Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc


Ekologiya hüququnun hüquqi t



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə16/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   12   13   14   15   16   17   18   19   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Ekologiya hüququnun hüquqi tənzimləmə metodları 
Ə
dəbiyyatda hüquqi tənzimləmə ictimai münasibətlərə dövlət tərəfındən hüquqi 
təsir üsulu kimi göstərilir. Ekoloji hüquqi tənzimlənmə metodu dedikdə, hüquq 
münasibətləri iştirakçılannın davranışına hüquq normaları ilə müəyyən edilən spesifık 
təsir üsulu başa düşülür ki, həmin üsul təbii ehtiyatların mülkiyyətçisinin hüquqi 
səlahiyyətlərinin həyata keçirilməsinə, təbiətdən səmərəli istifadənin təmin 
olunmasına, ətraf mühitin mühafizəsinə, fıziki və hüquqi şəxslərin ekoloji 
fəaliyyətlərinin qanuni maraqlannm müdafiəsinə yönəlir. 
Lakin dünya hüquq elmində hüquqi tənzimləmə metodu ən mübahisəli 
mövzulardan biridir. Bəzi alimlər hər bir sahəyə yalnız bir hüquqi tənzimləmə 
metodunun əsas olduğunu, digər-ləri - bir neçəsinin, üçüncüləri isə metodun 


universal, üstqurum xarakterə malik olduğunu hesab edirlor. Hor bir hüquq sahəsinin 
metodlarınm tədbiqinin kombinasıyasına malik olması ideyası daha uğurlu görünür. 
Metodların belə kombinasiyası ekologiya hüququnun əsasını təşkil edir. 
Hazırda hüquq elmində inzibati hüquqi və mülki hüquqi metodlardan ibarət olan 
iki metod fərqləndirilir. Halbuki, Azərbaycanın hüquq sistemində ondan artıq hüquq 
sahəsi mövcuddur. Bu isə o deməkdir ki, hüquq sahələrinin çoxu həmin sahənin 
predmetinə tam adekvat olan hüquqi tənzimləmə metoduna malik deyil. Odur ki, 
hüquqi tənzimləmənin yuxarıda adları çəkilən metodlarmdan istifadə olunur. Bu 
zaman inzibati hüquqi metod daha çox ümumi hüquq sahələrində işlənir ki, ekologiya 
hüququ da əsas etibarı ilə həmın sahəyə aiddir. 
Inzibati hüquqi tənzimləmənin mahiyyəti lazımi davranışın və hüquqi 
göstərişlərin icrasına yönələn dövlət nəzarətinin təmin etmək üçün müvafıq 
göstərişlərin, icazələrin, qadağaların müəyyən edilməsindən ibarətdir. İnzibati 
münasibətlərdə tərəflərdən biri mütləq səlahiyyətli dövlət orqanıdır, ona görə də 
müvafiq olaraq, tərəflər qeyri-bərabər vəziyyətdə olurlar. Belə ki, inzibati hüquq 
münasibətlərinin iştirakçıları arasmda hakimiyyət və tabeçilik münasibətləri yaranır. 
Ekologiya hüququnda inzibati hüquqi metod spesifik formalarda - normalaşdırmada, 
ekspertizada, sertifıkatlaşdırmada, lisenziyalaşdırmada və sairədə öz əksini tapır. O 
bir sıra fəaliyyət formalarında təzahür edir. Məsələn, ətraf təbii mühitə çirkləndirici 
maddələrin atılmasının yol verilən normalarının müəyyən olunması (təbiətdən 
istifadə edən şəxslər bu normalara əməl etməlidirlər), müvafiq norma çərçivəsində 
tullantıları ətraf mühitə atmaq üçün hüquqi şəxslərə lisenziya verilməsi, müəyyən 
obyektlərin inşasma icazə verilməsi (dövlət ekoloji ekspertizasının müsbət rəyi 
olduqda) saxlama və ya basdırma məqsədi ilə radioaktiv tullantıların və materialların 
başqa dövlətlərdən idxalınm qadağan edilməsi, hüquqi məsuliyyət tədbirlərinin 
tətbiqi və s. 
İ
nzibati hüquqi tənzimləmə metodundan fərqli olaraq mülki hüquqi tənzimləmə 
metodu hüquq münasibətlərinin tərəflərinin bərabərliyinə əsaslanır. Mülki hüquq 
münasibətlərində bu münasibətlərin iştirakçıları adətən bir-birindən asıh olmayan 
bərabər hüquqlu subyektlər kimi çıxış edirlər. Onlar hüquqlarını və vəzifələrini 
aralarında bağlanan saziş vasitəsi ilə özləri müəyyən edirlər. Lakin bu zaman həmin 
hüquq və vəzifələr qanunvericiliyə uyğun olmalı, qanun çərçivəsindən kənara 
çıxmamalıdır. 
Ekologiya hüququnda hazırda hüquqi tənzimləmənin hər iki növü tətbiq edilir. 
Yeni iqtisadi dövrdə bazar münasibətləri şəraitində sahibkarlıq haqqında 
qanunvericilik təkmilləşdiril-dikcə mülki hüquqi metod hüququn bu sahəsində 
getdikcə daha geniş tətbiq edilir. Ətraf mühitə dair qanunvericiliyə əsasən, bəzi təbii 
ehtiyatlardan istifadə hüququ lisenziya və ona uyğun olaraq bağlanan müqavilə 
ə
sasında verilir («Ətraf mühitin mühafızəsi haqqında» Qanun, maddə 11, 15). Əgər 


