətdə, sənaye və kənd təsərrüfatının inkişafı üçün lazım olan bütün ehtiyatlar 
təbiətdən götürülməyə başladı. Lakin təsərrüfatın sürətli inkişafı, bu konsepsiyanın 
müəyyən mərhələdən sonra gərəksiz olduğu fıkrini ortaya çıxardı. 
Sonrakı mərhələdə isə istehlak konsepsiyası, təbiət və cəmiyyət arasındakı 
münasibətlərin ahəngdarhğı yolunda «əyləc» qismində çıxış etməyə başladı. İnsanın 
təbiət üzərindəki hökmranlığı ətraf mühitin deqradasiyası ilə nəticələnmişdir. Təbiət 
və comiyyət arasındakı münasibətlərin gərginləşməsi və bu qarşıdurmanın təhlükəli 
həddə yaxınlaşması XX əsrin 70-ci illərində yeni bir konsepsiyanın yaranması ilə 
nəticələndi. Yeni yaranmış bu konsepsiya «alarmizm» (alman dilində «alarm» 
həyəcan deməkdir) adlandırıldı. Alarmizm müasir istehsal prosesləri nəticəsində ətraf 
mühitin deqradasiyası insanların cavab reaksiyasıdır. Bu konsepsiyanın tərəfdarları 
heç bir siyasi partiyanı təmsil etməsələr də, dünyada «yaşıllar hərəkatı» («Qrinpis») 
kimi tanınırlar. 
Bu konsepsiya 2 yerə - pessimistlərə və optimistlərə ayrılır. Pessimistlərə görə, 
müasir sivilizasiya cəmiyyəti qarşısıalınmaz qəzaya (katastrofa) sürükləyir. 
Optimistlər isə insan zəkasının cəmiyyəti bütün bəlalardan qurtaracağma inanırlar. 
Son dövrlərdə ekoloji böhranın səbəblərinın konsepsiyaları izahı ilə bağlı 
formalaşmağa başlanmışdır. Bu konsepsiyanın tərəfdarları, ekoloji böhranın səbəbləri 


kimi - elmi-texniki tərəqqi və əhalinin artımını əsas götürüflər. Onlara görə insan 
artımının qarşısı alınmalı və insanların sayı demoqrafık mini-muma 
uyğunlaşdırılmahdır. Lakin bu yanaşma bütün dünya ölkələri üçün eyni ola bilməz. 
Süni yolla (müharibələr, etnik münaqişə, əhalinin kütləvi qırılması, lazımi tibbi 
xidmət göstəril-məməsi və s.) insan artımmm tənzimlənməsi isə cəmiyyətdə insan 
haqqlarının pozulması kimi qiymətləndirilir. 
Ekoloji böhranın səbəblərini (texniki və dcmoqrafık) araşdıran qərb alimləri bu 
çətinlikdən çıxmaq üçün aşağıdakı strateji istiqamətləri təklif edirlər: 
1)
təbiətə toxunmamaq strategiyası; 
2)
təbiətə hücum strategiyası; 
3)
təbiətdə özünütənzimləmə və insanın uyğunlaşması (adaptasiyası) 
strategiyası. 
Cəmiyyətin texnogen növlü inkişafı şəraitində iqtisadiyyat bir neçə mərhələdən 
keçir: 
1) frontal iqtisadiyyat - bu zaman əsas diqqət əməyə və kapitala yönəldilir, 
təbii ehtiyatlar isə tükənməz hesab edilir, ətraf mühitin çirklənməsi inkişafda nəzərə 
alınmır;
2) ətraf mühitin mühafızəsi nəzərə alınmaqla iqtisadi inkişaf; 
3) tarazlı-müvazinətli inkişaf yolları təklif edilir. 
Bəşəriyyətin gələcək inkişaf variantlarının axtanşı davam edirdi. BMT-nin xətti 
ilə Ətraf Mühit və İnkişaf üzrə Bey-nəlxalq Komissiya «Bizim ümumi gələcəyimiz» 
adlı məruzə hazırlandı (1987) və «Sabit inkişaf» konsepsiyası təklif edildi. 
Q.X.Bruntland ətraf mühitin mühafızəsi sahəsində uzun müddətli strategiya təklif 
edirdi ki, bu da dünya iqtisadiyyatının sabit inkişafını uzun dövr üçün təmin etməyə, 
ekoloji problem-lərin həllinin üsul və vasitələrini nəzərdən keçirməyə imkan verirdi. 
1992-ci ildə Rio-de-Janeyroda Ətraf mühit və inkişaf üzrə ikinci Ümumdünya 
Konfransı açıldı. Konfransda 179 ölkənin nümayəndələri bəyanat qəbul etdi və «XXI 
ə
srin gündəliyi» proqramı təsdiqləndi. Həmin sənədlərdə «Tarazlı inkişaf» 
konsepsiyasının mahiyyəti və məqsədləri öz əksini tapdı. 
Tarazlı inkişafın nə demək olduğu barədə ədəbiyyatda çoxsaylı fikirlər 


mövcuddur. Lakin birmənalı olaraq «Tarazlı inkişaf» dedikdə, elə bir inkişaf nəzərdə 
tutulur ki, müasir dövrdə insanların tələbatları ödənilsin və eyni zamanda gələcək 
nəsillərin öz tələbatlarını ödəmək imkanı da tohlükə altında qalmasın. Əslində bu 
fıkir iki anlayışı özündə ehtiva edir: tələbat və məhdudiyyət. Təxmini də olsa tarazlı 
inkişafın bütün anlayışları indiki və gələcək nəsillərin mənafeyini (marağını) nəzərdə 
tutur. Lakin bu gün də dünyanın bir çox alimləri tarazIı inkişaf anlayışının 
mahiyyətini dəqiq müəyyən etmək üçün axtarışlar apanrlar. Məsələn, hal-hazırda 
ə
halinin artımı, bios-ferin dayanıqlı astanası və s. haqqında vahid bir fıkir yoxdur. 
Bəzi alimlər hesab edirlər ki, noosferin inkişafı üçün Yer kürəsində 2,5-3,0 milyard 
nəfərdən çox adam olmamalıdır. Digər alimlər tərəfındən tarazlı inkişaf üçün 
aşağıdakı göstəricilər təklif olunur: təmiz texnologiyaların tətbiqedilmə səviyyəsi
istehlak olunan və ixrac edilən təmiz məhsulun səviyyəsi, kapitalların toplu 
ehtiyatlarının keyfıyyəti, strukturu və s. 
Tarazlı inkişafı daha dəqiq araşdırmaq üçün «zəif» və «güclü» sabitlik 
anlayışlarından istifadə edilir. Əgər iqtisadi inkişaf ehtiyatların tükənməsinə səbəb 
olursa, onda gələcək nəsillər üçün konpensasiya nəzərdə tutulmalıdır. Yəni əsas 
kapital digər formada başqa bir kapitalla - istehsalat, bəşəri və ya təbii kapitalın hər 
hansı bir forması ilə əvəz (ifadə) olunmalıdır. 
Ş
.Göyçaylı və T.İsmayılova görə (2006) tarazlı inkişaf o vaxt olar ki, təbii 
kapital tükəndikcə bərpa olunsun və ya süni surətdə yaradılmış kapitalla əvəz edilsin, 
lakin azalmasm. Başqa sözlə, bəşəriyyət təbii kapitalın üzərinə gələn hər hansı bir 
faizlə yaşamalı və gələcək nəsillər qarşısında borclu qalmamaqdır. Tarazlı inkişaf 
konsepsiyası 3 əsas məqsədin vahid bir sistemdə birləşməsi sayəsində meydana 
çıxmışdır: iqtisadi, sosial, ekoloji. Bu sistemlərin bir-biri ilə qarşılıqh əlaqəsi tarazlı 
inkişafın vəzifələrini müəyyənləşdirir. 


МЮВЗУ 2.
ТЯБИЯТДЯН ИСТИФАДЯНИН ИДАРЯ ЕДИЛМЯСИНИН ЩЦГУГИ 
АСПЕКТЛЯРИ. 
PLAN: 
1. Təbiətdən istifadə hüququnun anlayışı və növləri. Тябиятдян истифадянин идаря 
едилмяси хцсусиййятляри вя истигамятляри. 
2. Тябиятдян истифадянин тянзимялнмясиндя дювлятин ясасландыьы норматив-щцгуги 
актлар, онларын мязмуну.
3. Тябии ещтийатлар, онларын юйрянилмяси вя онлардан истифадянин щцгуги 
тянзимлянмяси.
4. Тбиятдян истифадянин идаря едилмясинин дювлят органлары системи. Тябиятдян 
истифадя сащясиндя дювлят органларынын функсийалары вя вязифяляри.
5. Тябиятдян истифадя сащясиндя дювлятин сийасятинин щугуги ясаслары вя онун 
реаллашдырылмасынын ясас истигамятляри. «Еколоэийа вя Тябии Сярвятляр Nазирлийи» 
онун фяалиййятинин щцгуги ясаслары. 
 
Təbiətdən istifadə hüququnun anlayışı və növləri 
Müasir dövrdə dünyanın bütün hüquqi dövlətlərində insanın təbii ehtiyatlardan 
öz tələbatı üçün istifadə etməsi hüquq normalan vasitəsi ilə tənzimlənir. Təbii 
ehtiyatlardan istifadə üzrə münasibətləri tənzimləyən normalar sistemi təbiətdən 
istifadə hüququ adlanır. Belə normalar əsasən təbii ehtiyatlar haqqında 
qanunvericilikdə, yəni torpaq, Yerin təki, su, meşə, heyvanlar aləmi və s. haqqmda 
qanunvericilikdə təsbit olun-muşdur. Ətraf mühitin mühafızəsi haqqmda doktrinada 
təbiətdən istifadənin bir sıra növləri fərqləndirilir. Bu zaman təsnifat müxtəlif 
meyarlara əsasən aparılır. Təsnifat üçün ən ümumi meyar təbiət obyekti hesab olunur. 
Buna uyğun olaraq, təbiət-dən istifadə hüququ aşağıdakı növlərə bölünür: 
-
torpaqdan istifadə hüququ; 
-
Yerin təkindən istifadə hüququ; 
-
sulardan istifadə hüququ; 
meşələrdən və meşə fonduna daxil olmayan bitkilərdən istifadə hüququ; 


- heyvanlar aləmindən istifadə hüququ. 
Təbiət obyektinə görə ən ümumi təsnifatdan sonra hər bir obyektdən istifadənin 
məqsədli təyinatma görə də təsnifat aparılır ki, bu, digərləri içərisində əsas təsnifat 
hesab olunur. Təbiətdən istifadənin məqsədli təyinatma görə növləri, təbii ehtiyatm 
özü-nəməxsusluğu və ictimai tələbatlan ödəməsi nəzərə almmaqla, təbii ehtiyatlar 
haqqmda qanunvericiliklə müəyyən olunur. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin