часть лингвистики была решена специалистами в этой области с момента появления и
развития этой части лингвистики.
Топонимы включают названия географических объектов различной структуры -
ручей, холм, квартира, деревня, город, район, улица, площадь, площадь, регион,
республика, штат, дорога и т. д. Существует много вариантов классификации топонимов.
Ойконимы, единица топонимов, представляет названия населенных пунктов
(деревень, поселков, городов). Анализ ойконима дает нам интересную информацию об
истории, языке, культуре, общественной жизни и занятиях людей. С этой точки зрения
изучение истории и историко-лингвистический анализ текстов очень важны. Ойконим
позволяет изучать географические объекты людей, географические объекты людей,
спектр их языка и языковые факторы, раскрывая этногенез людей. Урбанонимы -
проспект, поворот, поле, улица, площадь, базар; Хоронимы - обозначает названия мест в
пределах одной административно-территориальной единицы. Аронимы - горные
названия, ручьи, холмы, холмы, холмы, равнины, луга, равнины, леса, болота, овраги;
Дромономи - воздушные, подземные и воздушные дороги, названия автомобильных
дорог; Гидронимы - это топонимы, которые представляют названия рек, озер, каналов,
морей и океанов.
Используя текущий словарный запас языка или другими способами, термины,
включенные в обогащение словарного запаса языка, приобретают иной смысл, помимо
его функции. Любой географический объект может дать свое имя объекту или явлению,
которое имеет к нему определенное отношение. Это явление наблюдается в большинстве
языков мира. Есть несколько слов на английском.
Среди трудностей, с которыми сталкиваются при изучении структуры английской
топонимики, являются примеры появления ее корня и формул в диаконическом анализе,
в то время как простые топонимы обычно принимаются в синхронном аспекте.
Исследователи видят причину этого в современную эпоху, хотя корень или форма этих
элементов является источником происхождения.
Ключевые слова: топонимика, классификация, место, названия, лексика,
семантика
Filologiya məsələləri, № 17, 2019
99
Afsana Yusifqizi
Problems of classification of english toponimes
Summary
The object of study of place names are geographical names or place names. Like all ot-
her names, toponyms are also a language. User names are rarely optional, and this is especially
true for toponyms. Sometimes toponyms are either physically connected or called up by a per-
son’s name to recall a historical event or indicate to whom the referent belongs.
The problem of classification of toponyms remains relevant, despite the fact that this part
of linguistics has been solved by specialists in this field since the advent and development of
this part of linguistics.
Toponyms include names of geographical objects of various structures - a stream, a hill,
an apartment, a village, a city, a district, a street, an area, an area, a region, a republic, a state, a
road, etc. There are many options for classifying toponyms.
Oikonyms, a unit of toponyms, represents the names of settlements (villages, towns, citi-
es). The analysis of oikonym gives us interesting information about the history, language, cultu-
re, social life and occupations of people. From this point of view, the study of history and the
historical linguistic analysis of texts are very important. The oikonym allows you to study the
geographical objects of people, the geographical objects of people, the spectrum of their langua-
ge and language factors, revealing the ethnogenesis of people. Urbanonyms - avenue, turn, fi-
eld, street, square, bazaar; Khoronim - denotes the names of places within the same administra-
tive-territorial unit. Aronyms - mountain names, streams, hills, hills, hills, plains, meadows, pla-
ins, forests, swamps, ravines; Dromonomas - air, underground and air roads, road names;
Hydronyms are toponyms that represent the names of rivers, lakes, canals, seas and oceans.
Using the current vocabulary of the language or in other ways, the terms included in the
enrichment of the vocabulary of the language acquire a different meaning, in addition to its
function. Any geographical object can give its name to an object or phenomenon that has a cer-
tain relation to it. This phenomenon is observed in most languages of the world. There are a few
words in English.
Among the difficulties encountered in studying the structure of English toponymy are
examples of the emergence of its root and formulas in diaconic analysis, while simple toponyms
are usually accepted in a synchronous aspect. Researchers see the reason for this in the modern
era, although the root or form of these elements is a source of origin.
Keywords: toponymy, classification, place, names, lexical, semantic
Məqalənin redaksiyaya daxil olma tarixi:04.08.2019
Çapa hazırlnma tarixi: :09.08.2019
Filologiya elmləri doktoru, professor Svetlana Məmmədova tərəfindən çapa
tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
100
ŞƏKƏR MƏMMƏDOVA
AMEA Naxçıvan bölməsi,
76 Heydər Əliyev Prospekti
E-mail: shakar-mamedova@rambler.ru
AZƏRBAYCAN DİLİNİN NAXÇIVAN QRUPU DİALEKT
VƏ ŞİVƏLƏRİ İLƏ DİGƏR BÖLGƏLƏRİNİN DİALEKT VƏ
ŞİVƏLƏRİNDƏ FRAZEOLOJİ VAHİDLƏRİN QARŞILIQLI TƏDQİQİ
Xülasə
Bu məqalədə Naxçıvan dialekt və şivələrinin lüğət tərkibinə daxil olan frazeoloji vahid-
lərin digər dialekt və şivələrdəki frazeoloji vahidlərlə qarşılıqlı tədqiqi verilmişdir. Azərbaycan
dilinin dialekt və şivələrində frazeoloji vahidlərin qarşılıqlı şəkildə tədqiqi yalnız dilçilik baxı-
mından deyil, həm də xalqın keçdiyi tarixi yolun izləri, həyatında baş verən dəyişiklikləri üzə
çıxarmaq baxımından da vacibdir. Naxçıvan qrupu dialekt və şivələrində olan frazeoloji vahid-
lərin digər bölgələrə məxsus dialekt və şivələrdə də işlənməsinə rast gəlmək mümkündür. Nax-
çıvan dialekt və şivələrində işlənən elə frazeoloji vahidlər vardır ki, onlar Azərbaycanın digər
dialekt və şivələrində də işlənərək eyni məna kəsb edirlər. Belə frazeoloji vahidlər söz və söz
birləşməsi şəklində özünü göstərir. Söz birləşməsi şəklində olub eyni məna ifadə edən frazeoloji
vahidlərin bəzilərində leksik, eləcə də fonetik variantlılıq da özünü göstərir. Naxçıvan qrupu di-
alekt və şivələri ilə Azərbaycanın digər dialekt və şivələrini həm birləşdirən, həm də fərqləndi-
rən yalnız fonetik, leksik, qrammatik ünsürlər deyil. Bu baxımdan frazeoloji vahidlər də mühüm
rol oynayır.
Azərbaycan dilinin dialekt və şivələrində frazeoloji qatın öyrənilməsi bizə yalnız dilimi-
zin inkişaf səviyyəsini müəyyən etməyə deyil, eyni zamanda, frazeoloji-semantik dəyişikliklərə
imkan verən qanunauyğunluqları da təyin etməyə imkan verir. Dilimizin dialekt və şivələrində
müqayisəli şəkildə frazeoloji vahidlərin tədqiqi həmin dialekt və şivələr arasındakı əlaqəni,
fərqliliyi və oxşarlığı üzə çıxarmaqla yanaşı, dilimizin frazeologiya bölməsinin inkişafına da
yardımçı olur. Bununla yanaşı, dialekt və şivələrdə frazeologiyanın əsasını təşkil edən frazeoloji
vahidlərin qarşılıqlı şəkildə tədqiqi, Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrinin
digər dialekt və şivələrimizlə fərqli və oxşar cəhətlərini müəyyənləşdirmək, eyni sərhədlər daxi-
lində yerləşmələrinə baxmayaraq, qədim tarixi xüsusiyyətlərini necə qoruyub saxladıqlarını nə-
zərə çatdırmaqda kömək edir. Bu həm də xalqın tarixi formalaşma dövrünün tədqiqi ilə əlaqəli
şəkildə araşdırılmalıdır.
Açar sözlər: dialekt, şivə, feil, frazeoloji vahidlər, qarşılıqlı tədqiq
Azərbaycan dilinin dialekt və şivələrində frazeoloji vahidlərin qarşılıqlı şəkildə tədqiqi
yalnız dilçilik baxımından deyil, həm də xalqın keçdiyi tarixi yolun izləri, həyatında baş verən
dəyişiklikləri üzə çıxarmaq baxımından da vacibdir. “Xalqın həyatında, məişətində özünü gös-
tərən dəyişikliklər dialekt leksikasında əks olunur. Cəmiyyətin və dilin inkişafı ilə əlaqədar ola-
raq müəyyən sözlər dialekt leksikasına daxil olur, sonradan bunların bir hissəsi işləkliyini saxla-
yır, bir hissəsi isə, ümumiyyətlə, ünsiyyətdən çıxır. Ədəbi dilin lüğət tərkibi ilə müqayisədə dia-
lekt leksikası daha mühafizəkardır. Dilin qədim leksik qatına aid olan sözlər şivələrin lüğət tər-
kibində daha çox qorunub saxlanılır.”(1 səh.203)
Naxçıvan qrupu dialekt və şivələrində olan frazeoloji vahidlərin digər bölgələrə məxsus
dialekt və şivələrdə də işlənməsinə rast gəlmək mümkündür. Bu haqda Q.Hacıyevanın fikri diq-
qəti cəlb edir: “Tədqiqatlar göstərir ki, frazeoloji vahidlər ədəbi dil materialı olmaqdan daha çox
Filologiya məsələləri, № 17, 2019
101
dialekt faktıdır. Birbaşa xalq dilindən süzülüb gələn bu ifadələrin bir qismi sonradan, zaman
keçdikcə ədəbi dilin lüğət tərkibində özünə yer qazanmış olsa da, bir qismi də öz varlığını canlı
danışıq dilində qorumuşdur. Müqayisəli tədqiqatlar göstərir ki, müasir türk dilləri ilə səsləşən və
Azərbaycan ədəbi dilinin lüğət tərkibində yer alan frazeoloji birləşmələrin bir qismi Naxçıvan,
Güney Azərbaycan və Şərqi Anadolu şivələrində öz varlığını paralel şəkildə qoruyub saxlamış
olsa da, bir qismini isə Azərbaycan ədəbi dilinin lüğət tərkibinə daxil olmayan, hər bölgənin
özünəməxsus spesifikasını əks etdirən frazeoloji vahidlər təşkil edir.” (2 səh. 238)
Dialekt və şivələrdəki frazeoloji vahidlərdən danışarkən nəzərə almaq lazımdır ki, bu va-
hidlərin bəziləri müəyyən dialekt və şivələrdə paralel işlənsə də, bəziləri, sadəcə, bir bölgənin
dialekt və şivələri üçün xarakterikdir. Naxçıvan dialekt və şivələrində işlənən frazeoloji vahidlə-
rin müəyyən qismi digər ərazilərdəki dialekt və şivələrlə ortaqlı işlənir ki, bunların da bəziləri
müxtəlif, bəziləri isə eyni məna daşıyır.
Naxçıvan dialekt və şivələrində işlənən elə frazeoloji vahidlər vardır ki, onlar Azərbay-
canın digər dialekt və şivələrində də işlənərək eyni məna kəsb edirlər. Belə frazeoloji vahidlər
söz və söz birləşməsi şəklində özünü göstərir. Söz birləşməsi şəklində olub eyni məna ifadə
edən frazeoloji vahidlərin bəzilərində leksik, eləcə də fonetik variantlılıq da özünü göstərir. Söz
birləşməsi və söz şəklində olub ortaqlı işlənərək eyni məna kəsb edən bəzi frazeoloji vahidlərə
diqqət yetirək:
1
anqutu çıxmax (Babək, Kəngərli, Naxçıvan, Çənbərək, Füzuli, Qarakilsə) – hədsiz
arıqlamaq
a) Anqutu çıxıp, ta ayağüsdə ölür (Şahtaxtı). (3 səh. 61) b) Gedənin dannanmaxdan anqutu
çıxıf (Füzuli). (4 səh. 24)
2.
basaratı bağlanmax (Kəngərli, Naxçıvan, Şərur, Ağcabədi, Ağdam, Bərdə, Kürdə-
mir, Qarakilsə, Qazax) – özünü itirmək, nitqi tutulmaq, dili ağzı bağlanmaq
a) - Ay qı:z, elə bil basaratım bağlanıp, bı nə:di, bını eləmirəm (Naxçıvan) (3 səh. 61) b) Ba-
saratım bağlandı, bir söz deyə bilmədim (Ağdam). c) Kişinin basaratı bağlanıp (Kürdəmir). ç) Ana-
mın basaratı bağlansa, heş nə də:mməz (Qarakilsə) (4 səh. 41)
Başaratı bağlanmax (Qax) – bu frazeoloji vahid fonetik transformasiya ilə basaratı bağlan-
max frazeoloji vahidiylə eyni mənada işlənir.
- Elinnən bi şey gəlmiy, başaratı bağlanıp honun. (4 səh. 42)
3.
başını bezdəməx` (Şərur, Qazax) – aldatmaq
a) O uşağın başını bezdə, çıxıp gessin (Qorçulu). (3 səh. 69) b) Başını bezliyif, pulunu əlin-
nən alıflar (Qazax). (4 səh. 43)
4.
boz ay (Babək, Naxçıvan, Qazax, Şəmkir, Tərtər, Tovuz) – qışın son ayı
a) Boz ayda xəsdəlix`çox o:r (Naxçıvan). (3 səh. 77) b) Boz aydan sonra yazdı (Qazax). c)
Boz ay çox so:ux olur (Tərtər). ç) Boz ay çıxannan sonra bayram olur (Tovuz) (4 səh. 63)
5.
çimir almax//çimir eləməx`(Babək, Culfa, Kəngərli, Naxç., Şahbuz, Şərur, Qazax,
Tovuz, Gədəbəy, Şəmkir, Borçalı) – azacıq yatmaq, mürgüləmək
a) – Otdux yerdə “oturduğu yerdə” bir çimir aldım (Babək). (3 səh. 104) b) Heş çimir alma-
mışdım, gəlif qaldırdılar (Tovuz). c) Yenişkənə çimir eleydim kin, qapı döyüldü (Gədəbəy). (4 səh.
102) ç) Bir əccə “bir azca” çimir eliyim, gözümün acısın alım (Şahbuz). (3 səh. 104) d) – Qoy bir
balaja çimir alım qalxım (Borçalı). (5 səh.178)
6.
çöçün gəlməx` (Babək, Naxçıvan, Ağcabədi, Cəbrayıl, Kürdəmir, Laçın, Mingəçevir,
Lerik, Salyan, Yardımlı, Şamaxı, Göyçay) – təəccüblü görünmək, qəribə gəlmək
a) Mə: çöçün gə:r sə:n işdəx`lərin “işin, əməlin” (Naxçıvan). (3 səh. 107) b) Bu iş mə: çöçün
gəlir (Ağcabədi). c) Sana çöçün gəlməsin (Laçın). ç) Mə:m hər işim sə; çöçün gəlir (Cəbrayıl). d)
Mə:m çuğabım sə: çöçün gəlir? (Şamaxı). (4 səh. 106) e) – Sən gördün iş mə yaman çöçün gəlir
(Göyçay). (5 səh.167)
Bu birləşmənin birinci tərəfi fonetik dəyişiklilə Cəbrayıl dialektində eyni mənada işlənir: Si-
zə çeçin gəlir? (Cəbrayıl) (4 səh. 91)
Filologiya məsələləri, № 17, 2019
102
7.
çul düşməx`(Naxçıvan, Cəbrayıl, Mingəçevir, Salyan, Oğuz) – yorulub əldən düş-
mək, taqətdən düşmək
a) - О qədər işdəmişdim ki, ахşаm çul düşmüşdüm. (Naxçıvan) (6 səh. 74) b) O qədir işdə-
mişəm ki, yap çul düşmüşəm (Cəbrayıl). c) Gidif çul düşəllər öyə (Oğuz). (4 səh. 107)
8.
dabalax gəlməx` (Babək, Culfa, Naxçıvan, Quba) – kələk gəlmək, aldatmaq
a) Mən yekə:x`də kişiyə dabalax gə:rsən? (Naxçıvan) (3 səh. 109) b) Mən uşağ degiləm, mə-
nə dabalağ gəlmə. (Quba)
9.
dolax gəlməx`(Naxçıvan, Kəngərli) – aldatmaq. Fonetik variantlılığa malik olan bu
frazeoloji vahid dolaf gəlməx` şəklində Ağdam dialektində eyni mənada işlənir: a) Ölmürsən, mən
yеkə:ydə kişiyə dоlах gə:rsən? (Bulqan) (3 səh. 121) b) Mana dolaf gəlməx`isdiyirdi, yaxşı başa
tüşdüm. (Ağdam) (4 səh. 139)
10.
“Dəbbələməx`” (Culfa, Beyləqan, Çənbərək, Göyçay, Kürdəmir, Qazax, Qarakilsə,
Masallı, Ucar) – dediyini inkar etmək, sözündən qaçmaq
a) Bizə heş vaxt dəbbələməx` düşmür (Göydərə). (3 səh. 114) b) Sən mənə bir quzu verməliy-
din, nə üçün dəbbəliyirsən? (Beyləqan) c) Alıp getmişəm, indi başdıyıb dəbbələməyə (Qarakilsə) ç)
- A bacoğlu niyə dəbbəliyirsən? (Qazax) d) Demişdi inəyi sana satajam, sonra dəbbələdi (Çənbə-
rək). (4 səh. 122)
11.
Dığlatmax (Şərur, Naxçıvan, Lənkəran) – boğaza yığmaq, dərt sahibi eləmək, təngə
gətirmək.
a) Ə, bı məni laf dığladıb e: (Yengicə). (3 səh. 118)b) Ürəyüvün başı dağ azarı gətirsün, sən
məni lap dığlatdun ki (Lənkəran) (4 səh. 130)
12.
Dızıxmax (Şahbuz, Cəbrayıl, Cəlilabad, Füzuli, Kürdəmir, Masallı, Oğuz, Şamaxı,
Tovuz, Zaqatala, Zəngilan) - aradan çıxmaq, qaçmaq
a) Bir ağsak`qal görəndə hamısı dızıxıllar (Gömür). (3 səh. 118) b) Uşaxlar onu görcək dı-
zıxdı (Şamaxı). c) Sən gələn kimi o dızıxdı (Oğuz). ç) Heç dala baxmadı da, dızıxıb getdi (Zaqatala).
d) Ça:ran kimi elə dızıxdı ki (Zəngilan). e) Gör nə dızıxır (Füzuli). ə) Gördü gəleyəm, dızıxdı (Cəli-
labad). (4 səh. 132)
13.
Dirəşməx` (Kəngərli, Naxçıvan, Şərur, Qafan) - əl çəkməmək, üzünə durmaq
a) Qırmızıca dirəşdi arvadın üzünə (Qabıllı). (3 səh. 120) b) Firidin Mıxdarın üzünə dirəşdi
ki, kitabı sən oğurlamısan (Qafan) (4 səh. 136)
14.
Dümləməx` (Babək, Cəbrayıl, Meğri, Zəngilan) - birnəfəsə içmək
a) Bı əvi yıxılmış ərağı potulkaynan dümlüyür (Şəkərabad). (3 səh. 124) b) Bi istəkan südü
dümlədin, indi çörəyi yavan yeginən (Zəngilan). (4 səh. 148)
15.
Düzdəməx` (Babək, Naxçıvan, Şəmkir) – xarab etmək, əzib tökmək
a) Biz əvdə olmuyanda qonşunun heyvanı düşüp həyətə, kərdi-küləni heşdat eliyib, düzdü-
yüpdü (Babək). (3 səh. 125) b) Ziyankarın yurdu küllü-küf olsun, bi:l bostanımı düzdədi, məni borş-
du saldı (Şəmkir). (4 səh. 149)
16.
Filitdəməx` (Şərur, Babək, Naxçıvan, Salyan) – qızışdırmaq, aranı qarışdırmaq, təh-
rik etmək
a) Qardaşın filitdədi, göndərdi üsdümə (Qoşadizə). (3 səh. 138) b) Gədəni anasınnan ayrıl-
mağçün filitdi:r (Salyan). (4 səh. 172)
17.
Fitdəməh/Fitdəməx`/Fitdəmax (Culfa, Ordubad, Mingəçevir, Şəki) – qızışdırmaq,
aranı qarışdırmaq, təhrik etmək
a) Bını nə fitdiyib salmısan camahatın üsdünə (Culfa). (3 səh. 138) b) Ha fitdədi, bir şey çıx-
madı. (Şəki). (4 səh. 173)
18.
Həvə vurmax` (Laçın, Mərəzə, Şahbuz, Zərdab) - palaz, xalça toxumaq
a) Həvə vırmax qışda yaxçıdı (Güney Qışlaq). (3 səh. 154) b) Bu gün həvə vurmaxdan yorul-
dum (Zərdab). (4 səh. 204)
19.
işığ gözü (Şərur, Bakı) – qaranlıq düşməmiş
a) İşıx gözü yığışın gedin (Şərur). b) işığ gözü ged, qeyit (Bakı) (4 səh. 238)
Filologiya məsələləri, № 17, 2019
103
20.
kərəvəngi qalmax - (Cəbrayıl və Culfa) - çaşbaş (məəttəl) qalmaq, tərəddüddə qal-
maq
a) Vəli kərəvəngi qaldı, bilmədi neyləsin (Cəbrayıl); b) - Ay Məhəmməd lap kərəvəngi qalmı-
şam,bilmirəm böyün şə:rə gedim, ya yox.(Culfa) (4 səh. 251)
21.
küh yatmax (Naxçıvan, Şahbuz) – ana arının yeni nəsil vermək üçün şan qovucuqla-
rına yumurtacıqlar qoymaqdan ötrü qovucuqların üzərində yatması. – Ana arıların küh yatmağı
yazda, yay aylarında daha çox olur (Mahmudoba). (3 səh. 184)
Bu frazeoloji vahid fonetik dəyişikliklə İmişli şivəsində kük yatmağ şəklində kürt yatmaq
mənasında işlənir: Kük yatanda to:uğ cücə çıxardar (İmişli) (4 səh. 265)
22.
küx tüşməx` (Babək, Şahbuz) – toyuğun cücə çıxarmaq üçün yumurta üstündə yat-
ması, kürt düşmək: Anaş toyux on gün olar küx` tüşüp (Daylaqlı) (3 səh. 184). Bu frazeoloji vahid
küy tüşməx` formasında Ağcabədi və Bərdə şivələrində kürt düşmək mənasında işlənir: Tö:üx küy
tüşüf (Ağcabədi). (4 səh. 270)
23.
kütə getməx` (Babək, Naxçıvan, Əli Bayramlı, Salyan) – yapılmış çörəyin təndirin
divarından düşüb külə bulaşması
a) Əppəyimin çoxusu kütə getdi (Zeynəddin). (3 səh. 186, 187) b) - Bilmirəm əlimin üssünə
kim gəldi ki, çörəylərimin hamısı kütə getdi. (4 səh. 270)
24.
qəhmər çıxmax (Babək, Culfa, Naxçıvan, Cənubi Azərbaycan) - tərəfini saxlamaq.
Bu frazeoloji vahid fonetik dəyişiklilə qahmar çıxmaq formasında Qazax, Salyan, Şəmkir, Tovuz
dialektlərində eyni mənada işlənir.
a) –Hammı Fatıya qahmar çıxdı, mən qaldım ortada təx'. (Naxçıvan) (6 səh. 164) b) – Kim
mənə qəhmər çıxar (Cənubi Azərbaycan). (4 səh. 291) c) – Sən kimə qahmar çıxersan? (Qazax) ç)
Bu dəfə də ona qahmar çıxdılar (Tovuz). (4 səh. 274)
25.
quyulamax (Şərur, Füzuli, Qazax) – ört – bas etmək, gizlətmək
a) Səni еlə quyulаyаrаm ki, hеç kim izivi-tоzuvu tаpаmmаz. (Şərur) (7 səh. 184) b) Onu elə
quyulayajam ki, izi, tozu tapılmasın (Füzuli). (4 səh. 318)
26.
ləj düşməx` (Babək, Naxçıvan, Gəncə, Qazax) – incimək, aralarına inciklik düşmək
a) Mənnən ləj düşüp, tay gen gəzir (Naxçıvan). (3 səh. 212) b) Ollar köhnədən ləj tüşüflər,
daha barışdırmax çətindi (Qazax). c) O mənnən ləj tüşüf (Gəncə) (4 səh. 327)
27.
ləlix` olmax (Naxçıvan, Şərur, Başkeçid) - yorulmaq, əldən düşmək, səbri tükənmək
a) Neçə gün sənnən yana ləlix` oldum (Naxçıvan). (7 səh. 57) b) – Əlini gözləməx`dən ləliy
oldux (Cəlilkənd). (4 səh. 212) c) Uşax ağlamaxdan laf ləliy oldu (Başkeçid) (4 səh. 328)
28.
loğaz qoşmax` (Naxçıvan, Şərur, Ağcabədi, Qubadlı, Gəncə) – ələ salmaq, lağa qoy-
maq
a) Sən ona-bına loğaz qoşmaxdan yorulmadın? (Naxçıvan) (7 səh. 58) b) Əliyə loğaz qoşma
(Ağcabədi). (4 səh. 336)
29.
mədət verməx` (Ordubad, Bakı) – kömək etmək
a) – Anam gedib mədət verməyə (Aza). (3 səh. 218) b) İş görənə mədəd verməg yaxçı işdü
(Bakı). (4 səh. 349)
30.
möhüb düzmək (Naxçıvan, Cəlilabad, Mingəçevir, Şamaxı, Şəki) - əlindən tutmaq,
kömək etmək
a) Bir аdаmın möhübün düzsən, sоrа о dа sənə kömək еdər (Naxçıvan). (7 səh. 63) b) Elə ol-
maz ki, onun möhübin düzmiyəsən, işi də düzəlmiyə (Cəlilabad). c) – Möhüb düzməg yaxşı şeydi,
sən də bir adamın möhübün düz da (Şamaxı). (4 səh. 361)
31.
Osmaxlatmax (Şərur, Kəngərli, Gəncə, Göyçay, Qazax, Şəmkir) – aldadıb söz al-
maq, sirr açdırmaq, müəyyən bir məqsədlə dilə çəkmək
a) – Ha osmaxlatdın, bişey demədi (Xok) (3 səh. 228) b) Osmaxlatdım, nə olmuşduysa ha-
mısını söylədi (Gəncə). (4 səh. 383)
32.
salma çay (Culfa, Kəngərli, Naxçıvan, Şərur, Basarkeçər, Cəbrayıl, Göyçay, Qax,
Şəki, Zəngilan) – şirin çay
Filologiya məsələləri, № 17, 2019
104
a) – Çayın biri acıdı, biri salmadı (Qızılca). (3 səh. 238) b) –Səhərin yeməyi salma çaynan
pənir çörəx'di. (Naxçıvan) (6 səh. 230) c) – Salma çaynan bir tikə çörəx` yemişəm (Zəngilan). d) –
Sə:rdən bir salma çay işmişəm, elə o:n üsdündüyəm (Basarkeçər). c) – Mə: salma çay eləmə, içəm-
mirəm (Cəbrayıl). (4 səh. 418)
33.
sayır - bayır danışmax (Şahbuz) – sayıqlamaq. Bu frazeoloji vahid asılı tərəfin fone-
tik dəyişikliyi ilə eyni məna daşıyaraq Quba dialektində də işlənir.
a) – Sərxan çox naxoşdu, sayır – bayır danışır (Kolanı). (3 səh. 240) b) U lap hindi sayıl –
bayıl danışdı (Quba). (4 səh. 361)
34.
sinov getməx` (Culfa, Naxçıvan) – can atmaq, həvəs göstərmək. Bu frazeoloji vahid
Bakı, Quba, Cəbrayıl və Şəmkir dialektlərində fonetik dəyişikliklə eyni mənada işlənir:
a) –Bacım neçə vaxdı sinov gedirdi kətdə əv almaxdan yana. (Naçıvan) (6 səh. 239) b) – O
belə şeydən ötürün sinav gedir (Cəbrayıl). c) – Filan şeydən ötri sino:u gedir (Bakı). (4 səh. 439) ç)
– Zafda qarpızdan ötəri sülöy gedir (Şəmkir).
35.
Sitildəməx` (Babək, Naxçıvan, Kəngərli, Şərur, Şamaxı, Şuşa, Yevlax) - soyuqdan
titrəmək
a) – Bırda bi belə sitildiyincə ged, əynivə paltar gey (Şahtaxtı). (3 səh. 247) b) – Nə yaman
sitildəyirsən (Yevlax). (4 səh. 441)
36.
şay olmax (Kəngərli, Şahbuz, Şərur, Qazax, Mingəçrvir) – şad olmaq, sevinmək
a) Sizin gəlməyi:zə şay oldux (Xanlıqlar). b) Bir qahımım gəlsə, şay oluram (Xok). (3 səh.
255) c) – Bir – birimizin əhvalını xavar alırıx, şay olurux (Qazax). (4 səh. 458)
37.
şətəl qatmax (Culfa, Babək, Ağdam, Bərdə) – mane olmaq, pozmaq
a) – İşimizə şətəl qatdı (Şıxmahmud) (3 səh. 257) b) – Sən mənim işimə şətəl qatmsan bağ-
rın çatdar (Ağdam). c) – Sən na:x yerə bu işə şətəl qatırsan (Bərdə).
38.
to: vermək (Ordubad, Cəlilabad) – hədələmək, məcbur etmək, qorxutmaq
a) – Ona to: verdilər kin, bildix`lərin desin (Dəstə). (3 səh. 274) b) – Həsənə to: vereylər ki,
tifəngi versin (Cəlilabad). (4 səh. 500)
39.
törpü dəyməmiş (Şahbuz,Ağdam, Şuşa) – kobud
a) – Beləsinə törpü dəyməmiş də də:rıx, kontoy da də:rıx (Güney Qışlaq) (4 səh. 277) b) –
Törpü dəyməmiş adamda mərfət olmaz (Şuşa). (4 səh. 505)
40.
vayına oturmax (Naxçıvan, Ağdam, Bərdə, Şuşa) – yas tutmaq, yasında oturub ağla-
maq
a) –Sə:n kimi аdаmın vаyınа оturum, sən hеç оlmаsаn bınnаn yахşıdı. (Naxçıvan) (6 səh.
278) b) – Vayına oturum sənin kimin beyşü:r uşağın (Şuşa). (4 səh. 531)
41.
zeh yerə qoymax (Culfa, Naxçıvan, Saatlı, Salyan) – yorulmaq, əldən düşmək
a) – Axşamatən əlləşmişəm, bıdı ki zehimi yerə qoymuşam (Göydərə). (3 səh. 293) b) – Əli
bı işi görüncə zeh yerə qoydı (Salyan). (4 səh. 555)
42.
Zəvzəməx` (Babək, Naxçıvan, Şərur, Cəbrayıl, Füzuli, Qarakilsə, Mingəçevir) – yer-
siz, boş – boş danışmaq, boşboğazlıq etmək
a)
– Qoy orda nək`qədə zəvzəyir, zəvzəsin, fikir vermə (Naxçıvan). b) – Oturub boş –
boş zəvziyir (Alışar). (3 səh. 294) c) – Ay arvad, az zəvzə dana, tay yorulmadı:n? (Cəbrayıl). ç) – Bu
da ay zəvzədi ha (Qarakilsə). (4 səh. 558)
Naxçıvan qrupu dialekt və şivələri ilə Azərbaycanın digər dialekt və şivələrini həm birləşdi-
rən, həm də fərqləndirən yalnız fonetik, leksik, qrammatik ünsürlər deyil. Bu baxımdan frazeoloji
vahidlər də mühüm rol oynayır. Tərkibcə eyni olub mənaca fərlənən frazeoloji vahidlər Naxçıvan
dialekt və şivəsini Azərbaycanın müxtəlif dialekt və şivələrindən fərqləndirir. Belə frazeoloji vahid-
lər, əsasən, aşağıdakılardan ibarətdir:
Cıbırıx çıxmax (Ordubad) – qabığı bütöv şəkildə düşmək. Elə yanıp, elə yanıp cıbırığı çıxıp
(Naxçıvan). (3 səh. 84)
Bu birləşmənin birinci tərəfi qrammatik dəyişikliyə məruz qalaraq Cəbrayıl dialektində
fərqli mənada işlənir:
Filologiya məsələləri, № 17, 2019
105
Cıbırıxdan çıxmaq (Cəbrayıl) – susuzluqdan yanmaq. Bağ tamam yanıf cıbırıxdan cıxdı. (4
səh. 75)
Çin vırmax I (Babək, Culfa, Şahbuz) – hanada xalçanın müəyyən hissəsini toxumaq;
Çin vırmax II (Cəbrayıl) – xalçaya, coraba naxış vurmaq: Zibeydə coraba yaxşı çin vırır.
Dabalax vırmax I (Culfa, Naxçıvan) – hər hansı bir işinə əngəl olmaq: - Qərəm mə: dabalax
vırıp (Naxçıvan);
Dabalax vırmax II (Quba) – badalaq vurmaq: Güləşəndə bizdə bir – birinə dabalağ vurardı-
lar. (4 səh. 109)
Dənnəməx` I (Şahbuz) – bir – bir tutmaq: Hamısını bir –bir dənnədilər, indi əl - əyaxların
yığışdırıblar (Nursu). (3 səh. 116)
Dənnəməx` II (Ağcabədi, Başkeçid, Borçalı, Şəmkir, Şuşa, Ucar) – yığmaq, dərmək: - Buğ-
danı dənne:rix (Ağcabədi); Əriyin hamısını dənniyiv aparır (Şəmkir); Hayvanı ağaşdan dənnəmişik
(Ucar); Mən barama dənni:rəm (Şuşa) (4 səh. 126)
Girrəməx` I (Naxçıvan, Şahbuz, Zəngilan, Cəbrayıl) – izinə düşmək, izləmək, dalınca gəz-
mək, təqib etmək - Məni nə girrəmisən, ay balam (Şahbuz); (3 səh. 143); Sə:rdən bu toyuğu girriyi-
rəm ki, tutam, yaxın gəlmir (Cəbrayıl). (8 səh. 78)
Girrəməx` II (Babək, Naxçıvan, Şərur) – az-az, çətinliklə gəzib-dolaşmaq, bir işlə məşğul ol-
maq:– Mənə əziyəti yoxdu, elə özün girriyir (Naxçıvan) (3 səh. 143)
Girrəməx` III (Kürdəmir, Şəki, Tovuz) – dolandırmaq, yaşatmaq: Ə:m (əmim) məni yaman
girriyirdi, heş şeyə möhtəş döydüm (Tovuz). (4 səh. 183); - Özünə verən donnux özünü girrəsə yax-
şıdı (Şəki). (8 səh. 114)
Girrəməx` IV (İsmayıllı, Qazax, Şəki, Tovuz) – dolanmaq, yaşamaq: Hələ ki yaxşı girrəni-
rux, hər şeyimiz var (Şəki); Bir tö:r girrəmməx` lazımdı (Qazax) (4 səh. 183)
Girrəməx` V (Quba) – təngə gətirmək, bezikdirmək, cana gətirmək: Nöş belə məni girrəmi-
sən, nə isdiyəsən mənnən? (8 səh. 78)
Qısdırmax` I (Naxçıvan) – gizlicə vermək: - Hər gеdəndə birəz pul qısdırdı ki, аpаr хəşdə.
(7 səh. 53)
Qısdırmax` II (Gəncə) – qənaət etmək: Beşcə manıt qısdırıf saxlamışam, onu da sana ver-
dim. (4 səh. 303)
Savıya qalmax I (Şahbuz) - qısır qalmaq: Bıyıl bizim inəx` savıya qalıb (Daylaqlı). (3 səh.
239)
Savıya qalmax II (Qarakilsə) - gecikmək (mövsümə aiddir): - İl savıya qalıp. (4 səh. 421)
Elə frazeoloji vahidlər də vardır ki, onlar Naxçıvan dialekt və şivələri ilə Azərbaycanın digər
dialekt və şivələrində həm eyni, həm də müxtəlif mənaya malik ola bilirlər. Fikrimizi dəqiqləşdir-
mək üçün aşağıdakı nümunələrə diqqət yetirək:
Daralmax` I -xəsislik etmək (8 səh. 56) mənasında İmişli, Mingəçevir, Ordubad kimi şivə-
lərdə ortaqlı işlənir: a) Əhməd pul xərcləməyə daralır (Ordubad).
Daralmax` II – hövsələsizləşmək, kəmhövsələ olmaq (8 səh. 56) mənasında isə İmişli, Saat-
lı, Şəki şivələrində işlənir
Dö:kmək I – Naxçıvan, Culfa, Qarakilsə şivələrində təəccüblənmək, mat qalmaq mənasında
işlədilir.
a) Mən dö:kdüm kin, bunə deməx`di (Naxçıvan). (3 səh. 122) b) Dö:kdim, qaldım məhətdəl
(Qarakilsə). (4 səh. 142)
Dö:kmək II - boylanmaq mənasında Gəncə şivəsində işlənərək müxtəlif məna ifadə etmiş-
dir: Qapıdan dö:kdü, getdi. (4 səh. 142)
Xapan qalmax I (Şahbuz, Hamamlı, Şuşa) – boş qalmaq: Evin xapan qalsın (Qazax), Yazı-
ğın heç kəsi yoxdu, öy də xapan qalıf (Şuşa). (4 səh. 215)
Xapan qalmax II (Zəngibasar) – ac qalmaq: - Məhərbə illərində yeməyə bir şey
tapammırdıx, qalırdıx xapan. (4 səh. 215)
Filologiya məsələləri, № 17, 2019
106
İlişməx` I – çatmaq mənasında Culfa, Ordubad şivələrində özünü göstərir: - Sə:n atın mə:m
atıma ilişmədi (Ələhi).
İlişməx` II – sataşmaq (Babək): - Mənə ilişmə, yolunan get da: (Didivar). (3 səh. 166)
İlişməx` III – uymaq, qoşulmaq, başqasının toruna düşmək mənalarında isə Zəngilan, Cəb-
rayıl şivələrində işlənir:
- Yaman ilişmisən o gədə-güdələrə, əvdə tapılmırsan (Cəbrayıl) (8 səh. 94)
Qatmax` I (Tərtər, Cəbrayıl) – yoğurmaq
a) Xamır qatıram, çörəx` bişirəcəm (Cəbrayıl) (8 səh. 114); b) Xamır qatırıx, xamralı pişiri-
rix` (Tərtər). (4 səh. 286)
Qatmax` II (Cəbrayıl) – qovuşmaq, çox işləməkdən və ya soyuqdan kürəyi taxtaya dönmək
Dünən məni soyux necə tutufsa, kürəyim diricə qatıb, heş tərpənəmmirəm. (8 səh. 114)
Qatmax` III (Şahbuz, Kəngərli, Naxçıvan, Ordubad,Şərur) – içəri salmaq
a) - Səhərdənnən çöldə zivillər, qat içəri unnarı (Yurdçu). b) - Qatır saxlıyırdılar, həş-
dad qatır vardı, üzümdən-yemişdən qatardıx qatırın dalına, aparardux Naxçıvana (Nüsnüs). c)
– Bı arvadı qatdı hamama (Naxçıvan). (3 səh. 195) ç) – Ağıla mal qatılıb (Şahbuz). (8 səh. 114)
Salıx verməx` I (Naxçıvan, Borçalı, Şəmkir) – nişan vermək
a) - Bir adam gəlmişdi, Məmmədin öyünü soruşdu, mən də salıx verdim getdi (Şəmkir).
b) – Salıx verən olsa, gedif taparam (Borçalı). (4 səh. 417)
Salıx verməx` II (Borçalı, Gədəbəy, Xanlar, Qazax, Şəmkir, Tərtər) – xəbər vermək, so-
raq vermək
a) - Uşaxdan bir salıx verən yoxdu (Qazax). b) – Bir ildi ki, yavının itməsini savıx vermi-
şəm, yenə bir şey çıxmır (Xanlar). (4 səh. 417)
Azərbaycan dilinin dialekt və şivələrində frazeoloji qatın öyrənilməsi bizə yalnız dilimi-
zin inkişaf səviyyəsini müəyyən etməyə deyil, eyni zamanda, frazeoloji-semantik dəyişikliklərə
imkan verən qanunauyğunluqları da təyin etməyə imkan verir. Dilimizin dialekt və şivələrində
müqayisəli şəkildə frazeoloji vahidlərin tədqiqi həmin dialekt və şivələr arasındakı əlaqəni,
fərqliliyi və oxşarlığı üzə çıxarmaqla yanaşı, dilimizin frazeologiya bölməsinin inkişafına da
yardımçı olur. “Əlbəttə, Azərbaycan dili dialekt və şivələri bir – birindən kəskin surətdə fərq-
lənmir və bölgə nümayəndələri arada tərcüməçi olmadan (Məsələn, alman dili dialektlərindən
fərqli olaraq) bir – birini başa düşürlər. Lakin danılmaz faktdır ki, bəzi sözlər müxtəlif dialekt-
lərdə ya arxaikləşmiş və yaxud da, tamam başqa bir mənada işlənməkdədir” (9 səh. 121). Bu-
nunla yanaşı, dialekt və şivələrdə frazeologiyanın əsasını təşkil edən frazeoloji vahidlərin qarşı-
lıqlı şəkildə tədqiqi, Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrinin digər dialekt və
şivələrimizlə fərqli və oxşar cəhətlərini müəyyənləşdirmək, eyni sərhədlər daxilində yerləşmələ-
rinə baxmayaraq, qədim tarixi xüsusiyyətlərini necə qoruyub saxladıqlarını nəzərə çatdırmaqda
kömək edir. Bu həm də xalqın tarixi formalaşma dövrünün tədqiqi ilə əlaqəli şəkildə araşdırıl-
malıdır.
İstifadə olunmuş ədəbiyyat
1. E.Əzizov. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, Elm və təhsil, 2016, 347 s.
2. Q.Hacıyeva. Azərbaycan dilinin Naxçıvan qrupu şivələrinin Güney Azərbaycan və Şərqi
Anadolu şivələri ilə fonetik və leksik müqayisəsi. Naxçıvan, 2017, 327 s.
3. Azərbaycan dilinin Naxçıvan dialektoloji lüğəti. Bakı, Elm və təhsil,2017, 303 s.
4. Azərbaycan dilinin dialektoloji lüğəti. Şərq - Qərb, Bakı , 2007, 566 s.
5. R.Rüstəmov. Azərbaycan dili dialekt və şivələrində feil. Bakı, Azərb. SSR Elmlər Akad.
Nəşriyyatı, 1965, 320 s.
6. Ə.Quliyev, N.Əliyeva. Naxçıvan dialekt və şivələrinin lüğəti, Naxçıvan, 2017, 295 s
7. E.A.Quliyev. Nahçıvan ağızları. Söz varlığı. Kültür ajans,Ankara,2010, 96 s.
8. Ş.Behbudov. Azərbaycan dili şivələrinin omonimlər lüğəti. Bakı, Nurlan, 2003, 206 s.
Filologiya məsələləri, № 17, 2019
107
9. İlahə Qurbanova. Azərbaycan dili dialekt və şivələrinin etnolinqivistik təhlili. Bakı, 2014,
240 s.
Ш.Маммадова
Изучение взаимодействия диалектов и диалектов диалектов и диалектов
Нахчыванской группы Азербайджана и других регионов
Резюме
В данной статье представлено поперечное изучение фразеологизмов нахчыванских
диалектов и слогов с другими диалектами и слогами. Взаимное изучение фразеологизмов
на диалектах и диалектах азербайджанского языка важно не только с точки зрения
лингвистики, но и с точки зрения следов исторического пути людей и обнаружения
изменений в их жизни. Можно увидеть использование фразеологизмов на диалектах и
диалектах нахчыванской группы на диалектах и диалектах других регионов. Есть фразы
на нахчыванских диалектах и слогах, которые используются на других диалектах и
диалектах Азербайджана. Такие фразеологизмы выражают себя в форме слов и фраз. В
некоторых фразах, имеющих одинаковое значение в форме словосочетаний, проявляются
как лексические, так и фонетические варианты. Нахчыванская группа - это не просто
фонетический, лексический, грамматический элемент, который объединяет и отличает
другие диалекты и диалекты Азербайджана с его диалектами и диалектами. В этом
отношении фразеологизмы также играют важную роль.
Изучение фразеологического слоя на диалектах и диалектах азербайджанского
языка позволяет нам не только определить уровень развития нашего языка, но и выявить
закономерности, которые допускают фразеологические и семантические изменения.
Сравнительное изучение фразеологизмов в диалектах и слогах нашего языка не только
выявляет связь, различия и сходства между этими диалектами и слогами, но также
способствует развитию фразеологического раздела нашего языка. Кроме того,
междисциплинарное изучение фразеологизмов, составляющих основу фразеологии в
диалектах и программах, как Нахчыванская группа азербайджанского языка сохраняет
свои древние исторические особенности, несмотря на их различия и сходства с другими
диалектами и слогами. Это следует также исследовать в связи с изучением периода
исторического становления народа.
Ключевые слова: диалект, акцент, глагол, фразеологические единицы,
интерактивное исследование
SH.Mammadova
Studying the interaction of dialects and dialects of dialects and dialects of the Nakhchi-
van group of Azerbaijan and other regions
Summary
This article presents a cross-sectional study of idioms of Nakhchivan dialects and syllab-
les with other dialects and syllables. The mutual study of phraseological units in dialects and di-
alects of the Azerbaijani language is important not only from the point of view of linguistics,
but also from the point of view of traces of the historical path of people and the detection of
changes in their lives. You can see the use of phraseological units in the dialects and dialects of
the Nakhchivan group in the dialects and dialects of other regions. There are phrases in Nakhc-
hivan dialects and syllables that are used in other dialects and dialects of Azerbaijan. Such phra-
Filologiya məsələləri, № 17, 2019
108
seologisms express themselves in the form of words and phrases. In some phrases that have the
same meaning in the form of phrases, both lexical and phonetic variations are manifested. The
Nakhchivan group is not just a phonetic, lexical, grammatical element that combines and distin-
guishes other dialects and dialects of Azerbaijan with its dialects and dialects. In this regard,
idioms also play an important role.
Studying the phraseological layer in the dialects and dialects of the Azerbaijani language
allows us not only to determine the level of development of our language, but also to identify
patterns that allow phraseological and semantic changes.
A comparative study of phraseological units in the dialects and syllables of our language
not only reveals the connection, differences and similarities between these dialects and syllab-
les, but also contributes to the development of the phraseological section of our language. In ad-
dition, the interdisciplinary study of phraseological units, which form the basis of phraseology
in dialects and programs, as the Nakhchivan group of the Azerbaijani language retains its anci-
ent historical features, despite their differences and similarities with other dialects and syllables.
This should also be investigated in connection with the study of the period of the historical for-
mation of the people.
Keywords: dialect, accent, verb, phraseological units, interactive research
Məqalənin redaksiyaya daxil olma tarixi:04.08.2019
Çapa hazırlnma tarixi: :23.11.2019
filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev tövsiyə etmişdir
Filologiya məsələləri, № 17, 2019
109
CƏFƏRLİ HƏZRƏT
e-mail: hezret-ceferli97@mail.ru
Lənkəran Dövlət Universiteti
Lənkəran şəhəri, H.Abdullayev küç., 19
ORTA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ İSMİN YİYƏLİK
HAL ŞƏKİLÇISIİNIN MƏNSUBİYYƏT ŞƏKİLÇİLƏRİNDƏN
FƏRQLƏNDİRİLMƏSİ YOLLARININ TƏDRİSİ
Xülasə
Cəmiyyət inkişaf etdikcə yeniliklər hər sahədə özünü göstərir. Orta ümumtəhsil məktəblə-
rində hal-hazırda fəal-interaktiv təlim üsullarından istifadə olunur. Təhsil sahəsində də yeni
proqram və dərsliklərdən, üsul və vasitələrdən geniş şəkildə istifadə edilməyə başlanılır. Orta
ümumtəhsil məktəblərində morfologiya bölməsində ismin hal kateqoriyasını tədris edərkən bir
sıra çətinliklər meydana çıxır. Bu çətinliklərdən biri də ismin yiyəlik hal -ın
4
( - nın
4
) şəkil-
çisinin mənsubiyyət şəkilçilərindən fərqləndirilməsi xüsusiyyətidir. Yiyəlik hal sahiblik, yiyəlik
məzmununu konkret və ümumi şəkildə ifadə etməyinə görə iki cür olur: müəyyən və qeyri mü-
əyyən yiyəlik hal. Müəyyənlik kateqoriyası da hal şəkilçilərinin iştirakından hasil olur. Eləcə də
müəyyən yiyəlik halda işlənmiş sözlə II şəxsin təkin mənsubiyyət şəkilçisini qəbul etmiş sözü
qarışdırmamaq üçün göstərilən qaydaları şagirdlərə mənimsətmək vacibdir. Şagirdlərə müəyyən
və qeyri-müəyyən yiyəlik hal haqqında məlumat verərkən çoxlu nümunələrdən: sənin evin, sə-
nin qapın,dağ havası, məktəb direktoru və s.istifadə etmək lazımdır. Şagirdlər tərəfindən nümu-
nələr oxunduqdan sonra yönəldici suallarla onlara müraciət edilir. Şagirdlər dil qaydaları ilə
əyani şəkildə tanış olduqları zaman onu daha yaxşı yadda saxlayırlar. Mövzunun dərkinə yönə-
lirlər. Şagirdlərə nümunələr əyani şəkildə göstərilir. Mənsubiyyət şəkilçili söz nitq prosesində
qeyri-müəyyən ola bilmir və həmişə özündən əvvəl yiyəlik hallı söz tələb edir. Belə çətinliklə-
rin aradan qaldırılması üçün müxtəlif üsul və vasitələrdən istifadə etmək mümkündür.Bu mə-
sələ barəsində müxtəlif yanaşmalar olmuşdur. Həmin aktuallıq bu gün də özünü qoruyub saxla-
maqdadır.Qeyd edək ki, araşdırdığımız mövzu barəsində belə bir yekun qərara gəlirik ki ,bu
mözvuda şagirdlərin çətinlik çəkməmələri üçün ilk öncə təyini söz birləşmələrini bilmələri də
lazımdır. Bu da mövzunun asan dərk olunmasına şərait yaradır.
Açar sözlər: isim, kateqoriya, şəkilçi, mənsubiyyət, hal kateqoriyası
Cəmiyyətdəki inkişafin təsiri ilə baş verən yeniliklər hər sahədə olduğu kimi təhsildə
də özünü göstərir. Ümumtəhsil məktəblərində hal-hazırda müasir təhsil konsespiyasına əsasla-
nan fəal-interaktiv təlim üsul və formalarından istifadə olunur. Bu üsulda əsas bilik mənbəyi
müəllim olmur. O, fasilitator (bələdçi), şagirlər isə tədqiqatçı rolunda çıxış edərək bilik müstəqil
şəkildə əldə edilir. Bu metod və üsulların yenilənməsi təhsilə yeni baxış və yanaşmanın olması
ilə bilavasitə bağlıdır. Müasir dövrün tələblərinə uyğun olaraq yeni təlimmetodlarının olması
vacibdir. ”Fəal (interaktiv) dərsin aparılması üçün ən mühüm amillərdən biri müəllimin bələdçi
rolunu həyata keçirilməsi ilə bağlıdır. Fasilitasiya fəal təlim prosesində müəllimin mövqeyini
əks etdirir. Fasilitasiya özü çoxşaxəli bir fəaliyyətdir və özündə bir sıra bilik, bacarıq, vərdiş və
şəxsi keyfiyyətləri birləşdirir. Bu prosesdə müəllim şagirdlərin fikrini təhrik etməli, onlara psi-
xoloji, informasiya və təşkilati dəstək verməlidir. Fasilitasiyaya əsaslanan yanaşma idraki və
yaradıcı tələbatların daha səmərəli ödənilməsinə yardım və bununla da şagirdlərin öz qabiliy-
Filologiya məsələləri, № 17, 2019
110
yətlərinin gerçəkləşdirilməsinə yönəlib. Müəllim və şagirdlər arasında olan münasibətin, psixo-
loji mühitin dəyişdirilməsi yeni təlim metodlarının tətbiq edilməsinin əsas şərtidir”[1 , 149 ]
Orta ümumtəhsil məktəblərində morfologiya bölməsində ismin hal kateqoriyasını
tədris edərkən bir sıra çətinliklər meydana çıxır. Bu çətinliklərdən biri də ismin yiyəlik hal -
ın
4
(-nın
4
) şəkilçisinin II şəxsin təki mənsubiyyət şəkilçisindən fərqləndirilməsi xüsusiyyətidir.
Belə çətinliklərin aradan qaldırılması üçün müxtəlif üsul və vasitələrdən istifadə etmək müm-
kündür. Həmin tədris üsulları dərsin daha tez qavranılmasına şərait yaradır. Bunu tədris edərkən
ilk növbədə şagirdlərə ismin yiyəlik halının özünəməxsus xüsusiyyətlərini mənimsətmək la-
zımdır. Şagirdlərə çatdırılmalıdır ki, yiyəlik halda işlənmiş sözlər özündən sonra gələn sözlərlə
əlaqələnərək əşyalar, sözlər arasında sahiblik, yiyəlik məzmunu bildirir. Yiyəlik halın özünə-
məxsus şəkilçisi –ın
4
(-nın
4
), sualları isə kimin? nəyin? haranın? –dır. Məsələn: şagirdin (kimi-
n?) sözü, evin (nəyin?) dirəyi, Bakının (haranın?) küçələri və s.
Yiyəlik hal sahiblik, yiyəlik məzmununu konkret və ümumi şəkildə ifadə etməyinə
görə II cür olur. 1.Muəyyən yiyəlik hal 2.Qeyri-müəyyən yiyəlik hal. Müəyyən yiyəlik hal şə-
kilçisi –ın
4
(-nın
4
) qəbul edərək kimin? nəyin? haranın? suallarından birinə cavab verir. “Yiyə-
lik hal şəkilçi qəbul edir, qeyri-müəyyən yiyəlik hal isə heç bir hal şəkilçisi qəbul etmir. Müəy-
yənlik kateqoriyası da hal şəkilçilərinin iştirakından hasil olur”. [3, 210] Həmçinin, sahiblik
məzmununu konkret şəkildə ifadə etmiş olur. Məsələn: Məktəbin qapısı dedikdə konkret şəkil-
də hər hansı bir qapı yox, nəzərdə tutulan məktəbin qapısı diqqətə çatdırılır.
Şagirdlərin nəzərinə çatdırmaq lazımdır ki, mən və biz əvəzlikləri yiyəlik halda -ın
4
(-
nın
4
) əvəzinə -im şəkilçisini qəbul edir. Bu şəkilçi həmçinin I şəxsin mənsubiyyət şəkilçisi ilə
omonimlik təşkil etsədə onların birləşmə şəkilində III növ təyini söz birləşməsi meydana gətir-
məsi aydındır. Nümunə kimi demək olar ki, “mənim kitabım” birləşməsində birinci tərəfdə iş-
lənmiş -im şəkilçisi yiyəlik hal şəkilçisi, ikinci tərəfdə isə işlənmiş -im şəkilçisi I şəxsin mənsu-
biyyət şəkilçisi hesab olunur və III növ təyini söz birləşməsi meydana gəlmiş olur. Bu qaydala-
rın öyrədilməsi nəticəsində şagirdlər qarşılarına çıxan çətinliklərdən səhvə yol vermirlər. Bu-
nunla yanaşı yiyəlik halda işlənmiş isim bir qayda olaraq özündən sonra mənsubiyyət şəkilçili
söz tələb edir. Bu zaman III növ təyini söz birləşməsi meydana gəlir.
Məsələn: Gülün ətri, dağın havası və s. III növ təyini söz birləşməsinin birinci tərəfi, yəni
“gülün”, “dağın” sözləri asılı tərəf kimi çıxış edərək yiyəlik halda işlənmiş olurlar. Buradan da
aydın olur ki, yiyəlik halda işlənmiş söz özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir. Bu-
nun nəticəsi kimi III növ təyini söz birləşməsi meydana gəlir. Eləcə də müəyyən yiyəlik halda
işlənmiş sözlə II şəxsin təkin mənsubiyyət şəkilçisini qəbul etmiş sözü qarışdırmamaq üçün
göstərilən qaydaları şagirdlərə mənimsətmək vacibdir. “Yiyəlik halda mən, sən, o, biz, siz, onlar
şəxs əvəzlikləri barədə qoşması ilə işlənir :mənim barəmdə, sənin barəndə, onun barəsində, bi-
zim barəmizdə, sizin barənizdə, onların barəsində. Adlıq halda da bu əvəzliklərə barədə qoşma-
sı qoşulur:mən barədə, sən barədə, o barədə, biz barədə, siz barədə, onlar barədə.
I , II şəxsin cəmində olan biz, siz əvəzlikləri yiyəlik halda sahib tərəf kimi çıxış edir
və onun mənsub tərəfi iki cəhətdən diqqəti cəlb edir.
Birincisi biz , siz əvəzlikləri yiyəlik halda olur, onun mənsub tərəfi isə mənsubiyyət
şəkilçisinin ixtisarı ilə işlənir: bizim ev (imiz), sizin ev (iniz). Belə olduqda yiyəlik haldakı
əvəzlik cümlə üzvü kimi təyin vəzifəsində çıxış edir. Mənsubiyyət şəkilçisinin ixtisarı ilə işlə-
nən söz isə cümlənin ayrıca bir üzvü olur” [2, 164].
Şagirdlərə qeyri-müəyyən yiyəlik hal haqqında da məlumat vermək lazımdır. Qeyri-
müəyyən yiyəlik halda işlənmiş sözlər şəkilçisiz olur. Bu halda sahiblik, yiyəlik məzmunu
konkret şəkildə ifadə olunmur. Məsələn: Ev (nə?) qapısı, dəniz(nə?) havası dedikdə qeyri-mü-
əyyən hal məzmunu ifadə edilir. Həmçinin qeyri-məyyən yiyəlik hallı sözü müəyyən yiyəlik ha-
la çevirmək mümkün olur. Məsəslən: Pəncərə şüşəsi - pəncərənin şüşəsi, dağ yolu - dağın yolu
və s. Bütün qeyri-müəyyən yiyəlik hallı sözləri müəyyən yiyəlik hala çevirmək mümkün olmur.
Filologiya məsələləri, № 17, 2019
111
Bunun səbəbi mənsubiyyət şəkilçili sözün həmin sözə faktiki aid olmaması və sahiblik məzmu-
nunu yox, ümumilikdə ad bildirməsidir. Qeyri-müəyyən hallı söz demək olar ki, III növ təyini
söz birləşməsinin birinci tərəfi kimi çıxış edir. Məsələn: idman paltarı, saat əqrəbi və s . Bunun-
la yanaşı şagirdlərə izah edilməlidir ki, nitq prosesində yiyəlik hallı söz özündən sonra mənsu-
biyyət şəkilçili, mənsubiyyət şəkilçili söz isə özündən əvvəl yiyəlik hallı söz tələb edir .Ona gö-
rə də bunları qarışdırmaq olmaz. “Qeyri-müəyyənlik bildirən yiyəlik halda olan sözlərdən son-
ra, bilvasitə onun ardınca 3-cü səxs mənsubiyyət şəkilçili söz işlənir və bu əlaqə heç vaxt pozul-
mur: ceyran sürüsü, iş adamı, fəhlə qüvvəsi, dağ qartalı, alma qutusu, pambıq tarlası və s . Bu
əlaqə cümlə daxilində də daim özünü sabit şəkildə göstərir” [6, 65].
Həmçinin müəyyən yiyəlik hal şəkilçisi ilə II şəxsin mənsubiyyət şəkilçisi omonimlik
təşkil edir. Məsələn: sənin qələmin, sənin dəftərin və s.
Şagirdlərin bunu asanlıqla fərqləndirməsi üçün fəal-interaktiv təlimin müəyyən üsul
və vasitələrindən istifadə edilməsi məqsədə uyğundur. Bu üsul və vasitələrdən istifadə etməklə
mövzunun aşağıdakı şəkildə tədris etmək olar. Bunun üçün müəllim əqli hücum, Venn diaqra-
mı, söz assosiasiyaları və s. təlim üsullarından istifadə etməklə dərsin motivasiya mərhələsini
həyata keçirməlidir. Motivasiyanı aşağıdakı şəkildə quraq:
Sular gələr ,göl olar , Arpa qoruğun başı,
Şaxta vurar ,gül solar Qızıl üzüyün qaşı,
Mərd igidin balası , Səni məndən alanın ,
Özü kimi mərd olar . Yansın ürəyinin baş
(Bayatı) (Bayatı)
Şagirdlər tərəfindən nümunələr oxunduqdan sonra şagirdlərə yönəldici suallardan istifadə
edərək müraciət edirik ki, altından xətt çəkilmiş sözlərin funksiyasını müəyyən edin? Aydındır
ki, nümunədə işlənmiş “igidin balasi”, “qoruğun başı”, “üzüyün qaşı”, “ürəyinin başı” birləş-
mələri III növ təyini söz birləşmələridir. Bu birləşmələrin birinci tərəfi ismin yiyəlik halında çı-
xış etmişdir. Ona görə ki yiyəlik hallı söz özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir.
Birləşmələrin ikinci tərəfi III şəxsin mənsubiyyət şəkilçisini qəbul etmişdir. Nümunələrdən
də şagirdlərə bir daha aydın olur ki, müəyyən yiyəlik halda işlənmiş söz özündən sonra mənsu-
biyyət şəkilçili söz tələb edir.
Şagirdlər dil qaydalarını ilə əyani şəkildə tanış olduqları zaman onu daha yaxşı yadda sax-
layır, mövzunun dərkinə yönəlirlər. Motivasiya mərhələsi göstərilən formalarda qurulduqda qa-
baqcadan hazırlanmış tapşırıqları şagirdlərə payladıqdan sonra tədqiqat sualını aşağıdakı forma-
da qoymaq mümkündür. ”Nümunələrdə işlənmiş –ın
4
(-nın
4
), im şəkilçilərinin yiyəlik yoxsa
mənsubiyyət şəkilçisi olduğunu Eyler-Venn diaqramı vasitəsi ilə müqayisə edin”?. Həmin tapşı-
rıqlarla tanış olaq. Şagirdlərə verilmiş tapşırıqlar aşağıdakılardır:
1.Fələyin az-çoxuna göz yuman gündən bəri,
Nizaminin işləri keçmişdir fələkləri. (N. Gəncəvi)
2. Mən bizim anaları Günəşlə tən tuturam,
Onlara gül çələngi məhəbbətdən tuturam . (C. Novruz )
3.Hər kəsin bir eşqi , bir Allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir . (H. Cavid)
4.Badi-səba, söylə mənim yarıma,
Gözəllər çıxıbdı seyranə gəlsin ! (Q.Zakir)
Filologiya məsələləri, № 17, 2019
112
1.Yiyəlik hallı söz 2.Mənsubiyyət şəkilçili söz
Şagirdlər onlara verilmiş nümunələrlə tanış olduqdan sonra hansı sözün yiyəlik hal şə-
kilçisi, yoxsa mənsubiyyət şəkilçisi qəbul etdiyini aşağıdakı formada təqdim edə bilərlər. Nü-
munələrdən də göründüyü kimi şagirdlər birinci beytdə işlənmiş “fələyin” sözünün yiyəlik hal-
da işlənərək “işləri” sözü ilə əlaqələnərək III növ təyini söz birləşməsi meydana gətirmişdir. Di-
gər nümunələrə də nəzər yetirdikdə aydın olur ki, “bizim”, “mənim”, “hər kəsin”, “Nizaminin
sözləri” III növ təyini söz birləşməsinin birinci tərəfi kimi çıxış etmişdir. “İşləri”, “anaları”,
“tanrım”, “yarım”, “çiçəyi” sözləri təyini söz birləşməsinin ikinci tərəfi kimi çıxış edərək mən-
subiyyət şəkilçili söz funksiyasında çıxış etmişdir. Nümunələrdən də aydın olduğu kimi -ın
4
(-
nın
4
), im şəkilçiləri həm mənsubiyyət, həm də yiyəlik hal şəkilçisi kimi çıxış etmişdir. Əgər
birləşmələr “III növ təyini söz birləşməsi meydana gətirirsə mütləq onun asılı (birinci tərəfi)
müəyyən yiyəlik halda, II növ təyini söz birləşməsi meydana gətirsə qeyri-müəyyən halda çı-
xış etmiş olacaq” [5 , 205]. Bu zaman I şəxsin təki mənsubiyyət şəkilçisi ilə yiyəlik hal şəkilçisi
omonimlik təşkil edir. Məsələn: mən+im ev+im və s . Yaranmış omonimlik şagirdlər tərəfin-
dən tam anlaşılsın deyə yazı taxtasında nümunələr yazıb izah edirik: mənim + im sinf + im və s
.
Şagirdlərə əyani şəkildə göstəririk ki, mənsubiyyət şəkilçili söz nitq prosesində qeyri-
müəyyən ola bilmir və həmişə özündən əvvəl yiyəlik hallı söz tələb edir. Məsələn: evim uzaq-
dadır , göründüyü kimi evim sözü özündən əvvəl “mənim” sözünü tələb etmiş olur. Eləcə də yi-
yəlik halda olan “mənim” sözü özündən sonra mənsubiyyət şəkilçili “evim” sözünü tələb edir.
Şagirdlərə verilən izahatları tam dərketmələri üçün onlardan nümunələr söyləməyi tələb edirik.
Şagirdlərə aşağıdakı qaydalar haqqında da məlumat vermək zəruridir.
“Yiyəlik halın şəkilçisi (-ın, in, un, ün) ikinci şəxsin təkin mənsubiyyət şəkilçisi ilə (-ın,
in, un, ün) eyni səs tərkibinə malikdir. Məsələn ;
Sən -in qələm – in
Sən - in dəftər – in
Sən - in əl – in
İşləri
Tanrım
Yarım
Çoxuna
Eşqi
Fələyin
Nizaminin - ın
4
Bizim -im
Mənim
Hər kəsin
Filologiya məsələləri, № 17, 2019
113
Bu misallarda sənin sözü yiyəlik haldadır, qələmin, dəftərin, əlin sözləri ikinci şəxsin
təkin mənsubiyyət şəkilçisini aşağıdakı qayda ilə fərqləndirmək olar :
1.Yiyəlik halda olan sözdən sonra (əgər xəbər vəzifəsində deyilsə) mütləq mənsubiyyət
şəkilçili söz işlənməlidir. Məsələn: otaq sözünü yiyəlik halda - otağın şəklində işlətdikdə qapı-
sı, pəncərəsi, döşəməsi, divanı və s . kimi sözlərdən biri tələb olunur. Lakin mənsubiyyət şəkil-
çili sözün bu cür sözlərə, xüsusən, birinci tərəfə ehtiyac olmur. Sənin dəftərin məndədir - əvəzi-
nə məntiqi vurğu tələb olunmursa sadəcə olaraq, dəftərin məndədir – deyirik .
2.Yiyəlik halda olan ismə yenidən hal şəkilçisi artırmaq olmaz, lakin mənsubiyyət şəkil-
çili sözlər bütün hallar üzrə dəyişə bilir. Məsələn: sənin məktəbin birləşməsində mənsubiyyət
şəkilçili ikinci tərəfə diqqət yetirək:
Sənin məktəbin
Sənin məktəbinin
Sənin məktəbinə
Sənin məktəbində
Sənin məktəbindən
3.Yiyəlik halda olan söz sahib şəxsi, mənsubiyyət şəkilçili söz mənsub əşyanı bildirir.
məs: Mən sənin aciz, gücsüz, yazıq olmağına inanmıram. Sənin əməllərin cinayət tərkiblidir
(Fərman Kərimzadə)- cümləsində sənin sözü sahib şəxs, ikinci şəxs təkin mənsubiyyət şəkilçisi
ilə işlənmiş olmağına, əməllərinə sözləri mənsub əşya anlayışını bildirir. “Mənsub əşya” anlayı-
şı müxtəlif mənalardadır. Müxtəlif məna çalarları ifadə edir” ( 4, s 68 )
Göstərilmiş qaydaların izah edilməsindən sonra onlara müstəqil şəkildə tapşırıqlar verərək
öyrənilmiş bilikləri möhkəmləndirmək mümkündür. Həmin tapşırıqları müstəqil çəkildə icra
edən zaman şagirdlərə mənimsədilmiş dil qaydaları daha da aydın olacaqdır. Beləliklə, orta
ümumtəhsil məktəblərində Azərbaycan dili dərslərini tədris edərkən müqayisə üsulundan istifa-
də etmək şagirdlərin idrak fəallığını artırır və tədrisin keyfiyyətini yüksəldir.
Ədəbiyyat
1. Aranlı M , Yusifova C - Kurikulum .Metodika və məntiq testləri , Bakı -2018
2. Balıyev H . “Orta məktəblərdə Azərbaycan dilinin tədrisi metodikası”, Bakı- 2014
3. Balıyev H, Balıyev A, “Azərbaycan dilinin tədrisi metodikası”, Bakı - 2014
4. Hüseynzadə M . “Müasir Azərbaycan dili “. Morfologiya , Bakı -2016
5. Xəlilov B. “Müasir Azərbaycan dilinin morfologiyası”.I hissə , Bakı- 2016
6. Kazımov Q.Ş. “Müasir Azərbaycan ili” .Morfologiya, Bakı -2010
H. Jafarli
Teaching ways of differentiating the suffixes of the possessive case of nouns
from the suffixes of identification form in the secondary schools
Summary
As society develops, innovations are manifesting itself in every field. Secondary schools
are now actively using interactive teaching methods. The new programs and textbooks, methods
and tools are also being widely used in education. A number of difficulties arise when teaching
the category of nouns in morphology in secondary schools. One of these difficulties is the featu-
re of distinguishing the noun in the possesive case with the suffix --ın
4
(-nın
4
) from the noun
with the second person’s identity. The category of identity is also derived from the presence of
Filologiya məsələləri, № 17, 2019
114
case designers. There are two types of the possessive case according to the expression of ow-
nership and possession content in a special and a general way: definite and indefinite. At the
same time, it is important to apply these rules to students in order to avoid confusion the word
used by the second person’s identity with the word in the possessive case. When giving infor-
mation about the definite and indefinite possessive case to the students, many examples should
be used: “sənin evin”, “sənin evin”, “sənin qapın”, “dağ havası”, “məktəb direktoru”, and so on.
After reading the examples, the students are asked with directing questions. When the students
become more familiar with the language rules, they remember better and focus on the theme.
Examples are given to students in a visual way. The word with the identity cannot be vague in
the speech process and always requires a word in the possesive case before itself. Different met-
hods and techniques can be used to overcome such problems. There are different approaches to
this issue. The actuality is still up to date. It is necessary to know the definition of word combi-
nations first. This also makes it easier to understand the subject.
Key words: noun, category, suffix, identity, the category of case
Х. Джафарли
Обучение способам дифференциации суффиксов притяжательного падежа
существительных от суффиксов идентификационной формы в средних школах
Резюме
По мере развития общества инновации проявляются во всех областях. Средние
школы сейчас активно используют интерактивные методы обучения. Новые программы и
учебники, методы и инструменты также широко используются в образовании. Ряд
трудностей возникает при обучении категории существительных в морфологии в средних
школах. Одна из этих трудностей заключается в возможности отличить существительное
в падеживающем падеже с суффиксом --ın4 (-nın4) от существительного с идентичностью
второго лица. Категория идентичности также вытекает из присутствия дизайнеров
кейсов. Существует два типа притяжательного падежа в зависимости от выражения
собственности и содержания владения особым и общим образом: определенный и
неопределенный. В то же время важно применять эти правила к учащимся, чтобы не
путать слово, используемое для идентификации второго лица, со словом в
притяжательном падеже. При предоставлении студентам информации об определенном и
неопределенном притяжательном падеже следует использовать множество примеров:
«sənin evin», «sənin evin», «sənin qapın», «dağ havası», «məktəb direktoru» и так далее.
После прочтения примеров студентам задают наводящие вопросы. Когда студенты
становятся более знакомыми с правилами языка, они лучше запоминают и
сосредотачиваются на теме. Примеры даны студентам наглядным способом. Слово с
тождеством не может быть расплывчатым в речевом процессе и всегда требует слова в
притяжательном падеже перед собой. Различные методы и методы могут быть
использованы для преодоления таких проблем. Есть разные подходы к этому вопросу.
Актуальность еще актуальна. Прежде всего необходимо знать определение
словосочетаний. Это также облегчает понимание предмета.
Ключевые слова: существительное, категория, суффикс, идентичность, категория
падежа.
Məqalənin redaksiyaya daxil olma tarixi:04.08.2019
Çapa hazırlnma tarixi: :24.11.2019
Filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Dənziyeva tərəfindən çapa
tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
115
GÜNEL RZAZADƏ
Azərbaycan Dillər Universiteti
Bakı ş., R.Behbudov 60
gunelrzazade@mail.ru
ANTROPOSENTRİSİZM VƏ DİL
Antroposentrik paradiqmada bədii ədəbiyyat eləcə də bütövlükdə dil insan yaradıcılığı
və intellektual fəaliyyətinin əsası kimi öyrənilir. Antroposentrisizm termini geniş məna daşıyır.
Antroposentrisizmin antik mənası sekulyar – dini xarakter daşımışdır. Müasir antroposizm isə
sekulyar antroposizmdən fərqlənir. Linqvistikada antroposentrisizm nəzəriyyəsi Vilhelm fon
Humboltun adı ilə bağlıdır. Humboltun dil nəzəriyyəsində müqayisəli antropologiya istiqaməti
əsas yer tuturdu. V.Humbolt insan haqqında biliklərin əsası kimi antropoloji prinsipi qeyd
edirdi. O hesab edirdi ki, dil vasitəsi ilə ən dərin, ən yüksək sferaları və çoxmənalı dünyanı
işıqlandırmaq olar. Humbold dili təfəkkür və hissi qavrayışla, həmçinin dilin yaranması səbəb-
ləri ilə əlaqədə araşdırırdı.
Müasir Linqvistikada antroposentrik paradiqma çərçivəsində bir sıra istiqamətlər inkişaf
edir. Biz isə dörd istiqamət üzərində dayanacağıq: koqnitiv linqvistika, sosiolinqvistika, psixo-
linqvistika və linqvo-kulturalogiya. Linqvistik prizmadan yanaşsaq - antroposentrisizm tədqi-
qatçının maraqlarının obyektden subyektin tanınmasına doğru yönəlməsidir. Antroposentri-
sizm dili insanda və insanı dildə analiz edir.
Açar sözlər: Antroposentrisizm, antroposentrik ideya, koqnitiv linqvistika, sosiolinqvisti-
ka, psixolinqvistika və linqvo-kulturalogiya.
Bədii ədəbiyyatda antroposentrisizm termini geniş məna daşıyır. Bu onunla bağlıdır ki,
antroposentresizim hələ qədim Yunanısdanda yaranmışdır. Antik fəlsəfədə antroposentrisizmi
Sokrat formalaşdırmışdır. Daha sonra Pratoqorun məhşur “insan bütün əşyaların ölçü vahidi-
dir” ifadəsi yunan antroposentrik fəlsəfəsinin açar ifadə vasitəsi olmuşdur. Orta əsrlərdə antro-
posentrisizm ifadəsinin işlənməsində xristianlığın təsiri hiss olunur. Bu sözlə bunları anlayırdı-
lar; insan yaradılışın zirvəsidir, onun əsasıdır və bunun nəticəsində insanın öhdəlikləri daha
çoxdur. Lakin terminin bu gün bu mənada istifadəsi sekulyar antroposentrisizm adlanır.
Böyük ensklopediya lüğətində antroposentrisizm insanın dünya yaradılışında mərkəzi və
ən ali məqsəd olduğunu göstərir. Antroposentrisizm sözü bu gün müxtəlif mənalarda - linvisti-
kada antroposentrik prinsip kimi mənadan başlayıb ekologiyada antroposentrisizm mənasına
kimi işlənir [2, s.176].
Antroposentrisizmin bu qədər çox müxtəlif yönlü interpretasiyaları olsa da, linqvistika-
da antroposentrisizm tədqiqatçının maraqlarının obyektden subyektin tanın-masına doğru yö-
nəlməsi və s. bir sözlə dil insanda və insanı dildə analiz edir [6, s.6].
XX əsrin 70-ci illərində Y.S.Stepanovun tədqiqatları nəticəsində antroposentrisizm məh-
şurlaşaraq öz elmi təsdiqini tapdı. XX əsrin 80-90-cı illərində isə müasir linqvistikanın bir
prinsipi kimi antroposentrisizm insan haqqında elmlər sahəsində xüsusi aktuallıq kəsb etməklə
yanaşı, dilin linqvo -fəlsəfi nəzəriyyəsinin bir bazası kimi humanitar biliklərin yeni antropoloji
paradiqmasının əsasını qoydu. Antroposentrisizm adındandan da göründüyü kimi (antropos-in-
san sentro-mərkəz) insanla elmi bir-birindən asılı ümumbəşəri bir istiqamət kimi araşdırır, in-
sana bütün cisimləri ölçü vahidi kimi yanaşır. Beləliklə hər bir ideya, fakt, vahid insan faktoru
prizmasından araşdırılır. Bir sözlə insan bu və ya digər hadisələrin hesabat etalonuna çevrilir
və ya insan bütün mövcudiyyata norma qoyaraq onun ölçü vahidini müyyənləşdirmək üçün öz
yeri uğrunda mübarizə aparır. Öz təbiəti etibarı ilə antroposentrik ideya ya insandan çıxmalı
Filologiya məsələləri, № 17, 2019
116
yada yekun etibarı ilə insana gətirib çıxarmalıdır. Amma ona təzyiq etməli deyil. Beləliklə
Y.S.Stepanov tamamilə haqlı olaraq qeyd edirdi ki, düşünən substansiya “Mən”-ruh halının
təsvir edilməsi üçün müstəqil şəkildə dili tələb edir, bundan başqa o tələb edirdi ki, “Mən”in
gizli əsasını dildə axtarılmalıdır. Bizim dünya həmişə insanla kainatın dialektik birliyini təmsil
edir. Dünya yalnız göründüyü kimi mövcud deyil, o bizim onu düşündüyümüz kimi mövcud-
dur [2, s.178]. Başqa sözlə desək, o insan qavrayışında mövcuddur. İnsan indiki zamanda mə-
lum olan yeganə varlıqdır ki, onu əhatə edən həyatın qanunauyğunluqlarını başa düşür, və bu
biliklərin əsasında məqsədyönlü şəkildə onu yenidən formalaşdırır, insan yaradıcı şəkildə dün-
yanı özü üçün modifikasiya edir.
N. V. Buqorskaya antroposentrisizm terminin üç əsas mənasını müəyyən edir:
1.Antroposentrisizm dilin bir xüsusiyyəti kimi. Antroposentrisizm dilin bir xüsusiyyəti
olduğundan (antropomorfizm) obyektiv reallığı insanın daxili ailəmi ilə əks etdirir (onun fəa-
liyyətinin motivləri və məqsədlərini dəyər oriyentasiyasını və s.) və bu əks zamanı obyektiv re-
allığı özünəmüvafiq şəkildə dəyişdirir. “İnsan dildə” anlayışı ilə bağlı olan bu cür tədqiqatlar
dünyanın mənzərəsinin (dünyanın dil mənzərəsinin) araşdırılması ilə bağlı olur və adətən Pro-
toqorun dilin antromorf xüsusiyyətlərinin vurğulandığı “insan bütün əşyaların ölçü vahididir”
postulatının bəsid, nəzəri təsdiqini verir.
2. Antroposentrisizm dil hadisələrinin analiz metodu kimi. V.M.Alpatov, hesab edirdi ki,
əsl antroposentrik və nisbi sistemosentrik yanaşmalar bir-birini inkar etmir, əksinə bir-birini
dəstəkləyir və bu isə o deməkdir ki, bir tədqiqat praktikası çərçivəsində konfliktsiz mövcud ola
bilərlər. [1, s.22];
3. Antroposentrisizm metodoloji araşdırma - kimi linqvistik təsvir zamanı dilin humanita-
rizasiyada özünü göstərən fəlsəfi pozitivizim ilə əlaqələndirilir (vahid elmi modeli inkar edə-
rək). [3, s.24]
Dilçilikdə antroposentrisizm nəzəriyyəsi - tarixinə görə nəzəri linqvistikanın əsasını qo-
yan Vilhelm fon Humboltun adı ilə bağlıdır. Humbolt insan haqqında biliklərin əsası kimi ant-
ropoloji prinsipi qeyd edirdi. Bu prinsipdə deyilir ki, dil insanla başlanğıcdan fundamental əla-
qədədir. O hesab edirdi ki, dilin öyrənilməsi insanın özünü və ətrafında olan aşkar və gizliləri
tanımaq məqsədinə tabedir. Beləliklə bu antropoloji prinsip insanın dil vasitəsilə ifadə olunma-
sını və insanı dildə araşdırmağı tələb edirdi. Müqayisəli antropologiya dedikde Humbolt xalqın
və onların ilkin mənəvi təşkilinin qarşılıqlı olduğunu başa düşürdü. Onun fikrincə, dilləri bilib
müqayisə edərkən tək bir insanla yanaşı bütöv bir xalqı da başa düşmək olar. O hesab edirdi ki,
dil vasitəsi ilə ən dərin, ən yüksək sferaları və çoxmənalı dünyanı işıqlandırmaq olar. O, müx-
təlif quruluşlu dilləri (bask dili, polinezi dili) öyrənərkən xalqın –bu dil daşıyıcılarının tarixi,
antropoloji, etnopsixi, düşüncələrini müqayisə edirdi və bu dillərin individual, xarakterik xüsu-
siyyətlərini göstərirdi.
Nitqi öyrənməklə yanaşı Humbold dili təfəkkür və hissi qavrayışla, həmçinin dilin yaran-
ması səbəbləri ilə əlaqədə araşdırırdı. Onun sözlərinə görə müqayisəli antroposentrisizmdə
əsas məqsəd dili ən geniş həcmdə - sadəcə nitq ilə əlaqəsində deyil, onun təfəkkür fəaliyyətinə
və hissi qavrayışa münasibətdə funksionallaşmasını tədqiq etməkdir. Humboltun antroposentri-
sizmində hesab edilir ki, dili anlamaq mənəvi fəaliyyətə əsaslanır. Bu şüuraltı olaraq ünsiyyəti
- danışanın və dinləyənin fəaliyyətini yaradır. Anlayış insanların individual qavrayışından
kommunikasiya aktında sosio-kulturoloji yeri olan dildən, eləcə də, dil daşıyıcılarının repertua-
rının rolundan aslıdır. Humbolt başa düşür ki, dil dünyagörüşü – xarici hadisələrlə insanın da-
xili dünyası arasında olan bir dünyadır “dil sadəcə qarşılıqlı anlayışa xidmət edən mübadilə va-
sitəsi deyil, əslində dil elə bir dünyadır ki, burada - mənəvi gücün daxili işi predmetler və dilin
özü arasında özünü göstərir” onların fərqi isə “sadəcə səslərdə və işarələrdə deyil, dünyagörü-
şünün özündə olan fərqlərdir”.
Dil predmetler dünyası ilə yanaşı bu dünyanın insana təqdim olunduğu üsulları da əks et-
dirir. Bu üsul, bu cür baxış bucağı altında xalq dünyanı yaradır və bu hər bir insan üçün xüsusi-
Filologiya məsələləri, № 17, 2019
117
dir. Dilin antroposentrisizm nöqteyi nəzərindən araşdırılması tədqiqat sahəsində dilin fəlsəfi
təsvirini yaratmaqla bərabər, dil daşıyıcılarının milli xarakterlərinin xüsusiyyətlərini, onların
mentalitetini öyrənir və dilə bu cür yanaşma dünyanın müxtəlif xalqlar tərəfindən fərqli fəlsəfi
təsvirlərinin müqayisə edilməsinə imkan yaradır. Beləliklə dilin antroposentrikliyi ideyası
müasir linqvistikada əsas ideya sayılır. Bu paradiqmadan baxsaq insan özünü dərk etməklə öz
nəzəri və predmet fəaliyətini dərk edərək dünyanı tanıyır və bu isə ona öz şüurunda əşyaların
antroposentrik nizamını yaratmaq hüququ verir, bu hüquq insanın mənəvi mövcudluğunu onun
hərəkətlərinin motivlərini və dəyərlər iyerarxiyasını müəyyən edir. Antroposentrik paradiqma
çərçivəsində müasir linqvistikada bir sıra istiqamətlər inkişaf edir. Biz isə dörd istiqamət üzə-
rində dayanacağıq: koqnitiv linqvistika, sosiolinqvistika, psixolinqvistika və linqvo-kulturalo-
giya. V.Z.Demyankov və E.S.Kubryankov koqnitiv terminlərin qısa lüğətində yazırlar “koqni-
tiv linqvistika dili informasiyanın kodlaşdırılmasında və ötürülməsində rol oynayan koqnitiv
bir mexanizm kimi öyrənir”. [4, s.44].
Koqnitiv linqvistika dilçilikdə şüurla dil arasında olan problemləri, dilin dünyanın kon-
septuallaşdırılmasında və kateqoriyalaşdırılmasındakı rolunu, tanıma proseslərində və insan
təcrübəsinin genişləndirilməsindəki rolunu, insanın ayrı-ayrı koqnitiv qabiliyyətləri arasındakı
əlaqələri və onların qarşılıqlı münasibət formalarını öyrənir. Z.D.Popova “Koqnitiv linqvisti-
ka” dərsliyində qeyd edir ki, “koqnitiv linqvistikanın obyekti olan dil tanıma mexanizmidir”.
Koqnitiv linqvistikanın predmeti isə insan koqnisiyasıdır- yəni qarşılıqlı qavrama sistemi söz-
də informasiyanın verilməsi və təqdim edilməsidir. Dil vahidlərinin mənalarında tanıma struk-
turları yerləşdirilmişdir ki, onlar özlərini okkaziyonal sözlərin yaranmasında, söz oyunlarında
həmçinin digər üslubi fiqurların yaranmasında göstərir.
Koqnitiv linqvistikanın əsas anlayışı “konsept”-dir. Y.S.Stepanov konsept terminini insan
şüurundakı mədəni hissəcik kimi göstərir ki, bəzən buraya insanın mental dünyası daxil edilir.
Digər tərəfdən isə elə bir vasitədir ki, onunla insan özü mədəniyyətə daxil olur, bəzi hallarda
isə ona təsir edir. Dil konsepti haqqında biliklər xalqın mental dünyasının xüsusiyyətlərinə tə-
sir etməyə, mentalitetin xüsusiyyətlərini başa düşməyə, həmçinin xalqın yaranmasının müxtəlif
dövrlərindəki mədəniyyət ilə tanış olmağa imkan verir.
Antroposentrik paradiqmanın digər bir istiqaməti dilşünaslıq sahəsində, sosiologiyada,
sosial psixologiyada və etnoqrafiyada özünü göstərir və bu sahə sosiolinqvistika adlanır. Sosial
liqvistika dilin sosial təbiəti ilə, onun ümumi funksiyası ilə, sosial faktorların dilə təsir mexa-
nizmi ilə bağlı olan və cəmiyyətin həyatında dilin oynadığı rola aid olan məsələlərin geniş
kompleksini öyrənir. Dil kollektivi sosial, eləcə də, dil göstəricilərinin əlaqəsi ilə müəyyən edi-
lir. Sosiolinqvistika dili müxtəlif sosial stratifikasiyalarda və ayrı-ayrı xalqlar səviyyəsində öy-
rənir. Sosiolinqvistikada dil situasiyası ayrı-ayrı etnik və ya administrativ-teritorial ünsiyyətin
kontiniumuna xidmət edən dil formalarının məcmusu kimi öyrənir. Müasir sosiolinqvistikada
dil və mədəniyyətin qarşılıqlı münasibətinə və əlaqəsinə aid ola məsələlərə xüsusi yer verilir.
Dil ilə mədəniyyətin digər komponentləri arasındakı əlaqə iki mənalı xarakter daşıyır. Müxtəlif
mədəniyyətlərin mövcudluğu leksik alınmalarda öz əksini tapır. Hər bir ayrı-ayrı şəxs dildən
onu əhatə edən dünyanı tanımaq üçün istifadə edir. Bununla əlaqədar olaraq N.B.Meçkovskaya
dilin tanıma funksiyasını müəyyən edir, tanımada dilin iki aspekti arasındaki fərqi göstərir;[5,
s.15].
1. İnsan şüurunda dilin, daha doğrusu dil mənalarının (insan şüurunun komponenti kimi)
və şüurda nitq təfəkkürü mexanizmlərinin predmetik qavranılmasında olan rolunu və bunun
nəticəsində təsəvvürlərin, anlayışların, mühakimələrin formalaşmasını, həmçinin dilin müxtəlif
fikri əməliyyatlarda (müqayisə, analiz, sintez, induksiya, deduksiya və s.), yaddaş mexanizmlə-
rində iştirakını öyrənir.
2. İnsanların ictimai tarixi təcrübəsinin qorunub saxlanılmasında və nəsildən-nəsilə ötü-
rülməsində dilin rolunu öyrənir. Sosiolinqvistikanın əsas problemlərindən biri bilinqvizmin
(iki dillilik) və diqlosiyanın (müxtəlif sosial əksyönümlü altsistemlərin bir dilə təsiri) sosial as-
Filologiya məsələləri, № 17, 2019
118
pektlərini öyrənir. Bilinqvizim şəraitində iki dil bir kollektiv daxilində mövcud olur və bu dil-
lər sosial situasiyalardan və kommunikativ aktın başqa parametrlərindən asılı olaraq istifadə
olunur. Diqlosia şəraitində isə bir dilin müxtəlif mövcudluq formaları arasında oxşar münasi-
bətlər müşahidə olunur (ədəbi dil, koyne, dialektlər arasında). Sosiolinqvistika həmçinin dilin
kommunikativ məqsədlər üçün istifadəsini - sosial cəhətdən düzgun özünüifadənin qurulması
üçün optimal variantların seçilməsində görünən nitq davranışlarını öyrənir. Bu zaman sosial
mənalı variantların seçim mexanizimləri irəli sürülür və seçimin əsasında duran kriteriyalar
müəyyən edilir. Analizin yekun məqsədi nitq davranışları arasındakı qanunauyğunluqları mü-
əyyənləşdirən sosial normaların irəli sürülməsidir. Linqvistikanın digər bir istiqaməti olan psi-
xolinqvistika dili psixikanın bir fenomeni kimi öyrənir. Amerikan psixolinqvistikasının əsasını
qoyan Ç.Osqud qeyd edir ki, psixolinqvistika “o prosesləri öyrənir ki, burada danışanın niyyəti
həmin kodun mədəniyyəti ilə qəbul edənin siqnalına çevrilir və bu siqnallar dinləyənin interp-
retasiyasında yenidən formalaşır”. Başqa sözlə desək, psixolinqvistika kodlaşdırma və dekod-
laşdırma prosesləri ilə bağlıdır və onlar ismarıcların vəziyyətini kommunikasiya iştirakçılarının
vəziyyəti ilə əlaqələndirir [7]. Psixolinqvistika nöqteyi nəzərindən dil yalnız o yerə qədər möv-
cuddur ki, orada danışanın və dinləyənin, yazanın və oxuyanın daxili dünyası mövcuddur.
A.A.Leontiyevə görə psixolinvistikanın üç predmet sahəsi var: 1) nitqin yaranması (individual
nitq aktında); 2) nitqin qəbul edilməsi (individual nitq aktında); 3) nitqin formalaşması (uşağın
şəxsiyyətinin formalaşması prosesində).
Psixolinvistikanın öyrənilməsinin predmeti-sosial kommunikasiya o cümlədən, biliklərin
formalaşması və ötürülməsidir. Hesab edilir ki, hər bir insan dilə hərtərəfli qabillik imkanına
malikdir. Psixolinvistika inkişaf proseslərini, psixi xəstəliklər və ya fizioloji defektlər nəticə-
sində nitqin inkişaf normalarından geri qalma səbəblərini öyrənir. Psixolinvistikanın tədqiqat
sahəsinə oxu mexanizmlərini təmin edən proseslərin öyrənilməsi, ana dilə və xarici dilə qabil
olma proseslərinin müqayisəsi, fərd haqqında müəyyən məlumat əldə etmək üçün onu nitq
davranışlarının konkret aspektlərini öyrənilməsi daxildir.
Müasir inkişaf mərhələsində linvistikanın qarşısında duran əsas məsələ yalnız dilin
strukturunu – linqvistik konstruksiyaların təsvirini vermək, dilin daşıyıcılarından kənarda öyrə-
nilməsi deyil, insan faktorunu dildə öyrənərək emprik materialları analiz etməkdir ki, bununla
dil hadisələrinin mümkün qədər çoxuna insan interpretasiyası vermək və dil vasitəsi ilə “dün-
yanın təşkili prosesi”nə izah gətirməkdir.
Digər tərəfdən isə insan dünyasından çıxış edərək dilin təbiətini başa düşmək və ona
izah vermək lazımdır. Buna görədə insan universal konsept elan edilir və bu super anlayışın
təsviri məhz antroposentik linqvistikanın əsas məsələsidir. Q.Qalileyin riyazi dillə yazdığı fi-
kirləri sitat gətirsək deyə bilərik ki, insan sosial praktikası ilə digər insanlara ünvanlayaraq dil-
də mədəni dillə yazılmış bir ismarıcı təmsil edir. Beləliklə insan öz mesajının aktiv göndəricisi
hesab olunur ki, o özü və bir insanın həyati aktları həmişə digərinin, deşifrə edənin, resepientin
sayəsində mövcud olur. Bu isə R.Yakobsonun məhşur adresant - adresat sxeminə, O.Yesperso-
nun fəlsəfi qramatikasına “danışan və dinləyici” sxeminə, E.Benvenistin mən və səni dialektik
əlaqədə götürən subyektivlik konsepsiyasına və informasiya nəzəriyyəsinin eləcə də müasir
linvistikada kommu nikativ-praqmatik konsepsiyanın digər nümayəndələrinin araşdırılmalarına
uyğun gəlir. Obraz istənilən halda iki referent situasiyanın sərhədində yaranır. Bu sərhəd insa-
nın daxilindədir. Obrazların formalaşdığı sahədən danışsaq deyə bilərik ki, müqayisə baş beyi-
nin obraz fəaliyyətinə cavabdeh olan sağ yarım kürəsində yaranır və sol yarım kürənin fiziolo-
giyası sayəsində üzə çıxır. Bu minvanla biz sxem vasitəsi ilə deyil, müqayisəli ifadənin yaran-
ma mexanizmini izahla göstərməyə çalışırıqsa bu insanin öz daxilinə insani mənbəyinə qayıt-
masını göstərir. Bu cür anlayışın imkanları bizə antropoloji paradiqmanın sərhədlərini geniş-
ləndirməyə imkan verir.
Filologiya məsələləri, № 17, 2019
119
İstifadə edilmiş ədəbiyyat siyahısı
1. Алпатов, В.М. Об антропоцентричном и системоцентричном подходах к языку //
Вопросы языкознания. -1993. № 3, С.15-26.
2. Большая Российская Энциклопедия: [в 35 томах]. ‒ Москва: Большая российская
энциклопедия, – т. 35. – 2017. ‒ 799 с
3. Н.В. Бугорская Н.В. Язык как форма сознания // Языковое бытие человека и этноса:
психолингвистический и когнитивный аспекты. — М.; Барнаул, 2003.
4. Демьянков,В.3. Тайна диалога Текст. /Диалог: теоретические проблемы и методы
исследования :сб. науч.-аналит. обзоров. М. : ИНИОН, 1991. С. 10-44.
5. Мечковская Н.Б. Социальная лингвистика: М.: Аспект Пресс, 1996. 207 с.
6. Маслова В. А. М 31 Лингвокультурология: Учеб. пособие для студ. высш. учеб,
заведений. -- М.: Издательский центр «Академия», 2001. -- 208с
7. Osgood Ch.E. Towards an Abstract Performance Grammar. Cambridge (Mass.): CU Press,
1980, pp. 208-233.
8. Romanova, T. V. (2015). Tracing the Roots of Cognitive Linguistics in Hermann Paul's
Principles of the History of Language. Respectus Philologicus, 28(33). 142-154
9. Zaliznyak, A. A. (2006). The Ambiguity in Language and the Ways of its Representation.
Moscow: Languages Slavic culture, 672 p.
Г.Рзазаде
Антропоцентризм и язык
Резюме
Художественные тексты, как и сам язык в целом, являются продуктами
творческой и интеллектуальной деятельности человека как основной исходной точки
антропоцентрической парадигмы. Термин «антропоцентризм» трактуется весьма
широко. Однако древнее значение этого термина было светским. Современный антропо-
центризм отличается от секуляризованного антропоцентризма. Теория антро-
поцентризма в языкознании исторически связана с именем Вильгельма фон Гумбольдта.
В его теории языка центральное место занимает такое направление, как сравнительная
антропология. Он считал, что «посредством языка можно обозреть самые высшие и
глубокие сферы и все многообразие мира».
Гумбольдт исследовал язык в отношении к мышлению и чувственному
восприятию, а также в отношении к причинам возникновения языка. Рассмотрение
языка с точки зрения антропоцентричности дает возможность ввести в поле
исследования философскую картину мира. В этом аспекте раскрываются особенности
национального характера (менталитета) носителей языка. Такой подход к языку
способствует сопоставлению различных картин мира в представлении разных народов.
В современном языкознании в рамках антропоцентрической парадигмы развивается
целый ряд направлений. Мы остановились на рассмотрении четырёх, значимых
направлений: когнитивной лингвистике, социолингвистике, психолингвистике, а также
лингвокультурологии.
С лингвистической точки зрения антропоцентризм направляет интересы
собеседников от объекта к распознаванию субъекта. Антропоцентризм - это анализ
языка как в человеке, так и человека в языке.
Ключевые слова: антропоцентризм, антропоцентрическая идея, когнитивная
лингвистика, социолингвистика, психолингвистика, лингвокультурология.
Filologiya məsələləri, № 17, 2019
120
G.Rzazadeh
Anthropocentricism and Language
Summary
Literary texts, as the language itself as a whole, are products of human creative and in-
tellectual activity as the main starting point of the anthropocentric paradigm. The term "anthro-
pocentrism" is interpreted very broadly. However, ancient meaning of the term was secular.
Contemporary anthropocentrism is different from secularized anthropocentrism.
The theory of anthropocentrism in linguistics is historically associated with the name of
Wilhelm von Humboldt. In his theory of language, a central place is occupied by such a direc-
tion as comparative anthropology. He believed that "through language one can observe the hig-
hest and deepest spheres and all the diversity of the world." Humboldt studied language in re-
lation to thinking and sensory perception, as well as in relation to the reasons of the language
origin. Consideration of the language from the point of view of anthropocentricism makes it
possible to introduce into the field of study a philosophical picture of the world. Features of the
national character of native speakers, their mentality are revealed by this aspect. This approach
to the language helps to compare different pictures of the world in the representation of diffe-
rent personalities. In modern linguistics within the framework of the anthropocentric paradigm,
a number of areas are developing. We focused on four important areas — cognitive linguistics,
sociolinguistics, psycholinguistics, as well as linguocultural studies. From linguistic point of
view Anthropocentricism is directing the interests of the interlocutors from object to the recog-
nition of subject. Anthropocentricism is the analysis of language in man as well as, man in the
language.
Keywords: Anthropocentricism, anthropocentric idea, cognitive linguistics, sociolinguis-
tics, psycholinguistics , linguoculturology.
Məqalənin redaksiyaya daxil olma tarixi:04.08.2019
Çapa hazırlnma tarixi: :24.112019
filologiya elmləri doktoru, professor Azad Məmmədov tərəfindən çapa
tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
121
ƏDƏBİYYATŞÜNASLIQ
QƏRİBƏ MƏMMƏDOVA
Filoloqiya üzrə fəlsəfə doktoru,dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti
mammadovagariba5@gmail.com
İNGİLİS ƏDƏBIYYATINDA İŞLƏNMİŞ ATALAR SÖZLƏRİ VƏ İDİOMLARIN
AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSININ BƏZİ XÜSUSIYYƏTLƏRİ
Xülasə
Verilmiş məqalə atalar sözləri, zərb məsəllər və idiomlarin ingilis ədəbiyyatinda iş-
lənməsinə həsr olunub. Məqalədə onlarin ingilis dilindən azərbaycan dilinə tərcüməsi yolların-
dan danışılır.İngilis yazıçılarının əsərlərindən götürülmüş nümunələrə məqalədə geniş yer veri-
lir. Bu nümunələrin əsasında atalar sözləri, zərb məsəllər və idiomların bir dildən digər dilə tər-
cüməsinin spesifik xüsusiyyətləri araşdırılır. İngilis dilində yazilmiş əsərlərdə işlənən frazeoloji
birləşmələr bəzən həmin əsəri oxuyan geyri ingilis oxucular üşün problemlərə səbəb olur. Hətta
bəzən ingilis dilni kifayət gədər yaxşı bilənlər də frazeoloji birləşmələrə görə oxuduqları mətni
doğru- düzgün gavraya bilmir. Ona görə də ingilis dilli mətndə işlənmiş atalar sözü, məsəl və
ya idiomu düzgün başa düşmək və onu tam dəqiqliyilə azərbaycan dilinə tərcümə etmək üçün
ingilis dilində mükəmməl biliyə sahib olmag laziımdır.
Niyə müəlliflər öz əsərlərində tez-tez frazeoloji birləşmələrə müraciət edirlər Bu sua-
lın cavabını məqalədə tapmaq olar.Məqalədə deyilir ki, atalar sözləri,məsəllər, idiomlardan isti-
fadə etməklə müəlliflər mətndə söyləmək istədikləri fikrin daha ifadəli, daha qabarıq şəkildə
səslənməsinə nail olurlar. Atalar sözləri, məsəllər və idiomlardan yerli-yerində, məqamında isti-
fadə etməsi müəllifin öz ana dilində frazeoloji birləşmələri cox gözəl bilməsindən xəbər verir.
Məqalədə ingilis ədəbiyyatından götürülmüş nümunələrin azərbaycan dilinə tərcüməsi təqdim
olunur. Onların leksik- grammatik xüsusiyyətləri müqayisə edilir.
Məqalədə atalar sözləri, məsəllər və idiomların azərbaycan dilinə tərcüməsilə bağlı
faydalı məsləhətlər verilir. Əvvəla ingilis dilindən azərbaycan dilinə tərcümə işilə məşğul olan
şəxs hər iki dili yüksək səviyyədə bilməlıdir. O, tərcümə etdiyi dillərin daşıyıcısı olan xalqların
tarixini, mədəniyyətini, etimologiyasını, baxışlarını çox yaxşı bilməlidir. Bir faktı nəzərə almaq
lazımdır ki, bəzi ingilis atalar sözləri, məsəllərinin azərbaycan dilində ekvivalentləri var. Onla-
rın tərcüməsi heç bir çətinlik doğurmur. Lakin baxişlaarda, keçilmiş tarixi yolda, milli mental-
lıqda olan müəyyən fərqlərə görə bəzi atalar sözləri və məsəlləri tərcümə etmək olmur.Bunları
nəzərdə tutulan mənanı tam aça bilən cümlələr kimi də çevirmək olar. Adətən idiomların tərcü-
məsi xüsusilə çətin olur. Çünki idiomlardakı sözlər lüğətdəki mənalarını tam itirir və məcazi
mənada işlənirlər. Belə birləşmələrin tərcüməsi tərcüməçədən xüsusilə böyük məharət tələb
edir.
Açar sözlər: folklor, atalar sözleri, idiomlar, frazeoloji birləşmələr, poeziya, ekvivalent.
Şifahi xalq ədəbiyyatının çox geniş yayılmlş formalarından biri olmaqla atalar sözləri,zərb
məsəllər və idiomlar həyatın müxtəlif sahələrinin insanlar tərəfindən müşahidəsi nəticəsində
yaranan, uzun illərin, bəzən hətta əsrlərin sınağından çıxmış çox qısa, lakin olduqca böyük mə-
na tutumuna malik hikmətli əsərlərdir.Atalar sözlərinin köməyilə xalq həyata baxışını, illərin
Filologiya məsələləri, № 17, 2019
122
təcrübəsi sayəsində əldə etdiyi nəticələri, saysız hesabsız sınaqlardan sonra gəldiyi qənaəti, əx-
laqi-tərbiyəvi fikirlərini ifadə edir. Belə demək mümkünsə atalar sözləri və məsəllər xalqın əsr-
lər boyu silinməz, solmaz dəst-xətti ilə yazdığı geniş əhatəli tərcümeyi-halıdır.
Həcm etibarilə çox kiçik olsa da böyük mənalar ifadə etdiyi üçün insanlar atalar sözləri,
zərb məsəllər və idiomları yerli-yerində işlədərək öz nitqlərini daha da gözəlləşdirir, söylədiklə-
ri fikirlərin təsir gücünü artırmağa çalışırlar. Təbii ki, bu meyl bədii ədəbiyyatdan da yan keç-
məmişdir. İstisnasız demək olar ki, istər ingilis ədəbiyyatında, istərsə də Azərbaycan ədəbiyya-
tında elə bir yazıçı və ya şair tapmaq olmaz ki, söylədiklərinin bir az da ifadəli səslənməsi üçün
öz xalqının bu hikmət xəzinəsindən isifadə etməsin.
Bu bütün dövrlərdə və bütün millətlərdə belə olub və olmaqdadır. İngilis ədəbiyyatı da
bundan istisna deyil. İngilis ədəbiyyatında da şair və yazıçılar öz əsərlərinin mənasını daha da
artırmaq üçün bu qanadlı sözlərdən istifadə etmişlər.
Lakin burada iki yanaşma müşahidə olunur:
1. Müəllif frazeoloji birləşməni qismən dəyişdirərək öz əsərinə daxil edir. Buna daha çox
poeziya nümunələrində rast gəlinir ki, bu da tamamilə təbiidir. Şair öz şerinin ədəbi-bədii tələb-
lərinə uyğun olaraq atalar sözünü, məsəli qisaldır, komponentlərinin yerini dəyişir və galanını
öz mətninə bir növ “peyvənd” eləyir. Hətta bəzən komponentlərdən biri başqa sözlə əvəz olu-
nur.
2 Müəllif frazeoloji birləşməni olduğu kimi öz mətnində işlədir.
İngilis ədəbiyyatının timsalında konkret nümunələrə müraciət edək:
“Watson,”said he,”I have some recollection that you go armed upon these excursions of
ours.”It was as well for him that I did so , for he took little care for his own safety when his
mind was once absorbed by a problem, so that more than once my revolver had been a good
friend in need.(Konan Doyl)
Görkəmli ingilis detektiv yazıçısı Artur Konan Doylun “The Adventures of Sherlock Hol-
mes” əsərindən götürülmüş bu parçada müəllif məşhur “A friend in need, is a friend indeed”
ataiar sözünü bölərək və dəyişərək “a good friend in need “ şəklində işlətmişdir. Diqqət yetirsək
müəllifin bu ixtisarı çox uğurlu alınmışdır. Gəhrəmanın demək istədiyi “ Bir neçə dəfə çox va-
cib anlarda silah gərəyim olub” fikri yer dəyişdirilməsi sayəsində çox çözəl açılır. Bu parçanın
tərcüməsinə nəzər salaq:
“Vatson,” deyə o dilləndi, “Yadıma düşür ki, iş üçün biz hara isə gedəndə sən özünlə si-
lah da götürürsən.” Bu cür hərəkət etməyim onun xeyrinə idi, çünki fikri hansısa bir problemin
həlli ilə bərk məşğul olanda şəxsi təhlükəsizliyinin təminatına o qəgər də əhəmiyyət vermirdi.
Ona görə də revolverim bir neçə dəfə zərurət zamanı mənə yaxşı dost olmuşdur.
Bu atalar sözünün tam forması belədir:
A friend in need,is a friend indeed.
Yaxşı dost yaman gündə tanınar.”(4, səh35)
-The tables were loaded with roast sucking pigs, chickens, roast ducks, fresh lobsters and
other delicacies which made our mouths water. Though Teka announced that the festivities wo-
uld last for some days we attacked the food without putting it off till tomorrow. (Rice)
Göründüyü kimi standart formada “Never put off till tomorrow what you can do today.”
kimi səslənən ,inkar əmr cümləsi olan atalar sözü cümlənin tələbinə uyğunlaşdırılaraq “witho-
ut putting it till tomorrow” şəklinə salınaraq tərzi –hərəkət zərfliyi funksiyasında işlənmişdir.
(1,102)
Stolların üzərini qızardılmış körpə donuzlarla, cücələrlə, ördəklərlə, təptəzə qırmızı dəniz
xərçənglərilə və digər ləziz təamlarla doldurmuşdular. Baxdıqca ağzımız sulanırdı.Teka şənlik-
lərin hələ bir neçə gün davam edəcəyini söyləsə də biz sabaha saxlamadan dərhal yeməklərin
üstünə cumduq. Bu atalar sözünün azərbaycan dilində standart forması çox yığcamdır: “Bu gü-
nün işini sabaha qoyma ( saxlama). Azərbaycan dilində mətndə atalar sözü cəmi iki sözlə tərcü-
mə olunmuş və ingilis dilində olduğu kimi tərzi-hərəkət zərfliyi funksiyasında işlənmişdir.
Filologiya məsələləri, № 17, 2019
123
All is well ended,if this suit be won
That you express content.(Shakespeare)
Bu atalar sözünün tam forması belədir: All is well that ends well .
Yaxşı olar hər şey, bu iddia udulsa,
Sonda sən də razı qalarsan .
Azərbaycan dilində bu atalar sözü belə səslənir: “Yaxşı sonluqla bitən hər şey yaxşıdır.”
Məlum atalar sözü hər iki dildə eyni qaydada ixtisar edilmiş və şərt budaq cümləli tabeli
mürəkkəb cümlənin baş cümləsi rolundadır.
Şekspirin daha bir şerinə (sonetinə) nəzər salaq:
The sun shines not, and if we use delay,
Cold biting winter mars our hope for hay.
Bu misralarda müəllif bir az da uzağa gedərək “Make hay while the sun shines.” atalar sö-
zünün komponentlərini ümumiyyətlə bir-birindən ayıraraq müxtəlif cümlə üzvləri yerində(the
sun-mübtəda, shines- xəbər, for hay-tamamlıq) işlətmişdir.
Parlamayır daha günəş və tələsməsək əgər biz,
Puç olar soyuq qiş küləyində quru ota ümidimiz.
Şerin azərbycan dilinə tərcüməsində də eyni halın şahidi oluruq.
Başqa bir misala nəzər salaq:
..he said public patience was a camel, on whose back the last atom that could be borne
had already been laid, and resistanse was now a duty. (Ch. Bronte)
Cümlədəki atalar sözünün tam forması budur:
“İt is the last straw that breaks the camel’s back.”(2,50 səh)
Bu atalar sözünün ana dilimizdə məhz atalar sözü kimi qarşılığı yoxdur. Məzmununu aza-
cıq da olsa qoruyub saxlamaqla bu cür tərcümə etmək olar. “ Axırıncı saman dəvəyə ağırlıq etdi
( dəvənin belini qırdı). Maraqlısı odur ki, müəllif verilmiş nümunədə həmin atalar sözünün cəmi
iki komponentindən istifadə etsə də ( a camel, last...) bu işi elə ustalıqla yerinə yetirib ki, cümlə-
ni oxuduqda bu sözlərin məhz həmin atalar sözünə aid olduğu heç şübhə doğurmur. Burada
camel sözü tabeli mürəkkəb cümlənin baş cümləsində (...he said public patience was a camel)
ismi xəbərin ad hissəsi funksiyasında, ikinci söz- the last (atom straw) isə təyin budaq cümləsi-
nin mübtədası funksiyasında işlənmişdir.
Bu cümlənin azərbaycan dilinə tərcüməsinə baxaq:
...o dedi ki, xalqın səbri belinə apara biləcəyi sonuncu zərrəcik qoyulmuş bir dəvəyə bən-
zəyir. İndi əsas məsələ burasındadır ki, xalq buna tab gətirəckmi?
Tərcümədə orijinal variantın structuru mümkün qədər qorunub saxlanmışdır.
Eyni atalar sözünün digər bir mətndə işlənməsinə diqqət yetirək:
Careless of the disapproval of Aunt Pitty’s friends, she behaved as she had behaved befo-
re her marriage, went to parties, danced , went riding with soldiers, flirted, did everything she
had done as a girl, except stop wearing mourning. This she knew would be a straw that would
break the backs of Pittypat and Melanie. (Mitchell)
Burada a straw keçmişə nəzərən gələcək zaman formsında işlənmiş ismi xəbərin (would
be a straw ) ad hissəsi, break keçmişə nəzərən gələcək zaman formasında işlənmiş feili xə-
bər(would break), the backs isə tamamligdir. Bu sözlər eyni cümlədə bir- birindən aralı, ayrı-
ayrı cümlə üzvləri kimi çıxış etsələr də onların məhz “İt is the last straw (that breaks the ca-
mel’s back).” Atalar sözünə aid olduğu açıq-aydın hiss olunur.
Mətnin azərbaycan dilinə tərcüməsinə baxaq:
Pitti xalanın rəfiqələrinin nə deyəcəyinə məhəl qoymadan, o, ərə getməmişdən əvvəl
davrandığı kimi hərəkətlər edir, ziyafətlərə gedir, rəqs eləyir, əsgərlərlə at çapır, nazlanır, bir
sözlə qız ikən etdiklərini olduğu kimi təkrarlayırdı. Bircə işdə həddini aşmırdı: matəm libasını
əynindən cıxarmırdı. Başa düşürdü ki, bu Pittipət və Melaninin səbr kasasını doldura( daşıra)
bilərdi.
Filologiya məsələləri, № 17, 2019
124
Deməli bu frazeoloji birləşməni azərbaycan dilinə oxşar atalar sözü vasitəsilə tərcümə
etmək mümkün olmasa da “səbr kasasını doldurmaq(daşırmaq) idiomu bu işin öhdəsindən çox
gözəl gəldi. Amma yalnız ikinci mətndə. Buradan belə nəticəyə gəlirik ki, hər hansı bir mətni
ingilis dilindən azərbaycan dilinə çevirərkən orada işlənmiş atalar sözünü, zərb məsəli və yaxud
idiomu öz ekvivalentilə çevirmək mümkün deyilsə başqa vasitələrə əl atmaq lazımdır.
Böyük ingilis yazıçısı Charlz Dikkens bu əsərində “ Call a spade a spade. “ atalar sözü-
nü olduğu kimi işlədib (3, səh). Yeri gəlmişkən bu atalar sözünün digər versiyası da var: “To
call things by their names.” Hər ikisi eyni mənanı verir: sözün düzünü demək(söyləmək). Rus
dilində bu atalar sözü belə səslənir: « Называтъ вещи своими именами.».Görünür bizə də rus
dilindən keçdiyi üçün olduğu kimi işlənir “Hər şeyi öz adi ilə çağırmaq.” Bunlara alınma atalar
sözləri deyilir.
Nəzərdən keçirdiyimiz məsələlər belə bir nəticəyə gəlməyə əsas verir ki, atalar sözləri,
məsəllər və idiomlardan bədii ədəbiyyatda geniş istifadə olunur. Bu zaman frazeoloji birləşmə-
lər, xüsusən də atalar söləri və məsəllər tam ya da ixtisar olunmuş şəkildə, komponentlərinin ye-
ri dəyişdirilmiş formada və hətta onlardan biri başqa sözlə əvəzlənərək orijinal mətnə daxil edi-
lir. Odur ki, tərcümə işilə məşğul olan hər bir şəxs hansısa əsəri ingilis dilindən azərbaycan dili-
nə tərcümə edəcəksə ilk növbədə mənbə dildəki frazeoloji birləşmələr haqqında mükəmməl mə-
lumata malik olmalıdır. Bu orijinal mətndəki atalar sözü ya da məsəlin, hansı şəkildə təqdim
edilməsındən asılı olmayaraq, tanımaq üçün vacibdir. Digər tərəfdən, bəzi frazeoloji birləşmələ-
rin azərbaycan dilində dəqiq qarşılığı olduğu üçün onların tərcüməsi çətinlik törətmir. Lakin bə-
zən mənbə dildəki sabit söz birləşməsinin tərcümə dilində qarşilığı olmur. Bu cür ifadələri mə-
naya xələl gətirmədən adi cümlə kimi də tərcümə etmək olar. Bütün bunlar tərcüməçinin məha-
rətindən asılıdır.
Ədəbiyyat
1. A.B. Kyнин “Kypc фpaзeологии coвpeмeнногo aнглийскoгo языкa. Mocквa 1996
2. G.A. Cтeфанoвич, N.A.Aфaнacьeвa, T,B.Лaриoнoвa, Я.Г. Биpeнбаyм
“Oral Speech Practice” Mocквa 1972
3. The Oxford Dictionary of Proverbs.
4. Ədəbiyyatşünaslıq Terminləri Lüğəti Bakı 1965
5. Həkimov M. L. “Xalqımızın Deyimləri və Duyumları” Bakı 1988
6. İnternet mənbə: Azərbaycan yazıçıları və şairlərinə aid məlumatlar
Q. Mammadova
Some characteristic features of the translation of English proverbs, sayings and idioms used in
English literature into Azerbaijan language
Summary
The article is dealing with the use of proverbs,sayings and idioms in English literature
and ways of their translation into Azerbaijan language. Materials by different authors in English
literature have been used in the article. On the bases of these materials spesific features of trans-
lation of proverbs, sayings and idioms from one language into another are explained here.Pro-
verbs, sayings and idioms used in fiction often cause difficulties for foreigners in the process of
reading. That’s why correct comprehension of phraseological units and exact translation of
them from English into Azerbaijan language require perfect knowledge of the languadge.
Why do authors use proverbs, sayings and idioms in their works very often? You can
the answer to this question in the given article. The article says authors use phraseolojical units
in their works to make their ideas brighter and more expressive. Appropriate use of proverbs,
Filologiya məsələləri, № 17, 2019
125
sayings and idioms in fictions indicates to the excellent knowledge of the native language by
authors. Some translations of extracts taken from English literature have been given in the artic-
le. Lexico-grammatical features of phraseological units are compared in the article.Young trans-
lators can get useful recommendations here:
First of all a person engaged in translation from one language into another should know
both languages perfectly. He must be familiar with the history, culture, ethimology and way of
thinking of the nation whose language was used in the literary work. It’s necessary to take into
consideration that some proverbs may have equivalents in the language of translation which
makes it easy to translate them. But due to differences in the way of thinking, national menta-
lity and a number of other reasons some proverbs and sayings are quite difficult for direct trans-
lation. They may be translated as ordinary sentenses giving the complete interpretation of the
idea. In idioms words lose their vocabulary meaning and are used metaphorically which makes
them difficult to translate. In such cases everything depends on proficiency of the translator.
Kлючевые слова: фольклор, пословицы, идиомы, фразеологические обороты,
поэзия, эквивалент.
Г. Мамедова
Некоторые свойства перевода пословиц, поговорок и идиомов использованных в
английской литературе на азербайджанский язык.
Резюме
Данная статья посвящена употреблению пословиц, поговорок и идиомов в
английской литературе и рассказывается о способах их перевода с английского на
азербайджанский язык. Приводятся примеры из произведений известных английских
писателей и поэтов. На основе этих примеров объясняются специфические свойства
перевода пословиц, поговорок, идиомов с одного языка на другой.
Пословицы и поговорки, а также идиомы использованные в художественной
литературе на иностранном языке часто вызывают проблемы для иноязычного читателя
при чтении данного материала. Иногда даже лицам хорошо знающие конкретный
иностранный язык пословицы, поговорки и идиомы создают определенные трудности.
Поэтому, правильное понимание фразеологических оборотов, их точный перевод c
английского на азербайджанский, требует знание данного иностранного языка в
совершенстве.
Почему авторы довольно часто обращаются этим фразеологическим оборотам в
своих произведениях? Мы находим ответ этому вопросу в этой статье. В статье
говорится о том, что авторы пользуются фразеологическими оборотами для более
яркого выражения, усиления смысла идей высказанных ими. Уместное использование
пословиц, поговорок и идиомов в литературных произведениях указывает на отличное
знание этих оборотов авторами на родном языке. В статье даются переводы примеров
взятых из английской литературы на азербайджанский язык. Сопоставляются их
лексико-грамматические свойства в обоих языках.
В статье даются полезные рекомендации по переводу пословиц, поговорок и
идиомов с английского на азербайджанский язык. Во первых человек занимающийся
переводом должен знать оба языка на высшем уровне. Он должен знать культуру,
историю, этимологию, взгляды народа на языке, которого написано данное
литературное произведение. Нужно иметь ввиду факт, что некоторые английские
Filologiya məsələləri, № 17, 2019
126
пословицы и поговорки могут иметь эквиваленты на азербайджанском языке. Их
перевод не составляет особого труда. Но из-за различия на взглядах, традициях и
пройденных исторических путях иногда фразеологические обороты не поддаются
прямому переводу. В таких случаях данный фразеологический оборот можно перевести
обычным предложением являющимся толкованием данного оборота. Особенно труден
перевод идиом. Так как слова, употребляемые в идиомах, используются в переносном
смысле. А это требует от переводчика большого мастерства.
Кey words: folklore, proverbs, iddioms, frozeological units, poetry, eguivalent
Məqalənin redaksiyaya daxil olma tarixi:04.08.2019
Çapa hazırlnma tarixi: :09.08.2019
Filologiya elmləri namizədi dosent Rafiq Şabanov tərəfindən çapa
tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
127
GÜLNAR İSMAYILOVA
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu
gulnar.ismayilova86@inbox.ru
YUNUS ƏMRƏ DÖVRÜNÜN İCTİMAİ-SİYASİ ŞƏRAİTİ VƏ
MƏDƏNİ-ƏDƏBİ MÜHİTİNDƏ DİL-ÜSLUB MƏSƏLƏLƏRİNƏ DAİR
Xülasə
Görkəmli türk şairi Yunus Əmrə orta əsrlər müsəlman Şərqində sufi ədəbiyya-
tının parlaq nümayəndəsi idi. XIII əsrin ortalarında Kiçik Asiyada (Anadoluda) Səlcuqilər sülalə-
sinin xanədanı dağılandan sonra 1299-cu ildə Osman bəyin rəhbərliyi ilə siyasi səhnəyə yeni
qüvvələr çıxdı. O, qüdrətli İslam dövləti yaradan daha güclü tayfaların başçısı idi. “İslam
Ensiklopediyası”nda göstərilir ki, Osman ailəsi (Ali-Osman) Kayi tayfasından çıxmış Oğuz Xanın
nəslinə arxalanırdı. 1302-ci ildə Osman bəyin qoşunları Bizans ordusunu məğlub etdi. Osman bəy
türkmən bəyləri arasında ən müstəqil və qüdrətli bir dövlət yaratdı. Onun oğlu Orxan bəy ilk dəfə
Rumeli ərazisinə keçdi və burada möhkəm məskunlaşma siyasəti yeritdi. “Türkiyə
Ensiklopediyası”nda deyildiyi kimi, Yunus Əmrə məhz bu dövrdə yaradıcılığa başlamış
sənətkarlardan biri olaraq son əlli ildə bizim haqqında ən çox bəhs edilən və yaradıcılığı öyrənilən
məşhur şairimizdir. Osmanlıların hakimiyyəti dövründə mədəniyyət, ədəbiyyat, incəsənət inkişaf
edirdi. Osmanlı türkcəsi formalaşıb meydana çıxmışdı. Yunus Əmrə təxminən 1240-cı ildə anadan
olmuş və 1320-ci ildə vəfat etmişdir. Bu dövrdə poeziya iki istiqamətdə inkişaf edirdi. Şairlər sadə
xalq dilində və üslubunda – heca vəznində və fars-ərəb sözləri, ifadələri tələb edən nisbətən çətin
klassik əruz vəznində yazırdılar. Yunus Əmrə öz əsərlərini sadə xalq dilində qələmə alır və o
dövrün məşhur sufi ideyalarını təbliğ edirdi. Baxmayaraq ki, şairin yaradıcılığı müxtəlif
aspektlərdən təhlil olunmuşdu, bununla belə onun dili, xüsusən poetik leksikası az öyrənilmişdir.
XIII-XIV əsrlərdə Kiçik Asiyada artıq sufi ideyaları türk dili üçün səciyyəvi idi. Yunus Əmrə yaxşı
başa düşürdü ki, əgər sadə xalq dilində yazmasa, öz poetik məqsədinə çatmayacaq. Məhz buna görə
də o, əsərlərini sadə xalq dilində yazırdı. Yunus Əmrənin yaradıcılığı orta əsrlər sufi poeziyasına
güclü təsir göstərmişdi. Yunus Əmrənin əsərləri Azərbaycan şeir mühitində də yayılmışdı. Bizim
bir sıra şairlərimiz Yunus Əmrənin sufi fikirlərini mənimsəyir və onun obrazlarını təqlid edirdilər.
YUNESKO-nun qərarı ilə Yunus Əmrənin anadan olmasının 650 illiyi bütün dünyada qeyd
edilmişdir. YUNESKO həmçinin 1991-ci ili dünya miqyasında “Yunus Əmrəyə məhəbbət ili” elan
etmişdir.
Açar sözlər: Yunus Əmrə, sufizm, dil-üslub xüsusiyyətləri, Tanrı, ilhai eşq.
Böyük türk şairi Yunus Əmrə Osmanlı xanədanı dövründə yaşayıb-yaratmışdır. Qərbi
Anadolunun şimalında bir Türkmən bəyliyi olaraq ortaya çıxıb üç qitəyə yayılan və
qurucusunun adı ilə anılan Türk-İslam dünyasında ən uzun ömürlü imperatorluq (1299-1922)
kimi dünya tarixinə parlaq səhifələr yazmış Osmanlı dövlətində iqtisadiyyat, hüquqi və sosial
münasibətlər, mədəniyyət, incəsənət, ədəbiyyat, elm, təhsil, səhiyyə və s. zaman-zaman inkişaf
etmişdir.
Tarixi məlumatlar göstərir ki, türklərin Kiçik Asiyada kütləvi halda məskunlaşması XI
əsrin 70-ci illərinə aiddir. Bu zaman Anadolunun şimal-şərqində səlcuq (oğuz və türkmən)
tayfalarının ilk dövləti yarandı.
İki yüz otuz il mövcud olmuş vahid Səlcuqilər dövlətinin yerində sonralar ayrı-ayrı feodal
bəylikəri formalaşdı. Osmanlı bəyliyinin banisi Osman bəy 1299-cu ildə Osmanlı dövlətini
yaratdı. Bundan sonra səlcuqilər Osmanlı türkləri adlanmağa başladılar (1, s.394).
Filologiya məsələləri, № 17, 2019
128
Osman bəyin hökmranlğında olan bu kiçik bəylik əvvəllər Kastamonunun ucqar
bölgəsində yer almışdı. Tədricən Əskişəhr, Bursa və İznikə qədər uzanan bölgəyə hakim olan
Osman bəy ətrafdakı qeyri-müsəlmanlarla müharibəyə girərək İzniki tutmağı qarşısına son
məqsəd kimi qoydu. O, 1302-ci ildə Bizans dövlətini məğlub etməklə öz şöhrətini artırdı və
Osmanlı bəyliyini türkmən bəylikləri arasında ön plana çıxartdı. “Osmanlar kısa bir süre sonra
uygun coğrafi mevkilerinin de rolüyle gözlerini önlerindeki denizlere, hatta bunların daha
ötesine çevirdiler. Öteden beri yöredeki Türkmenler tarafından tanınan Rumeli toprakları gaza
ve ganimat ideolojisinin başlıca hedefi oldu” (2, s.490).
Türk dünyasının böyük şairi Yunus Əmrə məhz bu dövrdə yaşayıb yaratmışdır.
“Türk Ansiklopedisi”ndə göstərilir ki, “Yunus Emre... son yarım yüzyıl içinde
kendisinden en çok söz edilen şairimizdir. Adeta yeniden keşfedilmiş, çağımızın sanatçıları
derecende güncellik kazanmıştır.
İncelemelerde daha çok kimliği (hüviyeti) araştırılmıştır. Üzerinde durulan başlıca
konular, şairin yaşamıyla, öğrenimiyle, tarikatıyla, gezileriyle, mezarının bulunduğu yerle ilgili
sorunlar ve benzerleridir” (3, s.465).
Deməli, Yunus Əmrənin dili, xüsusən poetik leksikası heç də lazımınca tədqiq olunmamış
və ya çox az öyrənilmişdir. İslam dininin qəbulundan sonra ərəb dili din və elm, fars dili isə
yuxarı təbəqənin poeziya dili oldu. Artıq XII-XIII əsrlərdə Kiçik Asiya ərazisində türk dilində
yazılı ədəbiyyatın ilk nümunələri üçün sufilik ideyaları səciyyəvi idi. Türk dilində poeziya iki
istiqamətdə – şifahi xalq poeziyası ilə bağlı heca vəznində və əruz vəznində inkişaf edirdi. Əruz
vəzni ilə birgə türk şeirində məsnəvi, qəzəl, qəsidə kimi şeir formaları da kök saldı. Kiçik
Asiyada sufi şeirinin ən görkəmli nümayəndəsi Cəlaləddin Rumi oldu. Onun oğlu Sultan Vələd
atasının təlimini yaymış, türk dilində şeirlər yazmışdır: bu şeirlər Türkiyədə tarixi dəqiq məlum
olan ilk türkcə şeirlər sayılır.
Böyük türk şairi Yunus Əmrə (təqr. 1240, Sakarya, Sarıköynək k. – 1320/21, Konya) xalq
sufi ədəbiyyatının – təsəvvüfün görkəmli nümayəndəsi idi. O, Suriya, İran və Azərbaycana
səfər etmiş, sufizmi yaymışdır. Yunus Əmrənin “Divan”ı və “Risalət ün-nushiyyə”
(“Nəsihətnamə”) adlı 562 beytlik bir məsnəvisi vardır. Yunus Əmrə, əsasən, aşıq şeiri tərzində,
heca vəznində yazmış, öz əsərlərini çalıb-oxumuşdur. Şeirlərində ilahi eşqin tərənnümü ilə
yanaşı, humanizm, əməkçi xalqa rəğbət, ədalətsizliyə, haqsızlığa, tərki-dünyalığa qarşı etiraz
motivləri də güclüdür. Onun əsərləri dilinin səlisliyi və yüksək xəlqiliyi ilə seçilir. Yunus
Əmrənin yaradıcılığı türk, habelə Azərbaycan şeirinin inkişafına qüvvətli təsir göstərmişdir.
Təsəvvüf, sufilik islam dinində mistik cərəyan və təlim olub, VIII əsrdə İraq və Suriyada
yaranmış, Məqrib ölkələri və İspaniyada (IX əsr), İran, Azərbaycan və Orta Asiyada (IX-X əsr),
Hindistan, Malakka və Sumatrada (XIII-XV əsr) yayılmışdır. Sufiliyin səciyyəvi cəhətləri
bunlardır: idealist metafizikanın (irfan) xüsusi tərki-dünya praktikası ilə birləşdirilməsi; müridin
mistik məhəbbət yolu ilə Allahı dərk etməyə və tədricən ona qovuşmağa yaxınlaşması təlimi;
müridi Allaha qovuşanadək mistik yol (təriqət) ilə aparan ustadın (mürşid, pir) rolunun mühüm
olması. Sufilər xüsusi rəqslər və ya duaların sonsuz təkrarı ilə intuitiv idraka, “nurlanma”ya,
ekstaza (vəcdə) cəhd etmişlər. Sufilik təliminin banisi Zünnun əl-Misri (IX əsr) və Əbu
Abdullah əl-Mühasibi (IX əsr) olmuşlar. Cüneyd Bağdadinin yaratdığı fəna – sufini
fövqəlvarlığa – bəqaya aparan, onu Allaha qovuşduran təliminə görə əbədilik mütləqdə
mövcuddur. Cüneydə görə, sufinin sirli yolunda ilk pillə – şəriət, ikincisi təriqət, üçüncüsü
mərifət, dördüncüsü həqiqətdir (həqiqəti Allahda tapmaq). Həllac Mənsura görə, sufinin ruhu
Allah ilə real qovuşa bilər. Ekstaz anlarında o, “Ənəl-həqq” – “Mənəm haqq!” (Allah mənəm)
deyə qışqırarmış; ona görə də bidətçilikdə təqsirləndirilib, 922-ci ildə edam edilmişdir.
Qəzalinin islahatçılıq fəaliyyəti sayəsində ortodoksal islamda sufiliyin təqibi dayandırıldı.
Sührəvərdi işraqilik (sirli nurlanma) təlimini, Həmədani Eynəlquzat, İbn-əl-Ərəbi və Əhməd
Qəzali vəhdəti-vücud nəzəriyyəsini yaratmışlar. Prof. R.Rüstəmov göstərir ki, “Dünyəvi işlər,
Filologiya məsələləri, № 17, 2019
129
nemətlər və zövqlərdən şüurlu şəkildə imtina edən sufi sevdiyinin simasında ilahi təcəllini görür
və onun fəraqından inləyir” (4, s.4).
Türküstanda Əhməd Yasəvi tərəfindən əsası qoyulan təsəvvüf (sufi) ədəbiyyatının
Anadoluda böyük davamçısı olan Yunus Əmrə həm də Türkiyə türkcəsini ədəbiyyat dilinə
çevirən böyük ədəbi şəxsiyyətlərdən biridir... Yunus Əmrə ilahi şair olmaqla bərabər, əsərləri
oxucuda elə bir təsəvvür yaradır ki, insan oğlunun yaşamasında ilahi eşqin böyük rolu var (4,
s.5).
Yunus Əmrədə aşiq obrazı öz məşuqunu – Allahı arayıb axtaran lirik qəhrəmandır.
Mütləq həqiqətə can atan aşiq bu yolda heç nədən çəkinmir və usanmaq bilmir. Söz təsəvvüfdə
hər şeyə qadir, ilahi gücə malik vəsilə kimi qəbul edildiyindən, dünyanın yoxdan deyil, sözdən
– “ol!” – əmrindən yarandığına etiqad olunduğundan Yunus Əmrə sözə çox diqqətlə yanaşmış,
nəyi necə deməyi bacarmış və sözün bir zaman onu tutacaq əcəl yuxusundan oyandıracağına
inanmışdır. Dahi söz ustadı öz şeirlərində daim yorucu olmamağa can atmışdır. Yunus Əmrədə
eşq bütün cəhətləri ilə bir heyranlığm və məşuq yolunda çəkilən iztirabların aşiq üçün könül
rahatlığı olduğunun israrlı etirafıdır. Sufi üçün vüslət anı sevgiylə Allaha qovuşmaq olduğu
üçün onu nakam adam saymaq olmaz. Yunus Əmrənin fikrinə görə, eşq insan ruhunun Tanrıya
qovuşub onda bütünləşmə istəyidir. Eşq vasitəsi ilə Allaha çatan şəxs bütün qayğılardan azad
olur. Yəni eşq insanı əslinə götürür. Yunus Əmrədə eşq ikili keyfiyyətdə özünü büruzə verir:
məcazi eşq və ilahi eşq. Bu bir tarixi həqiqətdir ki, Yunus Əmrə əsərlərini öz dövrünün elm,
ədəbiyyat dili sayılan ərəbcə və dövlət dili statusunda olan farsca deyil, məhz xalqın danışdığı
sadə türkcədə yazmış, bunun sayəsində Anadoluda türk dili ədəbi dil olaraq yeni bir funksional
istiqamət almışdır. O, əsərlərini yalnız xalqın işlətdiyi canlı türkcədə yazmaqla bu dilin zəngin
duyğuları və dərin düşüncələrini dəqiq ifadə edən, ulu keçmişi olan bir dil olduğunu Şərq
aləminə, türk-islam dünyasına nümayiş etdirmişdir. Eyni zamanda, Yunus Əmrə türkcədə
yazdığı əsərlərində işlətdiyi ərəbcə və farsca kəlmələri də xalqın anlaya biləcəyi bir tərzdə
sadələşdirmişdir. Yunus Əmrə “Divan”ının tədqiqi göstərir ki, burada işlənmiş sözlərin əsasını
Anadolu türklərinin özlərinə məxsus olan leksik vahidlər təşkil edir və bu sözlər o dövr üçün
işlək idi. Əksəri oğuz mənşəli olan sözlərin arasında qıpçaq, habelə ərəb-fars mənşəli sözlərə də
təsadüf olunur. Belə qənaətə gəlmək olar ki, Yunus Əmrənin dili canlı xalq danışıq dilindən
qaynaqlanmışdır.
Görkəmli türk alimi, ədəbiyyatşünas Abdulbaqi Gölpınarlı yazır: “Yunus Emre,
Farsça’dan Türkçe’ye geçiş devrinin bir şairidir; Osmanlıca dediğimiz “üç dilden
mürekkep lisan” henüz tam olarak kurulmamıştır. Bu bakımdan Sultan Veled’de olduğu
gibi Yunus’ta da Türkçe, Arapça, Farsça sözler yerine göre, hatta bazı kere vezin
yüzünden üç dilde de kullanılmıştır. Sözgelimi “Allah-Tanrı ve Çalap, cennet-uçmak,
cehennem-tamu, aşk-sevgi, günah-suç ve cürüm, günahkâr, mücrim-yazıklı, eksikli, kâr-
assı, mest-esrik, şarap-süci, şirk-ikilik, Azrail-Canalıcı” sözlerini onda kolayca ve kucak
kucağa bulur ve bu örnekleri sahifelerce çoğaltabiliriz. Aruzla yazılmış şiirleri olduğu
gibi, onlardan daha, hem de pek çok olmak üzere heceyle yazılmış şiirleri de vardır” (5,
s.37).
Tədqiqatçı Aytən İbrahimova yazır: “Yunus Əmrəni sufi ədəbiyyatı içində ölümsüz-
ləşdirən, şöhrət zirvəsində tutan cəhət, qurmuş olduğu yeni bir təsəvvüf terminologiyasıdır.
Təbii ki, Yunus Əmrənin türk ədəbiyyatmdakı xidmətləri təkcə dini terminologiya ilə
məhdudlaşmır. Onun Divanında Hind-İran və Yunan mifologiyasından, xalq qəhrəmanlarından
bir xeyli iqtibas vardır. Bu arada məhəlli həyatın izlərini onda çox canlı olaraq görməkdəyik.
Yunus Əmrə türklərin İslam mədəniyyəti dairəsinə girməsiylə birlikdə yaşamağa başladığı
mədəni dəyişmələrinin də canlı bir şahididir. Divanda axınçı bir türk toplumundan əkinçi bir
türk toplumuna keçidin real izlərini görə bilərik” (6, s.26).
Filologiya məsələləri, № 17, 2019
130
Həqiqətən, tarixi leksikologiya bsxımından Yunus Əmrədə sözlərin leksik-semantik
xüsusiyyətlərinin tələblər səviyyəsində öyrənilməsi zəruri-linqvistik ehtiyacdan irəli gəlir: həqq,
din, iman, təşbih, eşq, aşiq, məşuqə, tanrı, məzhəb, bidət, fətva, kafir, faşiq, mürtəd və s.
XIV əsrin zaman çərçivəsini aşaraq poetik qüdrəti ilə əbədiyyata qovuşan Yunus Əmrənin
təsəvvüfi baxışları leksik-semantik məzmununa və üslubi ifadəsinə görə müasir filologiyanın və
linqvopoetikanın da araşdırma obyektidir. Şeirlərində mistik duyğuları, metafizik düşüncələri
və idealist fəlsəfi dünyagörüşünü müdafiə edən Yunus Əmrə daim sufi rəmzlərdən və
məcazlardan istifadə etməklə bəhrələnmişdir. Yunus Əmrə şeirlərində də başqa
mütəsəvvüflərdə olduğu kimi eşq, məhbub, aşiq, məşuq, mey, saqi, badə, məclis, meyxanə, yar
və s. bu kimi sözlərlə qarşılaşırıq. Yunus Əmrənin xalq şeirləri üslubunda yazdığı ilahi və
nəfəslərinin dili “Divanı”na daxil olan poemasının dili ilə müqayisədə daha sadə və xəlqidir.
Həm şeirlərində, həm də poemasında bugünkü türk dili üçün arxaik olan onlarla leksik
vahidlərə rast gəlmək olur. Qeyd edilməlidir ki, bu tipli arxaik vahidlərin bir qismi türk dilinin
müxtəlif şivə və ləhcələrində müasir dövrdə də işlənməkdədir.
Yunus Əmrənin “Divanı”nı təşkil edən sözlər a) əsl türk mənşəli və b) alınma sözlərdən
ibarətdir. İltisaqi dillərə xas olan üsulla – həm morfoloji, həm də sintaktik – yeni törəmə –
düzəltmə və ya mürəkkəb sözlər yaranmışdır. Ara-sıra kalka və məcaz yolu ilə yaranan sözlərə
də təsadüf etmək mümkündür. Yunus Əmrənin “Divan”ının dilindəki alınma sözlərin leksik-
semantik və fonomorfoloji xüsusiyyətləri göstərir ki, şairin yaşadığı dövrdə də ərəb dili elm,
fars dili poeziya dili missiyasını davam etdirdiyindən türkcə olan yazılı ədəbiyyat
nümunələrində ərəb-fars alınmaları aparıcı yer tuturdu. Bu mənada Yunus Əmrənin
yaradıcılığında da özünü göstərən klassik şeir üslubunda yazılan dini (sufi) əsərlərində ərəb-fars
mənşəli alınmalar çoxluq təşkil edir. Yunus Əmrə əsərlərinin dilində işlənən alınmaların tarixi-
müqayisəli təhlili göstərir ki, şairin xalq şeiri üslubunda yazdığı əsərlərində ərəb və fars
alınmaları onun əruz vəznində yazdığı klassik şeir üslubunda olan əsərləri (minacat, nət, qəzəl
və s.) ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır. Bununla yanaşı, şairin folklor üslubunda
olan əsərlərində işlənən ərəb-fars alınmaları fonetik cəhətdən əsaslı şəkildə türkcələşdirilmiş,
türkcənin fonetik qanunauyğunluqlarına, normalarına uyğunlaşdırılmışdır.
Yunus Əmrə çox gözəl dərk etmişdi ki, xalqın sadə dilində danışmasa, şeir deməsə öz ali
poetik məqsədinə çata bilməz.
Böyük sənətkarın ölümünün 650 illiyi UNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd
edilmişdir. 1991-ci ildə yenə UNESKO-nun qərarı ilə ümumdünya miqyasında “Yunus Əmrəyə
sevgi ili” kimi qeyd olunmuşdur.
Beləliklə, Yunus Əmrə Türkiyədə təkcə XIII-XIV əsrlər təsəvvüf ədəbiyyatının
banilərindən biri kimi deyil, həm də klassik türk ədəbi dilinin təməlini qoymuş böyük söz ustadı
kimi tədqiq edilib öyrənilməlidir. Yunus Əmrənin “Divan”ı ilk növbədə özünün parlaq dil-üslub
xüsusiyyətlərinə və leksikasına görə əsrlərin sınağından çıxmış, özünün bədii dəyərini ən
yüksək səviyyədə göstərmiş, müasir dövrümüzə qədər yaşaya bilmək hüququ qazanmışdır.
Ədəbiyyat
1. Azərbaycan Sovet Ensiklopediyası. On cilddə. IX c. Bakı, Azərbaycan Sovet
Ensiklopediyası Nəşriyyatı. 1986.
2. İslam Ansiklopedisi. İstanbul. Türkiye Diyanet Vakfı. Cilt 33. 2007, 592 s.
3. Türk Ansiklopedisi. Ankara. Milli Eğitim Basımevi. Cilt XXXIII, 512 s.
4. Rüfət Rüstəmov. “Aytən İbrahimova. Yunus Emrə “Divanı”nın linqvistik xüsusiyyətləri.
Elmi redaktor: prof. Rüfət Rüstəmov. Bakı, “Elm və təhsil”, 2011, 144 s.” kitabına “Ön söz”
(s.3-9). Bakı, “Elm və təhsil”, 2011, 144 s.
5. Abdulbaqi Gölpınarlı. Yunus Emre. Hayatı ve bütün şiirleri. İstanbul, 2018, 520 s.
6. Aytən İbrahimova. Yunus Emrə “Divanı”nın linqvistik xüsusiyyətləri. Elmi redaktor: prof.
Filologiya məsələləri, № 17, 2019
131
Rüfət Rüstəmov. Bakı, “Elm və təhsil”, 2011, 144 s.
G.Ismayilova
On the language-stylistic questions in the social-political conditions and cultural-literary
environment of yunus emre’s time
Summary
Yunus Emre, the outstanding Turkish poet was a brilliant representative Sufi-theosophical
literature in the middle Ages of the Muslim East. In the middle of the 13
th
century after bloody wars
among the tribes in the Anatolia Saljugs’ ruling came to the end and new powers appeared in the
political arena under Osman Bay’s leading. He was head of the more powerful tribes and they
organized strong Muslim state Ottoman. “Encyclopedia of Islam” informs that Ottoman family
(Ali-Osman) leant against Oghuz Khan’s generation who came out of Kayi stock. In 1302 Osman
Bay as a historic person defeated Bizans army and his state became most independent and
strongest bayhood (baylik). His son Orkhan Bay moved over Romeli territory for the first time and
pursued policy of getting of firmly establishing there. “Encyclopedia of Turkey” reads
that Yunus Emre is our famous poet about whom was discussed and studied most of all during the
last fifty years. He was discovered and studied anew. Yunus Emre was born about in 1240 and died
1320. Though the poet’s works were analyzed from various points of views his language, especially
poetic vocabulary is almost untouched. Sufi ideas were already characteristic for Turkish language
in Anatolia in the 13
th
and 14
th
centuries. During the Ottomant’s ruling culture, art and literature
increased and Osman Turkish language formed and developed. Yunus Emre lived and wrote namely
in that period of Ottoman history. That time poetry developed in two directions. Mainly in ordinary
folk language and stylistic-syllabic metre and in comparatively complicated classic meter aruz,
which required usage of Persian and Arabic words and word combinations. Yunus Emre realized
well that if he would not write in the simple folk language he could not gain his poetic goal. That’s
why Yunus Emre created his works in the simple folk language and promoted popular Sufi ideas of
that time. Though Yunus Emre’s works have been analysed a lot, nevertheless his language and
poetic vocabulary has not researched enough yet. Yunus Emre had a great influence on Muslim
poetry of the middle centuries. Some Azerbaijani sufi poets had also influence by him. Our
Azerbaijani poetry of the middle centuries increased under the strong sufi ideas. From that point of
view Yunus Emre’s works were brilliant pieces of sufi poetry. They must be researched completely,
especially from vocabulary aspect.
By the decision of UNESCO Yunus Emre’s 650
th
birthday was celebrated over the
world. UNESCO declared 1991 the year of “Love for Yunus Emre” as well.
Ключавые слова: Юнус Эмре, суфизм, лингвостилистические особенности, Бог,
божественная любовь.
Filologiya məsələləri, № 17, 2019
132
Г. Исмаилова
К языковым стилистическим вопросам в социально-политических условиях и культурно-
литературной среде времен юнус эмре
Резюме
Выдающийся турецкий поэт Юнус Эмре был ярким представителем суфийско-
мистической литературы средних веков Мусульманского Востока. В середине XIII века
после крушения владычества династии Сельджугов в Анатолии в 1299 г., на политическую
арену вышли новые силы под руководством Осман бека. Он являлся главой более сильных
племен, которые организовали могущественное Исламское государство Османидов.
«Исламская Энциклопедия» сообщает, что Оттоманская семья (Али-Осман) опиралась на
предка Огуз Хана, который вышел из племени Кайи . В 1302 году войско Осман Бека одер-
жал победувизантийской армией. Он был самым независимым и могущественным среди
туркменских беков. Его сын Орхан Бек впервые вступил на территорию Ру-
мели и проводил политику крепкого обоснования там. В «Турецкой Энциклопедии» говорится,
что Юнус Эмре является нашим знаменитым поэтом о ком речь шла и изучался больше всех за
последний пятьдесят лет. Во время правления Османидов развивались культура, литература,
искусство, образовался и сложился османский турецкий язык. Юнус Эмре жил и начал писать
именно в этот период Османской истории. Юнус Эмре примерно родился 1240 г. и умер 1320 г.
В это время поэзия развивалась в двух направлениях. Поэты писали на простом народном языке
и стиле – силлабической метрике и в сравнительно сложной классической метрике аруз,
который требовал использования персидских и арабских слов и словосо-
четаний. Юнус Эмре творил свои произведения на простом народном языке и пропагандировал
популярные суфийские идеи того времени. Несмотря на то, что творчество поэта
анализировалось со многих аспектов, тем не менее его язык, особенно его поэтическая
лексика осталось нетронутой. В XIII-XIV вв. в Малой Азии (Анатолии) суфийские идеи уже
были характерными для тюркского языка. Юнус Эмре хорошо понимал, что он не достигнет
своей поэтической цели если он не будет писать на простом народном языке. Поэтому он
творил свои произведения на простом народном языке. Творчество Юнус Эмре сильно
повлияло на всю суфийскую поэзию средних веков. Произведения Юнуса Эмре также были
популярны в азербайджанской поэтической среде. Ряд наших поэтов заим-ствовали суфий-
ские поэтические мысли или подражали образом Юнуса Эмре.
По решению ЮНЕСКО 650-летия со дня рождения Юнуса Эмре отмечалось во всем
мире. ЮНЕСКО также объявил 1991 г. «Годом любви к Юнусу Эмре» в мировом масштабе.
Key words: Yunus Emre, sufizm, language-stylistic features, God, divine love.
Məqalənin redaksiyaya daxil olma tarixi:04.08.2019
Çapa hazırlnma tarixi: :09.08.2019
Filologiya elmləri doktoru Sevinc Əliyeva tərəfindən çapa
tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
133
SVETLANA MƏMMƏDOVA
ADPU
filologiya üzrə fəlsəfə doktoru, dosenti
svetlana@mail.ru
İNGİLİS ATALAR SÖZLƏRİNİN VƏ MƏSƏLLƏRİNİN
AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİ PROBLEMLƏRİ
Xülasə
Tərcümə üçün başlıca cəhət bir dilin vasitələrinin köməyi ilə digər dilin məzmununun
adekvat ötürülməsidir. Deməli, tərcümə nəzəriyyəsində dil vahidlərinin müqayisəsi yalnız onla-
rın ifadə etdiyi birgəliyin əsasında, başqa sözlə, müqayisə olunan dillərin semantik və məna bir-
gəliyi əsasında aparıla bilər. Tərcümə nəzəriyyəsində müqayisə olunan vahidlərin dil xarakteri-
nə, yəni onların qrammatik, leksik və başqa vasitələrə ehtiyatlı yanaşma, onların semantik ox-
şarlığı, yəni ifadə olunan məzmununun vahidliyi vacib rol oynayır.
Bu meyar atalar sözləri və məsəllərin tərcüməsinə tam şamil edilməlidir, çünki bu, tərcü-
mənin elə həmin vahidləri və ya elementləridir. Lakin qəliz dil vahidləri şəklində onlar ilk növ-
bədə semantik cəhətdən mürəkkəb görünür, çünki atalar sözlərinin kompozitlərində bütün ifadə-
nin mənası əsasən ona daxil olan ayrı-ayrı komponentlərin mənasından qurulur.
Danışıq nitqində geniş istifadə olunan kəlamları atalar sözü adlandırırlar. Onlar, fikri na-
tamam ifadə edən məsəllərdən fərqli olaraq, həyatın müxtəlif təzahürlərini ümumiləşdirir və tip-
likləşdirir.
Məsəllərə gəldikdə isə, onları lakonik kəlam kimi qələmə verirlər: onlar qətidir, müəy-
yəndir, bir çox hallarda mənaca hiperbolikdir, onlar atalar sözlərindən qısalıqla, hökmün sona
çatmaması ilə fərqlənir və əvvəlcədən söylənilmiş fikirlərin təsdiqi üçün istifadə olunur.
İngilis dilinin atalar sözləri və məsəllərin tarixi ilə, yaranma yolları ilə başqa dillərin ata-
lar sözləri və məsəllərinin yaranma tarixi, yaranma yolları və mənbələri arasında oxşar cəhətlə-
rin olmasını inkar etmək olmaz. Atalar sözlərinin bəziləri xalq arasında yaransa da, xalqın adət-
ənənəsi, inamları ilə bağlı olsa da, bəziləri şeirlərdən, əsərlərdən, nağıl və əfsanələrdən, xalqın
öz tanxindən və s. götürülmüşdür.
Hər bir atalar sözündə xalqın bir nümayəndəsi yaşayır, əks olunur. Hər bir kəs özünə,
düşdüyü vəziyyətə uyğun atalar sözünə rast gələ bilər.
İngilis dilinin atalar sözləri və məsəllərini öyrənərkən biz bu xalqın adət- ənənəsi, inam-
ları, ictimai- siyasi həyatının, tarixinin bəzi xarakterik cəhətləri ilə bir daha tanış olduq, ingilis
xalqının həyat təcrübəsi, dünyaya baxışlarına bələd olduq.
Atalar sözləri və məsəllərin yaranması, yayılması və işlənməsi bu gün də davam
edir. Bir sıra alim, yazıçı və müdrik insanlara məxsus cümlələr, ifadələr indi də atalar söz-
lərinə çevrilərək xalq arasında işlənməkdədir. Atalar sözləri və məsəllər həmişə olduğu ki-
mi, indi də həqiqətə, düzlüyə, gözəlliyə, insanlığa xidmət edir, nəcib, xeyirxah fikirlər aşı-
layır, hamının bələdçisi olur.
Tarixən meydana gəlmiş atalar sözləri və məsəllər ekspressivlik, metaforiklik və
emosionallıq keyfiyyətlərini özündə birləşdirir. Belə keyfiyyətlər atalar sözləri və məsəllə-
rə yüksək obrazlılıq verir. Qeyd edək ki, müxtəlif sistemli dillərin atalar sözləri və məsəl-
lərinin kəmiyyət və keyfiyyət dəyişmələri üzərində aparılan müşahidələr bu prosesi hər
bir dil üçün qanunauyğun səviyyədə üzə çıxarmağa müəyyən şərait yaratmışdır. Bu şəra-
itdə atalar sözləri və məsəllərin tarixi təkamülü, inkişaf yolları izlənilmiş, onların sərhəd-
ləri dəyişdirilmişdir, məcazlaşma prosesi, tərəflər arasında sintaktik əlaqənin mütəhərrik-
liyi, donuqluğu və s. araşdırılaraq öyrənilmişdir.
Filologiya məsələləri, № 17, 2019
134
Açar sözlər: atalar sözləri, ingilis, tərcümə, üsul, xalq
Məlumdur ki, tərcümə – dillərin qarşılıqlı əlaqəsinin və qarşılıqlı zənginləşməsinin əsas
formalarından biridir. Bu baxımdan atalar sözləri və məsəllərin tərcüməsi, onların bir dildən o
birisinə transformasiyası olduqca böyük əhəmiyyətə malikdir, çünki hər bir dilin semantik po-
tensialının keyfiyyətcə yeniləşməsinə gətirib çıxarır.
Atalar sözləri və məsəllərin tərcüməsi məna dəqiqliyinə, bədiiliyə, ifadənin məcaziliyinə,
emosional ifadəsinə və ritmik təşkilatına aid olan daha sərt tələbləri irəli sürür. K.Sadıqovun
fikrincə, sosial-iqtisadi mətnlərin tərcüməçiləri atalar sözləri və məsəllərin tərcüməsində üç
prinsipə riayət edirlər: (4, s.62)
1) atalar sözləri və məsəllərin maddi mənasını, onların xarakterini və aforistik mahiyyə-
tini saxlayaraq dəqiq tərcümə olunması;
2) atalar sözləri və məsəllərin ilkin formasının ayrı-ayrı tərkib hissələrin dəyişdirilməsi
ilə çevrilməsi;
3) tərcümədə fərqli mənalı atalar sözləri və məsəllərin ötürülməsi.
İdiomlar, atalar sözləri və zərbi-məsəllərin tərcüməsi məsələsi M.Karatovun tədqiqatla-
rında bir qədər başqa cür şərh edilir. O, əsas əhəmiyyəti bədii əsərin bütöv mətninə verir və ora-
da istifadə edilmiş frazeologizmləri estetik bütövlüyün ayrılmaz hissəsi hesab edir. Onun fraze-
ologizmlərin ötürülməsi meyarları – hər bir sabit söz birləşməsinə tarixi yanaşmadır, ona görə
ki, onlar daşıyıcı millətin müəyyən zaman kəsiyində düşüncə tərzini əks etdirir və milli mentali-
teti səciyyələndirir. M.Karatovun fikrincə, onlar bədii-ekspressiv və milli xüsusiyyətlərə malik-
dir. Tərcümə prosesində yeni söz birləşməsinin yaradılmasına ehtiyac yoxdur. M.Karatov idio-
matik ifadələri neytral və milli xüsusiyyətli ifadələrə bölür. Onların birincisi heç bir maneəsiz
tərcümə olunanlardır; ikincilər isə ekvivalenti olanlardır. Onların mənasını başqa dilin ekviva-
lentləri ilə tərcümə etmək olar.
Belə ki, ingilis dilindən Azərbaycan dilinə atalar sözləri və zərbi-məsəllərin tərcüməsin-
də iki prinsipi qeyd etmək olar.
Birincisi – atalar sözlərinin və zərbi-məsəllərin onların tam formasına və məzmununa ri-
ayət edərək tərcümə olunması. İndiki vaxtda tərcümə təcrübəsində bu yolla bir çox ingilis-Azər-
baycan dilləri frazeoloji vahidlərin eyni mənalı nümunələri yaradılıb. Məs.: A thin world is bet-
ter than a good quarrel = Pis sülh yaxşı davadan yaxşıdır; Bitter truth is better than sweet lies =
Şirin yalandan acı həqiqət yaxşıdır.
İkincisi – ingilis atalar sözləri və zərbi-məsəllərin əvəzinə mənaca uyğunluq təşkil edən
Azərbaycan leksik-semantik törəmələrinin istifadə olunması. (2, s. 55)
Atalar sözləri və məsəllər bölünməyən vahidlər şəklində fəaliyyət göstərən xalq kəlamla-
rıdır. Deməli, onlara dil təzahürlərinin xüsusiyyətləri xasdır. Onlar fikrin müəyyən mənasını ifa-
də edən nitq vahidləri kimi, hər bir istənilən dilin onlara oxşar nitq vahidləri ilə adekvat əvəzlə-
nə bilər. Bu tərcümə prinsipi dilin və təfəkkürün qarşılıqlı əlaqəsi ilə üst-üstə düşür.
Bununla belə, atalar sözləri və məsəllərin tərcüməsi zamanı əlavə çətinliklər ortaya
çıxır, bu da onların mürəkkəb söz quruluşunun daxili strukturunun müxtəlifliyi ilə izah
olunur (fonetik, leksik, semantik, morfoloji və sintaktik xüsusiyyətlər). Bundan əlavə, ata-
lar sözləri və məsəllərə dair onların folklorun aforistik janrı kimi milli xüsusiyyətindən
danışmaq lazımdır, bu xüsusiyyət yalnız ötürülmədə, məişətin, realiyiların təfərrüatının
təsvirində deyil, ilk növbədə hər bir xalqa məxsus həqiqətə baxış, həyatın tarix boyu dərk
edilməsi, sosial və poetik ümumiləşdirmələrdən ibarətdir. Sözsüz, bir xalqın sosial-tarixi
milli mədəniyyəti dün-yanın digər xalqlarının milli mədəniyyəti ilə üst-üstə düşə bilər,
çünki hər yerdə folklorun yaradıcısı olan kütlə maddi rifahı yaradan sosial qüvvəni təşkil
edir və sosial-tarixi proqresdə həlledici rol oynayır. Lakin bütün millətlərə xas, başa düşü-
lən atalar sözləri və məsəllər bəşəriyyət tərəfindən sosial-tarixi, milli təzahürlərinin özünə-
Filologiya məsələləri, № 17, 2019
135
məxsus şəklində yaradılır və bu da folklorun aforistik janrlarının bir dildən digər dilə tər-
cüməsini çətinləşdirir.
Buradan da atalar sözlərinin və məsəllərin tərcüməsinin iki prinsipi ortaya çıxır: ori-
jinalın ifadəli sisteminin (hərfi tərcümə), orijinalın söz formulasının saxlanması, onların
söz formulasının dəyişməsi, ifadəli sistemin yeniləşməsi ilə (hərfi tərcümə).
Əslində isə, çətin söz vahidlərini həmişə dilin struktur vasitələri ilə tərcümə etmək la-
zım deyil, onları xalqın çoxəsrlik nitq yaradıcılığı ərzində çox gözəl, incə forma almış ifadə
ilə ötürmək olar. Bununla belə, tərcümə olunan dildə atalar sözləri və məsəllərin məzmun
və formaca və ya yalnız məzmunca münasib bir əvəzi olduqda, tərcüməçinin tərcümə ilə
yox, yalnız ekvivalentin və ya substitiv leksik vahidləri seçməklə məhdudlaşdırması düz-
gün deyil. Çünki belə «seçimin» özü də tərcümədir.
Atalar sözləri və məsəllər tərcümədə ən çox çətinlik törədən dil kateqoriyasıdır. Bu da
onunla bağlıdır ki, bütün dillərin frazeoloji lüğətləri, ikidilli frazeoloji lüğətlər hələ tam şəkildə
işlənib hazırlanmamış, ya da yox dərəcəsindədir. Atalar sözləri və məsəllərin tərcüməsi üçün
müxtəlif üsullardan istifadə olunur. İndiyədək ən çox sabitləşmiş üsullar aşağıdakılardır. (1, s.
41)
Ekvivalent (equivalent) üsulu. Bu yolla tərcümə zamanı məxəz dildəki frazeoloji vahidin
ifadə etdiyi məna və obrazlılıq hədəf dildə tam üst-üstə düşməlidir, məsələn: as cold as ice-buz
kimi soyuq; as hungry as a wolf- qurd kimi ac; as bright as day-gün kimi aydın; the day of do-
om (judgement)-məhşər günü; light minded-ağıldan yüngül, the voice of conscience-vicdanın
səsi; wait and see-gözlə və gör (nə olacaq). Demək lazımdır ki, müxtəlif dillərdə həm obrazlılıq,
həm də mənanın üst-üstə düşdüyü frazeoloji vahidlər o qədər də çox deyil.
Analoq (analogue) üsulu. Bu tərcümə üsulunun mahiyyəti ondan ibarətdir ki, məxəz və
hədəf dillərdə frazeoloji vahidlər mənaca, məzmunca bir-birinə uyğun olur, lakin obrazlılıq dəyi-
şir. Məsələn: a drop in the bucket-dəryada bir damla; birds offine feather flock together-su
axar, çüxuru tapar; Queen Anne is dead-sənin gətirdiyin xəbər köhnəlib; it is an ill wind that
blows nobody good-şər deməsən, xeyir gəlməz.
Təsviri (descriptive) üsul. Hədəf dildə müvafiq ekvivalenti və analoqu olmadığından bir
sıra frazeoloji vahidlər təsviri yolla tərcümə edilir, məsələn: to cross the floor of the house - bir
siyasi partiyadan digərinə keçmək, to accept the Chiltern Hundreds-parlament üzvü səlahiyyəti-
ni üzərindən götürmək, (Chiltern Hundreds-the job of representing a particular government
area in Buckinghamshire in Britain which no longer exists. Members of Parliament apply for
the Chiltern Hundreds when they want to stop working before the next general election), to fiddle
while Rome burns-ölkənin ağır günündə xırda-xuruş işlərlə məşğul olmaq.
Antonim (antonymic) tərcümə. Bu üsuldan istifadə zamanı məxəz dildəki inkar hə-
dəf dildə təsdiqlə verilir və əksinə, məsələn: don't count your chickens before they are hatc-
hed-cücəni payızda sayarlar; to go to the limit-həddini (ölçünü) bilməmək; misfortune never
comes alone-bədbəxtlik gələndə xaral ilə gələr; let sleeping dogs lie-yatmışları oyatma; one
can't make an omelette without breaking eggs-qay- qanaq bişirmək üçün yumurtanı qırmaq
lazımdır və s.
Kalka (calque) üsulu. Kalka üsülundan o zaman istifadə olunur ki, mütərcim məxəz
frazeoloji vahiddəki obrazlılığı saxlamağa çalışır, ya da digər tərcümə üsulları ilə onu ver-
mək mümkün deyil, məsələn: balın sahibi arıdır-the owner of the honey is the bee; an egg
today is better than a hen tomor- row-bugünkü yumurta sabahkı toyuqdan yaxşıdır-a bird in
the hand is worth two in the bush-soğan olsun, nəğd olsun; ağıl para ilə satılmaz-wisdom is
not sold for money və s.
Kombinə (combined) üsulu. Bu üsuldan o zaman istifadə olunur ki, hədəf dildəki
analoq məxəz dildəki frazeoloji vahidin mənasını tam verə bilmir, yaxud tamamilə fərqli
zaman və məkan koloriti yaranır. Belə halda əvvəl kalka tərcümə, sonra isə təsviri tərcü-
mə və müqayisə üçün hədəf dildəki analoq verilir, mosolon: to carry coal to Newcastle-
Filologiya məsələləri, № 17, 2019
136
Nyukasla kömür aparmaq, yəni kömürün bol olduğu yero kömür aparmaq. Müqayisə
üçün; Naxçıvana duz aparmaq; ехать в Тулу со своим самоваром; needs must when the de-
vil drives (he must needs whom the devil drives)-vəziyyət tələb edəndə məcbursan-npıtxoö-
umcH когда черт гопит-ас özünü qılınca çapar və s.
Atalar sözləri və məsəllərin tərcüməsi zamanı ayrı-ayrı hallarda kalka üsulunun
tam, yaxud qismən işlədilməsi mümkündür. Ancaq hərfi tərcümə yolverilməzdir, çünki
hərfi tərcümə frazeoloji vahidin mənasını təhrif edir, ya da məxəz dilin normalarına uy-
ğun olmur, məsələn: gözüm səndən su içmir tipli frazeoloji vahidləri necə tərcümə etmək
olar? Bizim fikrimizcə, onu müxtəlif kontekstlərdə müxtəlif cür tərcümə etmək olar. Belə
bir müqayisə aparaq: arıq bir uşağa ağır bir yükü daşımaq tapşırılır. Həmin prosesdə işti-
rak edənlərdən biri uşağın çəlimsizliyini görüb deyir: Bundan gözüm su içmir, bacarmaz-I
am afraid that he cannot do it. Yaxud kimsə danışır, qarşı tərəf ona inanmır, belə hesab edir
ki, deyilənlər yalandır. Mütərcim yazır: I am not sure that he is telling the truth.
Bu göstərilən üsullar atalar sözləri və məsəllərin tərcümə metodlarını heç də tamamilə
əhatə etmir. Onların tərcüməsində kontekstin rolu böyükdür, kontekst okkazional (təsadüfı)- si-
tuativ ekvivalent üçün şərait yaradır. Bu o deməkdir ki, eyni frazeoloji vahid bir kontekstdə bir
cür, digərində isə ayrı cür tərcümə olunur. Məsələn, There is no use crying over the spilt milk
(hərfən: süd dağılandan sonra onun üçün ağlamağın xeyri yoxdur) frazeoloji vahid ölünü dirilt-
mək olmaz, iş-işdən keçəndən sonra heyfsilənməyə dəyməz kimi tərcümə oluna bilər. J.Qolsuor-
sinin The Forsyte Saga (The Man of Property) əsərində belə bir epizod var: Soums evə qayıdır,
arvadı İreni evdə tapmır, ancaq xəbəri var ki, arvadının sevgilisi memar Bosni qəza nəticəsində
həlak olub. Soums parka gedir, görür ki, arvadı kədərli halda skamyada oturub, ona müraciətlə
deyir: The milk is spilt, let*s go home. Belə situasiyada şübhəsiz ki, mütərcim öləni diriltmək ol-
maz, olacağa çarə yoxdur və sair kimi variantlardan birini seçə bilər.
Atalar sözləri və məsəllərin tərcüməsi problemlərinə dair tədqiqatlar azdır.
A.V.Fyodorov atalar sözləri və məsəllərin ötürülməsi problemlərini spesifik realiyalar ifa-
də edən sözlərin tərcüməsinin məlum oxşarlığından bəhs edərək sözügedən tərcümənin üç
yolunu araşdırır: (3, s.85)
Onlardan birincisi – atalar sözləri və ya məsəllərinin dəqiq tərcüməsidir. Bu tərcü-
mə frazeologizmlərin tərkib hissəsi olan sözlərin real mənasını ötürür və bununla belə,
onun müəyyən vahid formulası kimi ümumi mənasını və xüsusiyyətini saxlayır.
İkinci yol, əslin (orijinalın) söz formulasının tərkib hissələrinin real mənasının də-
yişməsini göstərən və tərcümə olunan dildə mövcud olan atalar sözləri və məsəllərlə məna-
sının üst-üstə düşməsinə imkan verməyən, lakin bu kateqoriyada olan leksik vahidlərlə
oxşarlıq hissi yaradan bir növdür.
Üçüncü yol – atalar sözləri və məsəllər kimi kəlamların digər dildə ötürülməsi yolu-
dur. A.V.Fyodorov bu yolu tərcümə olunan dildə doğrudan da mövcud olan atalar sözləri,
məsəllər vasitəsi ilə tərcüməsi kimi baxır.
İngiliscə: Can the leopard change his spots?
Azərbaycanca: qozbeli qəbir düzəldər.
Beləliklə, real, mənaca yaxın və ya uyğunlaşdırılan tərcümə (atalar sözləri, məsəllə-
rin və s. birinci və ikinci ötürülmə yolu) inandırıcı nəticə verməyən hallarda, artıq möv-
cud olan kəlamları istifadə etmək lazım olur.
Atalar sözləri və məsəllərin tərcüməsinə toxunarkən, C.A.Əzimov deyir ki, burada
bütün tərcümə təcrübəsinə dair ümumi qaydaların ortaya çıxarılması barədə söhbət də
ola bilməz və bu məsələ kontekstin tələblərinə uyğun həll olunur. Ümumi prinsip yalnız
ondan ibarət ola bilər ki, çalışıb mənalı vasitələrin tam gücünü və ifadəliyini saxlamaq,
onlar üçün doğma dildə eyni səviyyəli ifadələr axtarıb tapmaq.
1) tərcümə olunan dilin nitq formullarına tam uyğun (yəni onunla həm məzmunca,
həm də formaca uyğun olan);
Filologiya məsələləri, № 17, 2019
137
2) onun dil formullarına qismən müvafiq olan (yəni onunla formaca deyil, yalnız
məzmunca uyğun olan);
3) bu dildə nə tam, nə də ki qismən müvafiq olan və buna görə onda tərcümədə
analoji nitq formullarının yaranmasını tələb edir. (6, s.94)
Atalar sözləri və məsəllərin tərcüməsi növlərinin bu cür təsnifatı, hal-hazırda afo-
ristik folklorun nümunələrinin tərcüməsi məsələlərinə toxunan digər tədqiqatçı Z.E.Roqa-
novanın xüsusi işində göstərilmiş mövqeyə uyğun gəlir.
C.A.Əzimov kimi Z.E.Roqanova (öz dissertasiyasının avtoreferatında) deyir ki, bi-
rinci qrup atalar sözləri və məsəllərin tərcüməsi zamanı tərcüməçi çətinliklərlə üzləşir
(əgər nəzərə almasaq ki, o, müvafiq atalar sözü və ya məsəli tanımalı və tərcümə olunan
dilin nitq resurslarında onun analoqunun mövcudluğunu bilməlidi). İkinci qrup atalar
sözləri və məsəllər ötürülərkən onlara mənaca analoji olanlar seçilir. Lakin, üçüncü qrup
(hazır uyğunluğu olmayan) rast gəlinəndə tərcüməyə müraciət etməliyik.
Deməli, tərcümə təcrübəsində biz atalar sözlərinin və məsəllərin ötürülməsinin iki
müxtəlif tendensiyası ilə üzləşirik: ya onlar analoqlara əvəz olunur (tam və ya qismən), və
ya hərfi tərcümə olunur. Z.E.Roqovanın mühakimələrindən məhz bu aydın olur. O qeyd
edir ki, birinci üsula üstünlük vermək lazımdır və yalnız atalar sözünün bu cür tərcüməsi
mümkün deyilsə, onun tərcüməsinə müraciət etmək lazımdır. Bu prinsipləri müəllif həm
də məsəllərin tərcüməsinə aid edir.
Ədəbiyyat:
1. Bayramov Q.H İngilis dilindən Azərbaycan dilinə nəsr tərcümənin sintaktik-üslubi məsələlə-
ri. Namizədlik dis. Bakı, 1972
2. S.Rzayeva. Atalar sözləri və məsəllərin tərcümə prinsipləri. “Müəllim” nəşriyyatı. Bakı,
2014
3. А. В. Кунин «Фразеология современного английского языка». Издательство
Международные Отношения Москва 1972.
4. Драменко Д.А. Проблемы перевода пословиц и поговорок с английского на русский
язык // Научное сообщество студентов XXI столетия. ГУМАНИТАРНЫЕ НАУКИ: сб. ст.
по мат. X междунар. студ. науч.-практ. конф. № 10.
5. Литвинов П.П. 3500 английских фразеологизмов и устойчивых словосочетаний.
М.: АСТ Астрель, 2007.
6. Стефанович Т.А. «Английский язык в пословицах и поговорках» // Москва, «Инфра-
М» - 2014.
С.Мамедова
Проблемы перевода английских пословиц и притч на азербайджанский язык
Резюме
Ключом к переводу является адекватная передача контента другого языка с
помощью одного языкового инструмента. Следовательно, сравнение языковых единиц в
теории перевода может быть сделано только на основе последовательности, которую они
выражают, другими словами, на семантической и значимой комбинации сравниваемых
языков. В теории перевода важную роль играет осторожный подход сопоставимых
единиц, то есть их грамматическое, лексическое и другие средства, их семантическое
сходство, то есть единство выраженного содержания.
Filologiya məsələləri, № 17, 2019
138
Эти критерии должны быть в полной мере применимы к переводу пословиц и
притч, поскольку они представляют собой одинаковые единицы или элементы перевода.
Однако в форме сложных языковых единиц они в основном семантически сложны,
поскольку в композициях пословиц значение всего выражения в значительной степени
вытекает из значения отдельных компонентов внутри него.
Слова, обычно используемые в речи, называются отцами. В отличие от неполных
иллюстраций, они суммируют и характеризуют различные проявления жизни.
Что касается притч, они написаны как лаконичные слова: они являются
окончательными, ясными и во многих случаях буквально гиперболическими, отличаются
от слов пословиц короткими, неполными предложениями и используются для проверки
предвзятых идей.
Нельзя отрицать сходства между историей английского языка и пословицами и
притчами, происхождением, происхождением и источниками притч и притч других
языков. Хотя некоторые из пословиц связаны с людьми, они связаны с традициями и
убеждениями людей, некоторые из них - из стихотворений, произведений, сказок и
легенд, их собственных традиций и так далее.
В каждой пословице живет представитель народа. Любой может придумать
пословицу, которая подходит ему и его ситуации.
Изучая английские пословицы и притчи, мы познакомились с обычаями,
традициями, верованиями, общественно-политической жизнью и историей этой нации, а
также с опытом английского народа.
Генерация, распространение и обработка пословиц и притч продолжается сегодня.
Ряд ученых, писателей и мудрецов использовали предложения и фразы, которые до сих
пор используются людьми для создания пословиц. Как всегда, слова и пословицы Отца
служат истине, правде, красоте, человечности, благородным и доброжелательным
мыслям и руководству всех.
Исторические пословицы и притчи сочетают в себе выразительные,
метафорические и эмоциональные качества. Такие качества дают яркую картину
пословиц и притч. Обратите внимание, что наблюдения за количественными и
качественными вариациями пословиц и притч разных систематических языков дали
определенные условия для раскрытия этого процесса на уровне легитимности для
каждого языка. В этом контексте историческая эволюция пословиц и притч, следы
развития, их границы были изменены, процесс посредничества, мудрость синтаксических
отношений между сторонами, мудрость и так далее. исследованы и изучены.
Ключевые слова: пословицы, английский, перевод, метод, народный
S.Mamedova
Problems of translating English proverbs and parables into Azerbaijani
Summary
The key to translation is the adequate transfer of the content of another language
using one language tool. Therefore, a comparison of linguistic units in the theory of translation
can only be done on the basis of the sequence that they express, in other words, on the semantic
and meaningful combination of the languages being compared. In the theory of translation, an
important role is played by the cautious approach of comparable units, that is, their grammati-
cal, lexical and other means, their semantic similarity, that is, the unity of expressed content.
Filologiya məsələləri, № 17, 2019
139
These criteria should be fully applicable to the translation of proverbs and parables, since
they represent the same units or elements of the translation. However, in the form of complex
linguistic units, they are mainly semantically complex, since in the compositions of proverbs
the meaning of the entire expression largely follows from the meaning of the individual compo-
nents within it.
Words commonly used in speech are called fathers. Unlike incomplete illustrations, they
summarize and characterize various manifestations of life.
As for parables, they are written as concise words: they are final, clear and in many cases
literally hyperbolic, differ from proverbial words in short, incomplete sentences and are used to
test preconceived ideas.
The similarities between the history of the English language and proverbs and parables,
the origin, origin and sources of parables and parables of other languages cannot be denied. Alt-
hough some of the proverbs are related to people, they are related to the traditions and beliefs of
people, some of them are from poems, works, tales and legends, their own traditions and so on.
In every proverb, a representative of the people lives. Anyone can come up with a pro-
verb that suits him and his situation.
Studying English proverbs and parables, we got acquainted with the customs, traditions,
beliefs, socio-political life and history of this nation, as well as with the experience of the Eng-
lish people.
The generation, distribution, and processing of proverbs and parables continues today. A
number of scholars, writers, and sages have used sentences and phrases that people still use to
create proverbs. As always, the words and proverbs of the Father serve the truth, truth, beauty,
humanity, noble and benevolent thoughts and leadership of all.
Historical proverbs and parables combine expressive, metaphorical and emotional quali-
ties. Such qualities give a vivid picture of proverbs and parables. Please note that observations
of quantitative and qualitative variations of proverbs and parables of different systematic langu-
ages gave certain conditions for the disclosure of this process at the level of legitimacy for each
language. In this context, the historical evolution of proverbs and parables, traces of develop-
ment, their boundaries have been changed, the process of mediation, the wisdom of syntactic re-
lations between the parties, wisdom and so on. researched and studied.
Keywords: proverbs, English, translation, method, folk
Məqalənin redaksiyaya daxil olma tarixi:04.08.2019
Çapa hazırlnma tarixi: :09.08.2019
Filologiya elmləri doktoru, professor Nadir Məmmədli tərəfindən çapa
tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
140
Dr.ƏHMƏD SAMI ELAYDI
Eyn-Şəms Universiteti, Qahirə, Misir
AZƏRBAYCAN BƏDİİ NƏSRDƏ TARİXİ MÜHİT VƏ QƏHRƏMAN
PROBLEMİ
(İsmayıl Şıxlının "Dəli Kür" romanı əsasında)
Xülasə
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsmayıl Şıxlı-
nın yaradıcılıq yolunun öyrənilməsi istər milli nəsrin mövzu-ideya problemlərinin, istərsə də bə-
dii-estetik aspektlərinin dəyərləndirilməsi baxımından aktuallıq kəsb edir. Yazıçının müxtəlif
dövrlərdə qələmə aldığı "Ayrılan yollar", "Dəli Kür", "Ölən dünyam" romanları, canlı müşahi-
dədən qaynaqlanan hekayələri bu qənaətə gəlməyə əsas verir.
İsmayıl Şıxlının yaradıcılığının zirvəsini təşkil edən "Dəli Kür" romanı baxımından zən-
gin material verir. Roman haqqında müxtəlif səpkili araşdırmalar aparılmasına, sərin ayrı-ayrı
məqamları təhlil obyektinə çevrilsə də, bu araşdırmalarda daha çox milli-mənəvi yaddaş proble-
minə diqqət yetirilmişdir. Oxucuya təqdim olunan məqalədə tarixi mühit və qəhrəman problemi
ilk dəfə olaraq sistemli şəkildə təhlil obeytinə çevrilmişdir.
Romanda tarixiliklə müasirlik, bədiiliklə sənədlilik biri-birini əvəz etməkdə və tamamla-
maqdadır. Əsərdə təsvir olunan hadisə və əhvalatlar, epizod və ştrixlər Azərbaycan xalqının
ədət-ənənələri və etnoqrafiyası ilə sıx bağlıdır.
İsmayıl Şıxlının “Dəli Kür” romanı zaman-zaman ədəbi tənqid və ədəbiyyatşünaslıq tə-
rəfindən araşdırma obyektinə çevriləcək, əsərin fərqli aspektləri dövrün estetik prinsipləri işı-
ğında dəyərləndiriləcəkdir.
Açar sözlər: Azərbaycan ədəbiyyatı, İsmayıl Şıxlı, “Dəli Kür”, tarixi roman, bədii obraz.
Giriş
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsmayıl Şıxlı-
nın yaradıcılıq yolunun öyrənilməsi istər milli nəsrin mövzu-ideya problemlərinin, istərsə də bə-
dii-estetik aspektlərinin dəyərləndirilməsi baxımından ciddi aktuallıq kəsb edir. Yazıçının müx-
təlif dövrlərdə qələmə aldığı "Ayrılan yollar", "Dəli Kür", "Ölən dünyam" romanları, canlı mü-
şahidədən qaynaqlanan müxtəlif məzmunlu hekayələri, cəmiyyət həyatının çeşidli problemlərini
əks etdirən publisistik yazıları bu qənaətə gəlməyə əsas verir. Müəllifin yaradıcılığı üçün səciy-
yəvi olan yüksək vətəndaşlıq amalı onun ədəbi mövqeyini şərtləndirməkdədir.
İndiyədək İsmayıl Şıxlının yaradıcılığı haqqında müxtəlif səpkili araşdırmalar aparılmış,
ayrı-ayrı əsərləri müxtəlif yönlərdən təhlil obyektinə çevrilmişdir. Bu araşdırmalarda yazıçının
yaradıcılıq irsi daha çox milli-mənəvi yaddaş işığında səciyyələndirilmişdir. Bu da təsadüfi de-
yildir. Çünki Azərbaycan yazıçıları içərisində milli-mənəvi dəyərlərə sayğı İsmayil Şıxlının ya-
radıcılığında bütün qabarıqlığı ilə ifadəsini tapmışdır.
Azərbaycan ədəbiyyatşünaslığında İsmayıl Şıxlının "Dəli Kür" romanını XX yüzilin
məşhur rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun “Sakit Don” epopeyası ilə mü-
qayisə edirlər. Müqayisə kontekstində Qriqori Melexovla “Sakit Don” Cahandar ağanın “Dəli
Kür” qarşılaşdırılması da diqqəti çəkir. Bu əsərlər arasında digər oxşar məqam romanın adı ilə
bağlıdır. Çağdaş ədəbi-estetik fikirdə bu müstəvidə tədqiqatlar aparılsa da, ciddi nəticələrə va-
rılmamışdır. Bu iki roman arasında hadisə və əhvalatların təsvirində, xalq həyatının canlandırıl-
Filologiya məsələləri, № 17, 2019
141
masında da bənzərliklər vardır. “M.Şoloxovun “Sakit Don” romanında olduğu kimi, “Dəli
Kür”də də əks etdirilən məsələlər epoxal səciyyə daşıyır. Bu əsərdə xalq taleyinin bədii inika-
sı və xalq xarakterinin canlandırılmasında milliliklə sinfiliyin əlaqə və tənasübü məsələsinə bə-
dii-estetik baxışın təzəliyi diqqəti cəlb edir” (2, s. 35).
“Dəli Kür” romanının tarixi mühit və qəhrəman problemi müstəvisində təhlili əsərdə
qaldırılan çeşidli məsələlərin aşkarlanması nöqteyi-nəzərindən də maraq doğurur.
Tarixi romanın janr tipləri
Azərbaycan ədəbiyyatşünaslığında roman janrı ilə bağlı müxtəlif fikir və mülahizələrin
olması diqqəti çəkir. Bu mülahizələr bir tərəfdən romanın mənşəyi, təşəkkülü ilə bağlıdırsa, di-
gər tərəfdən janrın poetikasından qaynaqlanır. Bəllidir ki, tədqiqatçıların bir qismi roman janrını
Nizami Gəncəvinin mənzum şəkildə yazdığı əsərlərlə bağlayırlar. Onların qənaətincə, Nizami
Gəncəvinin “Xəmsə”yə daxil olan poemaları mənzum roman janrının ilk nümunələri kimi də-
yərləndirilməlidir. Bir çox digər tədqiqatçılar isə bu janrın tarixini XIX əsrin ikinci yarısında və
XX yüzilin əvvəllərində yaranmış örnəklərlə başlamağı məqsədəuyğun hesab edirlər.
Onu da qeyd edək ki, Nizami Gəncəvinin “Xəmsə”yə daxil olan əsərləri tarixi mövzuda
qələmə alınmışdır. Bu mənada həmin əsərləri tarixi roman janrının ilk nümunələri kimi qəbul
etmək mümkündür. Qərb poetik dəyərləri səpkisində tarixi roman janrı isə nisbətən sonralardan
yaranmış və inkişaf etmişdir. Azərbaycan ədəbiyyatında tarixi roman janrının inkişafında Məm-
məd Səid Ordubadi, Yusif Vəzir Çəmənzəminli, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, İsa
Muğanna, Əzizə Cəfərzadə, Çingiz Hüseynov, Fərman Kərimzadə, Əlisa Nicat və başqa yazıçı-
lar mühüm rol oynamışlar. Adı çəkilən yazıçıların əsərlərində yaxın və uzaq tarixin görkəmli
şəxsiyyətlərinin həyat və mübarizə yoluna işıq tutulmuş, keçmişin canlı mənzərəsinin yaradıl-
masına çalışılmışdır. Bu əsərlərin timsalında tarixi roman yeni poetik xüsusiyyətlər və janr ça-
larlari ilə zənginləşmişdir. Belə ki, Azərbaycan ədəbiyyatında ənənəvi tarixi romanlarla yanaşı,
tarixi-fəlsəfi, tarixi fantaziya, tarixi-etnoqrafik və başqa janr tipləri yaranıb inkişaf etmişdir.
Azərbaycan ədəbiyyatında olduğu kimi, ərəb ədəbiyyatında da tarixi mövzuda xeyli say-
da əsərlər yazılmışdır. Bu əsərlərin bir qismini tarixi roman janrında yaranmış nümunələr təşkil
edir. Maraqlıdır ki, ərəb nəsrində bədii sənətkarlıq keyfiyyəti ilə seçilən bu tipli əsərlər əsasən
realist üslubda qələmə alınmışdır (9, s. 54). Azərbaycan ədəbiyyatında yaranan roman isə həm
realist, həm də romantik üslubun özəlliklərini daşımaqdadır.
İsmayil Şıxlının "Dəli Kür" romanını tarixi mövzuda yazılmış əvvəlki əsərlərdən fərq-
ləndirən cəhətlərdən biri də onun janr xüsusiyyətləri ilə bağlıdır. Burada keçmişə müraciət
konkret tarixi şəxsiyyətin timsalında deyil, təsvir olunan mühitin tarixi müstəvidə canlandırıl-
ması ilə şərtlənir. Bəlkə bu səbəbdəndir ki, bir çox tədqiqatçılar "Dəli Kür"ün tarixi roman kimi
dəyərləndirilməsini doğru hesab etmirlər.
"Dəli Kür" romanının yalnız İsmayıl Şıxlının zəngin və çoxcəhətli yaradıcılığında deyil,
bütövlükdə Azərbaycan nəsri tarixində müstəsna yeri vardır. Romanın yarandığı gündən yalnız
ədəbi tənqidin deyil, həmçinin geniş oxucu kütlələrinin diqqət və marağını çəkməsi bir çox cə-
hətlərlə bağlıdır.
Filologiya elmləri doktoru, professor Himalay Ənvəroğlu yazır ki, "Dəli Kür"ün timsa-
lında ilk dəfə olaraq qüvvətli şəxsiyyətin bütün kölgəli və işıqlı tərəflərini özündə birləşdirən
milli xarakter tipi yaradıldı. "Dəli Kür" XIX əsr Azərbaycan cəmiyyətinin içərilərini, xalqın mə-
nəvi-psixoloji böhran həddini əks etdirən roman kimi həm də janrda yeni tipoloji başlanğıcın
əsasını qoydu (1, 165).
Şübhəsiz ki, bu mülahizələrlə razılaşmamaq mümkün deyildir, çünki müəllif romanın
milli ədəbiyyat tarixindəki yerini sərrast səciyyələndirmişdir.
Filologiya məsələləri, № 17, 2019
142
Romanda tarixi mühitin bədii məzərəsi
Yuxarıda bəhs edildiyi kimi, İsmayıl Şıxlının "Dəli Kür" romanı yarandığı gündən ədəbi
tənqidin diqqət mərkəzində olmuşdur. Romana bu şəkildə maraq göstərilməsinin bir çox səbəb-
ləri vardır. Şübhəsiz ki, bu səbəblər sırasında mövzu, ideya-problem, qəhrəman və s. məsələlə-
rin olduğu düşünülə bilər. İndiyədək roman bəhs olunan məsələlər kontekstində bu və digər şə-
kildə təhlil obyektinə çevrilmişdir. Məqalə müəlliflərinin hər biri romanı fərqli baxış bucağın-
dan səciyyələndirmiş, onun janr xüsusiyyətlərini həmin problemlər işığında şərh etməyə çalış-
mışlar. Romanın bu müstəvidə dəyərləndirilməsi həmçinin Azərbaycan ədəbiyyatşünaslığınd
yeni yanaşma tərzi ilə seçilən təhlil üsulu da gətirmişdir.
Bəs "Dəli Kür" romanının ədəbi tənqiddə maraq doğurmasının, qısa bir dönəm ərzində
müzakirə və mübahisələrə çevrilməsinin səbəbi nəydi? Biz məqalədə bu suallara cavab vermək
niyyətində deyilik. Çünki həmin məsələlərin təhlil edilməsi tədqiqatımızın obyektinə daxil de-
yildir. Burada konkret olaraq tarixi mühit problemi diqqət mərkəzinə çəkilməklə romanın də-
yərləndirilməsinə çalışılacaqdır.
İsmayıl Şıxlının "Dəli Kür" romanı məlum olduğu kimi, tarixi mövzuda qələmə alınmış-
dır. Əsərdə cərəyan edən hadisələr XIX əsrin sonu, XX əsrin əvvəllərində baş verməkdədir. Gö-
ründüyü kimi, yazıçı romanın mövzusunu yaxın tarixi keçmişdən almışdır. Təsvir olunan hadi-
sələrin baş verdiyi məkan əsas etibarilə yazıçının doğulub boya-başa çatdığı əraziləri əhatə edir.
“Kür sahilindəki Şıxlı kəndində baş verən hadisələr haqqında eşitdiklərim və gördüklərim uşaq-
lıqdan məni həyəcanlandırırdı. Hələ tələbəlik illərində bir hekayə də yazmışdım. İnstitut qəze-
tində dərc olunmuşdu. Adı da “Dəli Kür” idi. Romanın yazılmasına məni cəlb edən cəhətlərdən
biri də - Qori Seminariyasının mədəniyyət tariximizdəki yeri olmuşdur. Yaxşı bilirik ki, bu se-
minariyanı kimlər bitirib!” (6, 318-319).
Tarix uzaq olmadığından yazıçının qələmə aldığı hadisələrin canlı şahidləri ilə görüşdü-
yü sirr deyildir. Əlbəttə, yazıçı müəllif arxiv sənədlərindən, elmi mənbələrdən, tarixi qaynaqlar-
dan da istifadə etmişdir. Çünki tarixi mövzuda roman yazan müəllifin fərqli mənbələrdən istifa-
də etməsi, məqsədə müvafiq şəkildə bəhrələnməsi təbiidir. Lakin romanda müəllifin ən çox
dövrün canlı şahidlərinin müşahidələrinə söykəndiyi aşkar şəkildə duyulmaqdadır. Bunu istər
ayrı-ayrı hadisə və epizodların təsvirində, istərsə də obraz və xarakterlərin daxili-mənəvi dünya-
sının aşkarlanmasında duymaq mümkündür. Bu tipli təsirlənmələr romanın dil və üslubuna isti-
lik, mülayimlik gətirmiş, hadisələ və əhvalatların inandırıcılığı təmin etmiş, obraz və qəhrəman-
ların təbiiliyini, canlılığını şərtləndirmişdir.
“Dəli kür” romanında təsvir olunan tarixi mühit çar Rusiyasının imperialist siyasəti ilə
bağlı şəkildə canlandırılır. Belə ki, XIX əsrin əvvəllərində Rusiya imperiyası tərəfindən işğal
olunan Azərbaycan yadellilərə qarşı ciddi müqavimət göstərsə də, zaman keçdikcə işğalçıların
bölgədə güclənməsi milli müqavimət hərəkatını zəiflətmişdir. İlk dövrlərdə çar Rusiyasına qarşı
geniş cəbhə açan qaçaqçılıq hərəkatı tədricən zəifləmiş, mövqelərini möhkəmlədən çar çinov-
nikləri yerli əlaltılarını formalaşdırmışdır. Romanda bu imperializmin yaratdığı qarşıdurma və
ziddiyyətlər real şəkildə təsvirini tapmışdır.
“Əvvəllər bu tərəflərə hökumət adamlarından ayda-ildə bir dəfə hərlənən olmazdı. Am-
ma indi bir şey olan kimi atlı kazaklar tökülüb gəlir. Belə getsə onlar buraları su yoluna çevirə-
cək, kəndi ayaq altına qoyacaq və hər işə qarışacaqlar. Bir az da keçəndən sonra lap kişiliyimizi
də əlimizdən alacaqlar. Pristav həftədə bir gəlib bizi yığacaq, qabağına qoyub uşaq kimi danla-
yacaq, biz də mal təkin gözümüzü döyə-döyə baxacağıq. Yox, bu, kişilikdən deyil” (7, s. 240).
Daha sonra müəllif yarana biləcək təhlükələrlə bağlı düşüncələrini davam etdirərək ya-
zır:
“Bəs nə etməli? Pristav demişkən, hökumətlə hökumətlik eləmək də baş tutan iş deyil.
Deyəsən, zəmanə dəyişir. Deyəsən, divan-dərədən qaçanlar yox, onunla yaxın olanlar, ona arxa-
lananlar qazanacaqlar. Bu dəfə birtəhər qurtardıq. Pristava söz verdik ki, bir də elə şeylər olmaz.
Filologiya məsələləri, № 17, 2019
143
Uşaqlar bilməyiblər, yoxsa kazaklara toxunmazdılar. O da boynumuza, minnət qoydu, "bu dəfə
bağışlayıram", - dedi. Demək, bundan sonra gərək onların dediyi ilə oturub-duraq, onlara boyun
əyək. Görüm səni qara gələsən, ay zəmanə!”(7, 240-241).
“Dəli kür” romanında tarixi mühitin təsviri fonunda diqqəti çəkən ən mühüm məqamlar-
dan (və əsərin başlıca özəlliklərindən) biri Azərbaycan xalqını ədat-ənənələrinin, unudulmaqda
olan dəyərlərinin canlandırılmasıdır. Müəllif süjet hörüyünü oluşduran hadisə və əhvalatlar bo-
yunca yeri gəldikcə bu kimi məqamlara xüsusi yer verir. Onu da qeyd edək ki, bəzən bir ştrix
kimi verilən o təsvirlər əsərin milli mündəricəsini şərtləndirir, ona xəlqilik ruhu aşılayır.
“Hər şey aydın idi. Atın yalını, quyruğunu qırxmışdılar. Onlar bir daha sataşmışdılar,
onu təhqir etmişdilər, onun qüruruna toxunmuşdular. Kişinin namusu üç şeydir: at, arvad, bir də
papaq. Bunlara toxunmaq, onun namusunu ayaq altına atıb tapdalamaq demək idi. Onu diri göz-
lü qəbrə soxmaq, sinəsinə çal-çarpaz dağ çəkmək idi. İndi o buna necə dözəcəkdi? Maral vurul-
du, birtəhər susdu. Qızı Salatını götürüb qaçmaq istədilər, indi də bu. Bu atı ortaya çıxarmaq
olardımı? Onun yalının, quyruğunun qırxıldığını bir adama demək olardımı? Camaat bunu bil-
sə, Cahandar ağa sussa, onu ələ salmazdılarmı? O, başına papaq qoyub mərəkəyə çıxa bilərdi-
mi?”(7, 306).
Yuxarıda bəhs olunduğu kimi, İsmayıl Şıxlının "Dəli Kür" romanının mübahisə doğuran
ən mühüm aspektlərindən biri janr tipi ilə bağlıdır. Belə ki, əsər tarixi mövzuda yazılsa da, jan-
rın ənənəvi örnəklərindən xeyri dərəcədə seçilir. Bu fərqlilik əsərin janr tipinin ayrıca çözümü-
nü tələb edir.
Bəlli olduğu kimi, tarixi romanların poetikası baxımından yanaşılarsa, "Dəli Kür" roma-
nında bəzi özünəməxsus çalarları görmək mümkündür. Yazıçı romanda tanınmış tarixi şəxsiy-
yətlərin bədii obrazını yaratmaq məramı izləməmişdir. O bilərəkdən təsvir etdiyi dövrün hadisə
və problemlərini bilinən bir tarixi şəxsiyyətin simasında ümumiləşdirmək istəməmişdir. Əksinə,
dövrün mürəkkəbliyini ön plana çəkmək üçün romanı tarixi mühit fonunda işləmişdir. Bu sə-
bəbdən romanda epizodik planda işlənmiş tarixi şəxsiyyətlər olsa da, o tarixi mühitin qabarıq
təsvir olunduğu, hadisə və əhvalatların ön plana çəkildiyi bir əsər kimi səciyyələnir. Başqa söz-
lə, burada tarixi qəhrəmanlar deyil, tarixi mühitin mənzərəsi ön plana çəkilir.
“Dəli kür” romanında yaradılan obrazların böyük əksəriyyəti tarixi şəxsiyyət olmasa da,
tarixi mühitin bütün canlılığı və koloriti təqdimində aparıcı yol oynayırlar. Başqa sözlə, yazıçı
əsas və epizodik obrazların timsalında təsvir etdiyi dövrü inandırıcı detallarla canlandırmışdır.
Ədəbi-tənqidi araşdırmalarda bu məqamla bağlı mülahizələrin olması diqqəti çəkməkdədir.
"Əsərin pafosu, ruhu yeniliyin köhnəlik, mааrifin cəhalət, həyat və mübarizə eşqinin ita-
ətkarlıq və mütilik üzərində qələbəsini təşkil edir. Cаhаndаrаğаlаr, mоllаsаdıqlаr mühitinə yеni
hаvа gətirən Əşrəf, Əhməd, Firidun kimi gənclərin fəaliyyəti bir az sonra başlasa da, inanırsan
ki, оnlаrın tam mənəvi qələbəsi yахındаdır. Xoşbəxtlikdən belə bir ümid tədricən, pillə-pillə
möhkəmlənir" (3, 344).
Bütün bu məqamlar romanda özünəməxsus səpkidə ifadəsini tapmışdır. Əsərin bədii
uğurunu şərtləndirən əsas məqam da məhz bununla bağlıdır.
Şəxsiyyət və qəhrəman məsələsi
İsmayıl Şıxlının "Dəli Kür" romanı təkcə mövzu-problem baxımından deyil, obraz və
xarakter yaradılışı ilə də özünəməxsusluğu ilə seçilən romanlardan biridir. Romanın bu kon-
tekstdə təhlili, şübhəsiz ki, tarixi mühit və qəhrəman problemini incələməyə geniş imkanlar ya-
radır. Çünki əsərdə təsvir olunan tarixi mühitin bir çox cəhətləri obraz və qəhrəmanların timsa-
lında bədii təcəssümü tapır.
“Əsərdə tarixi həqiqətə sədaqət, onun bütün mürəkkəbliyi ilə dərki, mühitin daxili ma-
hiyyətinə nüfuzetmə kimi keyfiyyətlər ilk növbədə “Dəli Kür”ün qəhrəman konsepsiyası ilə
izah edilir, romanın hər cür təfərrüatçılıqdan uzaq olması yazıçının obraz yaratma mükəmməlli-
yi, ümumiləşdirmə, tipikləşdirmə məharəti ilə əlaqələndirilir” (4, 296).
Filologiya məsələləri, № 17, 2019
144
Məlum olduğu kimi, ötən əsrin 60-cı illərində Azərbaycan ədəbi mühitində canlanma ya-
ranmış və bunun nəticəsində ənənəvi qəhrəmanlardan fərqli obrazların yaradılmasına başlanıl-
mışdır. Belə ki, sovet ideoloji sisteminin, sosialist realizmi yaradıcılıq metodunun diktəsi ilə ya-
radılan obrazlar süni şəkildə müsbət və mənfi qütblərə bölünür, həmçinin qəhrəmanlara sinfi
baxımından yanaşılır, fəhlə-kəndli zümrəsinə mənsub olmayanlar ifrat qara boyalarla canlandı-
rılırdı. Altmışıncı illərdən etibarən yaranan qəhrəmanlarda ənənəvi konyuktur yanaşmanın zəif-
lədiyi aşkar duyulur. İsa Muğanna, İlyas Əfəndiyev, Çingiz Hüseynov, Əzizə Cəfərzadə, Anar,
Elçin, Yusif Səmədoğlu, Mövlud Süleymanlı və digər müəlliflərin əsərlərində yaradılan qəhrə-
man tipləri məhz bu səpkidədir. Bu sırada İsmayıl Şıxlının “Dəli Kür” romanının xüsusi rol oy-
nadığı qeyd edilməlidir.
Yazıçının biri-birindən fərqli xarakter cizgilərinə malik tarixi və müasir səciyyəli qəhrə-
manları özünəməxsus həyat fəlsəfəsi, dünyagörüşü və mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilir.
Romanda obrazların daxili-mənəvi cizgiləri ilə fərqlənməsi yalnız onların milli mentalitetindən
qaynaqlanmır, həmçinin bir insan kimi mürəkkəb, bütün ziddiyyətləri ilə birlikdə canlandırılma-
sı məramından irəli gəlir. Başqa sözlə, İsmayıl Şıxlı öz qəhrəmanlarını ağ-qara boyalarla deyil,
rənglərin çalar müxtəlifliyi ilə təqdim edir.
“Dəli Kür” romanında yaradılmış Cahandar ağa, Şahnigar, Mələk, Allahyar, Molla Sa-
dıq, Əhməd, Salatın, Çernyayevski və başqa obrazlar məharətlə təsvir olmuşdur. Bu obrazların
bir qismi epizodik səpkidə işlənilsə də, hərəkət və rəftarları ilə yadda qalır, oxucu qəlbinə yol
tapırlar. Lakin müəllifin yaratdığı qəhrəmanların içərisində diqqəti daha çox Cahandar ağa obra-
zı çəkir. Xatırladaq ki, Cahandar ağa yalnız İsmayıl Şıxlının yaradıcılığında deyil, bütövlüklə,
Azərbaycan nəsrində ən kamal obrazlardan hesab olunur. Romanda onun daxili-mənəvi keyfiy-
yətləri ustalıqla açılmışdır:
“Daha heç nədən qorxum yoxdur. Bircə Molla Sadıq qalıb, onunla da haqq-hesabımı çü-
rüdəcəm. Amma bu uruslar əl-ayağıma yaman dolaşırlar. Qorxuram axırda kişiliyimizi də əli-
mizdən alalar. Bir balaca tərpənən kimi başının üstünü kəsdirirlər ki, qanun buna yol vermir,
elə oturmayın, belə oturmayın. Axı deyən gərəkdir ki, sizə nə var? İndiyə qədər qanunsuz pismi
dolanırdıq? Hər kəsin öz kişiliyinə və adına görə dolanması var idi. Qanlı da qanını özü alırdı,
nə divan var idi, nə dərə. İndi bu nədir? Saatda bir pristav atını çapıb gəlir ki, niyə başınızı qaşı-
yırsınız? Yox, mən belə dolana bilmərəm” (7, 391).
“Dəli Kür” romanı haqqında araşdırma aparan müəlliflərin əksəriyyəti Cahandar ağanın
xarakter cizgilərini səciyyələndirərkən onun daxili-mənəvi dünyasının ziddiyyətlərinə diqqəti
çəkmişlər. Belə ki, Cahandar ağa “bir tərəfdən Allahyarın halal-kamal arvadını altından çəkib
gətirir, digər tərəfdən molla Sadığın məclisinə getdiyini biləndən sonra çox hörmət bəslədiyi ba-
cısı Şahnigara rəhm etməyərək onu öldürür. Lakin, eyni zamanda, doğulduğu torpağa pis niy-
yətlə, xain məqsədilə gələnlərə qənim kəsilir. Bu əqidə və inam möhkəmliyi romanın tipologi-
yasına, eyni zamanda janrın estetikasına mühüm təsir edə bilir” (1, 165-166).
Romanda Cahandar ağanın mərdliyi, mübarizliyi Allahyarla qarşılaşdığı səhnədə məha-
rətlə təsvir olunmuşdur. Öz qan düşməni ilə kişi kimi davranması onun xarakterinin bütövlüyü-
nü aşkarlayır:
“Cahandar ağa onun yaraqsız olduğunu və heç nədən şübhələnmədiyini görüb tüfəngi
aşağı saldı:
- Kişi kişi qabağına belə çıxmaz. Get atını yəhərlə, tüfəngini götür.
... Allahyar tərəddüd içində dayandı. Cahandar ağa hiss etdi ki, düşməni qorxur. Geri
dönməyə, ona arxasını çevirməyə cürəti çatmır. Cahandar ağa çaxmağı hərlədi.
Tüfəngin dabanını açıb xəzinədəki güllələri boşaltdı və Allahyarın ayağının altına atdı:
– Qorxma, arxadan vurmaram” (7, 380-381).
Məlum olduğu kimi, dövrün ədəbi tənqidi fikrində “Dəli Kür” romanının baş qəhrəmanı
haqqında biri-birinə zidd mülahizələrin söylənilməsi təbiidir. Çünki yuxarıda qeyd olunduğu ki-
mi Cahandar ağa obrazı Azərbaycan bədii nəsrində ənənəvi sxematik qəhrəmanlardan fərqlən-
Filologiya məsələləri, № 17, 2019
145
məkdədir. Yazıçı romanda yaratmış olduğu xarakteri ideallaşdırmaq məqsədi güdməmiş, onu
daxili-mənəvi dünyasının bütün ziddiyyətləri ilə canlandırmaq mərami izləmişdir. Bu isə təbii
olaraq Cahandar ağa obrazının fərqli rakurslardan dəyərləndirməsinə, bir çox hallarda obrazın
sərt, kəskin şəkildə tənqid olunmasına gətirib çıxarmışdır. Tənqdçi Təyyar Salamoğlunın doğru
qeyd etdiyi kimi, “birmənalı şəkildə Cahandar ağa Azərbaycan ədəbiyyatının axtardığı, arzula-
dığı, yaratmaq istədiyi və İsmayıl Şıxlının timsalında yaratdığı obrazdır” (5, 27).
Nəhayət, onu da qeyd etmək lazımdır ki, İsmayıl Şıxlının “tarixi-etnoqrafik planda işlən-
miş nəsr əsərləri milli oyanış, etnik özünütanıma istiqamətində həm ədəbi-mədəni həyatda, həm
də xalq arasında böyük iş görmüşdür. Cahandar ağa, Ömər koxa, Güllü xanım, Çapıq Əmrah,
Qaçaq Süleyman, Qaçaq Kərəm və başqa bu qəbildən olan obrazların xarakter və mənəvi dün-
yası ilə ifadə olunmuş mərdlik, bahadırlıq, dədə-baba yoluna sədaqət, tarixi etnik yaddaşla daşı-
nan qürur, namus-qeyrət kimi mental keyfiyyətlər iyirminci əsrin son onilliklərində gedən ədəbi
və mili proseslərə kifayət qədər güclü təsir göstərmişdir. Əslində bu obrazların dolğun bədii
portreti ilə İsmayıl Şıxlı özünün el ağsaqqalı, el igidi, el anası barədəki ideya-estetik görüşlərini
açıqlamışdır” (8, 15). Bütün bu mülahizələr İsmayıl Şıxlının “Dəli Kür” romanında yaratmış ol-
duğu qəhrəmanların canlılığını, təbiiliyini və məlli-mənəvi keyfiyyətlərə malik olduğunu səciy-
yələndirir.
Nəticə
Təhlillərdən aşkar şəkildə göründüyü kimi, İsmayıl Şıxlının "Dəli Kür" romanı Azərbay-
can nəsri tarixində özünəməxsus janr xüsusiyyətləri ilə seçilən əsərlərdən biridir. Romanda tari-
xi mühit və qəhrəman problemi orijinal şəkildə bədii həllini tapmışdır. Bununla bağlı mövcud
fikir və mülahizələri aşağıdakı kimi ümumiləşdirmək olar:
•
Roman haqqında yazılan araşdırmalarda onun janr tipi ilə bağlı məsələlərə xüsusi
diqqət yetirilmişdir.
•
Əsərin janr özünəməxsusluğunu səciyyələndirən mühüm cəhətlərdən biri burada
tarixi şəxsiyyət və qəhrəmanların deyil, tarixi mühitin canlandırılmasıdır.
•
Müəllifin romanda yaratmış olduğu Cahandar ağa obrazı daxili-mənəvi dünyası-
nın bütün incəlikləri ilə xarakterik Azərbaycan kişisini təmsil edir. Onun baxışlarındakı ziddiy-
yətlər, mühafizəkarlıq milli mentalitetdən qaynaqlanır.
•
Romanda tarixiliklə müasirlik, bədiiliklə sənədlilik biri-birini əvəz etməkdə və ta-
mamlamaqdadır.
•
Əsərdə təsvir olunan hadisə və əhvalatlar, epizod və ştrixlər Azərbaycan xalqının
ədət-ənənələri və etnoqrafiyası ilə sıx bağlıdır.
İsmayıl Şıxlının “Dəli Kür” romanı zaman-zaman ədəbi tənqid və ədəbiyyatşünaslıq tə-
rəfindən araşdırma obyektinə çevriləcək, əsərin fərqli aspektləri dövrün estetik prinsipləri işı-
ğında dəyərləndiriləcəkdir.
Filologiya məsələləri, № 17, 2019
146
Ədəbiyyat
1. Ənvəroğlu Himalay. Azərbaycan romanının inkişaf problemləri, Bakı: "Nurlan" nəşriyyatı,
2008, 336 s.
2. Hüseynoğlu Tofiq. Söz-tarixin yuvası. Bakı: Azərnəşr, 2000, 256 s.
3. Hüseynov Əhəd. Tənqid və ədəbi prоsеs, Bakı: “Nurlan”nəşriyyatı, 2009, 416 s.
4. Rəhimli Təranə. İsmayıl Şıxlının "Dəli Kür" romanının bədii qəhrəman konsepsiyası ədəbi
tənqiddə, “Filologiya məsələləri”, 2013, №7, s.294-300.
5. Salamoğlu Təyyar. İsmayıl Şıxlının bədii nəsri, Bakı: "El" nəşriyyatı, 2014, 176 s.
6. Şıxlı İsmayıl. Daim axtarışda. Bakı: “Yazıçı” nəşriyyatı, 1988, 357 s.
7. Şıxlı İsmayıl. Seçilmiş əsərləri, iki cilddə, II cild, Bakı: “Şərq-Qərb” nəşriyyatı, 2005, 400 s.
8. Zeynalova Dilbər. İsmayıl Şıxlının yaradıcılığında milli özünüifadənin bədii inikası, Filolol-
giya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya, Bakı: Azərbay-
can Dillər Universiteti, 2005, 128 s.
9
.
ﻞﻟا ﺪﺒﻋ
ﻦﺴﺣ ﷴ ،ه
.
ﺮﻟا
ﺮﻟا ﻲﻓ ﻒﯾ
و
ﻊﻟا ﺔﯾا
ﻲﺑر
فﻮﻧ ،ت ،ة
م
ﺮﺑ
1989
.
Ахмед Сами Елайди
Проблема исторической среды и героя в художественной прозе
(по мотивам романа Исмаила Шихлы "Буйная Кура")
Резюме
Изучение творческого пути Исмаила Шихли, одного из самых ярких
представителей литературы ХХ века в Азербайджане, является актуальным с точки
зрения оценки предметных и идейных проблем, а также художественно-эстетических
аспектов национальной прозы. Романы «Пути расходятся», «Буйная Кура», «Мир мой
умерший», написанные писателем в разное время, рассказы из его живых наблюдений
дают основание для такого вывода.
Роман "Буйная Кура", который является вершиной творчества Исмаила Шихлы,
обеспечивает богатый материал для исследования.
Хотя были проведены различные исследования о романе, и основные моменты
романа стали объектом анализа, в этих исследованиях внимание было уделено
проблемам национально-нравственной памяти. Проблема исторической среды и героя
впервые стала объектом систематического анализа в статье, представленной читателю.
В романе история и современность, художественность и документальность взаи-
мно заменяют и дополняют друг друга. Описанные в произведении события и рассказы,
эпизоды и штрихи тесно связаны с традициями и этнографией азербайджанского народа.
Роман Исмаила Шихлы «Буйная Кура» изредка станет объектом исследования
литературной критики и литературоведения, различные аспекты работы будут
оцениваться в свете эстетических принципов того периода.
Ключевые слова: азербайджанская литература, Исмаил Шихлы, «Буйная Кура»,
исторический роман, художественный образ
Filologiya məsələləri, № 17, 2019
147
Ahmed Sami Elaydy
The problem of the historical environment and the hero in prose
)based on Ismail Shykhly’s novel “Turbulent Kura ”
(
Summary
The study of the creative path of Ismail Shykhly, one of the most prominent representati-
ves of the literature of the XX century in Azerbaijan, is actual in terms of assessing the prob-
lems of topic and idea, as well as the artistic and aesthetic aspects of national prose. The novels
"My dead world", "Trubulent Kura", written by the writer at different times, and stories from
his lively observations provide the basis for such a conclusion..
The novel "Turbulent Kura", which is the peak of Ismail Shykhly's creativity, provides
rich material for research..
Although various studies on the novel were carried out, and the main points of the novel
became the object of analysis, these studies focused on the problems of national and moral me-
mory. The problem of the historical environment and the hero have firstly became the object of
a systematic analysis in an article presented to the reader.
History and modernity, artistry and documentary mutually replace and complement each
other in the novel. The events and stories, episodes and touches described in the work are clo-
sely related to the traditions and ethnography of the Azerbaijani people.
Ismail Shykhly’s novel “Turbulent Kura” will occasionally become an object of study of
literary criticism and literary studies, various aspects of the work will be evaluated in the light
of the aesthetic principles of that period.
Keywords: Azerbaijani literature, Ismail Shykhly, “Turbulent Kura”, historical novel,
artistic figure
Məqalənin redaksiyaya daxil olma tarixi:04.08.2019
Çapa hazırlnma tarixi: :28.11. 2019
Filologiya elmləri doktoru, professor Vaqif Sultanlı tərəfindən çapa
tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
148
SEVİNC QULİYEVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
sevinc0610@mail.ru
NƏSİMİ YARADICLIĞINDA BƏŞƏRİ DƏYƏRLƏR
Xülasə
Azərbaycan bədii-fəlsəfi şeirinin görkəmli nümayəndəsi İmadəddin Nəsiminin yaradıcı-
lığı ideya, mövzu və sənətkarlıq xüsusiyyətləri ilə hər zaman tədqiqatçıların – daha çox isə filo-
loq və filosofların diqqətində olmuşdur. Çünki şairin əsərləri həm dil, üslub, ahəngdarlıq baxı-
mından, həm də mövzu və ideyaları ilə bütün orta əsrlər ədəbi-bədii fikrində bir inqilabi sıçrayış
idi. Nəsiminin hələ XIV əsrdə poeziyaya gətirdiyi mübariz ruh, insanın fikri-mənəvi azadlığını
tərənnüm edən şeirləri, haqq-ədalət çağırışları bu günün ədəbiyyatında da aparıcı mövzulardan
biridir. Odur ki, dahi filosof-şairin bədii təfəkkürün zirvəsi sayıla biləcək poetik örnəkləri yeddi
əsrə yaxındır ki, doğru yolu, haqq-ədalət yolunu axtaranlar üçün sönməz bir mayak olaraq qalır.
İmadəddin Nəsimi irsində bəşəri dəyərlər, humanizm, şairin ictimai-fəlsəfi görüşlərinə
dair Azərbaycan ədəbiyyatşünaslığında sanballı tədqiqat əsərləri yaranmışdır. Tədqiqatçı-alim
Salman Mümtaz, akademik Həmid Araslı, professor Mirzaga Quluzadə, akademik Teymur Kə-
rimli, professor Fəridə Əzizova, professor Qəzənfər Paşayev, dosent Səadət Şıxıyeva və başqa-
larının şairin həyat və yaradıcılığına dair dəyərli araşdırmaları vardır.
Təqdim olunan məqalədə Nəsiminin insana, onun həyatdakı ali missiyasına, həyatı də-
yişdirəcək gücünə inam, bəşəri dəyərlərə verdiyi önəm şairin əsərlərindən gətirilən nümunələrlə
izah və şərh edilir. Araşdırma zamanı tarixi və hermenevtik metoddan istifadə olunmuş, şairin
əsərlərinin mətni əsasında iş aparılmış, mövzu ilə əlaqədar yazılmış elmi mənbələrə və müəlli-
fin şeirlərinə istinadlar edilmişdir.
Açar sözlər: Nəsimi, poeziya, fəlsəfə, insan, uca varlıq, kamillik, bəşərilik
XIV əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əli İmadəddin Nəsimi
anadilli şeirimizin imkanlarının hüdudsuzluğunu, hər cür dərin fəlsəfi və elmi fikirlərin ifadəsi
üçün zəngin leksik və semantik xəzinəyə malik olduğunu ölməz əsərləri ilə bütün dünyaya sü-
but etdi. Nəsimi poeziyası yalnız dil, üslub, ahəngdarlıq baxımından deyil, mövzu və ideyaları
ilə də bütün orta əsrlər dünya ədəbi-bədii fikrində bir inqilabi sıçrayış oldu. Dünyaya, Yaradan
və yaradılmışlara fərqli baxış, insanın mahiyyətinə verilən yüksək dəyər, onun gücünə, dünyanı
və həyatı dəyişdirə bilmək qüdrətinə sonsuz inam ortodoksal cəmiyyətdə durğunluğa alışmış tə-
fəkkürləri, sabit düşüncələri yerindən oynatdı. Mənəvi ucalığı ilə kamillik zirvəsinə qalxmış şair
yer üzündəki bütün insanları özünün olduğu mərhələdə - KAMİL İNSAN məqamında görməyi
arzulayır və bütün fəaliyyəti ilə buna çalışırdı. Akademik Teymur Kərimli Nəsiminin məhz bu
missiyasını nəzərdə tutaraq yazır: “Bəşəriyyətin tarix boyu yetirdiyi dahi insanlar həm də müəy-
yən mənada kamil insanlar idi. Və özləri kamil olduqları üçün öz həmcinslərini də kamil gör-
mək istəyirdilər. Teoloji terminlərə baş vursaq, onlar mələk idilər və insanı şeytanın caynaqla-
rından xilas edib öz səviyyələrinə - mələk səviyyəsinə qaldırmağa çalışırdılar” (5, 111).
Təkcə şair deyil, eyni zamanda bir filosof olan İmadəddin Nəsimi bütün yaradılmışların
əşrəfi olan insanın, həm də dinindən, millətindən, dilindən və dərisinin rəngindən asılı olmaya-
raq bəşər övladının, məhz Tanrının ona verdiyi ali hisslərin - dərk etmək, sevmək kimi duyğula-
rın daşıyıcısı olduğu üçün müstəsnalığını, seçildiyini, lakin elmsiz, “bixəbər”, “hidayət bulma-
mış” və “bibəsər” kəslərin bunu anlamadıqlarından cahil olduqlarını, köləlikdən qurtula bilmə-
diklərini yazırdı. Şair insan övladının gözündən və şüurundan məhz bu “cəhalət pərdəsi”ni gö-
Filologiya məsələləri, № 17, 2019
149
türüb, sanki ona kim olduğunu, nələrə qadir olduğunu anlatmağa və bunun üçün də onların qəl-
bində eşq atəşini alovlandırmağa çalışırdı.
Bilməyən еşqin təriqin hər хəbərsiz qafilə,
Çün hidayət bulmamış, gər biхəbər dеrsəm, nola? (3, 14)
AMEA-nın müxbir üzvü Əlyar Səfərli Nəsimi poeziyasının məhz bu özəlliklərinə işarə
edərək yazırdı: “Onun (Nəsiminin – S.Q.) ağıl-hikmət örnəyi olan şeirləri dünyaya və həyata
yeni bir münasibət və düşüncənin bədii ifadəsidir, insan və onun mənəvi əzəməti haqqında ya-
zılmış himnlərdir” (8, 323).
İmadəddin Nəsiminin bütün yaradıcılığı insan azadlığının, hürr yaşamaq, düşünmək,
sevmək, müstəqil olmaq və bu kimi müasir dövrümüzdə də gərəkli və aktual olan məsələlərin
təbliğinə yönləndirilmişdi. Bu da təbii idi. Çünki Nəsiminin yaşadığı illər təkcə Azərbaycanın
deyil, bütün Şərqin çalxalandığı, müharibələr, savaşlar meydanına çevrildiyi, insanların zülm və
istibadada, zorakılığıa məruz qaldığı, günahsız qanların axıdıldığı bir dövr idi. Şairin vətəni
Azərbaycan isə gah Əmir Teymurun, gah Qızıl Orda xanı Toxtamışın qoşunlarının hücumlarına
məruz qalaraq işğala və qarətə uğrayır, bu səbəbdən də xalq usyanlarının ardı-arası kəsilmirdi.
Tanrının yaratdıqlarına qəlbində sonsuz sevgi və məhəbbət olan Nəsimi isə bütün bunlara biga-
nə qala bilməzdi. Onun poeziyası sanki bir üsyankar etiraz idi. Elə Nəsiminin şeirləri ilə bütün
Şərqə yayılan hürufiliyin də əsas məqsədi bu istibdadla mübarizə idi. Əgər Fəzlullah Nəimi hü-
rufiliyin elmi-nəzəri əsaslarını işləyib hazırlamışdısa, Nəsimi həmin görüşləri poeziyanın əsara-
rəngiz boyaları ilə süsləyərək nəğmələrində bütün Şərqə yaymış və insanların hafizələrinə həkk
etmişdi. Akademik Həmid Araslı da yazırdı ki: “Nəsimi Fəzlullahın görüşlərini tamamilə oriji-
nal bir şəkildə mənimsəyərək insanı həyatın yaradıcısı, gözəlliyin təcəssümü kimi tərənnüm et-
məyə çalışır” (1, 250).
Еynəl-yəqin həq sirrinə idrak еdən insan mənəm,
Еy mə’rifətdən biхəbər, insafa gəlgil, biriya. (3, 17)
Nəsiminin şeirləri xalqa daha tez təsir göstərir, daha asanlıqla dərk edilir və qəbul olu-
nurdu. Çünki şairin insanın ucalığı haqqındakı nəğmələri xalqın arzularından xəbər verirdi. Nə-
simi bütün həyatını bu amal uğrunda mübarizələrə sərf etdi, bütün ömrünü yollarda, səfərlərdə,
təqiblərdə keçirdi, ancaq əsla məqsədindən dönmədi və elə əqidəsi uğrunda da şəhid oldu. Çün-
ki o, özünü Haqqın sirrinə vaqif bilərək kamil insanı Tanrının yer üzündəki siması sanırdı və
ona layiq bir məqam arzulayırdı, bəşəriyyətin zülm və istibdaddan xilası üçün yazıb-yaradırdı.
Nəsiminin qəhrəmanı Tanrını və onun yer üzündəki əsəri olan insanları sevən aşiqdir. Bu
sevgi də məhz Yaradana olan məhəbbətdən doğur. O, ruhunu, mənəvi aləmini fani meyillərdən
təmizlədiyi üçün kamilləşərək Tanrı səviyyəsinə ucala bilir. Nəsimi Haqqın nişanələrini insanın
simasında axtarır və görürdü. Şairə görə, həqiqət də, var olan da, ən dərin sirlər mənbəyi də elə
insanın özüdür. Onun məqsədi bu sirləri açmaq, onu dərk etməyənlər, görməyənlər üçün aşkar
etmək idi. Çünki yalnız bu yolla, insan özünü dərk etdikdən sonra öz həmcinsinə zülm etmək-
dən, ədalətsizlikdən uzaqlaşa bilər. Şairin yaradıcılığından qırmızı xətlə keçən bu ideyanı tədqi-
qatçıların əksəriyyəti qeyd etmişlər: “İnsanı dünyanın yaradıcısı, əzəli və əbədi bir varlıq adlan-
dıran böyük Şirvan şairi İmadəddin Nəsimi insan zəkasını köləlikdən azad olub öz qüdrətini
dərk etməyə çağırırdı” (1, 250). Şairə görə, insan həm də ona görə qüdrətlidir ki, o, Tanrının yer
üzündəki təcəllisidir: hətta bəzən onun surəti görümnəsə də, hər yana baxsan, onun simasını gö-
rə bilərsən...
Gözümdən gərçi pünhandır nigarın surəti, amma
Görünən vəchidir anın nəzər qıldıqca hər cayə. (3, 36)
Filologiya məsələləri, № 17, 2019
150
Şairin ən uca, kamil varlıqtək təsvir etdiyi İslam peyğəmbəri də məhz Tanrının təcəssü-
mü, ona xas sifətləri özündə əks etdirən bir varlıq kimi səciyyələndirilmişdir.
Kim ki, həqqi pərdəsiz üzündə, еy can, görmədi,
Bibəsirətdir, gər ana bibəsər dеrsəm, nola? (3, 14)
Şairin vəsf etdiyi kamil insan hər cəhətdən misilsizdir: hələ bu dünya, donüb-dolaşan fə-
lək Adəm nəslində ona bənzər, onun mislində bir kəs görməyib. Məhz elə bu səbəbdən də şair
onu “xeyrülbəşər” (ərəb sözü olub “insanların ən yaxşısı” mənasını verir) adlandırmağın daha
doğru olduğunu yazır.
Adəmi növ’ində mislin görmədi dövri-fələk,
Şol cəhətdən gər sana хеyrül-bəşər dеrsəm, nola? (3, 14)
Camalı iman nurudur, bunu təsdiq etməyənlər (səddəqna deməyənlər) isə yalnız kafir və
müşrik (bütpərəst) olduqları üçün onları ancaq “div” adlandırmaq olar.
Nuri-imandır cəmalın – kim ki, səddəqna dеməz,
Kafirü müşrikdir ana div əgər dеrsəm, nola? (3, 14)
Nəsimi bütün bəşər övladına eyni münasibətlə yanaşırdı. Bunu onun Məsiha və Musaya
da Həzrət Məhəmməd qədər sevgi bəsləməsindən görmək olur. Şairə görə, “cansızlara can ve-
rən İsa nəfəsi” xəstə ruhlara (cani-bimar) şəfaverici dərmandır.
Yaхıldı canına canı dəmi-İsa Nəsiminin
Vüsali dərdinə dərman, irişdi cani-bimarə. (3, 44)
Nəsimi insanları “müsəlman və qeyri-müsəlmanlara” bölmürdü. Şairə görə, eyni “ərşin”,
eyni Günəşin altındakı bütün insanlar eynidirlər, bərabərdirlər. Tanrının “elçi” olaraq seçdiyi
peyğəmbərlər də eyni dərəcədə müqəddəsdirlər. Təsadüfi deyil ki, Nəsiminin bənzətmə obyekti
kimi seçdiyi obrazlardan biri də İsa Məsihin obrazıdır:
Еy Məsihadəm, niyşə can vеrmədin cansızlara?
Ol ki, hər dəm can ilə aydır ki, canan sizlərə. (3, 20)
Şair İsa Məsihə xas olan “insanlara can vermək” xüsusiyyətini sevgilisində axtarır və
sanki onları müqayisə edir: sevgiliyə qovuşmayan aşiq “cansız”dır, yəni ruhsuzdur, diri, canlı
deyil. Cananın hər an ona “can” deyə müraciət etməsinə baxmayaraq məşuqə “cansızlara (onu
sevənlərə) can vermir”, halbuki o, aşiqin “Məsiha nəfəsli”si, can verənidir.
“Fars divanı”nda yer alan başqa bir əsərində isə şair özünün şeiri ilə İsa Məsihə xas olan
“can vermək” xüsusiyyətini müqayisə edir və bu arada öz üslubunun, tərzinin (ətvarının) də
“xoş”luğuna işarə edir, sözünün incəliyini xatırladır.
Ruh verir İsa kimi şair Nəsimi şeiri də
Söyləyirkən bu sözü, xoş ətvarın düşdü yada. (4, 63)
Bu da ondan irəli gəlirdi ki, Nəsiminin dünyagörüşü, bədii-fəlsəfi baxışları tolerantlığın
geniş yer aldığı Azərbaycan mifologiyası və folkloru, eyni zamanda da İslam təfəkkürü və elmi
əsasında formalaşmışdı. Nəsiminin elmi-fəlsəfi görüşlərinin qaynaqlarından bəhs edən tədqiqat-
çılar da qeyd edirlər ki, İslamla yanaşı, “mütəfəkkir şairin irsində islamaqədərki qədim türk
inamları və əsatiri görüşlərinin izləri müxtəlif səviyyələrdə üzə çıxır” (6, 218). İslamın müqəd-
Filologiya məsələləri, № 17, 2019
151
dəs kitabı “Qurani-Kərim”də də, bildiyimiz kimi, Məhəmməd Peyğəmbərdən əvvəl gələn Tanrı
elçiləri böyük hörmət və ehtiramla xatırlanır. Qeyd etmək lazımdır ki, Nəsimi yaradıcılığındakı
bu münasibəti şairin böyük sələfi Nizami Gəncəvi irsində də görürük və demək ki, şair özündən
əvvəl bərqərar olmuş etik-estetik ənənələri davam və inkişaf etdimişdir. Sadəcə, mütəfəkkir sə-
nətkarların yaradıcılığında dini mülahizə və fikirlər elmi-fəlsəfi təlimlərlə əsaslandırılaraq, bədii
sözün əsrarəngiz sehrinə bürünmüş şəkildə ifadəsini tapmışdır. “Həqiqətin sirlərini dərk etməyə
doğru yol göstərən və başlıca vasitə saydığı hürufilik təriəti ilə bağlı ideyaları təbliğ edərkən
Nəsimi “Cavidannamə”dən daha artıq, Qurana istinad edir” (6, 218). Lakin əsərlərindən də gö-
ründüyü kimi, Nəsimi xristian dini dünyagörüşü təlimlərindən də xəbərdar olmuş, Tövrat və İn-
cili də oxumuşdur. Eyni motivlərə şairin “Fars divani”nda da rast gəlirik.
Şəm`i-rüxsarında var nuri-təcəlladan nişan,
Ətri-zülfündür dəmi-İsa, verər üşşaqə can. (4, 60)
Beytin hər misrasında şairə xas gözəl təşbih işlənmişdir: Sevgilinin üzündə Tanrının zü-
hurunun nurundan nişan var, İsanın nəfəsi cansızlara ruh verdiyi kimi, sevgilinin zülfünün ətri
də onun aşiqlərinə can (ruh) verir.
Nəsimi üçün eşq yolunda din və dil maneə ola bilməz. O, hətta “fəqihə” (fiqh aliminə)
belə, eşq üçün bütün bunlardan keçən Şeyx Sənanı nümunə göstərir və onun yolu ilə getməyi
tövsiyə edir:
Еşq içində dinü dildən gəl kеç imdi, еy fəqih,
Şеyхi Sən’an kimi ol gəl sən dəхi tərsayi-еşq. (3, 31)
Nəsimiyə görə, ilahi eşq yolunda “sovməə əhli” də, zahid də eynidir. Tanrının “əsəri”,
Onun timsalı olan gözəl, məşuqənin üzü o qədər qüsursuz yaradılmışdır ki, onu pərdə arxasında
gizlətmək olmaz. Çünki o, məhz “surəti-Həqdir”. Gözəlin üzünü görən “sovməə əhli” də, zahid
də ilahi şərab qədəhini, “eşq şərabının badəsini” əlindən yerə qoymaq istəməz.
Surəti-həqsən, еy qəmər, pərdəsiz еylə üzünü,
Ta büti-azəri yazan nəqşi-хəyalə düşməyə.
Sovməə əhlini üzün də’vət еdərsə gər mеyə,
Zahid əlindən ayruq ol cami-piyalə düşməyə. (3, 50)
Ruhəngiz Əliyevanın da yazdığı kimi, “Nəsimi bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsər-
lərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkirdir” (2). Nəsimiyə görə, insanlar ancaq aqil
və cahil, kamil və nadan, eşqi dərk edən və eşqdən bixəbər olduqlarına görə biri-birilərindən se-
çilirlər. Qəlbinə sevda atəşinin, Tanrı sevgisini qoru, “eşq qovğasının çaxnaşması” düşən Adəm
oğlu əvvəl-axır adi canlı olmaqdan çıxacaq və ilkinə, əzəlinə qovuşmaq üçün ən ali mərtəbəyə -
“aşiqlik”, “divanəlik” məqamına çatacaq.
Nagəhan könlümə düşdü şurişi-qovğayi-еşq,
Aqili divanə qıldı aqibət sеvdayi-еşq. (3, 31)
Nəsimi canını yarına qurban etmişdir. Təbii ki, şair ilahi sevgidən danışdığı üçün “yar”
deyərkən İlahini nəzərdə tutmuşdur. Beytin sonrakı misrası da bu məhəbbətin məhz irfani bir
duyğu olduğunu isbatlayır. Çünki yalnız fanidən keçib bəqaya, əbədi olana, yəni Tanrıya qovuş-
maqla, bu yolda canı qurban verməklə onun sirlər xəzinəsinə (“məxzəni-əsrarinə”) baş vurmaq,
ondan vaqif olmaq mümkündür.
Filologiya məsələləri, № 17, 2019
152
Yarə Nəsimi kimi canını qurban еdən,
Məhrəm olur ta əbəd məхzəni-əsrarinə. (3, 47)
Hər bir sənətkar öz dövrünün övladıdır, öz zamanının güzgüsü və əksidir. İmadəddin Nə-
simi poeziyasını da şairin yaşadığı ictimai-siyasi gerçəklik yetişdirmişdir. “...XIV yüzillikdə əf-
sanəvi səməndər quşu kimi xarabalıqların və yanğın küllərinin altından baş qaldıran İslam filo-
sof və şairləri insanlarıln sınmış ümidlərini özlərinə qaytarmağa, onların taleyin əlində kömək-
siz oyuncaq olmadıqlarını, əksinə, öz talelərinin qüdrətli hakimi olduqlarını təlqin etməyə və
inandırmağa başladılar” (6, 230).
İmadəddin Nəsimi şeirilə Azərbaycan və eləcə də Yaxın Şərq xalqları ədəbiyyatlarında
sabitləşən və möhkəmlənən humanist ideyalar və bəşəri dəyərlər, insanın yer üzündəki bütün
varlıqlardan uca tutulması, insanların bir-birlərinə sevgisi, məhəbbəti sonrakı nəsil ədiblərinin
yaradıcılığına güclü təsir göstərmiş və bədii söz sənətində Nəsimi şeirinin ənənələrinin yaran-
masına şərait yaratmışdır. Təsadüfi deyil ki, şairin əsərləri hələ orta əsrlərdə əlyazması halında
Şərqin bir çox ölkələrinə yayılmış, şairin şöhrəti ölkələr, ellər aşmışdı. Nəsimi irsinin ən tanın-
mış tədqiqatçılarından olan professor Mirzağa Quluzadə bunun səbəbini aşağıdakı kimi izah
edir: “Bunun əsl səbəbi odur ki, Nəsimi şeirinin baş qəhrəmanı insandır. ...Nəsimi lirikasında tə-
rənnüm edilən bəşəri ideallar: insanların dinindən, irqindən asılı olmayaraq bir-birinə yaxınlığı,
birliyi, dostluğu yalnız Azərbaycan poeziyasında deyil, bütün Yaxın Şərq ədəbiyyatında böyük
sənətkarları əsrlər boyu düşündürən, həyəcanlandıran aktual problemlər olmuşdur” (7, 91).
Nəticə. Dünyaya, həyata, insanlara sevgi və kamillik aşılayan Yaxın Şərq ədəbiyyatında
bütün dövrlərdə insansevərlik, humanizm, insanın uca ləyaqət hissinin tərənnümü, qarşılıqlı
hörmət və ehtiram və s. kimi yüksək mənəvi-əxlaqi dəyərlərin təbliği qədim tarixə malikdir.
Şərqin Xaqani, Nizami, Cəlaləddin Rumi, Mahmud Şəbüstri kimi müqtədir sənətkarları təkcə öz
milləti və xalqı üçün deyil, bəşəriyyətin taleyi üçü narahat olduqlarından, insanları zəka və ağlın
gücü ilə həyatı və dünyanı dəyişdirməyə qadir olduğunu öz əsərlərində həm nəzəri cəhətdən,
həm də illüstrativ nümunələrlə əyani şəkildə izah və şərh edirdilər. Nəsimi yaradıcılığının da
əsas səciyyəvi xüsusiyyəti onun böyük humanizm ideyaları, insana böyük məhəbbət duyğuları
ilə zəngin olmasındadır. Bu və ya bir çox digər keyfiyyətlərinə görə, daha çox isə məhz ona qə-
dər irəli sürülmüş bədii-obrazlı düşüncələri, əldə edilmiş poetik nailiyyətləri daha da inkişaf et-
dirdiyi üçün Nəsimi yaradıcılığı özündən əvvəlki Azərbaycan poeziyasının varisi hesab olunur.
Ədəbiyyat
1. Araslı Həmid. İmadəddin Nəsimi (həyat və yaradıcılığı). // Araslı H. Azərbaycan ədəbiy-
yatı: tarixi və problemləri. Bakı, “Gənclik”, 1998. Səh. 250-285.
2. Əliyeva Ruhəngiz. İmadəddin Nəsimi yaradıcılığında tərbiyəvi ideyalar.
https://nuhcixan.az/news/cemiyyet/11167-imadeddin-nesimi-yaradiciliginda-terbiyevi-ideyalar
3. İmadəddin Nəsimi. Seçilmiş əsərləri. 2 cilddə. I c. Bakı, “Lider nəşriyyat”, 2004. 336 səh.
4. İmadəddin Nəsimi. Fars divanı. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1977. 192 səh.
5. Kərimli Teymur. İmadəddin Nəsiminin yaradıcılıq yolu. // Böyük Azərbaycan şairi İma-
dəddin Nəsimi. Bakı, “Elm”, 2019. Səh. 96-114.
6. Kərimli Teymur, Şıxıyeva Səadət. Seyid İmadəddin Nəsimi. // Azərbaycan ədəbiyyatı tari-
xi. 6 cilddə. III c. Bakı, “Elm”, 2009. Səh.206-251.
7. Quluzadə Mirzağa. Böyük ideallar şairi. Bakı, “Gənclik”, 1973. 138 səh.
8. Səfərli Əlyar. İmadəddin Nəsimi. // Əlyar Səfərli, Xəlil Yusifli. Azərbaycan ədəbiyyatı ta-
rixi (qədim və orta əsrlər). Bakı, “Ozan”, 2008. 696 səh.
Filologiya məsələləri, № 17, 2019
153
S.Guliyeva
Human values in the creativity works of nasimi
Symmary
Creativity work of Imadaddin Nasimi, well-known representative of Azerbaijan artistic-
philosophical poem always involved the attention of the researchers- mostly philologists and
philosophists with ideas, theme and craftmanship features. It is because, the masterpieces of the
poes were the revolutionary leap in literary- artistic though of whole medieval centuries in point
of view both language, stylistics, harmony and text and ideas. Poems glorifying the struggling
spirit, ideological- moral freedom of the human, challenges for justice delivered to poetry in
XIV century were one of poetical topics in the nowadays literature. Thus, poetical samples
which may be considered as a top of artistic thinking of well-known philosophist- poet have be-
en remaining as an immortal beacon for the right way, justice seekers for about seven centuries.
Monumental research masterpieces about the human values, humanity in the heritage of Ima-
daddin Nasimi, and about public-philosophical meetings of the poet were formed in the literatu-
re science of Azerbaijan. Researcher- scientist Salman Mumtaz, academician Hamid Arasli,
professor Mirzagha Guluzada, academician Teymur Karimli, professor Farida Azizova, profes-
sor Gazanfar Pashayev, associate professor Saadat Shikhiyeva and others have valuable researc-
hes about the life and creativity of poet.
Belief to human, its highest mission in the life, power which may change the life and importan-
ce given by Nasimi to human values were explained and interpreted by the samples from the
masterpieces of the poet in the presented article. Historical and hermeneutic methods were used,
work was conducted on the basis of the context of the masterpieces of poet, and scientific reso-
urces written in connection with topic and poems of the poets were referred during study.
Key words: Nasimi, poetry, philosophy, human, The Supreme Being, perfection, humanity
Filologiya məsələləri, № 17, 2019
154
С.Гулиева
Человеческие ценности в творчестве насими
Резюме
Творчество Имададдина Насими, выдающегося представителя художественно –
философской поэзии Азербайджана всегда находилось в центре внимания филологов и
философов – исследователей благодаря его идейным, тематическим особенностям и
мастерству поэта. Потому, что произведения с точки – зрения языка, стиля, гармонии, а
также тематики и идеи поэта являлись революционными прорывами в литературно –
художественной мысли средневековья. Боевой дух, перенесенный Насими в поэзию в ХV
веке, его стихи, олицетворяющие идейно – нравственную свободу человека, его
справедливые призывы являются одним из ведущих тем в литературе сегодняшнего дня.
Именно по этой причине, уже поэтические образцы, которые считаются пиком
художественного мышления великого поэта – философа, уже в течение семи веков
остаются непогашенными маяками для искателей правильного пути, и путей
справедливости.
В литературоведении Азербайджана возникли монументальные исследовательские
работы, посвященные человеческим ценностям, гуманизму, общественно – философским
взглядам поэта, которые отражены в наследии Имададдина Насими. Ученый –
исследователь Салман Мумтаз, академик Гамид Араслы, профессор Мирзага Гулузаде,
академик Теймур Керимли, профессор Фарида Азизова, профессор Газанфар Пашаев,
доцент Саадат Шыхыева и другие имеют ценнейшие исследования, касательно жизни и
творчества поэта.
В представленной статье на основе образцов из творчества Насими разъясняются и
излагаются вера в человека, высокой миссии в жизни человека, в силу человека, которая
всесильна, изменить жизнь самого человека, и то самое преимущество, которое дается
Насими человеческим ценностям. В ходе исследования использованы исторические и
герменевтические методы, произведена работа на основе тематики произведений поэта, и
сделаны ссылки на стихи автора и на научные источники, написанные в связи с
тематикой.
Ключевые слова: Насими, поэзия, философия, человек, Высшее существо,
совершенство, человечность
Məqalənin redaksiyaya daxil olma tarixi:06.06.2019
Çapa hazırlnma tarixi:06.11.2019
filologiya üzrə fəlsəfə doktoru,dosent Təhminə Bədəlova tərəfindən çapa
tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
155
PƏRİ HÜMBƏTOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Hüseyn Cavid küçəsi
hasanlipari@gmail.com
MƏHƏMMƏD FÜZULİ MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ YARADICILIĞINDA
Xülasə
Azərbaycan ədəbiyyatşünaslığının xüsusi bir qolunu mühacirətdə yaranan örnəklər təş-
kil edir. Mühacirət ədəbiyyatşünaslığının Azərbaycan xalqının tarixini, mədəniyyətini, ədəbi və
elmi-nəzəri fikirlərini öyrənmək baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, həmin dövr-
də Azərbaycanda yaşayan şair və yazıçıların qarşısına qoyulan qadağa və senzuralar onların baş
verən hadisələrə açıq-aydın, heç bir qərəzli yanaşma olmadan öz fikirlərini ifadə etməsinə im-
kan vermirdi. Mühacirət ədəbiyyatı nümayəndələrində isə belə bir qadağalar yox idi. Məhz bu
səbəbdən onların yaradıcılığı özünün mövzu və problematikasının genişliyi ilə seçilirdi. Azər-
baycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Məhəmməd Əmin Rə-
sulzadənin yaradıcılığında klassik ədəbi irsə münasibət də xüsusi yer tutur. O, Azərbaycan klas-
sik ədəbiyyatının görkəmli nümayəndəsi olan Məhəmməd Füzuli haqqında bir sıra araşdırmalar
aparmış, bir çox məsələlərə aydınlıq gətirmişdir. Məqalədə müəllifin Məhəmməd Füzuli yaradı-
cılığı ilə bağlı tədqiqatları araşdırmaya cəlb edilmişdir. M.Ə.Rəsulzadənin şairin milliyyəti ilə
bağlı mövcud fikirlərə olan münasibətinə xüsusi yer verilmişdir. Bu cəhət Məhəmməd Əminin
narahat edən ən əsas məqamlardan biri idi. Dünya ədəbiyyatşünaslığında Füzulinin milliyyətcə
fars və ya kürd olduğu ilə bağlı müxtəlif fikirlər irəli sürən müəlliflər çoxdur. Maraqlı cəhət də
odur ki, M.Ə.Rəsulzadənin tənqid hədəfi Füzulinin başqa millətdən olduğunu hesab edən müəl-
liflər deyil, türk olduğunu geniş mülahizələrlə sübut etməyə çalışanlardır. Tədqiqatçının qənaə-
tinə görə, Füzulinin əsərlərini türk dilində yazması onun türk olduğunu sübut etməyə kifayətdir.
Məqalədə Rəsulzadənin Füzulinin həcmcə ən iri nəsr əsəri olan “Hədiqətüs-süəda” ilə bağlı
söylədiyi fikirlərə də yer verilmişdir. Mütəfəkkir əsərin yazılması səbəbinə açıqlıq gətirmişdir.
Füzulinin “Hədiqətüs-süəda” əsərini qələmə almaqda məqsədi xalqına ana dilində bu məlumat-
ları çatdırmağa yardım etmək olmuşdur. Məqalənin əsas hissəsini Füzulinin “Leyli və Məcnun”
əsəri ilə bağlı fikirlər təşkil edir. “İki “Leyli və Məcnun” başlığı altında Nizaminin və Füzulinin
yazdığı “Leyli və Məcnun” əsərlərinin geniş şəkildə müqayisəli təhlilini vermişdir. M.Ə.Rəsul-
zadə hər iki əsərin müqayisəsi zamanı diqqəti çəkən fərqli məqamları göstərməklə bir sıra qə-
rəzli fikirlərə də aydınlıq gətirməyə çalışmış, düzgün hesab etdiyi fikirləri sübut etmişdir. Təd-
qiqatçının apardığı müqayisə Füzulinin poemasının özünəməxsus cəhətləri ilə seçilən orijinal
bir əsər olmasını təsdiqləyir.
Açar sözlər: Məhəmməd Füzuli, Məhəmməd Əmin Rəsulzadə, “Leyli və Məcnun”, mühacirət,
poema
Azərbaycan ədəbiyyatşünaslığının xüsusi bir qolunu mühacirətdə yaranan örnəklər təş-
kil edir. Azərbaycanda mühacirət ədəbiyyatşünaslığı XX əsrin əvvəllərində AXC-nin dağılması
ilə formalaşmağa başlayır. Cümhuriyyətin süqutu nəticəsində bir sıra dövlət adamları, o cümlə-
dən ziyalılar vətəni tərk edərək xalqın azadlığı uğrunda mübarizəni başqa ölkələrdə davam et-
dirmək məcburiyyətində qalmışlar. Həmin ziyalıların vətəndən kənarda olan fəaliyyətinin öyrə-
nilməsi Azərbaycan xalqının tarixini, mədəniyyətini, ədəbi və elmi-nəzəri fikirlərini öyrənmək
baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, həmin dövrdə Azərbaycanda yaşayan şair və
yazıçıların qarşısına qoyulan qadağa və senzuralar onların baş verən hadisələrə açıq-aydın, heç
Filologiya məsələləri, № 17, 2019
156
bir qərəzli yanaşma olmadan öz fikirlərini ifadə etməsinə imkan vermirdi. Mühacirət ədəbiyyatı
nümayəndələrində isə belə bir qadağalar yox idi. Məhz bu səbəbdən onların yaradıcılığı özünün
mövzu və problematikasının genişliyi ilə seçilirdi. Azərbaycan mühacirət ədəbiyyatı və ədəbiy-
yatşünaslığının ən görkəmli nümayəndələrindən biri də Məhəmməd Əmin Rəsulzadə olmuşdur.
Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü yaradıcılığı olduqca zəngin və çoxşa-
xəlidir. Belə ki, o, ictimai-siyasi fəaliyyətlə yanaşı, həm müasir Azərbaycan ədəbiyyatı, həm də
klassik ədəbi irsin tədqiqi ilə bağlı bir-birindən qiymətli tədqiqatlar müəllifi kimi tanınır. Mə-
həmməd Əmin Rəsulzadə ədəbiyyatşünaslıq sahəsində ciddi elmi araşdırmalar aparmış, bir çox
klassiklərimiz haqqında kitab, məqalə və resenziyalar yazmışdır. O, Azərbaycan klassik ədəbiy-
yatının görkəmli nümayəndəsi olan Nizami haqqında olduqca sanballı monoqrafiya yazmış, şai-
rin yaradıcılığında türklük, türkçülük, türk ədəbi-estetik fikrinin yerini hərtərəfli şəkildə araşdır-
mışdır. Məhəmməd Əmin klassik irsin gözəl bilicisi kimi, Azərbaycan-türk şeirinin böyük söz
ustadı Məhəmməd Füzuli yaradıcılığına da biganə qalmamış, öz elmi yaradıcılığında Füzuli irsi
ilə bağlı qiymətli fikirlərini ifadə etmişdir. Doğrudur, Məhəmməd Əmin Rəsulzadənin Füzuli-
yə həsr etdiyi ayrıca əsərə rast gəlmirik. Lakin alimin yazdığı bir sıra elmi əsərlərdə şairlə bağlı
olan məqamlara da toxunulmuşdur ki, həmin nümunələr Məhəmməd Əmin Rəsulzadənin Füzu-
li haqqında geniş biliyə sahib olduğunu sübut edir.
“Türk ədəbiyatının parlaq günəşi Füzuli bu dövrin böyük şairlərindəndir”, – deyən Mə-
həmməd Əmin Füzulini böyük sənətkar kimi qiymətləndirmiş, onu orta əsrlər ədəbiyyatının gü-
nəşi hesab etmişdir [2, s.15]. O, Füzulini yalnız Azərbaycan xalqının böyük şairi hesab etmə-
miş, ümumilikdə, türkcə başa düşən, oxuyan hər bir insan üçün onun ədəbi irsinin böyük xəzinə
olduğu fikrini irəli sürmüşdür. Məhəmməd Əminin Füzuli haqqında fikirləri ilə tanışlıq göstərir
ki, o, şairin əsərlərini türkcə yazması, türklərə xitab etməsini, türk oxucusunun arzu və istəyini
nəzərə almasını yüksək qiymətləndirmişdir: “Füzuliyə belə bir əzm təlqin edən zaman, eyni za-
manda müasiri bulunan İran şahını belə Türkcə yazmağa sövq eyləmişdir”, – fikri ilə mütəfək-
kir Səfəvi dövlətinin hökmdarı olan Şah İsmayıl Xətaini də türkcə yazmağa təşviq etdiyini qeyd
edir [3, s.12].
Əsərlərini türk oxucularının maraqlarını nəzərə alaraq yazan, Azərbaycan-türk xalqına it-
haf edən Məhəmməd Füzuli ilə bağlı əsas məsələlərdən biri şairin milli mənsubiyyəti məsələsi
idi və bu cəhət Məhəmməd Əminin narahat edən ən əsas məqamlardan biri idi. Məhz bu baxım-
dandır ki, onun tədqiqatlarında bu məsələ xüsusi yer tutur. Məlum olduğu kimi, dünya ədəbiy-
yatşünaslığında Füzulinin milliyyətcə fars və ya kürd olduğu ilə bağlı müxtəlif fikirlər irəli sü-
rən müəlliflər çoxdur. Maraqlı cəhət də odur ki, M.Ə.Rəsulzadənin tənqid hədəfi Füzulinin
başqa millətdən olduğunu hesab edən müəlliflər deyil, türk olduğunu geniş mülahizələrlə sübut
etməyə çalışanlardır. Onun qənaətinə görə, şairin əsərləri onun türk olduğunu sübut etməyə ki-
fayətdir və bunun üçün başqa bir sübuta, dəlilə ehtiyac yoxdur. Tədqiqatçı “... bir türkün Füzuli
türkdür deyə isbata qalxması bir almanın faraza Höte və ya Şiller almandır, bir ingilisin Şekspir
ingilisdir və bir italyanın Bokkaçio ilə Petrarka və ya Virgili italyandır deyə monoqrafiya yaz-
masına bənzəməzmi?! Bir Nizami Gəncəvinin, bir Əmir Xosrov Dəhləvinin, hətta bir Cəlaləd-
din Ruminin türk olduqlarını isbata ehtiyac və ya zərurət hiss edilə bilir: çünki bunlar, dünyaca,
birər İran klassiki və fars şairi tanınmışlardır. Fəqət klassik türk şairin milliyyətini münaqişə ko-
nusu yapmaq, hər halda, müsbət bir məşğulliyyət sayılmaz” [4, s.231], – deməklə fikrini çox
açıq və gözəl şəkildə ifadə etmiş və “Füzulinin, bizcə bəlirtiləcək və isbat olunacaq tərəfi onun
türklüyü deyil, türkçülüyüdür...” [4, s.231] fikri ilə əsas türk olmaq deyil, türklər üçün çalışmaq
olduğu qənaətinə gəlmişdir.
Məhəmməd Əmin Rəsulzadənin Füzulinin türklüyü, türkçüyü ilə bağlı fikirlər söyləməsi
ilə yanaşı, onun bir sıra əsərləri barədə də mülahizələri vardır. Bunlardan biri şairin həcmcə ən
iri nəsr əsəri olan “Hədiqətüs-süəda” ilə bağlı söylədiyi fikirlərdir. M.Ə.Rəsulzadə öncə “Hədi-
qətüs-süəda” əsərinin əsas məğzi barədə məlumat vermiş, daha sonra isə Füzulinin bu əsərin ya-
zılma səbəbləri ilə bağlı öz fikrini irəli sürmüşdür. Məlumdur ki, islami ədəbiyyatda, xüsusilə
Filologiya məsələləri, № 17, 2019
157
şiə məzhəbi ilə bağlı yaranan ədəbi örnəklər içərisində Kərbəla faciəsi, İmam Hüseynin qətlə
yetirilməsi kimi mövzulardan bəhs edən ədəbi forma və janrlar vardır. Belə əsərlərin ilkin nü-
munələri ərəb, daha sonra isə fars dilində yazılmışdır. Bu mövzuda türkcə əsərlərin yazılması
sonrakı yüzilliklərə aiddir. Şiə məzhəbinə məxsus olan, Həzrət Əli, imam Həsən və imam Hü-
seyn aşiqləri olan türklər hər il məhərrəmlik ayında təşkil edilən təziyə məclislərində ərəb, ya-
xud farsca oxunan Kərbəla faciəsi və imam Hüseyn müsibəti ilə bağlı əsərlərin başa düşülmə-
sində çətinlik çəkir, həmin əsərlərin feyzindən məhrum olurdular. Məhəmməd Əmin Rəsulzadə
məhz belə bir boşluğu doldurmaq üçün qələmə alınan Füzulinin “Hədiqətüs-süəda” əsərinin
türk dilində yazılmasını olduqca yüksək qiymətləndirir. Çünki türklərin buna böyük ehtiyacı var
idi və Füzulinin də məhz buna görə xalqın istəyinə uyğun olaraq bu mövzuya müraciət etməsi,
əlbəttə, Məhəmməd Əmin kimi bir tədqiqatçının diqqətindən yayına bilməzdi. [2, s.18]
Müəllifin Füzuli haqqında fikirləri ilə bağlı daha geniş məlumatı onun “Azərbaycan şairi
Nizami Gəncəvi” adlı kitabından alırıq. Bu kitab adından da göründüyü kimi, intibah dövrü
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəviyə həsr olunmuşdur. Əsərdə
şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat vardır. Tədqiqatçı Nizaminin poemaları
barədə məlumat verərkən “Leyli və Məcnun” əsərinin üzərində xüsusi dayanmışdır. Müəllif ki-
tabda “İki “Leyli və Məcnun” başlığı altında Nizaminin və Füzulinin yazdığı “Leyli və Məc-
nun” əsərlərinin geniş şəkildə müqayisəli təhlilini vermişdir. M.Ə.Rəsulzadə hər iki əsərin mü-
qayisəsi zamanı diqqəti çəkən fərqli məqamları göstərməklə bir sıra qərəzli fikirlərə də aydınlıq
gətirməyə çalışmış, düzgün hesab etdiyi fikirləri sübut etmişdir. Belə ki, bir sıra tədqiqatçılar
Füzulinin eyniadlı əsərinin Nizamidən iqtibas yolu ilə qələmə aldığını, yaxud ondan tərcümə ol-
duğunu qeyd edirlər. M.Ə.Rəsulzadə isə bu məsələyə aydınlıq gətirməyi qarşısına məqsəd qoy-
muş, Füzulinin “Leyli və Məcnun”unun əsaslı dəlillərlə orijinal əsər olduğunu sübut etməyə ça-
lışmışdır.
Füzulinin “Leyli və Məcnun” əsərini tərcümə adlandırmağa əsas verən dəlil Nizaminin
qələmə aldığı məsnəvinin fars dilində, Füzulinin isə ana dilində yazmasıdır. Lakin, görünür ki,
bir sıra araşdırıcılar hər iki əsəri ətraflı şəkildə tədqiq edilməmişdir. Çünki əsərlərin hər ikisi
müqayisəli şəkildə nəzərdən keçirilən zaman bir sıra məzmun, süjet, obraz fərqlərini görməmək
mümkün deyil. Bu baxımdan, M.Ə.Rəsulzadə bu məsələyə etinasız yanaşmayıb bir sıra səhv
mülahizələrə aydınlıq gətirməyə çalışmış və daha öncə qeyd etdiyimiz “İki “Leyli və Məcnun”
adlı bölməsində ardıcıl olaraq müxtəlif fərqli məqamları göstərmişdir.
İlk olaraq, M.Ə.Rəsulzadə əsərlərin həcmini diqqət mərkəzinə çəkmişdir. Tədqiqatçı Ni-
zaminin məsnəvisinin 4600 beytdən, Füzulinin poemasının isə 3200 beyt həcmində olduğunu
göstərməklə yanaşı, onların vəzn sisteminə də nəzər salmış, Füzulinin Nizamidən fərqli olaraq,
bir sıra həsbi-halları müxtəlif vəznlərdə yazdığını söyləmişdir.
Bildiyimiz kimi, Nizaminin yaradıcılığında şairin müraciət etdiyi əsas formalardan biri
hadisə içərisində hekayələrdən istifadədir. Şairin “Xəmsə”sində yer olan digər poemalarda olan
bu formaya “Leyli və Məcnun” əsərində də rast gəlinir. Lakin Füzulinin əsərində bu kimi halla-
ra təsadüf olunmur.
Müəllifin qeyd etdiyi fərqli məqamlardan biri isə Nizaminin əsərə əlavə etdiyi surətlərin
Füzulidə rast gəlinməməsidir. Rəsulzadə bu fərqli məqamı qeyd etdikdən sonra belə bir nümu-
nələri göstərmişdir: “... Nizami, Mecnunun dayısına hikayede bir rol veriyor. Bunun gibi, Bağ-
datlı Selam adında bir edebiyat meraklısını, bir kaç defa, Mecnunla görüştürüyor. Bu adam
“vurgun bedevi”nin şiirlerini toplıyarak, edebiyat meraklıları arasında yayıyor”. [5, s.300]
Bir sıra obrazlarla bağlı səhnələr vardır ki, poemalarda fərqli formalarda təzahür edir.
Verilən fikrin təsdiqi kimi müəllif “Zeydin İbn Səlamın ölüm xəbərini Məcnuna gətirməsi” ilə
bağlı və “Leylinin Məcnuna məktubu” süjetlərini nümunə göstərmişdir. Belə ki, Nizaminin əsə-
rində Zeyd “düşmən ömrünü sənə bağışladı” deyərək İbn Səlamın ölümünü xəbər verməsindən
sonrakı əhvalat Məcnun və Leylinin iki bədəndə bir can olması fikri ilə davam edərkən Füzuli-
nin məsnəvisində tamamilə başqa bir istiqamətdə – Məcnunun İbn Səlamın ölümünü dostunun
Filologiya məsələləri, № 17, 2019
158
ölümü kimi qiymətləndirməsi ilə davam edir. Bunun açıqlamasını isə İbn Səlamın da özü kimi
Leyliyə aşıq olması ilə verir. “Leylinin Məcnuna məktub yazması” epizodunda isə Nizami
“Leyli və Məcnun”undan fərqli olaraq, Füzulidə ilk məktubu Məcnun yazmış, Leyli isə ona ca-
vab göndərmişdir.
M.Ə.Rəsulzadə hər iki əsər arasında bır sıra rəvayətlərin fərqli olduğunu göstərmişdir.
Məcnunun Nofəllə tanışlığı, bir neçə dəfə Leyli ilə görüşməsi, təbiət ünsürləri ilə söhbətləşməsi
bu kimi rəvayətlər sırasına aiddir.
M.Ə.Rəsulzadənin Füzulinin “Leyli və Məcnun” poemasını orijinal bir əsər kimi qiymət-
ləndirərkən əsas meyar kimi götürdüyü şərtlərdən biri də şairin Nizamidə olmayan bir sıra süjet-
ləri əsərə əlavə etməsidir. Füzuli Məcnun obrazının təsvirinə yeni cizgilər əlavə etməklə yanaşı,
onun gözəl qızın qucağında aram tapması epizodunu nümunə göstərmək mümkündür.
Bildiyimiz kimi, “Leyli və Məcnun” əsəri ərəb əfsanəsi əsasında qələmə alınmışdır.
Məsnəvilərin hər ikisini nəzərdən keçirən zaman əfsanəyə daha çox yaxın olan Nizaminin poe-
masıdır. Füzuli isə əfsanədən və zamanına kimi onunla bağlı olan mənbələrdən bəhrələnərək
orijinal əsər yaratmışdır. M.Ə.Rəsulzadə deyilən fikri belə ifadə edir: “Fuzuli, hikayeyi anlatır-
ken Arap masalının aslına sadık kalmayı pek te aramamış, tiplerini kendi zihnindeki tasavvura
görə ancak tasvir etmiş ve Mecnunun Bağdatlı Selamların rivayetlerinden, tamamiyle denecek
kadar, mustakil, kendi mistikliğinin hayallendirdiği şekilde yazmıştır”.
Tədqiqatçı əsərin əsas mətnində, başlanğıcında olan fərqləri göstərməklə yanaşı, sonluq-
larda da nəzərə çarpan fərqli məqamları ətraflı şəkildə göstərmişdir. Nizami əsərinin finalında
Məcnunun Leylinin məzarı üstündə ah-fəryad edərək ölməsini göstərirsə, Füzuli sonluğu çox
bəsit şəkildə – Məcnunun gəlməsi və məzarın üstündə canını tapşırması ilə tamamlanır. Mə-
həmməd Əmin Rəsulzadə hər iki əsəri yazıldığı dövrü nəzərə alaraq yüksək qiymətləndirir.
Azərbaycan mühacirət ədəbiyyatşünaslığının yaranması və inkişafında mühüm yer tutan
Məhəmməd Əmin Rəsulzadənin klassik ədəbiyyatla fikir və mülahizələri özünün elmi dəyərini
itirməmişdir. Sovet ideologiyasının klassik irsə olan münasibətinin əksi olaraq onun yaradıcılı-
ğında heç bir siyasi meyil özünü göstərmir. Məhz buna görədir ki, o, həm böyük Azərbaycan
şairi Nizami, həm də Füzuli haqqında öz dəyəri və sanbalı ilə seçilən qiymətli fikir və mülahizə-
lər yürütmüş, hər cür ideologiyadan uzaq olaraq klassik irslə bağlı bir sıra məsələlərə aydınlıq
gətirmiş, obyektiv təhlil və müqayisələr aparmışdır. Bu baxımdan onun ədəbiyyatşünaslıqla
bağlı fəaliyyətinin ayrıca öyrənilməsinə ehtiyac vardır.
Ədəbiyyat:
1. M.Ə.Rəsulzadə. Azerbaycan kültür gelenekleri. Ankara, “Sipahi matbaası”, 1949.
2. M.Ə.Rəsulzadə. Azerbaycan Cumhuruyeti. İstanbul, 1990. 190 səh.
3. Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr. Azərbaycan
mühacirət ədəbiyyatı kitabxanası (kitablar seriyası), I cild. Bakı: Elm, 2016, 356 səh.
4. M.Ə.Rəsulzadə. Azərbaycan şairi Nizami. Ankara, Milli eğitim basımevi, 1951, 402 səh.
P.Humbatova
Mahammad Fuzuli in Mahammad
Amin Rasulzadeh’s creativity
Summary
A particular branch of the Azerbaijani literary studies is the samples created during emig-
ration. Emigration literature is important in terms of studying the history, culture, literary and
scientific-theoretical views of Azerbaijani people. So that bans and censorship against writers
Filologiya məsələləri, № 17, 2019
159
and poets lived in Azerbaijan in that time, did not allow them to express their thoughts without
any prejudice approach to what happened. However there are not such prohibitions for repre-
sentatives of emigration literature. In this regard their creativity was distinguished by its topic
and problematic. The attitude to classical literary heritage in the creativity of Mahammad Amin
Rasulzadeh who is one of the outstanding representatives of Azerbaijan emigration literature,
occupies a special place. He carried out researches about prominent representative of the Azer-
baijani classical literature Mahammad Fuzuli, and clarified some issues. In the article the rese-
arches on Mahammad Fuzuli’s creativity by the author are involved in the study. A special pla-
ce is given to attitude of M.A.Rasulzadeh to the existing thoughts on the nationality of the poet.
This issue was one of the main concerns of Mahammad Amin. There are many authors
who put forward ideas that Fuzuli is Persian or Kurdish. The interesting point is that target of
M.A.Rasulzadeh’s criticism is not the authors who consider Fuzuli is from another nationality,
but those who try to prove that he is a Turk. According to the researcher, Fuzuli’s works written
in Turkish is enough to prove that he is a Turk.
In the article is mentioned Rasulzadeh’s thoughts about the greatest prose work “Hadika-
tus-sueda” by Fuzuli. The purpose of Fuzuli on writing the work “Hadikatus-sueda” was to help
people to provide the information in native language. Main part of the article is the thoughts
about the work “Leyli and Majnun” by Fuzuli. M.A.Rasulzadeh studied the works “Leyli and
Majnun” written by Nizami Ganjavi and Mahammad Fuzuli comparatively, and presented simi-
lar and different points in the form of separate clauses. The comparisons made by the researcher
confirm that Fuzuli's poem is an original work distinguished by its peculiarities.
Key words: Mahammad Fuzuli, Mahammad Amin Rasulzadeh, “Leyli and Majnun”,
emigration, poem
П.Гумбатова
Мухаммед Физули в творчестве
Мухаммеда Амина Расулзаде
Резюме
Особой ветвью азербайджанского литературоведения являются образцы, созданные
во время эмиграции. Эмиграционная литература важна с точки зрения изучения истории,
культуры, литературных и научно-теоретических взглядов азербайджанского народа. Так
что запреты и цензура против писателей и поэтов жили в то время в Азербайджане, не
позволяли им выражать свои мысли без какого-либо предубежденного подхода к тому,
что произошло. Однако для представителей эмиграционной литературы таких запретов
нет. В связи с этим их творчество отличалось своей темой и проблемностью. Особое
место занимает отношение к классическому литературному наследию в творчестве
Мухаммеда Амина Расулзаде, который является одним из выдающихся представителей
азербайджанской эмиграционной литературы. Он провел исследования о выдающемся
представителе азербайджанской классической литературы Мухаммеде Физули и
прояснил некоторые вопросы. В статье участвуют исследования автора творчества
Мухаммеда Физули. Особое место отводится отношению М.А.Расулзаде к сложившимся
мыслям о национальности поэта.
Эта проблема была одной из главных проблем Мухаммеда Амина. Есть много
авторов, которые выдвигают идеи, что Физули является персидским или курдским
языком. Интересно, что целью критики М.А.Расулзаде являются не авторы, которые
считают Физули другой национальности, а те, кто пытается доказать, что он турок. По
Filologiya məsələləri, № 17, 2019
160
словам исследователя, работ Физули на турецком языке достаточно, чтобы доказать, что
он турок.
В статье упоминаются размышления Расулзаде о величайшем прозаическом
произведении «Хадикатус-суеда» Физули. Целью Физули при написании работы «Hadi-
katus-sueda» было помочь людям предоставить информацию на родном языке. Основная
Dostları ilə paylaş: |