təbii ehtiyat-ların istifadəçisi həmin müqaviləni müvafıq icra hakimiyyəti orqanı ilə 
bağlayarsa, yenə belə müqavilə mahiyyət etiban ilə mülki hüquqi müqavilə hesab 
olunur. 
Təbiətdən istifadə və ətraf mühitin mühafızəsi üzrə hüquqi münasibətlərə 
müəyyən şəraitdə həm bu, həm də digər metod tətbiq edilə bilər. Məsələn, təbiətdən 
istifadə üzrə müqavilənin bağlanması mülki hüquqi tənzimlənmənin nümunə-sidir. 
Lakin təbiətdən istifadənin gedişində müqavilədə nəzərdə tutulmuş şərtlər 
pozulduqda, təbiətdən istifadə münasibət-lərinin tənzimlənməsi üzrə inzibati hüquqi 
metod tətbiq edilə bilər. 
Metodun məzmunu ekologiya hüququnun predmetinin spesifıkliyi ilə 
şə
rtlənmişdir. Ona görə də ekologiya hüququnun predmetini təşkil edən kompleks 
ekoloji ictimai münasibətlər onun hüquqi tənzimləmə metodlarınm kombinasiyasmda 
ifadə olunur. Öz predmetindən asıhhğa baxmayaraq o, müəyyən müstəqilliyə 
malikdir. Belə ki, əgər metodun spesifıkliyi aşkarlanmayacaqsa, o zaman həmin 
ümumi hüququn müstəqil hüquq sahəsi kimi ayrılmasma əsas olmayacaqdır. 
Predmet və metod müəyyən vəhdət və ümumiliyə malik olmalıdır. Tənzimlənən 
ictimai münasibətin mahiyyətindən təsir üsulunun ayrılması hüquqi tənzimlənmənin 
səmərəliliyinə mənfi təsir edir. Ekologiya hüququnda cəmiyyot və tobiot 
münasibətlərinin ahəngdarlaşmasına istiqamətlənmiş ekolojiləşdirilmə metodu aparıcı 
yer tutur. Hər bir təbii obyektin istifadə olunmasınm hüquqi tənzimlənməsi həmin 
sistemin maraqlarının qorunması mövqeyindən həyata keçirildiyi zaman, bu metod 
obyektlərə görə differensasiya olunmuşla ümumekoloji yanaşmanm uzlaşması kimi 
tətbiq edilir. Lakin eyni zamanda, həmin obyektin xüsusiyyətləri də nəzərə ahnır. 
Ekolojiləşdirmə metodu ekologiya hüququnun predmetinin xüsusiyyətindən 
ortaya çıxmışdır. Belə ki, ekologiyadan istifadənin hər bir növü təbiətin qanunlarınm 
tətbiq olunması ilə bağhdır, onun müvəffəqiyyətlə həyata keçməsi üçün həmin 
qanunlara tabe olmaq, yəni təbii mühitə müdaxilə ilə əlaqədar olan hər hansı təsiri 
ekolojiləşdirmək lazımdır. Məsələn, torpağm mülkiyyətçisi, istifadəçisi və icarəçisi 
öz torpaq sahəsində səpin apararaq, bununla da təbii bitkiçiliyin ekoloji proseslərinə 
təkan verir, sonralar isə o bu prosesə yalnız təsir edə bilər (bitkiləri suvarmaq, 
gübrələmək, alaq otları ilə mübarizə aparmaq və s.), lakin onlarm təbii gedişini dəyişə 
bilməz. 
Beləliklə, 
ekologiyada 
hüququ 
tənzimləmə 
metodunu 
ekologiyadan 
istifadəçilərin idarəetmə orqanlarının strukturu və əhatə dairəsi hüquqi tənzimləmə 
üçün əhəmiyyət kəsb edən ölkənin ekoloji sisteminin elementlərinin qanunvericilikdə 
təsbit olunması yolu ilə ekoloji ictimai münasibətlərə hüquqi təsir üsulu kimi təyin 
etmək olar. Bu, həmçinin, ekoloji hüquq münasibətləri subyektlərinin müəyyən 
olunmasına imperativ, dispozitiv və ya mülki-hüquqi yanaşmanın köməyi ilə 
xəta-lara görə hüquqi məsuliyyət üçün xarakterik olan tərəflərin bərabərliyi, bazar 


münasibətlərinin formalaşdığı dövrdə ekoloji müqavilə münasibətlərinin tətbiqində 
ekologiyadan istifadə qaydalarının dəqiq nizama sahnması ilə təyin edilir. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin