часть статьи - размышления о работе Физули «Лейли и Меджнун». М.А.Расулзаде
сравнительно изучил работы «Лейли и Меджнун», написанные Низами Гянджеви и
Мухаммедом Физули, и представил аналогичные и разные точки зрения в виде
отдельных статей. Сравнения, проведенные исследователем, подтверждают, что поэма
Физули - это оригинальное произведение, отличающееся своими особенностями.
Ключевые слова: Мухаммед Физули, Мухаммед Амин Расулзаде, «Лейли и
Меджнун», эмиграция, поэма
Məqalənin redaksiyaya daxil olma tarixi:25.08.2019
Çapa hazırlnma tarixi:26.11.2019
filologiya üzrə fəlsəfə doktoru,dosent Mirzəyev Ataəmi
tərəfindən çapa tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
161
MƏHSƏTİ ƏHMƏDOVA
AMEA N.Gəncəvi ad. Azərbaycan Ədəbiyyatı Muzeyinin Qarabağ filialı
istiqlaliyyət 53
mah.a@rambler.ru
AŞIQ ƏLƏSGƏR VƏ İSLAM DÜNYASI
Xülasə
Bu məqalədə müəllif aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs edir. 19-cu əsrin
ikinci yarısında sosial motivlərlə getdikcə zənginləşən aşıq şeiri müasirlik istiqamətində inkişaf
etmişdir. 19-cu əsr aşıq poeziyasının və ümumiyyətlə, Azərbaycan şifahi xalq yaradıcılığının ən
güclü nümayəndələrindən biri olan aşıq Ələsgərin fəaliyyətinin coşğun bir dövrü bu zamana dü-
şür.
Aşıq şeirinin demək olar ki, bütün gözəllikləri Aşıq Ələsgərin simasında cəmləşmişdir.
Ələsgər gənc yaşlarında aşıq sənətinə maraq göstərmiş və bu sənəti Göycə mahalının məşhur
aşığı qızılvəngli aşıq Alıdan öyrənmişdir.
Aşıq Ələsgər çoxcəhətli yaradıcılıqla məşğul olan usta aşıq kimi saz çalıb oxumaqla bəra-
bər musiqi havaları yaradırdı. Aşığın aşiqanə və ayrı-ayrı şəxslərin və ictimai çatışmazlıqların
tənqidinə həsr olunmuş şeirlərindən əlavə dini mövzularda yazılmış şeirləri də vardır.
Şeirlərindən göründüyü kimi, Aşıq Ələsgər İslam dinini və Məhəmməd Peyğəmbərin (S)
həyatını daha dərindən bilirdi. Müəllif məqalədə aşığın İslam dünyasından xəbər verən şeirlə-
rindən bəhs edir, onun Tanrının vəhdəti, Məhəmməd Peyğəmbərə (S) və imamlara sevgi, qiya-
mət gününə inam haqqında fikirlərini şərh edir.
Açar sözlər: Aşıq Ələsgər, aşıq şeri, İslam dini, Məhəmməd peyğəmbər (S), islam dünyası,
qiyamət günü .
XIX əsrin II yarısında ictimai motivlərlə getdikcə zənginləşən aşıq şeiri müasirliyə doğru in-
kişaf edirdi.
Bu dövrdə yetişən Aşıq Hüseyn (1811-1891), Aşıq Ələsgər (1821-1926), Molla Cuma
(1855-1918) Azərbaycan aşıq sənətini yeni mərhələyə yüksəldən qüdrətli sənətkarlar idi. Onla-
rın simasında aşıq şeiri inkişaf edərək həm məzmun, həm də formaca zənginləşmişdi (1,179) .
XIX əsrin aşıq şerinin və ümumiyyətlə Azərbaycan şifahi xalq yaradıcılığının ən qüvvətli
nümayəndələrindən biri olan Aşıq Ələsgərin fəaliyyətinin coşğun bir dövrü bu zamana düşür.
Aşıq Ələsgərin simasında aşıq şerinin demək olar ki, bütün gözəllikləri cəmləşmişdir
(1,179).
Aşıq Ələsgər 1821-ci ildə İrəvan vilayətinin Göyçə mahalında (indiki Basarkeçər rayonu)
Ağkilsə kəndində anadan olmuşdur. Ələsgər gənc yaşlarında aşıqlıq sənətilə maraqlanmış və bu
sənəti Göyçə mahalının məşhur aşığı qızılvəngli aşıq Alıdan öyrənmişdir (1,179).
Aşıq Ələsgər çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə məşğul olan ustad aşıq idi. O, saz çalıb
oxumaqla bərabər musiqi havaları yaradırdı (1,180).
Aşığın aşiqinə və ayrı-ayrı şəxslərin və ictimai eyiblərin tənqidinə həsr olunan şeirlərindən
əlavə dini mövzuda yazılmış şeirləri də vardır. Aşığın bu mövzuda yazdığı şeirlərinə 1993-cü
ilə qədər yazılı mətbuatda rast gəlməmişik. Bu şeirlər ilk dəfə olaraq 1993-cü ildə “Yazıçı” nəş-
riyyatı tərəfindən buraxılan “Aşıq Ələsgər. Gözüm bir alagöz xanıma düşdü (say seçmə şeirlər)
” – şeirlər kitabının II bölməsində çap olunmuşdur.
“Sidq ilə çağırıram Şahi-Heydəri”, “Meracnamə”, “Nuri-irəhmətdən aldı dəstəmaz”, “İbtidai
ustaddan dərsim almışam”, “Ya Əli”, “Bu gündə”, “Ağa”, “Yalvarıram” şeirlərinin hər birində
Filologiya məsələləri, № 17, 2019
162
Allaha inam, mələklərə inam, kitablara inam, peyğəmbərə, imamlara inam, taleyə, axirət günü-
nə inam əks olunur.
İslam dininin “La ilahəilləllah, Məhəmmədən Rəsulallah”, Əmir Əl – möminin Əliyyən Və-
liyullah” kimi formalaşmış incilərinin şəfəqi şeirlərin hər sətrində bir günəş kimi bu parlayır:
İbtida ustaddan dərsin almışam
Ələst aləmində demişəm, “bəli”
Həqiqətən iki gözəl sevmişəm:
Birisi Məhəmməd, birisi Əli (2,89).
deyən aşıq peyğəmbərə, imama olan sevgisinin böyüklüyünü göstərir. Peyğəmbərimizin qızı
– Fatimeyi – Zəhranı məhşərdəki işığa bənzədərək onu gözəllərin gözəli adlandırır:
Fatimeyi – Zəhra, şəfeyi – məhşər,
Onu seçdim gözəllərin – gözəli (2,89).
Bütün varlıqların yaradıcısı olan Rəbbimiz bizə saysız –hesabsız nemətlər vermişdir. Bu ne-
mətlərə görə yaradana minnət və hörmət eləmək, onun bütün əmrlərini yerinə yetirmək və ya-
saqlarından çəkinmək qulluq borcudur. Allahın əmr etdiyi kimi bu borcu ödəmənin adına “iba-
dət” deyilir (6, 35).
“Nuri irəhmətdən aldı dəstəmaz” şeirində bu qayda qanunlardan, dinin sütunu sayılan na-
mazdan, ibadətdən bəhs olunur:
Nuri-irəhmətdən aldı dəstəmaz
Yüz iki rükət əda eylədi namaz
Üz tutdu dəryaya izd ilə niyaz:
- Xudaya, təvəqqəm səndən ümmətdi. (2, 89).
Bu şeirdə aşıq Peyğənbərlərimizin meraca getdiyini, öz ümmətinin səadəti və xoşbəxtliyi
üçün xudadan istəyini qələmə almışdır.
Aşıq “namaz”ın bizə necə gəlməsini aşağıdakı sətirlərdə aydın şəkildə göstərmişdir:
Həbibullah mindi İcəfrəf atın,
Xaliqi ləmyəzid verdi baratın
Bizə vacib olan sövmi-salatın
Üç hissəsin qoydu, birisin gətdi (2,98).
Aşıq “Bizə vacib olan sövmi-salatın üç hissəsinin qoydu, birisin gətdi” – deməklə peyğəm-
bərimizin meracdan qayıdarkən əlli namaz əvəzinə beş namaz gətirməsini bildirir.
Meracdan geri dönərkən Musa peyğəmbər Məhəmməddən soruşur ki, Allah onun öz hüm-
mətinin boynuna hansı öhdəliyi qoydu: Məhəmməd cavab verir – Xəmsin Salat (əlli namaz).
Musa peyğəmbər ona deyir: Qayıt, Allahdan bir də soruş, mən İsrail övladlarına gündə bu qədər
namaz qıldırmaq istədim, amma baş tutmadı. Gündə əlli dəfə namaz qılmağa sənin ümmətinin
gücü çatmaz. Hədisdə deyilir ki, Məhəmməd Musa peyğəmbərin təkidi ilə bir neçə dəfə Alalhın
yanına qalxıb gündəlik namazların sayını beşı endirir.Axırıncı dəfə geriyə dönərkən bunu Musa
peyğəmbərə bildirir. Musa peyğəmbər deyir ki, mən də öz ümmətimə gündə beş dəfə namaz
qıldırmaq istədim, amma baş tutmadı, qayıt, bir də azaldılmasını xahiş et.
Bu dəfə Allahın rəsulu Musa peyğəmbərə deyir: Yox, qayıda bilmərəm, bundan artıq mərhə-
mət ola bilməz (5,22, 23).
Filologiya məsələləri, № 17, 2019
163
Buradan görünür ki, Aşıq Ələsgər İslam dinini və Peyğəmbərimizin həyatını daha dərindən
bilirdi.
Peyğəmbərimizin meracından bəhs olunan başqa bir şeirində aşıq tanrı tərəfindən Peyğəm-
bərimizin hörmətlə qarşılanmasını, neçə dəfə meraca getməsini göstərir:
Aşiqlər qolilə, arifi aqil
Dörd dəfə peyğəmbər meraca getdi.
Otuz altıynan cam olubdu on yeddi,
Xəstə dilim bu yollara bələtdi.
Hər yandan səs gəldi: Ya Məhəmməd!
Məscidi-əxzaya yetişdi səda
Musa ərz eylədi: “Ey bari – xuda,
Nə qurğu mənzilət, nə fəzilətdi!?” (2,97, 98)
Aşığın yaradıcılığında Həzrəti Əliyə aid şeirləri də xüsusi yer tutur.
“Sidq ilə çağırram Şahi-Heydəri” adlı şeirini aşıq rəhimli, mərhəmətli Allahın adıyla başla-
yır:
Bismillah, irrəhman, irrəhim- deyib,
Sidq ilə çağırram Şahi-Heydəri.
Qeyzə gəlib bir əlində götürdü,
Səksən min batmanlıq dəri Əleybəri (2,96).
Burda aşıq Şahi-Heydərin, yəni Həzrəti Əlinin şücaətini göstərir. Altı misralıq bu şeirdə on
iki imamlarımızın hər birinin adı çəkilir, onların insana hər an, hər zaman köməyindən bəhs olu-
nur:
Əliyyən Nağıdı aləmdə əla,
Bir səri min dərdə olub mübtəda,
İstəyirsən müşkül işin həll ola
Sidq ilə çağır Həsən Əsgəri (2,97).
Şeirin son misrasında Mehdi – əz – Sahibi Zamanın adını çəkən aşıq “Yövmil-ərəsət” de-
məklə qiyamət gününü nəzərdə tutmuşdur:
Mehdinin şəninə gəlibdi ayət,
İsminə möminlər verir salavat
Yövmil ərəsətdə etmə xəcalət
Yandırma odlara qul Ələsgəri!
Aşıq doğru ilə yanlışın qiyamət günü üzə çıxacağını, mizan tərəzi, sirat (yolu) və haqq-he-
sab (günü) olacağını dərk etdiyindən şeirin sonunda tanrıdan bağışlanmasını arzulayır.
Aşığın bu fikri M.Füzulinin “Mətlə əl etiqad” əsərindəki fikirlərini tamamlayır.
Bəzi mühəqqiqlər söyləmişlər ki, bu dünya ləzzətlə acılığın bir-biri ilə qarışığından, axirət
isə bütün ləzzətin bir tərəfdə və bütün acılığın digər tərəfdə bir yerə toplanmasından ibarətdir.
Birinci (tərəf) cənnət adlandırılır ki, bu möminlərin sığınacağı, ikincisi isə cəhənnəmdir ki, bu
da kafirlərin iqamətgahıdır (3,91).
Filologiya məsələləri, № 17, 2019
164
Aşığın fikrincə hələ bu dünyada ikən axirət gününü düşün, cənət və cəhənnəmin anlamını
xatırla, insanın məhşər ayağında əməllərinə görə cavabını yada sal – aşıqin bu düşüncələri
“Ağa” adlı şeirində daha aydın üzə çıxır.
Aşıq Həzrəti Əlini möminlərin pənahı, aləmlərin sərvəti adlandıraraq ondan kömək istəyir:
Sağ dəstimdə xeyir əməlim.
Solda şərdən qorxuram;
Həm sindən, həm siratdan,
Həm məşhərdən qorxuram;
Kəsmə zərrə iltifatın
qul Ələsgərdən ağa (2,105).
“Ailə üzvlərindən kimi çox istəyirsən” sualına Peyğəmbərimiz belə cavab vermişdir: ”Hə-
sən və Hüseyni. Hər kim mənim bu iki nəvəmi sevsə (dost tutsa), məni sevir (dost tutur), hər
kəs onlarla düşmənçilik etsə mənimlə düşmənçilik edir” (6,15).
Aşıq Ələsgərin də İmam Hüseynə olan sevgisi – Peyğəmbərimizə olan məhəbbətindən, istə-
yindən irəli gəlir. Bu istək, bu məhəbbət İmam Hüseyn faciəsini əks etdirən “Bu gündə” şeirin-
də verilmişdir:
Bu gündə bilin, ərşi – səmabat qan ağlar,
Sav ilə səmək, külli-kainat qan ağlar,
Dostları Əli daimül-övqat qan ağlar.
Bir ləhzə baxan zeynəbi – nalana bu gündə
Qan ağla, gözüm, şəhi-şəhidana bu gündə
Oğlunu verib ünmətə qurbana bu gündə (2,101).
Yer üzünü, kainatı ağladan, insanı lərzəyə gətirən bu faciə ürək yanğısıyla, qəlb atəşiylə ya-
zılmış, Aşıq Ələsgərin gözlərindəki yaşı qana döndərmişdir.
Allahın birliyini, Peyğəmbər, imam həyatının sevgi, şəfqət, fəzilət və səmimiyyət dolu bir
həyat olduğunu bilən aşığın təsirli şeirləri onun dini dünyagörünüşünü əks etdirir. Bu şeirlər nə-
sillərdən nəsillərə keçəcək, əsrlərdən əsrlərə yol tapacaq, aşığın mənəvi dünyasının islam dün-
yası qayda-qanunlarına cavab verdiyini əks etdirəcək, mənəvi həyatını qoruyub saxlayacaqdır.
Ədəbiyyat
1. Azərbaycan ədəbiyyatı tarixi” II c. Bakı 1960, 906 s.
2. A. Ələsgər. “Gözüm bir alagöz xanıma düşdü”. Bakı, “Yazıçı”, 1993, 142 s.
3. M.Füzuli. “Mətlə əl etiqad”. Bakı, “Yazıçı”, 1987, 101 s.
4. Mehmed Soymen. “Müselmanın cib kitabı”. Ankara, 1997, 141 s.
5. O.Qüdrətov, N.Qüdrətov.“Məhəmməd Peyğəmbər həyatı və kəlamları”. Bakı 1990, 175 s.
6. “Hər şeyi bəyan edən kitab”. Bakı, 2000, 80 s.
М. Ахмедова
Ашуг Алескер и мир Ислама
Резюме
В данной статье автор рассказывает о жизни и творчестве ашуга Алескера.
Ашугское стихотворение, которое стало все больше обогащаться общественными
мотивами во второй половине 19-го века, развивалась в направлении современности.
Filologiya məsələləri, № 17, 2019
165
Бурливый период деятельности одного из сильнейших представителей ашугской поэзии
19-го века и вообще азербайджанского фольклорного творчества Ашуга Алескерa падает
на это время. В лице Ашуга Алескерa сосредоточена почти вся красота ашугского
стихотворения. Алескер интересовался искусством ашугов в молодом возрасте и изучал
это искусство у знаменитого ашуга Алы из Кызылвенга, крайа Гёйджа. Ашуг Алескер
был мастером ашугом, занимавшимся многокультурным творчеством. Он играл на сазe и
создавал музыкальные мелодии.
У него есть также стихи, написанные на религиозные темы, помимо стихов,
посвященных любви любящего и критике отдельных лиц и общественного
общественных недостатоков. Как видно из его стихов, Ашуг Алескер более глубоко знал
религию ислама и жизнь Пророка Мухаммада (С). Автор говорит о стихах ашугa,
уведомляющий о мире ислама, трактует его идеи о единстве Бога, о любви к Пророку
Мухаммеду (С) и имамам, о вере в cудный день.
Ключевые слова: ашуг Алескер, ашугское стихотворение, Исламская религия, Пророк
Мухаммад (С), Исламский мир, судный день.
M. Ahmadova
Ashug Alesger and world of Islam
Summary
In the given article the author tells about the life and creativity of Ashug Alesger. As-
hug poem, which has become increasingly enriched by social motives in the second half of the
19th century, developed in the direction of modernity.
The turbulent period of the activity of Ashug Alesger, one of the strongest representatives of
ashug poetry in the 19th century and in general of the Azerbaijani folklore creativity, falls on
this time. Almost all the beauty of the ashug poem is concentrated in the face of Ashug Alesger.
Alesger was interested in the art of ashugs at a young age and studied this art from the famous
ashug Aly from Kizilveng, region Goycha. Ashug Alesger was a master ashug engaged in multi-
cultural creativity. He played saz and created musical melodies. He also has poems written on
religious themes, in addition to poems dedicated to the love of the lover and criticism of indivi-
duals and social weaknesses. As can be seen from his poems, Ashug Alesger more deeply knew
the religion of Islam and the life of the Prophet Muhammad (S).
The author speaks about the poems of ashug, informing about world of Islam, treats of his
ideas about unity of God, love for the Prophet Muhammad (S) and imams, belief in the day of
doom.
Key words: ashug Alesger, ashug poem, Islamic religion, Prophet Muhammad (S), Islamic
world, the day of doom.
Məqalənin redaksiyaya daxil olma tarixi:
Çapa hazırlnma tarixi:
filologiya üzrə fəlsəfə doktoru, Nuranə Əsədullayeva
tərəfindən çapa tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
166
NƏRMİNƏ ƏLİYEVA
AMEA Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Bakı, İstiqlaliyyət küçəsi, 53
narmina.76@rambler.ru
HAŞIM BƏY SAQİBİN YARADICILIĞINDA TƏSƏVVÜFİ İDEYALARIN
ƏKSİ VƏ HƏLLAC MƏNSURUN POETİK OBRAZI
Xülasə
Məqalədə ilk öncə Haşım bəy Saqibin yaradıcılığında təsəvvüfi ideyaların əks olunması
məsələsindən bəhs olunur. Haşım bəyin yaradıcılığında işlədilən bir çox təsəvvüfi termin və
rəmzlər sadalanır, nümunələr verilir. Daha sonra şairin yaradıcılığında sufi şair Həllac Mənsura
sənətkarın rəğbətini nəzərə çarpdıran nümunələr diqqət mərkəzinə gətirilir və geniş şəkildə şərh
olunur. İlk növbədə isə H. Mənsurun şairlərin yaradıcılığına geniş şəkildə nüfuz etmə səbəbləri
araşdırılır və üzə çıxarılır. Məlum olur ki, Haşım bəy Saqib də Həllac Mənsur adına qəzəllərin-
də dönə-dönə müraciət etmiş, onun qəlbindəki ilahi eşqi yüksək qiymətləndirmişdir. Haşım bəy
bununla kifayətlənməmiş, eyni zamanda öz qəlbindəki ilahi eşqi də məhz Mənsur adından isti-
fadə edərək bəyan etmişdir. Həllac Mənsurdan bəhs edərkən müəllif ənənəvi mövqedən çıxış et-
mişdir ki, bu da şairin Qazi Bürhanəddin, Nəsimi yaradıcılığından da təsirləndiyini büruzə ver-
mişdir.
Beləliklə, araşdırma nəticəsində aydın olur ki, Həllac Mənsur şairin yaradıcılığında bir
çox poetik fikirlərin ifadə olunmasında, poetik funksiyaların yerinə yetirilməsində simvollaşdı-
rılmış vasitə kimi mühüm rol oynamış, nəticədə ilahi eşq, qorxmazlıq, cəsurluq kimi bir çox
rəmzi mənaları ifadə etmişdir.
Açar sözlər Həllac Mənsur, təsəvvüf, ilahi eşq, ənəlhəq, ilahi nur
Ənənələri XIII-XVI əsr şairlərinin yaradıcılığına söykənən, onlardan qidalanan XX əsr
şairi Haşım bəy Saqib poeziyasında xalq ədəbiyyatı, “Quran” motivləri, dini şəxsiyyətlərin hə-
yatları ilə bağlı müəyyən hədis və rəvayətlərlə yanaşı dini-fəlsəfi xarakter daşıyan təsəvvüfi ide-
yalar da diqqəti cəlb etəkdədir. Belə ki, burada təsəvvüfi anlam daşıyan rəmzlərin çoxluğu,
müəyyən təsəvvüfi ideyaların əksi, vəhdəti-vücud fəlsəfəsinin izləri, məşhur sufi şair Həllac
Mənsurun adının tez-tez rəğbətlə anılması, müəyyən poetik funksiyaların yerinə yetirilməsində
şairin adının və eləcə də digər məfhumların poetik vasitə kimi istifadəsi fikirlərimizin doğrulu-
ğunu sübut etməkdədir. İlkin olaraq anadilli ədəbiyyat nümayəndələrimizdən İzzəddin Həsə-
noğlunun, Qazi Bürhanəddinin yaradıcılığında rastlaşdığımız, İmadəddin Nəsimi yaradıcılığın-
da isə yüksək fəlsəfi məzmun kəsb edərək mahiyyəti etibarı ilə daha qabarıq ifadə olunan bir
çox təsəvvüfi rəmzlərdən “zülf”, “küfr”, “iman”, “mey”, “meyxanə”, “xal”, “əyağ”,
“sam”,”dar”, “dam”, “danə”, “saqi” və s.- lə Haşım bəyin yaradıcılığında da tez-tez rastlaşmağı-
mız bunu göstərən ilkin və əsas dəlillərdəndir. Burada eyni zamanda işlədilən “zöhd”, “vəh-
dət”, “sufi”, “arif”, “zahid”, “tövbə”, “ixlas”, “təqva” və bir çox sufi terminləri də fikirlərimizin
doğruluğunu bir daha sübut edir.
Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istərdik ki, zəngin yaradıcılıq imkanlarına
malik sənətkarıın ədəbi iris nədənsə bu günə qədər geniş tədqiqata cəlb edilməmişdir. Bu məna-
da təsəvvüfi ideyalar məsələsi də, təəssüf ki, tədqiqatdan kənarda qalmış, müstəqil şəkildə araş-
dırmaya cəlb edilməmişdir. Beləliklə də, bu məqalə şairin yaradıcılığında işlədilən təsəvvüfi
rəmzlər və təsəvvüfi ideyaların əksi ilə bağlı ilk tədqiqatdır.
Filologiya məsələləri, № 17, 2019
167
Ədibin yaradıcılığında təsəvvüfi ideyaların əksi məsələsinə gəlincə ilk növbədə diqqəti-
mizi onlarla beytdə rastlaşdığımız X əsr şairi Həllac Mənsurun adının anılması, ona rəğbətin
poetik şəkildə ifadəsi cəlb edir. Bu isə fikrimizcə, təsadüfi xarakter daşımır. Çünki qeyd etdiyi-
miz kimi belə beytlər şairin yaradıcılığında onlarladır və bu beytlərdə biz bəzən şairin özünü
Həllac Mənsura bənzətdiyinin, bəzən də onun kimi aşiqliyi arzu etdiyinin şahidi oluruq.
Fəxr Mənsuri ilə eyləyərəm ruz ilə şəb,
Saqiya, ver qədəhun badeyi-gulfam biyar. (1, 593)
Yuxarıdakı misralarda eşq badəsini içib ilahi eşqin yollarına düşən və ondan zövq
alan şairin artıq “Mənsurluğu” dərk etdiyi aydınlaşır. Çünki bunu dərk etməyən biri “gecə gün-
düz Həllac Mənsurla fəxr edirəm” - deyə bilməzdi. Bəs “Mənsurluq” nə deməkdir? Fikrimizcə,
“mənsurluq” İlahiyə qovuşmaq və ona qovuşmaqdan başqa heç bir arzu və istəyi olmayan, qəlbi
yalnız İlahi nurla dolu olan və onun eşqindən güc alaraq döyünən, ilahi eşq yolunda hər şeyin-
dən keçərək özünü fəda etmək deməkdir. Şübhəsiz ki, burada Həllac Mənsur dedikdə ilahi eşq
nəzərdə tutulmuşdur.
Nədür tə`sir həqqün kəlməsində hər yetən bilməz,
Gərək əvvəl cəkilsun darə, Mənsur olmayan bilməz. (1, 159)
Şairin fikrincə ilahi kəlamları hər kəs anlaya bilməz. Əgər anlayarsa, bu
dünyada var olmaz. Yəni ruhu Allaha qovuşar. Necə ki, Mənsur özünü yox saydı
və ilahi eşq yolunda dara çəkildi. “Dar” ifadəsi təsəvvüfi anlamda artıq rəmzi xarakter daşıyır.
Belə ki, “dar” dedikdə insanı ölümə aparan vasitə deyil, Allaha qovuşduran vasitə, ona aparan
yol nəzərdə tutulur.
Mənsur görüb hüsnüvi ayineyi-dildə,
Hökm etdi ona, sölə, “ənəlhəq, ənəlhəq.” (1, 182)
Təsəvvüfdə “insan qəlbinə, özəlliklə də kamil insana ayna deyirlər. Haqqın nişanə-
ləri işıq kimi qəlb aynasında zahir olur. (təcəlli edir) Haqqın qarşısında bütün kainat ayna kimi-
dir. Onun nişanələrini əks etdirir. Lakin ən cilalanmış və mükəmməl ayna insandır.” (2, 38)
“Dil” isə ürək deməkdir. Təsəvvüfi anlamına gəlincə “tanrı camal və kamalının təcəlli etdiyi
yer” (2, 67) mənasındadır. Başqa sözlə desək, “ mömünlərin qəlbi yalnız Allaha olan sevgi və
eşqlə döyünür. Və bu eşq onların qəlbini elə bürüyür ki, orada Allahdan, ona olan sevgidən və
onun nurundan başqa heç nəyə yer qalmır”(3, 65)“Hüsn” dedikdə isə Tanrı, tanrının camal si-
fətləri nəzərdə tutulur. Beləliklə, beytdən belə anlaşılır ki, şair ilk növbədə Mənsuru kamil insan
kimi qəbul edir. Belə ki, haqqın nuru Mənsurun qəlbinə - yəni, ilahi xəzinənin məkanına düş-
müşdür. Və bu nurun varlığı, işığı, göz qamaşdıran şüası Mənsuru “Ənəlhəq” söyləməyə vadar
etmişdir.
“Ənəlhəqq” kəlməsin hər bir nəfəsdə eylərəm izhar,
Vırubdur başimə sevdayi-eşqün, əsrə Mənsurəm. (1, 207)
Yuxarıdakı beytdə isə biz tamamilə başqa mənzərə ilə qarşılaşırıq. İlk öncə Həllac
Mənsurla fəxr edən şairin onun qəlbində yaranan ilahi eşqə həsəd apardığını görürüksə, artıq
burada - sonrakı məqamda onun özünü Mənsur adlandırması ilə qarşılaşırıq. Şair özünü Mən-
sur sanaraq onun kimi eşq oduna düşüb yandığını, hər nəfəsdə “Ənəhəq” söylədiyini bəyan edir.
Daha dəqiq desək, bununla da şair İlahini düşünmədiyi bir anın olmadığını nəzərə çarpdırmağa
çalışır. Şübhəsiz ki, burada “Mənsur” rəmzi xarakter daşıyır və ilahi eşqin ən yüksək məqamı
Filologiya məsələləri, № 17, 2019
168
kimi qeyd edilir. Yeri gəlmişkən, qeyd edək ki, özünü “Mənsur” adlandırma Haşım bəy Saqib-
dən daha əvvəl bir çox imanlı şairlərin yaradıcılığında geniş şəkildə özünü büruzə vermişdir.
Belə beytlərə biz daha çox XIV əsr şairlərindən Qazi Bürhanəddin, hürufilik ideyalarının carçısı
İmadəddin Nəsimi yaradıcılığında da rast gəlirik.
Qazi Bürhanəddin:
Bən çü Mənsur anun içün saçuna asıluram,
Çün Birahim ola ki, yoluna ədhəm görəsin. (4, 254)
İmadəddin Nəsimi :
Mən ol Mənsuram, ey arif ki, həqdən bulmuşam nüsrət,
Ənəlhəq söylərəm daim ki, ömrüm payidar oldu. (5, 298)
Göründüyü kimi beytlərdə şairlər özlərini Mənsur adlandırmışlar ki, bu da, şübhəsiz ki, in-
san qəlbində ilahi sevginin ən son mərhələsi kimi qəbul edilməlidir. Artıq aşiq ilahi eşqdən məst
olmuşdur. Yalnız bu zaman insan özünü Mənsur adlandıra və onun məqamına yetişdiyini bildi-
rə bilər. Haşım bəy Saqib də qəlbinin ilahi nurla, ilahi sevgi ilə dolduğunu ənənədən çıxış edə-
rək sələfləri kimi bu cür izhar etmişdir. Haşım bəy Saqibin yaradıcılığında Həllac Mənsurun
adının belə rəğbətlə anılması, tez-tez poetik vasitə kimi ona müraciət olunması, bir tərəfdən
şairin dünyagörüşü, qəlbindəki ilahi sevgi ilə bağlı idisə, digər tərəfdən də, fikrimizcə, sələfləri:
Qazi Bürhanəddin və xüsusilə də Imadəddin Nəsiminin təsiri ilə sıx bağlı idi. Beytlərin bən-
zərliyi də bir daha fikirlərimizin doğruluğunu təsdiq edir.
Beləliklə, Haşım bəy Saqibin yaradıcılığına qayıdaraq deyə bilərik ki, yuxarıdakı beytdə
həm Həllac Mənsurun adı anılmış, həm də yenə onun ölümünə səbəb olan “Ənəlhəq” kəlməsi
işlədilmişdir. İlk öncə belə bir sual maraq doğurur ki, Həllac Mənsur kim idi və nəyə görə bir
çox şairlər, o cümlədən də on əsrdən - 1000 ildən artıq vaxt keçməsinə baxmayaraq XX əsr şai-
ri Haşım bəy Saqib də sələflərindən geri qalmamış, məhz onun adını qəzəllərində rəğbətlə an-
mış və hətta onun adını aşiqliyin rəmzi olaraq işlətmişdir. Bu baxımdan yanaşdıqda, zənnimiz-
cə, Həllac Mənsurun kimliyinin, yaşam tərzinin, ideyalarının aydınlaşdırılması beytlərin daha
aydın qavranılmasının əsas şərtidir. Öz ideyaları ilə başqalarından fərqlənən sufi şair Həllac
Mənsur “IX əsrin axırları X əsrin əvvəllərində yaşamış, Allahın təbiətdə, insanın varlığında, əş-
yada təcəssüm etdiyini, Allahla insanın və təbiətin vəhdətini tərənnüm etmişdir.” (6, 8) Bağda-
dinin tələbələrindən olan Həllac Mənsurun həyatı, eyni zamanda bu prinsipləri və eləcə də ilahi
eşqi haqqında bir çox rəvayətlər də xalq arasında dolaşmışdır. Belə nəql edirlər ki, “bir gün
Həllac bir qozalı pambıq yanından keçirdi. Onun bir baxışıyla pambıqlar qozadan ayrılır və o
gündən ona Həllac deyirlər” (7, 370) Verilən başqa bir məlumata görə isə “tərəfdarları onun si-
masında Mehdi Sahibi əz Zamanı görür, onu “Əl Qütb” adlandırırdılar.” (8, 45)
Həllac Mənsurun işlətdiyi “Ənəlhəq” kəlməsinə gəlincə şairin adı qədər ifadəsi də məş-
hurdur və “ənəlhəq” dedikdə ilk anılan da elə Həllac Mənsurdur. Bu ifadə haqqında əsrlərdir
müxtəlif fikir və mülahizələr söylənilmişdir. “Bu anlam Allahı bir görmək və yeganə tanımaq –
yəni tovhiddir. Haqqı öz qəlbində tapsan, dünyada Haqdan savayı heç nə görməzsən. Mənsur
özü ilə Haqq arasındakı hicabı yox sanır, “Ənə” – mən deməkdir, “ən əl həqq” mən yoxam,
mənim cismani varlığım da heçdir, öz nəfsimi, təkəbbür və mənlik iddiamı Haqqın əbədiyyətin-
də fəna etmişəm, məndə nə varsa, Haqqın inayətindəndir.” (9, 77) Yəni bu zaman ortadan ikilik
pərdəsi götürülür, mən və sən anlayışları aradan qalxır, insan yaradanın bir zərrəsi olaraq ona
qovuşur. Bu ilahi eşqin ən son, ən yüksək zirvəsidir. Həllac Mənsur da məhz bu səbəbdən, ilahi
eşqin ən son mərhələsində olduğundan bu ifadəni işlətmişdir. O, özünü yox saymışdır. Fikirləri-
mizin isbatı üçün bir daha N.Tusinin “Övsafül - əşraf ” əsərinə diqqət edək: “O kəs ki dedi:
“Ənəlhəq” və o kəs ki dedi: “Pakam mən, mənim şənim necə də yüksəkdir” – heç də allahlıq id-
diası etməmişdir. Əslində öz varlığının inkarını və özündən qeyrisinin varlığının isbatını iddia
Filologiya məsələləri, № 17, 2019
169
etmişdir.”(10, 84) Beləliklə, aydın olur ki, Həllac Mənsur “ənəlhəqq” deməklə özünün yoxlu-
ğunu, yalnız Allahın var olduğunu bildirmişdir. Burada qeyd etmək istərdik ki, məhz bu kəlmə-
sinə görə Həllac Mənsur edam edilmişdir. Həllac Mənsurun ölümü haqqında da bir çox rəvayət-
lər yaranmışdır. Fəridəddin Əttarın verdiyi məlumata görə Həllac Mənsur “öldükdən sonra onu
parçalayırlar. Hər parçasından “Ənəlhəq” sədası gəlir. O parçaları bir yerə yığıb yandırırlar, bu
zaman da odun külündən “Ənəlhəq” avazı gəlir. Külün bir hissəsini Dəcləyə səpirlər. Dəclədən
də “Ənəlhəq” avazı gəlir. Sonra Dəclə daşır və şəhəri basır. Dəclənin üzündən külü yığırlar və
dəfn edirlər.” (7, 376) Beləliklə, “Həllac Mənsur eşq şəhidi olmuş, əqidə və məslək yolunda
qurban getmişdir” (11, 253) Bundan sonra “Həllac Mənsur bütün Yaxın Şərq ədəbiyyatında
əsrlər boyu mərdlik, rəşadət, qorxmazlıq və fədakarlıq timsalı kimi məşhur olmuş, şairlərin və
aşıqların dərin məhəbbətini qazanmışdır” (6, 8) Haşım bəy Saqib də məhz bu səbəbdən Həllac
Mənurun qəlbində yanan eşq atəşini, onun eşqi yolunda fədakarlığını yüksək qiymətləndirmiş,
ona böyük rəğbət hissi ilə yanaşmışdır. Və burada da onun kimi ilahi eşqin ən son mərhələsin-
də olduğunu, qəlbindəki eşq atəşini bu cür - Mənsur adından poetik vasitə kimi istifadə edərək
bəyan etmişdir.
Mənsur kimi, ey eləyən də`viyyi-ənəlhəq,
İsbatinə həqqün, de görüm, ayə nəyün var? (1, 72)
Mənsur degülsən, demə, hər ləhzə “ənəlhəq”,
Əngüşti-Mühəmməd(s) gərək etsün ayı münşəq,
Versuü necə məşşatə yüzin cirkinə rövnəq?
Sultan necə vırsun yıxılan xanəyə beydəq? (1, 578)
Yuxarıdakı beyt və bəndlərdə də şair Mənsurun öz ölümü ilə eşqini sübut etdiyini
diqqət mərkəzinə çəkmişdir. Yəni bu kəlməni hər kəs söyləyə bilər, amma əsas dil yox, ürəkdir.
Hər kəs onun kimi İlahi nura qovuşmaq üçün canından keçərək dar ağacına öz ayağı ilə getməz.
Digər misralarda da eyni fikir ifadə olunmuşdur. Mənsur öz Mənsurluğunu – yəni sevgisini, ila-
hiyə bağlılığını ölümüylə, Hz. Məhəmməd (ss) isə şəqqülqəmər hadisəsi ilə sübut etmişdir.
Aşağıdakı beytlərdə də Mənsurun dara çəkilməsi və sevgisi əks olunmuşdur.
Qaş əgri kəmandur deyəsən zülfi-girəhgir,
Mənsuri cəkub zülfi ilə darə gozəllər (1, .96)
Zəncirə çəkər könlimi, azad edən olmaz,
Mənsur çəkildi deyəsən darə, deyərlər. (1, 96)
Saqiba, etmə məlamət bu qədr Mənsuri,
Olmasa eşq çəkərdi onı kim darə tərəf. (1, 180 )
Sözün həqqin degilən dardə Mənsur kimi,
Aləmə feyz yetər sureyi-“vət-Tur”* kimi. (1, 380)
“Zülf”ün təsəvvüfi ədəbiyyatda bir çox mənaları vardır ki, bunlardan biri də bu
dünya –kəsrət aləmi mənasında işlədilir. Yəni insan “zülf”ə bağlandıqca Allahdan uzaqlaşır,
qəlbindəki ilahi sevgi azalır və onun eşqin ən ali mərtəbəsinə qalxmağına mane olur. Buna görə
də “zülf” daha çox maneə kimi qəbul edilir. Beytdəki “zülf” bu dünya ilə yanaşı daha çox ip
mənasını ifadə edir. Bir tərəfdən də ip və ya kəndir mənasında işlədilən “zülf” ifadəsi aşqi mə-
şuqəyə qovuşduran, ona doğru çəkən əsas vasitə olur. Və fikrimizcə, bu baxımdan mənfi çalar
Filologiya məsələləri, № 17, 2019
170
ifadə etmir. Hansı məzmunda olmasından asılı olmayaraq beytlərin hər birində Həllac Mənsura
rəğbətin ifadəsi qabarıq şəkildə özünü göstərir.
Bəzən şair öz həyat tərzini, yaşadığı dönəmdə baş verənləri Mənsurun həyat tərzi ilə mü-
qayisə edir. Lakin burada ilahi eşq məsələsi deyil, həqiqəti söyləmək – düzlük, doğruluq ön
planda verilir. Belə ki, şairin fikrincə həqiqəti söyləyənlər həmişə başqaları tərəfindən qınaqla
qarşılanıblar. Və buna görə də daima başlarına bəlalar gəlibdir. Məhz bu səbəbdən də onların
dili başlarına bəla olubdur. Həqiqəti çəkinmədən söyləməkdə belə insanları şair Həllac Mənsu-
ra bənzədir, onunla müqayisə edir. Aşagödakı beytdə biz bu fikirlərin poetik ifadəsi ilə qarşıla-
şırıq. Bununla da eyni zamanda Mənsurun cəsurluğu, qorxmazlığı da burada təqdir olunur.
Gəlür bəla başinə kim ki, saxlamaz dilini,
Sözi həqq olsa da, Mənsur kimi darə çıxar. (1, 69)
Beləliklə, aydın olur ki, XX əsr şairi Haşım bəy Saqibin yaradıcılığında müxtəlif təsəv-
vüfi ideyaların, bir çox fikirlərin daha təsirli və obrazlı ifadəsi zamanı Həllac Mənsur adına də-
fələrlə müraciət olunmuş və rəmzləşdirilərək poetik vasitə kimi geniş şəkildə özünə yer etmiş-
dir. Belə ki, şairin yaradıcılığında Həllac Mənsur həm ilahi eşqin, həm qorxmazlığın rəmzi,
həm də həqiqət carçısı kimi simvollaşdırılmışdır.
İstifadə olunmuş ədəbiyyat
1. Haşım bəy Saqib Divan. Bakı, “Nurlar”Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, 637 s.
2. Nəsib Göyüşov Təsəvvüf anlamları və dərvişlik rəmzləri Bakı, “Tural-Ə” , 2001, 240s
3. Səltənət Əliyeva “Qazi Bürhanəddin və İmadəddin Nəsimi yaradıcılığında Həllac Mənsur”
Filologiya və sənətşünaslıq., Bakı, “Elm”, 2019, 1 s. 64-67
4. Qazi Bürhanəddin “Divan”, (Tərtibçi və ön sözün müəllifi Ə. Səfərli) Bakı, “Öndər nəş-
riyyat”, 2005, 728 s.
5. İmadəddin Nəsimi Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, “Lider Nəşriyyatı”, 2004, 336
s.
6. Mirzağa Quluzadə Böyük ideallar şairi. Bakı, “Gənclik”, 1973, 109 s.
7. Şeyx Fəridəddin Əttar. Təzkirətül-övliya. Bakı, “Elm və Təhsil”, 2011, 796 s.
8. Xuraman Hümmətova Azərbaycan şeirinin poetik qaynağında təsəvvüf (XII-XIV əsrlər)
Bakı, “Elm və Təhsil”, 2015, 408 s
9. Nəsib Göyüşov “Quran və irfan işığında” (hikmət və düşüncə karvanı həqiqət sorağında)
Bakı, “İqtisad Universiteti”, 2004, 288s
10. Nəsirəddin Tusi Övsafül - əşraf (Şəriətli insanların xüsusiyyətləri), Bakı, 2010
11. Əlyar Səfərli Divan ədəbiyyatı sözlüyü . Bakı, “Elm və Təhsil”, 2015, 703 s.
Н.Алиева
Отражение образных идей в творчестве Хашим бека Сагиба
и поэтический образ Галладж Мансура.
Резюме
В первую очередь статья посвящена отражению образных идей в творчестве Хашим
бека Сагиба. Перечислены некоторые образные термины и символы, используемые в его
творчестве, приведены примеры. Впоследствии в творчестве поэта описывается
суфийский поэт Галладж Мансур, примеры из его творчества, которые привлекли
внимание поэта. Прежде всего, выясняются и раскрываются причины широкого
проникновения Г.Мансура в творчество этих поэтов. Как выясняется, Хашим бек Сагиб
Filologiya məsələləri, № 17, 2019
171
также неоднократно в своих газелях обращался к имени Галладж Мансура, высоко ценил
божественную любовь в его сердце. Хашим бек не ограничивается этим, используя имя
Мансур, он также выражает божественную любовь и в своем сердце. Говоря о Галладж
Мансуре, автор занял традиционную позицию, которая говорит о том, что на поэта
оказали влияние также творчества Гази Бурханаддина и Насими.
Таким образом, из исследования ясно, что Галладж Мансур сыграл значительную
роль в творчестве поэта как символическое средство выражения многих его поэтических
идей, сыграл большую роль в выполнении поэтических функций, в результате чего он
смог выразить много символических значений, таких как божественная любовь,
бесстрашие и смелость.
Ключевые слова: Галладж Мансур, воображение, божественная любовь, божество
во мне, божественный свет
N.Aliyeva
Reflection of figurative ideas in the works of Hashim bey Sahib
and the poetic image of Galladzh Mansour.
Summary
First of all, the article is devoted to the reflection of figurative ideas in the works of Has-
him bey Sahib. Some figurative terms and symbols used in his work are listed, examples are gi-
ven. Subsequently, the poet’s work describes the Sufi poet Galladzh Mansour, examples from
his work that attracted the poet’s attention. First of all, the reasons for the wide penetration of
G.Mansour into the work of these poets are revealed and revealed.
As it turns out, Hashim bey Sahib also repeatedly addressed the name Galladzh Mansour
in his gazelles, highly appreciated the divine love in his heart. Hashim bey is not limited to this,
using the name Mansour, he also expresses divine love in his heart. Speaking of Galladzh Man-
sour, the author took a traditional position, which says that the poet was also influenced by the
works of Ghazi Burhanaddin and Nasimi.
Thus, it is clear from the study that Galladzh Mansour played a significant role in the po-
et’s work as a symbolic means of expressing many of his poetic ideas, played a large role in
performing poetic functions, as a result of which he was able to express many symbolic mea-
nings, such as divine love, fearlessness and courage.
Keywords: Galladzh Mansour, imagination, divine love, the deity in me, divine light
Məqalənin redaksiyaya daxil olma tarixi:25.05.2019
Çapa hazırlnma tarixi:25.11.2019
Filologiya elmləri doktoru, professor Rafael Hüseynov
tərəfindən çapa tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
172
SƏLTƏNƏT ƏLİYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Hüseyn Cavid prospekti
selteneta@gmail.com
NƏSİMİNİN POEZİYA DİLİNİN FORMALAŞMASINDA
XALQ DEYİM VƏ İFADƏLƏRİNİN ROLU
XÜLASƏ
Məqalədə XIV əsr şairi İmadəddin Nəsimi yaradıcılığında folklo örnəklərinin rolu tədqiqata
cəlb edilir.
Nəsimi dilini diqqətlə araşdırdıqda aydın olur ki, şair şifahi xalq ədəbiyyatı nümunələrindən
ustalıqla faydalanmışdır. Sadə xalq təfəkkürünün məhsulu olan bu folklor örnəkləri şairi bütün
yaradıcılığı boyu müşayət etmişdir. Xalq dili, xalq yaradıcılığı ilə daima əlaqədə olan İ. Nəsimi
dilində işlədilən və o dövr üçün işlək olan bir sıra türk mənşəli söz və ifadələr artıq günümüzdə
arxaik sözlərə çevrilmişdir. Lakin Nəsimi yaradıcılığı bu sözləri əsrlərin burulğanından keçirə-
rək günümüzə gətirib çıxarmışdır. Nəsimi dilinin mayasını - əsasını təşkil edən bu sözlərin bö-
yük əksəriyyətinə “Kitabi Dədə Qorqud” dilində və “Divani lüğət-it-türk”əsərində rast gəlmək
mümkündür. Belə ki, “Kitabi Dədə Qorqud” dilində işlədilən bir çox arxaikləşmiş türk mənşəli
söz və ifadələr Nəsimi dilində tez-tez müşahidə olunmaqdadır. Məqalədə bu sözlərdən paralel
şəkildə nümunələr əksini tapmışdır.
Poetik dildə xalq danışıq dilinin ayrılmaz hissəsi və şirinliyinin, təbiiliyinin əsası olan fra-
zeoloji birləşmələrin işlədilməsi isə şairin dili ilə yanaşı onun əsərlərinin ruhuna da bir canlılıq,
bir təravət bəxş edir. Bununla da Nəsimi poeziyasının əsas qidasına çevrilir .
Xalqın hikmətli söz xəzinəsi olan atalar sözləri və məsəllər də Nəsimi yaradıcılığında müx-
təlif formada müəyyən poetik funksiyanın ifadəsində mühüm əhəmiyyət kəsb etmişdir. Məqalə-
də cədvəl əsasında Nəsimi qəzəllərində işlədilən həmin atalar sözləri xalq dili ilə müqayisəli
şəkildə verilmişdir.
Beləliklə, xalq dilindən alınmış ifadələr, atalar sözləri və məsəllər, alqış və qarğışlar və s.
Nəsimi dilinin həm canlılığını, təbiiliyini, təravətini qoruyub saxlamış, həm də ona milli rəng
vermişdir ki, bu da əsərlərinin daha çox nüfuz qazanmasına, xalq tərəfindən daha çox sevilməsi-
nə səbəb olmuşdur.
Açar sözlər: Nəsimi, atalar sözü, folklor, xalq yaradıcılığı, poetik dil, frazeologizm.
XIV əsr sənətkarı İmadəddin Nəsimi dili mükəmməl poeziya dili və ədəbi dilimizin xüsusi
inkişaf mərhələsi hesab olunur. Nəzərə alsaq ki, birdən birə formalaşmış və özü də Nəsimi di-
lindəki kimi yüksək səviyyəli, zəngin söz ehtiyatına, formalaşmış qrammatik quruluşa malik bir
dil birdən-birə ortaya çıxa bilməz. Onda belə bir fikir öz həqiqiliyini bir daha sübut edir ki, hər
bir mükəmməl dilin eyni zamanda da ilkin, bəsit forması və bəsitlikdən mükəmməlliyə gedən
bir yolu, üstündə boy atdığı bir bünövrəsi vardır. Nəsimi dili də bu baxımdan fərqlənmir. Sə-
nətkarın dilini diqqətlə araşdırdıqda aydın olur ki, şair şifahi xalq ədəbiyyatı nümunələrindən
ustalıqla faydalanmışdır. Sadə xalq təfəkkürünün məhsulu olan bu folklor örnəkləri şairi bütün
yaradıcılığı boyu müşayət etmişdir. Nəsimi dilini oxunaqlı edən, elə onu bu qədər də sevdirən
və yaşadan cəhətlərdən biri də elə budur.
Nəsimi şeirinin xalq yaradıcılığı ilə bağlılığı fikri Nəsiminin özü tərəfindən də təsdiqini
tapmışdır. Belə ki, “Nəsimi hələ XIV əsrdə öz nitq istedadının mənbəyi kimi Azərbaycan xalq
dilini göstərir.
Filologiya məsələləri, № 17, 2019
173
Gərçi Nəsimi sözün dadını verdi, vəli
Dadə gətirdi anı, ləfzi-şəkərbarımız” [1, 52]
Bununla da, şair şeirlərinin əsas mənbəyinin xalq yaradıcılığı olduğunu bir daha təsdiq
edir. Eyni zamanda da xalq dilinə və xalq yaradıcılığına sevgisi də öz ifadəsini tapır və öz şeir-
lərindən daha qiymətli və əziz hesab edirdi. Nəsiminin xalq dilinə, xalq yaradıcılığına verdiyi
yüksək qiyməti H.Araslı belə ifadə edirdi: “Şairin bədii dili olduqca zəngin, söz ehtiyatı çoxdur.
O, bir tərəfdən idiomatik ifadələrlə zəngin olan canlı danışıq dilinin imkanlarından bacarıqla is-
tifadə edir, ikinci tərəfdən isə klassik şeir dilinin çox yayılmış bədii ifadələrini məharətlə işlədir,
eyni zamanda ərəb, fars şeirinin ifadə vasitələrini tərcümə etmək yolu ilə şeir dilimizi zənginləş-
dirir.” [2, 275] Xalq dili, xalq yaradıcılığı ilə daima əlaqədə olan İ. Nəsimi dilində işlədilən və o
dövr üçün işlək olan bir sıra türk mənşəli söz və ifadələr artıq günümüzdə öz işləkliyini itirmiş,
arxaik sözlərə çevrilmişdir. Lakin Nəsimi yaradıcılığı bu sözləri əsrlərin burulğanından keçirə-
rək günümüzə gətirib çıxarmış, zəngin söz xəzinəmizin itib batmasına imkan verməmişdir. Nə-
simi dilinin mayasını - əsasını təşkil edən bu sözlərin böyük əksəriyyətinə “Kitabi Dədə Qor-
qud” dilində və “Divani lüğət-it-türk”əsərində rast gəlmək mümkündür. Həmin sözlərin millili-
yi də məhz elə bu əsərlərdə öz təsdiqini tapır. Belə ki, “Kitabi Dədə Qorqud” dilində işlədilən
bir çox arxaikləşmiş türk mənşəli söz və ifadələr Nəsimi dilində tez-tez müşahidə olunmaqda-
dır. Nəhayət, Nəsimi dilində rast gəldiyimiz məsələn: “aydır” – “demək, söyləmək” [3, 20],
“qamu” –“hamı” [3, 128], “ulaşmaq” – “çatmaq” [3,47], “ilətmək” – çatdırmaq” [3, 99], “al” –
“hiylə [3,173], “sunmaq” – “təqdim etmək” [3, 94- 114], “irişmək” – “yetişmək” [3, 156], “sor-
maq” –“soruşmaq” , “xəbər almaq” [3,13], “yapmaq”- “yerinə yetirmək” [3,191] “ayıtmaq”-
“bildirmək” [3,211], “yağmalamaq” – “talamaq” [3,51], “qandasın” – “hardasan” [3,150] və s.
bu kimi başqa ifadələr məhz “Kitabi Dədə Qorqud”dan gəlmədir və xalis türk mənşəli sözlər
olmaqla alınma sözlərlə müqayisədə daha çox işlənmə tezliyinə malikdir. Beyt daxilində bu
sözlərdən bir-neçəsinə nəzər yetirək.
Zənnü güman icində qalmışsan, ey yəqinsiz,
Məşkuk ilən kim aydır qılmaq əməl rəvadır. [4, 18]
Şol Xızır biçarə içmiş abi-heyvan dedilər,
Ta ləbin eyninə irməz, yoxdur onun xanəsi. [4, 49]
Iki aləmdə məqsudum vüsalına irişməkdir
Ki, vəslindir bu dərvişin muradı şəhriyarından. [3, 156]
Yandırıcı firqətin yaхdı məni narinə,
Könlüm ulaşmaq dilər yari-vəfadarinə. [ 3, 47]
Fəzli-ilahə canını еylə fəda, Nəsimi, sən
Olma məlul, ayıtma kim, bəndü hasar icindəyəm. [3, 128]
Beləliklə, burada verə bildiyimiz və verə bilmədiyimiz bütün bu söz və ifadələr Nəsimi dili-
nin türk mənşəli sözlərlə zənginliyini bir daha sübut edir. Nəsimi dilinin xalq dilinə bağlılığı
təkcə ayrı-ayrı söz və ifadələrin dilə gətirilməsi ilə məhdudlaşmır, eyni zamanda Nəsimi öz dili-
ni daha canlı, daha ifadəli səsləndirmək üçün dildəki idiomatik ifadələrə, frazeologizmlərə də
xüsusi əhəmiyyət vermişdir. Onun dilində tez-tez rast gəldiyimiz “könül vermək” [3, 15], “can
vermək” [3, 20], “barmaq ilə göstərmək” [3, 20], “dərdə qatlanmaq” [3, 29], “bağrını qan eylə-
mək” [3, 149], “qanın tökmək” [3, 32-177], “ayağına düşmək” [185], “qulağından pambıq çı-
xarmaq” [238], “bağrını yandırmaq” [3, 195], “gözünü açmaq” [3, 238], “bağrı dəlinmək” [3,
44], “canın yandırmaq” [3, 149], “səbri tükənmək” [3, 207], “bəxtinə günəş doğmaq” [3, 304],
“bel bağlamaq” [3, 48-94] və s. bu kimi xalq dilindən alınmış ifadələrin – frazeoloji birləşmələ-
rin işlədilməsi həm mühüm əhəmiyyət kəsb edirdi, həm də şeirlərində xalq nəfəsini aydın hiss
Filologiya məsələləri, № 17, 2019
174
etdirirdi ki, bu da əsərin təbiiliyini bir daha aydın şəkildə büruzə verirdi. Mərhum dilçi alimimiz
Y. Seyidovun dili ilə desək: “Nəsiminin dili bu və ya digər faktı ilə, bu və ya digər cəhəti ilə de-
yil, bütün ruhu ilə dövrün canlı dilinə bağlıdır.” [ 5, 14]
Bir neçə beytə diqqət edək
Canı ver, cananəyi bul, olma bicananə kim,
Təndə canı yoxdur ol kim, bulmadı cananəyi. [4, 56]
Qulluğa bel bağladım, sultanı gözlər gözlərim,
Dərdinə tuş olmuşam, dərmanı gözlər gözlərim. [4, 90]
Poetik dildə xalq danışıq dilinin ayrılmaz hissəsi və şirinliyinin, təbiiliyinin, canlılığının
əsası olan bu frazeoloji birləşmələrin işlədilməsi isə şairin dili ilə yanaşı onun əsərlərinin ruhu-
na da bir canlılıq, bir təravət bəxş edir və bununla da Nəsimi poeziyasının əsas qidasına çevrilir.
Həmçinin şair bu ifadələrə yaradıcı şəkildə yanaşmış, şeirlərinin emosional təsir gücünü bu yol-
la daha da artırmışdır.
Şairin dilindı xalq dilindən gələn bu tip ifadələr sırasında “gözüm çırağı”, “gözüm aydını”
[3, 124], “bir hörümçək torundan asılı qalmaq” xalq dilində daha çox “bir ipdən asılı qalmaq”,
“bir tükdən asılı qalmaq” [4, 170], “ürəyi kabab olmaq” xalq dilində daha çox “ürəyim yandı”,
“ciyərim bişdi” [3, 45] kimi ifadələr də şeirdə işlənmə məqamı baxımından maraq doğururdu.
Bir hörümçək toruna asılmışam, ya dəstgir,
Alt yanım bamövcdəryayi-xətərdir bikənar. [4, 170]
Həbiba, firqətin saldı məlalə,
Kabab oldu ürəgim həmçü lalə. [3, 45]
Qeyd edək ki, sonuncu beytdəki bu ifadə “kabab oldu ürəgim” Nəsimidən əvvəl Qazi Bür-
hanəddin “Divan”ında geniş işlədilmişdir.
Xalq dilinin zənginliklərini özündə ifadə edən söz qrupları sırasına atalar sözləri və məsəl-
lər də daxildir. “Cild-cild kitablar dolusu məna və hikməti özünə “sığdıran” bu el yaradıcılığı
nümunələri “bitirən, yetirən, gətirən” el dühasının və sağlam xalq fəlsəfəsinin narın zərrələridir.
Obrazlı təfəkkürün aforizm şəklində ifadəsi olmaq etibarilə atalar sözləri milli təfəkkürdəki ci-
lalanmış tarixi təcrübəni, dərin və sanballı həyat həqiqətlərini bədii idrak və təxəyyülün süzgə-
cindən keçirərək yaşadır, onları tükənməz bir enerjiylə dolğun əks etdirir.” [6, 4] Atalar sözləri-
nin keçmişi canlı və özünəməxsus boyalarla ifadə etməsi onun ən müsbət keyfiyyətlərindəndir.
Demək ki, atalar sözləri bir növ tarximizi, məişətimizi də əsrlərlə özündə daşımışdır. Min illər
keçməsinə baxmayaraq hələ də öz təbii kolaritini, təravətini, təbiiliyini, həmçinin hökmünü və
hikmətini qoruyub saxlayan atalar sözləri və məsəllərin də Nəsimi yaradıcılığında müxtəlif
formada işlədildiyinin şahidi oluruq. Elə bu baxımdan da Nəsimi yaradıcılığı günümüzə həm də
xalq yaradıcılığını daşıyıb gətirmişdir və folklorumuzu öyrənmək baxımından da qiymətli abi-
dədir, - desək, yəqin ki, yanılmarıq. Belə ki, şair ilk növbədə zəngin söz xəzinəmizdən - atalar
sözlərindən olduğu kimi, yəni heç bir dəyişiklik etmədən istifadə etmiş, fikirlərinin daha poe-
tik və təsirli ifadəsini bu vasitə ilə təmin etmişdir. Atalar sözlərindən bu cür istifadə şairlər üçün
bir qədər çətin məqam sayılır. Çünki hazır mətni qurulmuş qafiyəyə, vəznə uyuşdurmaq, həm
də dilinə, üslubuna toxunmadan uyğunlaşdırmaq tələb olunur. Nəsimi yaradıcılığında bu tip
atalar sözləri onlarladır. Nümunələrə diqqət edək.
Çün hər nə kim, əkərsən, anı bicərsən axır,
Dünyada əkmə anı kim, adı oldu üsyan. [4, 71]
Dеdilər, miskin Nəsimi, doğruya yoхdur zaval,
Muddəilər qalib oldu, hazır olgil başinə. [3, 51]
Beytlərdə xalq dilində geniş işlədilən “Nə əkərsən, onu da biçərsən.” [7, 187], “Doğruya za-
val yoxdur.” [7, 92] atalar sözləri heç bir dəyişiklik edilmədən şair təxəyyülünün poetik ifadə
Filologiya məsələləri, № 17, 2019
175
vasitəsinə çevrilmişdir. Burada onu da qeyd etmək yerinə düşərdi ki, birinci və ikinci beytdə
verilmiş atalar sözü dəyişiklik edilməyən atalar sözləri sırasında folklorşünas alim İslam Sadı-
ğın [8, 1-2], birinci beytdəki atalar sözü yenə də dəyişiklik edilməyən atalar sözləri sırasında
dilçi alim T. Əsgərovanın [9, 210] tədqiqatında da qeyd olunmuşdur.
Nəsimi poeziyasında ikinci qrup atalar sözləri isə xalq dilində olduğu kimi yox, bir qədər
dəyişdirilərək, fərqli şəkildə şeirin imkanlarına və şairin yaradıcılıq üslubuna uyğunlaşdırılaraq
verilir. Bəzən də sadəcə məna saxlanılır. Bu tip istifadə şairin yaradıcılığında birinci qrupa görə
çoxluq təşkil edir.
Ey Nəsimi, incuyi dürrü bilən sərrafa sat,
Cövhəri nadana satma lo’loi-şəhvarını. [4, 102]
Yarını satdın bahasız, bilmədin miqdarını,
Heçə dəgməz şol kişi kim, heçə satar yarını.
Cövhəri nadan əlindən müştəri alur ucuz,
Cövhəri bilməz nə bilsin gövhərin miqdarını [4, 102]
Aşiqin əsrarını aşiq gərəkdir kim bilə,
Olmayan aşiq nə bilsin aşiqin əsrarını? [4, 102]
Mehri-rüxün vəsfini hicrə yanan cana sor,
Firqətini çəkməyən qanda vüsalı bilür? [4, 139]
Bu beytlərdə, demək olar ki, eyni fikir vurğulanmışdır. Belə ki, burada ifadə olunan məna
xalq dilində olan “Eşşək nə bilir, zəfəran nədir” [7, 102], “Südün qədrini qısır əmən dana bilər”
[7, 214], “Zər qədrini zərgər bilər” [7, 247], “Gülün qədrini bülbül bilər” [7, 119], ”Ata olma-
yan ata qədrini bilməz” [7, 43], “Arı qəhrini çəkməyən balın qədrini bilməz” [7, 36] kimi ata-
lar sözlərində min illərdir ki, yaşayır. Nəsimi də məhz yuxarıda verilən atalar sözlərinin məna-
sından faydalanaraq öz fikrini bir qədər fərqli formada və daha poetik və daha obrazlı şəkildə
beytlərdə əks etdirmişdir. Bununla həm təkrarçılığa yol verməmiş, həm də düşüncələrinin da-
ha obrazlı ifadəsinə nail olmuşdur.
Gəl ey həqq istəyən talib, müqəddəs vadini teyy et
Ki, zəhmətsiz ələ girməz nə kim, istərsən, ey dana. [4, 172]
“Əkən biçər, əkməyən nə biçər” [7, 105], “Zəhmət çəkən bal yeyər” [7, 246], “Bağ salan
barını yeyər” [7, 48] atalar sözlərinin ehtiva etdiyi məna yuxarıdakı beytin məzmununda özünü
açıq şəkildə göstərir və onunla uyğunluq təşkil edir.
Aqil isən sözünü müxtəsər et,
Ey Nəsimi, çu bigirandır söz. [4, 10]
”Çox bilib az danışmaq igidin ləngəridir”, “Çox danışan çox yanılar”, “Çox bil, az danış”,
[7, 76] “Bilən az deyər, bilməyən yüz” [7, 35] atalar sözləri sözün qüdrəti haqqındadır. Burada
da məlum olur ki, xalq sözə yüksək qiymət vermiş, az danışmağı, yerində danışmağı alqışlamış-
dır. Az sözlə dərin məna ifadə etmək xalqın əsas qayəsi olmuşdur. Nəsimi də bu atalar sözlərin-
dən yararlanaraq aqil, ağıllı şəxsin az danışan olduğunu vurğulamış və fikrini bu cür ifadə et-
mişdir ki, əgər aqil və müdriksənsə, qısa danışmağınla, az sözlə çox fikir ifadə etməklə bunu sü-
but et. Beləliklə də, Nəsimi qələmində çox bilib az danışmaq aqillərə xas olan xüsusiyyət kimi
təqdim edilmişdir.
Səbr etmək, səbrli olmaq da xalq tərəfindən yüksək qiymətləndirilən keyfiyyətlərdəndir. Be-
lə ki, səbr haqqında xalqın yaratdığı “Səbr elə, ey qora, halva çıxar səndən” [7, 207], Səbr acı-
dır, meyvəsi şirin”, [7, 206] “Səbr cənnət açarıdır” [7, 206], Səbr eyləyən muradına yetişər.” [7,
206] obrazlı təfəkkürün məhsulu olan bu kimi xalq inciləri bu fikirlərin doğruluğunu bir daha
təsdiqləyir. Nəsimi də aşağıdakı beytdə xalqdan gələn bu fikri bir qədər fərqli şəkildə və poetik
dildə bu cür ifadə etmişdir.
Var, dərdə təhəmmül qılü səbr eylə cəfaya,
Çün dil diləyi əndəkü bisyar bulunmaz. [4, 17]
Filologiya məsələləri, № 17, 2019
176
Bu beytdə eyni zamanda “Cəfasın çəkən, səfasın görər.” [7, 70] kimi atalar sözü də öz ifadə-
sini poetik dillə tapıbdır.
Başımı top eylərəm, meydana girdim, oynaram,
Ey bu meydandan qacan, şol urduğun lafın qanı? [4, 32]
Yuxarıdakı beytdə yenə sözün müqəddəsliyi ön plana çəkilmişdir ki, xalq dilində bu barədə
də çoxlu atalar sözləri və məsəllər yaradılmışdır. Həmin atalar sözlərinə diqqət edək. “Böyük
loxma çiynə, böyük söz danışma” [7, 65], “Kişi öz sözünün ağası olar.” [7, 149] Bu atalar söz-
ləri söz verib əməl etməyi təbliğ edən atalar sözləridir. İ.Nəsimi də, şübhəsiz ki, xalq müdrük-
lüyünü özündə daşıyan bu atalar sözlərinin mənasına işarə vurmuşdur.
Doğru söz doğrar həsudun bağrını şol mə’nidən,
Münkirə oldu Nəsiminin kəlamı zülfiqar .[3, 192]
“Düz söz daşdan keçər” [7, 97], “Sözün doğrusu dəmir dələr” [4, 212], “Doğru söz acı olar”
[7, 92],”Davada söz baş yarar, doğru söz daş yarar” [7, 81] kimi atalar sözü yuxarıdakı beytdə
verilən mənaya uyğundur. Burada doğruluq, dürüstlük kimi insana məxsus ali keyfiyyətlər yük-
sək dəyərləndirilir.
Klassiklərimiz, o cümlədən də Nəsimi öz yaradıcılığında dünyanın faniliyi, vəfasızlığı, in-
sanların gəldi gedər olması, dünya malı haqqında öz fikir və mülahizələrini, bundan yaranan
hisslərini obrazlı şəkildə ifadə etmişdir. Bu fikirlərə poetik don geyindirərkən böyük şairimiz
xalq düşüncəsinin ifadəsi olan atalar sözləri və məsəllərə - bu qiymətli söz xəzinəsinə müraciət
etmiş və əsərini daha da zənginləşdirmişdir. Nəsimi beytlərində tez-tez dünyanın yalan olması
fikirləri vurğulanır ki, həmin ifadələrin xalq dilində qarşılığı özünü göstərir. Lakin Nəsimi bun-
ları üslubuna uyğun olaraq forma baxımından bir qədər cilalamış və şeirin ahənginə uyğunlaş-
dırmışdır. Beytə diqqət edək
Çün bu yalançı dünyanın aqibəti fəna imiş,
Kеç qamudan Nəsimitək, baхma anın bəqasinə. [3, 52]
Еy dünya, mən yеnə səni bildim, yalançısan,
Aldanmazam sənə dəхi çün bildim halını.. [3, 108 ]
Bu beytdə Nəsimi dünyanın yalan olduğunu təsirli və emosional şəkildə ifadə etmişdir. Hə-
min fikir atalar sözlərində öz ifadəsini bu cür tapmışdır. “Dünya yalan dünyadır.” [7, 96]
Şairin qəzəllərində bəzən dünyanın vəfasızlığından şikayət motivləri də diqqəti cəlb edir.
Nəsiminin kəlamından еşitgil,
Vəfasızdır cahan, sən qılma bidad. [3, 32 ]
Yoxdur vəfası dünyanın, aldanma anın alına,
Rəngindən oldu münfəil, hər kim boyandı alına. [4, 65]
Yüksək düşüncə tərzinin, obrazlı təfəkkürün məhsulu olan yuxarıdakı beytlərdə xalq dilində
olan “Dünya vəfasızdır” atalar sözü öz təsdiqini mükəmməl şəkildə tapmışdır.
Daha sonra şairin yaradıcılığında daha çox dünya malı haqqındakı fikirlər diqqəti cəlb edir.
Şair burada insanları göz qamaşdıran, aldadıcı parlaqlılığı olan dünya malına aldanmamğa ça-
ğırır, keçmişlərdən nümunələr gətirir, öz fikirlərini hətta el məsəlləri ilə də təsdiqləyir. Bununla
da bildirmək istəyir ki, bu təkcə mənim fikrim yox, xalqın fikridir. Min illərdir belədir və belə
də davam edəcək.
Dünyada mülkə, mala sən aldanma, ey məlik
Kim, dünyanın mətahi bəğayət həqirdir. [4, 30]
Kim ki, aldandı cahanın ağulu ləzzatına,
Düşdü şol mənsubəsi çox dünyanın şəhmatına. [4, 62]
Dövlətinə bu dünyanın olma muqəyyəd, ey məlik,
Anın üçün ki, dünyanın dövləti bisəbat olur.
Vəhdəti-sərfə ta əbəd oldu Nəsimi bəllisiz,
Hər ki, bu rəsmə məhv ola, zübdeyi-kainat olur. [4, 136]
Filologiya məsələləri, № 17, 2019
177
Bu beytlərdə şair dünya malına aldanmamğı israrla tələb edir. “Düünya mənim deyənin dü-
nən gəldik yasından” [7, 96], “Dünya varına güvənilməz” [7, 96], “Dünya malı dünyada qala-
caq.” [7, 96]. Verdiyimiz bu atalar sözləri də bu fikirlərin xalq dilindən gəldiyini təsdiq edir.
Qeyd edək ki, dünya malı, dünyanın faniliyi məsələləri “Kitabi Dədə Qorqud”da da öz ifadəsi-
ni tapmışdır.
Hanı dedigim bəy ərənlər,
Dünya mənim deyənlər? [10, 51]
Şairin əsərlərində dünyanın faniliyi, beş günlük olması fikri də vurğulanmışdır ki, həmin fi-
kirlər xalq dilində - xalqın hikmətli söz xəzinəsində əksini tapırdı. “Dünya fani dünyadır” [10,
51], “Ölümlü itimli dünya, son ucu ölümlü dünya” [10, 51], “Keçər bu dövran, sənə də qalmaz”
[10, 149] kəlamları isə ”Kitabi Dədə Qorqud”un dilində tez-tez müşahidə olunmaqdadır.
Uş bu dünya fanidir, keç sən fənadan, bul bəqa
Kim, həyati-cavidan olsa sana omri-səlim. [4, 94]
Varlığı fanidir, ey qafil, bəqasız dünyanın,
Şol bəqasızdan bəqa mümkün degil, var, istəmə! [4, 58]
“Bu dünya dəyirmandı, üyüdər bir gün bizi” [7, 66] atalar sözünün daşıdığı məna isə aşağı-
dakı beytə uyğundur.
Səltənətü əmarətə eşq ilə təkyələnmə kim,
Beş gün imiş bu dünyanın səltənətü əmarəti. [4, 42]
Hiç gül olmaz dikənsiz, hiç şadi qüssəsiz,
Dərmə gülündən anın, çün gülü dəgməz xarına. [4, 60 ]
Burada xatırladaq ki, dünyanın faniliyi, vəfasızlığı və bu kimi fikirlər əslində Nəsimi ya-
radıcılığında vəhdəti-vücud fəlsəfəsinin təzahürü kimi özünü göstərirdi. Bu şairin fəlsəfi düşün-
cələrinin ifadəsi idi. Lakin şair vəhdəti-vücud fəlsəfəsinin bu müddəalarından bəhs edərkən da-
ha sadə, daha anlaşıqlı ifadələrə - zəngin söz ehtiyatına malik xalq yaradıcılığına müraciət et-
məyi daha üstün tutmuşdur. Bu isə Nəsiminin xalq təfəkkürünə verdiyi yüksək dəyərin nəticəsi
idi.
Bəzən də biz Nəsimi yaradıcılığında bütöv bir qəzəlin bir atalar sözünün daşıdığı mənaya
həsr olunduğunu görürük. Aşağıda verdiyimiz qəzəl də bu qəbildəndir. Bildiyimiz kimi xalq tə-
rəfindən əsil-nəsil yüksək qiymətləndirilmiş, hər bir kəsi əsli ilə, əslinə görə tanımış, ona görə
hörmət etmişlər. Hətta xalq arasında qız köçürəndə, qız alanda da mütləq əsli, nəsli araşdırılmış,
əsilsizə qız vermək, əsilsizdən qız almaq yaxşı qarşılanmamışdır. Bu mövzudan bəhs edən çox-
lu sayda atalar sözləri də yaranmışdır. “Əsil olan əsilliyin itirməz.” [7, 109], Əsil deyər anlama-
dım, bədəsil deyər görmədim” [7, 109], “Əsilsizdən kərəm gəlməz.” [7, 109], “Əsli gic olanı
yüz eyləyəsən, düzəlməz.” [7, 109], “Əslində olan dırnağında bildirəcək”[7, 110], “Əslində olan
nəslində olar” [7, 110], “Nəcabət adamın zatında olur” [7, 188], “Nəciblik canda deyil, qanda-
dır” [7, 188], “Hər şey öz əslinə çəkər”[7, 127], “Kamil insan kəlamından bəllidir.” [7, 144].
Xalq müdrüklüyünün ən yaxşı ifadəsi olan bu atalar sözləri əsil-nəcabətlə bağlıdır. Aşağıdakı
bir parçasını təqdim etdiyimiz qəzəl də əsil-nəcabət məsələsinə həsr olunmuşdur.
Hər kişinin sorman əslin, izzətindən bəllidir,
Söhbəti-irfan görənlər xidmətindən bəllidir.
Həq təala elm içində çünki simahum dedi,
Hər kişinin üzünə bax, surətindən bəllidir.
Dərvişin pirini sormaq dedilər adət degil,
Arifanə bir nəzər qıl, kisvətindən bəllidir.
Ey Nəsimi, nəqdini nadan əlinə vermə kim,
Cövhəri dana bilir həm qiymətindən bəllidir. [4, 129]
Burada qeyd etmək istərdik, ki, Nəsimi dilində bu cür xalqdan gələn ifadələr istənilən qədər-
dir. Biz onların daha dəqiq müqayisəsini görmək üçün cədvəl şəklində aşağıda təqdim edirik.
Filologiya məsələləri, № 17, 2019
178
NƏSİMİDƏ
XALQDA
1. Zalım oldun, zülm əkərsən yenə kəndi tarlana,
Zalımın zülmü şərindən tarlada üsyan bitər. [4,
22]
“Gen qaz, dərin qaz, özün düşərsən”
“Tikan əkən gül götürməz”
2 Gül bulunmaz bu dikənli dünyanın bağında çün,
Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə! [4,
59]
Güldürən dünya deyil, ağladan dün-
yadır”
3 Müflis ticarət eylər sərmayəsiz və leykin,
Sə’yi əbəsdir anın, sevdası cümlə xüsran. [4, 71]
“Tək qoyundan sürü olmaz”
4 Bu gün bazar edər gülşən səməndən laləvü guü-
dən,
Qənimət gör ki, beş gündür tamaşası bu bazarın.
[4, 105]
“Hər saatın bir hokmü var.”
5 Əzazilin sözün dutma, anın vəsfasına uyma
Ki, iblisə uyan olmaz könül məqsuduna vasil. [4,
106]
“İtlə yoldaşlıq edənin çomağı əlində
gərək”
6. Sədəf xas olmaz incusuz, bu rəmzi anla, fəhm ey-
lə,
Bu sirri bilməyən bil kim, nə xaric oldu, nə daxil.
[4, 106]
“Üzük qaşı ilə tanınar.”
7 Mə’dənsiz altun olmazü kansız degil göhər,
Ey gövhəri-yeganə, rucuun nə kanədir?
Yarın vüsalın istə bu gün, qoyma yarına,
Yarın vüsalı yarına qalmaq gümanədir. [4, 157]
“Bünövrəsiz ev olmaz” “Əldən qa-
lan əlli il qalar.”
8 Gəl ey həqq istəyən talib, muqəddəs vadini teyy
et
Ki, zəhmətsiz ələ girməz nə kim, istərsən, ey da-
na. [4, 172]
“Zəhmət çəkməyən rahatlığın qədri-
ni bilməz.” “Bal tutan barmaq ya-
lar.”
9 Yaxşılıq eylə sən, sənə yaxşılıq eyliyə xuda,
Aqibət əslinə qılır xeyr ilə şər müraciət. [4, 190]
“Yaxşılıq elə, Allah əvəzin verər.”
“Yaxşılıq elə, at dəryaya, balıq bil-
məsə də, xalıq bilər”
10
Ey ki, sultan olmaq istərsən fəqir ol kim, yəqin
Kim ki, sultan oldu dərviş olmadı, sultan degil.
[4, 199]
“Adam evinin həm ağası olar, həm
nökəri”
11
Yarın vüsalı istə, bu gün qoyma yarına,
Yarın vüsalı yarına qalmaq gümanədir. [4, 157]
“Bu günün işini sabah qoyma” ,
“Əldən qalan əlli il qalar”
12
Еy Nəsimi, хubların bir başı vardır, min dili,
Еşqilə bеl bağlama bu əhdü pеymansızlara. [3,
20]
“Qırx dili var, qırx bir açarı”
13 Çünki cəfasız, еy könül, kimsə murada irmədi,
Cövrə təhəmmül еylə, dur şol sənəmin cəfasinə.
[3, 52]
“Cəfa çəkməzsən, səfa görməzsən.”
14 Mənzilə irmək dilərsən, еşqi yoldaş еyləgil,
İrmədi mənzilinə, kim baхmadı yoldaşinə. [3, 51]
“Əvvəl yoldaş, ondan yolçu”
15 Qəmindir könlümün təхtində sultan,
Bir iqlimə iki sultan gərəkməz. [3, 70]
“Iki arvadlı ev zibilli olar”, “İki ar-
vadlı gecə şamsız qalar”, “İki qoçun
başı bir qazanda qaynamaz”
16 Sən canü cümlə aləm işbah imiş məsəldə:
“Çıxan can geri dönməz “,“Çıxan
Filologiya məsələləri, № 17, 2019
179
Cansız bədən dirilməz, gör kim, bu nə məsəldir.
[3, 220]
can geri gəlməz, ölən adam diril-
məz” KDQ
17 Yığıb yеdirməyən kişi sinində mar olur malı,
Sağı sözdür ki, assi varsa boynunda vəbal еylər.
[3, 216]
“Allah kasıbın ruzisini dövlətlinin
malında verər”.
18 Başımı top еdib, şəha, mеydanə girmişəm,
Mеydanə girməgə yеnə mərdanə ər gərək. [3,
115]
“İgid meydanda gərək”
19 Gər Хəlil olmaq dilərsən yar ilə gеrcəkləyin,
Dilbərin yolunda şərt əvvəl budur kim, yanəsən.
[3, 165]
“Könlü balıq istəyənin quyruğu su-
da gərək”
20 Еy Nəsimi, satmagil sən cahilə dürri-ədən,
Cahilü nadan nə bilsin qiyməti-dürdanəni. [3, 96]
“Zəhmət çəkməyən rahatlığın qədri-
ni bilməz”
21 Еy Nəsimi, aqibət varır yеlə,
Bivəfa ilə yеyən nanü nəmək. [3, 116]
“Anlayanla daş daşı, anlamazla ye-
mə aşı
22 Bağrımı doğrar fəraqın хarı, еy cənnət gülü,
Növbahar olsun, gül olsun, arada хar olmasın. [3,
158]
“Gül tikansız olmaz.”, “Gül istəyən!
tikan da istəmək gərək.”
23 Vəhdət dəmində dərvişü sultan çü bir imiş,
Gəl, хəstədil Nəsimi, qəbul еylə şalını. [3, 108]
Hamı bu dünyadan bir kəfənlə ge-
dir”, “Heç kim dünyadan heç nə
aparmayıb”
24 Söhbət etmə, söhbət etmə dəgmə hər nadan ilə,
Nadanın tərbiyətindən həm yenə nadan bitər. [4,
22]
“Lalın dilin anası bilər”, “Mərd qəd-
rin mərd bilər”, “Mərdin gözü tox
olar, namərdin gözü ac olar”, “Na-
mərdə tuş olanın ciyəri qana dönər”
,“Namərdin çörəyi dizinin üstdə
olar”
25 Dərd ilə xoş keç, ey könül, qəmdən usanma, çün
bilir
Aşiqi-dərdiməndinə dərdi verən, dəvasını. [4, 47]
“Dərd verən dərmanın da verər”
26 Napak olan sənin nə bilir qədrü qiymətin,
Zatında adəmin dəхi arı göhər gərək. [3, 115]
“Bir napakdan qorun, bir də köpək-
dən”, “Bir pakın duası Bir də napa-
kın duası”
27 Məhbubi-əzəl, yari-əbəd var ikən, ey yar,
Əğyar ətəgin dutmavü əğyara yapışma. [4, 57]
“Keçmə namərd körpüsündən qoy
aparsın sel səni, yatma tülkü kölgə-
sində, qoy yesin aslan səni”
28 Şol ağaca bənzəmə kim, kəsib oda yaxalar,
Balta zəxmindən əmindir anda kim, rümman bi-
tər. [4, 22]
“Bar verən ağacı kəsməzlər”
Digər halda şairin fikirləri də nəsihətamiz xarakter daşıyır ki, Nəsimi dilində
bu cür beytlərə də rast gəlinməkdədir. Bu tip beytlər də öz nəfəsini xalqdan alırdı. Bu beyt-
lərin yaşadıcısı, hikmətli söz kimi qəbul edəni də xalq idi.
Naqis vücuda çün kim, nöqsan gəlir həmişə,
Cəhd eylə kamil ol kim, gəlməz kamala nöqsan. [4, 71]
Nəsimi yaradıcılığında diqqət çəkən məqamlardan biri də şairin əsərlərində xalq yaradıcılı-
ğının bir parçası olan və onu xalq dilinə daha da yaxınlaşdıran alqış və qarğışlardan da yeri gəl-
dikcə istifadə olunmasıdır. “Sözün magik gücünə inamı əks etdirən “alqış” və “qarğış”ın söz
(ifadə) kimi yaranması da əski mifik təsəvvürlərlə bağlıdır. Hətta ilkin ibtidai çağlarda alqış-
Filologiya məsələləri, № 17, 2019
180
qarğışın həyata keçəcəyinə o qədər inanılıb ki, onun nahaq söylənilməsi ilə böyük uğursuzluğun
olacağı zənn edilmişdir.” [11, 89] Alqış və qarğışlar “Kitabi Dədə Qorqud dastanı”nda da geniş
şəkildə işlədilmişdir. Nəsimi yaradıcılığında isə bu alqış və qarğışların konkret bir şəxsə aid
deyil, daha çox ümumi xarakter daşıdığı beytlərin məzmunundan aydın görünür. Aşağıdakı
beytdə də şairin dilində alqış ümumi olaraq verilmişdir.
Doğrudur yarın yolu, doğru qayırma yarədən,
Kim ki, doğru yol vеrər, anın yеri dar olmasın. [3, 158]
Bəzən də sənətkarın bir qəzəli bütövlükdə alqışlarla davam etdirilir.
Mənəm yardan cüda, ol yar məndən,
Ilahi, olmasın hiç kimsə biyar! [3, 199]
Bu alqışlarla şair yenə də əsərinə bir təbiilik, xalq dilinin şirinliyini qata bilmişdir. Bununla
da şair dil və üslubunun daha çox xəlqi xarakter daşıdığını bir daha nəzərə çarpdırmışdır. Nəsi-
mi dilində yeri gəldikcə alqışların əks üzü olan qarğışlara da müraciət olunmuşdur.
Murada irmiyəsər kimsə həqsiz, ey qafil,
Gərəksə şahi-cahan ol, gərəksə ol övbaş. [4, 101]
Rəqibin olmasın məqsudu hasil,
Əliftək qəddimi ol saldı dalə. [3, 45]
Nəsimidən cüda yarı qılan həqdən cüda olsun
Ki, yarından cüda yarı qılan bidinü imandır. [3, 257]
Yuxarıdakı beytlərdə şair haqsızlıq edənləri, onu və başqalarını yardan ayıranları xalq dili-
nin incəliyi ilə qarğışlamışdır.
Beləliklə, xalq dilindən alınmış ifadələr, atalar sözləri və məsəllər, alqış və qarğışlar və s.
Nəsimi dilinin həm canlılığını, təbiiliyini, təravətini qoruyub saxlamış, həm də ona milli rəng
vermişdir ki, bu da əsərlərinin daha çox nüfuz qazanmasına, xalq tərəfindən daha çox sevilməsi-
nə səbəb olmuşdur. Eyni zamanda da bu əlaqə dilimizin zənginliyini bir daha ortaya çıxarmış,
Nəsiminin üslub sistemini də müəyyənləşdirmiş və onun bir hissəsinə çevrilərək yaradıcılıq üs-
lubu səviyyəsinə qalxmışdır.
İstifadə olunmuş ədəbiyyat
1. T. Hacıyev “XIII -XVI əsrlər ədəbi dili” , // Azərbaycan ədəbi dili tarixi. Bakı, “Elm”, 1991
2. Həmid Araslı Azərbaycan ədəbiyyatı tarixi və problemləri, Bakı, “Gənclik”, 1998, 732 s.
3. İmadəddin Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, “Lidеr nəşriyyat”, 2004, 336 s.
4. İmadəddin Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Lidеr nəşriyyat”, 2004, 376
s.
5. Yusif Seyidov Nəsiminin dili Bakı, “Azərbaycan nəşriyyatı”, 1996, 272 s.
6. C. Bəydili Bütün sözlərdən ulu sözlər” // Atalar söz. Bakı, “Öndər nəşriyyatı”, 2004, 264 s.
7. Atalar söz. Bakı, “Öndər nəşriyyatı”, 2004, 264 s.
8. İslam Sadıq “Nəsimi şeirində xalq nəfəsi” ”Azərbaycan” qəzeti, Bakı, 17.04.2019, s. 1-3
9. Türkan Əsgərova Nəsimi dilinin frazeologuyası, Bakı, “Elm-təhsil”, 2015, 251 s
10. Kitabi-Dədə Qorqud . Əsil və sadələşdirilmiş mətnlər. Bakı, “Öndər nəşriyyatı”, 2004
11. Bəhlul Abdulla “Arxaik folklor janrları” // Azərbaycan ədəbiyyatı tarixi Altı cilddə Icild
Bakı, “Elm”, 2004, 760 s (s. 67-98)
Filologiya məsələləri, № 17, 2019
181
С.Алиева
. Роль народных выражений в формировании
языка поэзии Насими
Резюме
В статье к исследованию привлекается роль фольклорных образцов в творчестве
поэта XIV века Имадеддина Насими.
При внимательном рассмотрении языка Насими становится ясно, что поэт мастерски
воспользовался образцами устной народной литературы, которые, будучи продуктом
простого народного мышления, сопровождали его на протяжении всего творчества. Ряд
слов и выражений тюркского происхождения, используемых в языке И.Насими,
неразрывно связанном с народным языком, народным творчеством, и употребительных
для того периода, уже в наше время превратился в архаизмы. Однако творчество Насими,
проведя эти слова сквозь водоворот веков, донесло их до сегодняшнего дня.
Большинство этих слов, составляющих закваску – основу языка Насими, можно
встретить в «Китаби-Деде Горгуд» и «Дивани лугат-ит-тюрк». Так, многие архаичные
слова и выражения тюркского происхождения, используемые в языке «Китаби-Деде
Горгуд», часто наблюдаются и в языке Насими. В статье параллельно представлены
образцы этих слов.
Использование же фразеологических сочетаний, являющихся неразрывной частью
народного разговорного языка и основой его благозвучия, естественности, в поэтическом
языке дарит, наряду с языком поэта, и духу его произведений некоторую живость,
свежесть и тем самым питает поэзию Насими.
Пословицы и поговорки, представляющие собой кладезь народной мудрости, в
творчестве Насими имели важное значение в выражении определённой поэтической
функции в различной форме. В статье на основе таблицы, в сравнительном аспекте даны
эти пословицы, используемые в газелях Насими и в народном языке.
Итак, выражения, почерпнутые из народного языка, пословицы и поговорки, хвала и
проклятия и т.п. сохранили живость, естественность, свежесть языка Насими, а также
придали ему национальную окраску, что стало причиной ещё большей популярности его
произведений и ещё большей народной любви к ним.
Ключевые слова: Насими, пословица, фольклор, народное творчество, поэтический
язык, фразеологизм.
Filologiya məsələləri, № 17, 2019
182
S.Aliyeva
Role of poeople’s saying and exppressions in formation of Nasimi’s poetic language
Summary
The article involves investigation the role of folklore samples in the work of a 14th-century
poet Imadaddin Nasimi.
When we profoundly examine the Nasimi language, it becomes evident that the poet skil-
fully benefited from the examples folk literature. The folklore samples, which are the product of
simple folklore thought, companied the poet throughout his creative activity. A number of Tur-
kic words and expressions, which were used in Nasimi language which was always associated
with foklore langauge and used in those times, now have become archaic. However, Nasimi's
creativity managed to deliver these words to our present world. Most of these words, which
constitute the basis of the Nasimi language, can be found in the Book of Dede Korkut and Dī-
wān Lughāt al-Turk. Thus, a number of archaic Turkish words and expressions used in the lan-
guage of Book of Dede Korkut are frequently observed in the Nasimi language. The article con-
tains examples parallel to these words.
Besides poet’s language, using of frazeological expressions, which are integral part and na-
tural basis of the dialectic language, gives relief and vitality to the spirit of poet’s creativity.
Thus, it becomes basis of the Nasimi poetry.
The proverbs and sayings, that are treasure of the wise word, also played a significant role
in the expression of certain poetic function in Nasimi's creativity. Those proverbs used in the
Nasimi ghazals are given in comparative manner with the folklore language on the table.
Thus, folklore expressions, proverbs and sayings, as well as cheers and curses,etc. preserved
the vitality, naturalness, freshness of the Nasimi language, as well as gave it a national color,
which made these works more popular and beloved by the people.
Key words: Nasimi, proverbs, folklore, people’s creativity poetic language, frazeologism
Məqalənin redaksiyaya daxil olma tarixi:
Çapa hazırlnma tarixi:
Filologiya elmləri doktoru Fəridə Əzizova
tərəfindən çapa tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
183
GÜLNAR ƏQİQ
AMEA Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyi,
Bakı, Istiqlaliyyət 53
gulnarjafarzade2002@gmail.com
NƏSİMİNİN EŞQ FƏLSƏFƏSİ ŞƏRQ POEZİYASI KONTEKSTİNDƏ
SUFİLİKDƏN HÜRUFİLİYƏ
Xülasə
Klassik Azərbaycan fəlsəfi-irfani poeziyasının banisi, böyük mütəfəkkir şair Seyyid Əli
İmadəddin Nəsimi həyatını öz əqidəsinə qurban vermiş, bu yolda canından keçərək şəhid şair
kimi bütün dünyada əzəmət, cəsarət, mərdlik və mübarizlik rəmzi kimi tanınmışdır. Bütün yara-
dıcılığı boyunca öz böyük ustadı Fəzlullah Nəiminin hürufilik ideyalarını təcəssüm etdirən şair
Azərbaycan ədəbiyyatı tarixində siyasi-fəlsəfi şerin ilk nümayəndəsi hesab edilir.
Sufizm cərəyanı yüzilliklər boyunca əhatə etdiyi fəlsəfi fikir nöqteyi-nəzərindən klassik
şeirin aparıcı səbklərindən biri olmuşdur. Nəsiminin şeirlərində əks olunan hürufilik ideyaları
sufizm təlimindən qaynaqlanır. Təsəvvüf cərəyanının əsas ideyalarından olan vəhdəti-vücud
nəzəriyyəsi və eşq məfhumu hürufilikdə, xüsusilə Nəsimi poeziyasında əsas yer tutur. İnsan və
onun gözəlliyi, idrak və kamalı onun yaradıcılığının aparıcı xətti olmuşdur. Şairin ilahi eşqdən
qaynaqlanan insanpərvərlik və azadlıq ideyalarını təcəssüm etdirən şeirləri klassik Azərbaycan
poeziyasına yeni məzmun, yeni ruh bəxş etmişdir.
Apardığımız araşdırmadan belə qənaətə gəlmək olar ki, sufizm cərəyanının yaranması
ilə əsrlər boyunca islam Şərqində mənəvi-əxlaqi dəyərləri təbliğ edən təsəvvüf poeziyası rəvac
tapmışdır. XIV yüzillikdə Azərbaycandan qaynaqlanan hürufilik təlimi öz fəlsəfi-ideoloji kon-
sepsiyasına görə həm də bir sufilik təriqətidir. Bu təlimin mübəlliğ şairi Nəsimi öz yaradıcılı-
ğında vəhdəti-vücud, ilahi eşq, kamil insan, əbədi məstlik kimi sufilik təliminə xas olan məf-
humları tərənnüm edərək hürufiliyin şöhrətini bütün Şərq ölkələrinə yaymağa müvəffəq olmuş-
dur.
Açar sözlər: Sufilik, Hürufilik, Nəsimi, poeziya, vəhdəti-vücud, eşq.
Sufizm cərəyanı yüzilliklər boyunca əhatə etdiyi fəlsəfi fikir nöqteyi-nəzərindən klassik
şeirin aparıcı səbklərindən biri olmuşdur. Görkəmli sovet şərqşünası Y. E. Bertels düzgün ola-
raq qeyd edir ki, “ Sufizm ədəbiyyatını öyrənmədən orta əsrlər müsəlman Şərqinin mədəni hə-
yatı haqqında aydın təsəvvür əldə etmək mümkün deyil.” [2, s. 54] Erkən orta əsrlərdən başla-
nan bu ictimai-fəlsəfi və ədəbi cərəyan demək olar ki, XIX əsrin sonları - XX əsrin əvvəllərinə-
dək Şərq ədəbiyyatını öz təsiri altına salmşdır. Bu mistik-fəlsəfi cərəyanın orta əsrlərdə Bəyazid
Bəstami, Cüneyd Bağdadi, Mənsur Həllac, Şeyx Əbülhəsən Xərəqani, Şeyx Əbu Səid Əbul-
xeyr, Baba Tahir Həmədani, , Xacə Abdulla Ənsari, İmam Məhəmməd Qəzali, Eynülqəzzat
Həmədani, Sənayi Qəznəvi, Şihabəddin Sührəvərdi, Nəcməddin Kübra, Fəridəddin Əttar, Əvhə-
dəddin Kirmani, İbn Ərəbi, Sədrəddin Konyəvi, Mövlana Cəlaləddin Rumi və b. qüdrətli nüma-
yəndələri olmuşdur. İlahi eşqdən qaynaqlanan irfan və ya təsəvvüf motivlərini öz yaradıcılıqla-
rında aparıcı mövzuya çevirən sufi şairlər və ariflər klassik poeziyanın əbədiyaşar nümunələrini
yaratmışlar.
Tərki-dünyalıq, qənaət, nəfsin boğulması və bu dünyanın fani hesab edilməsi kimi su-
fizm çalarları qədim dövrlərdən bəri müxtəlif xalqların, xüsusən hindlilərin həyat fəlsəfəsində
özünü göstərsə də, bu cərəyanın mükəmməl şəkildə müsəlman Şərqində yarandığını iddia etmək
olar. Böyük sufi şeyx və arifləri öz ideya və amallarını şərh edərkən müqəddəs Qurani-kərimə,
Filologiya məsələləri, № 17, 2019
184
Həzrəti-Məhəmmədin hədislərinə və mötəbər dini rəvayətlərə istinad edirdilər. Təkcə bunu de-
mək kifayətdir ki, “Mövlana Cəlaləddin Rumi böyük sufi ensiklopediyası hesab edilən “Məs-
nəviye-mənəvi”ni nəzmə çəkərkən altı yüz doxsanadək dini rəvayət və hədislərdən bəhrələn-
mişdir.” [5, s. 690]
Orta əsr sufizm mənbələrindən və görkəmli şərqşünasların apardıqları tədqiqatlardan
məlum olur ki, irfan məktəbində kamala çatmağın yolu üç mərhələdən ibarətdir: şəriət, təriqət
və həqiqət. Sufi şeyx və arifləri şəriəti ilkin və ən mühüm amil hesab edirlər. Böyük ilahiyyatçı
alim Cüneyd Bağdadi (830-909) bu barədə yazır: “Bu yolu o kəslər gedə bilərlər ki, Allahın ki-
tabını(Qurani-kərim-G. Ə.) sağ əlində və Mustafanın sünnətini (Həzrəti-Məhəmmədə aid edilən
hədislər nəzərdə tutulur-G. Ə.) sol əlində tutsun və bu iki şam onların yoluna elə işıq saçsın ki,
onlar şəkk və şübhənin qaranlıq quyusuna düşməsinlər.” [4, s. 420]
Hürufilik təliminin sufizm nəzəriyyəsi əsasında yaranması bir çox tədqiqatçılar tərəfin-
dən əsaslandırılmışdır. Hətta hürufiləri Nəiminin tərəfdarı olan sufilər də adlandırırlar. [10, s.
231] Təsəvvüf və hürufilik təlimlərinin hüdudlarının bir-birindən əsas fərqi hürufilik nəzəriyyə-
sinə xas olan hərf, söz və nitqin insan surəti ilə əlaqəlndirilməsi idi. “Fəlsəfi baxışlarına görə isə
bu iki təlim arasında elə bir fərq nəzərə çarpmır, hər iki təriqətin nəzəri-ideoloji istinad qaynağı
əsasən, Quran, sünnə və hədislər idi.” [1, s. 111]
Hürufiliyin banisi Fəzlullah Nəimi olmuşdursa da, dahi Azərbaycan şairi Seyyid Əli
İmadəddin Nəsimi bu cərəyanın mübəlliğinə çevrilmiş və yaratdığı poetik nümunələri ilə hüru-
filərin şöhrətini Şamaxı və Anadoludan Bağdad və Bəsrəyədək yayılmasına səbəb olmuşdur.
Klassik Azərbaycan fəlsəfi-irfani poeziyasının banisi olan böyük mütəfəkkir şair həyatını öz
məslək və ideyası uğrunda məşələ çevirmiş, bu yolda canından keçərək şəhid şair kimi bütün
dünyada əzəmət, cəsarət, mərdlik və mübarizlik rəmzi kimi tanınmışdır. Bütün yaradıcılığı bo-
yunca öz böyük ustadı Fəzlullah Nəiminin hürufilik ideyalarını təcəssüm etdirən Nəsimi Azər-
baycan ədəbiyyatı tarixində siyasi-fəlsəfi şerin ilk nümayəndəsi hesab edilir.
Nəsimi şeirlərində əsasən yaradılmışların ən mükəmməli olan insan obrazı və ona bədii-
fəlsəfi yanaşma tərənnüm edilir ki, bu da hürufiliyin əsas qayəsi sayılır. İnsanı Xaliqin zərrəsi
hesab edən hürufilər sonunda bu zərrələrin Günəşə- onları yaradan uca Allaha qovuşacaqlarına
bütün varlıqları ilə inanırdılar. Bu cür fikirlərlə Nəsimi şeirlərinin hər beytində rastlaşmaq
mümkündür. İnsanı həyatın ən böyük həqiqəti hesab edən şair “kamil insan”ı “məzhər-i həqq”
adlandırır, necə ki, deyir:
Səni bu hüsni-camal ilə, kamal ilə görüb
Qorxdular həqq deməyə, dönüb insan dedilər. [8, s. 471]
Nəsimi yaradıcılığında sufizmin əsas qayəsi olan vəhdəti-vücud ideyası öz bədii-fəlsəfi
inikasını tapır. Vəhdəti-vücud nəzəriyyəsinin təməli Şeyx Məhiyəddin ibn əl-Ərəbi (1165-
1240) tərəfindən qoyulmuşdur. Bu böyük islam alimini yazdığı dəyərli əsərlərinə görə irfan el-
minin banisi hesab edirlər. Onun məşhur əsərləri aşağıdakılardır: “Fütuhat əl-Məkkiyə fi əsrar
əl-malikiyə vəl-mülkiyyə”, “Füsus əl-hekəm”, “Kitab əl-əsra fi məqam ül-usra” və s. İbn Ərəbi-
nin əsaslandırdığı vəhdəti-vücud nəzəriyyəsi mükəmməl şəkildə Şərqin böyük mütəfəkkiri
Mövlana Cəlaləddin Ruminin yaradıcılığında əks olunmuşdur.
Hurufilik təliminin də əsas müddəalarından biri insan və eşq məfhumunu birləşdirən
vəhdəti-vücud nəzəriyyəsidir. Bu təriqətin banisi Fəzlullah Nəimi öz fəlsəfi baxışlarını “Bütün
cisimlərin vücudu insandır” konsepsiyasında ümumiləşdirir. [12, s. 96]
İdrak mənbəyi olan eşq təsəvvüf poeziyasında da əsas atributlardan biridir. Təsəvvüf
poeziyası yaranandan bəri ariflər eşqə ilahi don geyindirmiş və onu həqiqi və məcazi eşq adlı
iki qola ayırmışlar. Fəlsəfi anlamda “eşq” hədəfə doğru olan meyl, həvəs və istəkdir. Lakin bu
hədəf yüksəklikdə qərar tutmalıdır, çünki eşq hündürlüyə meyl edir, irfan bəhsində də məşuq
aşuqdən yüksəkdə qərar tutur və həm maddi, həm mənəvi aləmdə eşq ucalığa doğru hərəkətdə-
dir. Bütün yaradılışın həyat mayası olan və məxluqatı hərəkətə gətirən eşq klassik Şərq poeziya-
sının əsas və populyar mövzularından olmuşdur. İlahi eşqin nuru müqəddəs islam ayinləri ilə
Filologiya məsələləri, № 17, 2019
185
birləçərək bütün müsəlman dünyasını işıqlandırmış, həqiqət axtarışında olan ariflər öz ideyala-
rını poetik tərzdə bəyan etmişlər.
Farsdili poeziyanın əsas sütunlarından olan Mövlana Cəllaləddin Rumi, Sədi Şirazi və
Hafiz Şirazi eşq mövzusunda yazan böyük klassiklərdir. Sonradan lirik janrda qələmini sınayan
söz əhlindən kimi Ruminin, kimi Sədinin, kimi də Hafizin yolu ilə getmişdir. Bu üç böyük şai-
rin hər birinin özünəməxsus şəkildə nəzmə çəkdiyi müqəddəs Qurani-kərimə istinad edilən bir
rəvayətə nəzər salaq. Bu rəvayət Musa peyğəmbərin haqqında olub Qurani-kərimdən götürül-
müşdür (Əraf surəsi, 143-cü ayə). Həmin rəvayətə görə bir gün Həzrəti-Musa Tur dağına çıxıb
xudavəndi-aləmə xitab edərək “Ərni ”(“özünü mənə göstər”) deyir. Allah-təaladan isə belə ca-
vab gəlir: “Lən tərani ”(“Məni heç vaxt görə bilməyəcəksən”). Allah-təala öz varlığını isbat et-
mək üçün dağa nur saçıb təcəlla edir, əzəmətli dağ buna davam gətirməyib parça-parça olur,
Tanrıının möcüzəsini görən Musa (ə.s.) isə huşunu itirib yerə yıxılır. Mövlana bu rəvayətə belə
işarə etmişdir:
ﯽﺳﻮﻣ ﻮﭼ ﻮﮕﺑ ﯽﻧرا ﯽﺴﯿﻋ ﻮﭼ آ ﺮﺑ ﮏﻠﻓ ﮫﺑ
ﻮﮕﻧ ارﻮﺗ اﺪﺧ ﮫﮐ
اﺮﺗ ﻦﻟ شﻮﻤﺧ ﮫﮐ ﺪﯾ
ﯽﻧ
[7, s. 1064]
Göyə ucal İsa kimi, “ərni”de Musa kimi,
Allah sənə deməsin ki, “sus”,“lən tərani”.
Müdrik Sədi Şirazi eyni rəvayəti bu şəkildə bəyan edir:
ﺎﻨﻤﺗ یداو رد ﻢﻘﺸﻋ رﻮط ﯽﺳﻮﻣ
ﺮﺠﻣ
اﺮﺗ ﻦﻟ حو
مراد راﺰھ دﻮﺧ نﻮﭼ ﯽﻧ
[11, s. 389]
Təmənna vadisində eşq Turunun (dağının) Musasıyam,
Özüm kimi “lən tərani” yarası almış minlərlə yaralı var.
Hafiz Şirazi isə belə söyləyir:
رﺬﮕﺑ و ﻮﮕﺑ ﯽﻧرا ﺎﻨﯿﺳ رﻮط ﮫﺑ ﯽﺳر ﻮﭼ
اﺮﺗ ﻦﻟ باﻮﺟ ﮫﻧ ﻮﻨﺸﺑ ﺖﺳود یاﺪﺻ ﻮﺗ
ﯽﻧ
[6, s. 533]
Ture-Sinaya çatanda “ərni” söylə və keç,
Sən döstun səsini dinlə, “lən tərani”cavabını yox.
Nəsiminin farsca divanında da bu üç dahi şairin üç fərqli münasibətlə yanaşdığı eyni
rəvayətə əsaslanan aşağıdakı beyt nəzərə çarpır :
اﺮﺗ ﻦﻟ ﯽﺳﻮﻣ ﻮﭼ ﺎﺗ
ﻦﺸﺑ ﯽﻧ
باﻮﺟ ﺐﻟ ناز یو
فﻮﺗ ﻞﺑﺎﻗ
ﺪﯾد نآ ﻖﯾ
نﺪﺷ ﺪﯾﺎﺑ ﯽﻣ را
[3, s. 248]
Musa kimi “Lən tərani” cavabı eşitmək üçün
Gərək o görüşə layiq olasan.
İlahi eşq şərbəti ilə sərxoş olan şair özünü Allahın hüsni-kamili qarşısında aciz
qalan Musaya bənzədir, onun qəlbi Allahın işıq saçan nurundan Tur dağı kimi parçalanmışdır.
Sonralar Azərbaycan şairi Saib Təbrizi də bu rəvayətə öz şeir divanında bir neçə
dəfə işarə etmişdir. Müqayisə üçün Saibin farsca divanından aşağıdakı beytə nəzər yetirək:
ﮫﮐ ﺮھ
ﺖﻔﮔ هار
ﺮﺳا هدﺮﭘ رد ﻮﮔ
ﺖﻓﺎﯾ را
اﺮﺗ ﻦﻟ زا ﻢﯿﻠﮐ نﻮﭼ
ﺪﯾد تﺬﻟ ﯽﻧ
ﺖﻓﺎﯾ را
[9, s. 1366]
Hər kim sirlər pərdəsinə söhbət etməyə yol tapdısa,
Musa peyğəmbər kimi “Lən tərani”dən görüş ləzzəti əldə etdi.
Göründüyü kimi Saib Təbrizi də bu Quran hekayətini irfani baxışla nəzmə çəkmiş, Allah
qovuşmağın yolunu haqq-təalanın əsrar pərdəsinə aşina olmaqda görür.
İrfani-fəlsəfi eşq Nəsimi yaradıcılığında aparıcı xətdir. Aşağıdakı misralar böyük şairin
yaradıcılığında ilahi eşqin bədii-fəlsəfi təzahürünü əks etdirir:
بﻮﺧ ﻖﺸﻋ ﺰﺟ ﺪﺸﻧ ارﺎﻣ ﻞﺻﺎﺣ
نﺎﮭﺟ رد نا
نﺎﺟ ﻖﺸﻋ
ﺖﺳا ﻞﺻﺎﺣ ﯽﺑ ﺪﺸﻧ ﻞﺻﺎﺣ ار ﮫﮐ ﺮھ نا
[3, s. 61]
Biz eşqdən başqa cahanda gözəllərdən bir şey qazanmadıq,
Hər kim ki, cananın eşqini qazanmadı, bir şey qazanmadı.
Filologiya məsələləri, № 17, 2019
186
“Canan” deyəndə onun kimi nəzərdə tutduğu aydındır, o, uca Tanrının əbədi aşi-
qidir, şair hər kəsin qəlbində Allah sevgisi yoxdursa, o qəlbi boş sayır.
İstifadə olunmuş ədəbiyyat
1. Babayev, Yaqub. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı, Nurlan, 2007. 128 səh.
2. Bertels, E. E. Sufizm i sufiyskaya literatura. Moskva. Nauka. 1965.
3. Cəlali Pendəri, Yədollah. Zendegi və əşar-e İmadəddin Nəsimi. Tehran, Nəşr-e ney. 1372.
4. Əttar, Fəridəddin. Təzkirət ül-ouliya. Be təshih-e Mohəmməd Estelami, Enteşarat-e Negah.
Tehran, 1376.
5. Foruzanfər, Bədiiüzzəman. Əhadis-e məsnəvi. Enteşarat-e Daneşqah-e Tehran, 1386
6. Hafiz, Şəmsəddin Mohəmməd. Divan. Tədvin-e Səlim Neysari. Tehran, Enteşarat-e Soxən.
1387.
7. Mövlana, Cəlaləddin Məhəmməd Bəlxi Mouləvi. Kolliyyat-e divan-e Şəms Təbrizi. Ba mo-
qəddəme və təshih-e Mohəmməd Abbasi. Tehran, Nəşr-e Tolu. 1374.
8. Nəsimi, İmadəddin. Əsərləri. Tərtib edən: H. Araslı. Bakı, 1973.
9. Saeb, Təbrizi. Divan. 2 celdi. Be kuşeş-e Mohəmməd Qəhrəman. Tehran, Enteşarat-e Elmi
və Fərhəngi. 1364.
10. Səccadi, Ziyaəddin. Məbani-ye erfan və təsəvvof. Sazman-e motale və tədvin-e kotob-e
olum-e ensani-ye daneşqahha. Tehran, 1376
11. Sədi, Mosləhəddin Şirazi. Kolliyyat. Be təshih-e Mohəmmədəli Foruği. Tehran, Nəşr-e To-
lu. 1362.
12. Кулизаде, З. Хуруфизм и его представители в Азербайджане. Баку, Элм, 1970.
Агиг Гюльнар
Философия любви Насими в контексте восточной поэзии –
от суфизма к хуруфизму
Резюме
Основоположник классической азербайджанской мистическо-философской
поэзии, великий мыслитель, пожертвовавший собой ради высоких убеждений, Сеид Али
Имадеддин Насими ценой собственной жизни прославился во всём мире, как поэт-
мученик, как символ величия, мужества, борца, принявший смерть на этом пути. На
протяжении всего своего творчества, отражая хуруфистские идеи своего великого
наставника Фазлуллаха Наими, Насими считается первым представителем политико-
философской поэзии в истории азербайджанской литературы.
На протяжении сотни лет Суфизм, который охватывал философскую тэнденцию
был одним из ведущих предметов классической поэзии. Хуруфизм, отразившийся в
творчестве Насими, берёт своё начало от Суфизского учения. Важное место в Хуруфизме
и особенно в творчестве Насими занимают главные идеи мистического направления –
теория слияния души и тела, а также понятие любви. Человек и его красота, познание и
совершенство были основными направлениями его творчества. Стихи поэта, в которых
воплощены идеи гуманизма и свободы основанный на божественной любви, дали новое
содержание и новый дух классической азербайджанской поэзии.
Из нашего исследования мы можем сделать вывод, что с появлением суфизма
мистическая поэзия, которая развивалась, развивалась моральными и этическими
ценностями исламского Востока на протяжении веков. Учение о хуруфизме, возникшее в
Filologiya məsələləri, № 17, 2019
187
Азербайджане в XIV веке, также является суфийской сектой из-за своей философской и
идеологической концепции. Поэт Насими, владелец доктрины, преуспел в
распространении славы суеверий во всех восточных странах, чувствуя суфийские
доктрины единства, тела, божественной любви, совершенства и вечного пьянства.
Ключевые слова: Суфизм, Хуруфизм, Насими, поэзия, пантеизм, любовь.
Aqiq Gulnar
Nasimi's philosophy of love in the context of the Eastern poetry –
from Sufism to Hurufism
Summary
The founder of the classical Azerbaijani mystical and philosophical poetry, the great
thinker Seyyed Ali Imadaddin Nasimi who sacrificed his life and had become famous as martyr
poet as a symbol of greatness, courage, bravery and struggle all over the world. Throughout his
career, the poet reflects the ideals of his great master Fazlullah Naimi and he is considered the
first representative of the political-philosophical poetry in the history of Azerbaijani literature.
Sufism has been one of the leading styles of classical poetry from the philosophical point
of view that has covered the trend for centuries. The ideas of Hurufism in Nasimi's poems based
on the theory of Sufism. One of the main notions of the mysticism is the pantheism (unity of the
body and the heart) and the concept of love which had an important role in Hurufism, especially
in Nasimi's poetry. Mankind and his beauty, cognition and perfection have been the leading li-
nes of his creativity. The poet's poems, which embody the ideas of humanism and freedom from
divine love, have given new content and new spirit to classical Azerbaijani poetry.
From our research, we can conclude that with the emergence of Sufism, the mystic po-
etry that has been promoting the moral and ethical values of the Islamic East for centuries has
evolved. The doctrine of Hurufism originated in Azerbaijan in the 14th century is also a Sufi
sect for its philosophical and ideological concept. The poet Nasimi, the master of the doctrine,
has succeeded in spreading the fame of superstition to all Eastern countries, in his works glorif-
ying the Sufi doctrines of unity, body, divine love, perfection, and eternal drunkenness.
Key words: Sufism, Hurufism, Nasimi, poetry, pantheism, love.
Məqalənin redaksiyaya daxil olma tarixi:
Çapa hazırlnma tarixi:
Akademik Rafael Hüseynov
tərəfindən çapa tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
188
TURAN KƏRİMLİ
Qərb Universteti
Bakı, İstiqlaliyyət küçəsi, 31
turankarimli@mail.ru
MƏTYU ARNOLDUN ƏDƏBİ – TƏNQİDİ GÖRÜŞLƏRİNİN
BƏZİ ASPEKTLƏRİ
Xülasə
Məqalədə XIX əsrdə Böyük Britaniyada paradokslar dövrü kimi səciyyələndirilən kraliça
Viktoriya dövrünün (1837 – 1900) tanınmış nümayəndəsi – ingilis ədəbi tənqidinin banisi və bu
dövrün tanınmış şairi Mətyu Arnoldun ədəbi – tənqidi görüşləri gündəmə gətirilmiş, müəllif
münasibəti açıqlanmışdır.
Ədəbi tənqidi aləmdə ciddi elmi araşdırmaları ilə mütəmadi çıxış edən Mətyu Arnoldun
Britaniya, eləcə də Şərq ədəbiyyatı çevrəsində peşəkar alim tədqiqatçı sözünü deyən mütəfəkkir
araşdırıcı səviyyəsinə qalxmışdır. Onun tənqidi arealda yazıb nəşr etdirdiyi əsərləri həm tədris
müəssisələrində, həm elmi - ədəbi auditoriyalarda böyük maraqla qarşılanmışdır. Bu araşdırma-
sında məqalə müəllifi onun elmi əsərlərinin bəzi spesifik aspektlərini öz araşdırıcı münasibətini
açıqlamağa səy göstərmişdir.
Məqalədə Mətyu Arnoldun sosial tənqidçi kimi fəaliyyətinə diqqət yetirilmiş, qeyd olun-
muşdur ki, o XIX əsrdə Böyük Britaniyada baş verən sosial və mədəni proseslərin öyrənilməsi-
nə daha çox əsərlər yazmışdır. “Mədəniyyət və Anarxiya” (“Culture and Anarchy”) essesində
sosial tənqidçi kimi “Viktorian dövründə maariflənmə” məsələsinə toxunmuşdur. Mətyu Arnold
ingilis cəmiyyətini iztehza ilə “barbarlar” (Barbarian”) yəni aristokratlar, filistinliliər (“Philisti-
nes”) – burjuaziya və sadə xalq (“Populace”) – savadsızlardan ibarət üç qrupa bölmüşdür. Tən-
qidçi olaraq bu məsələyə öz tənqidi münasibətini açıqlamışdır. “Mədəniyyət və Anarxiya” və
eləcə də “Təhsil haqqında” (On Education”) kitabları XIX əsrin ortalarında İngiltərədə mədə-
niyyətin inkişafına həsr edilmiş, eyni zamanda cəmiyyətdə baş verən sosial və dini məsələləri
əks etdirmişdir.
Mətyu Arnoldun tənqidi yaradıcılığında xüsusi yer tutan sosial tənqid məsələləri öz müna-
sibətini ifadə edən məqalə müəllifi gələcəkdə bu problemin daha geniş şəkildə öyrənilməsi qə-
naətini ifadə edir.
Araşdırıcı bu böyük tənqidçi alimin kütləvi və siyasi mədəniyyət, eləcə də təhsil haqqında
elmi platformasını və mühakimələrini təhlil edərək kraliça Viktoriya dövrünün ümumi xarakte-
ristikasının səciyyəvi mətləblərini aşkarlamış və bəzi məsələlərə elmi aydınlıq gətirmişdir.
Açar sözlər: Mətyu Arnold, Kraliça Viktoriya, Viktoriya dövrü, Viktoriya dövrü şairləri
və yazıçıları, Viktoriya dövründə poeziya, mədəniyyət, təhsil
XIX əsr Böyük Britaniyada kəskin ziddiyyətlər dövrü kimi xarakterizə olunur. Bu dövrdə
burjuaziya cəmiyyətinin əsas sinfi – burjuaziya ilə fəhlə sinfi arasındakı ziddiyyətlər özünü gös-
tərməyə başlamışdır. Ziddiyyətlərlə yanaşı XIX əsr həmdə bir çox istiqamətlərdə tərəqqi əsri
idi. Bu illərədə burjua cəmiyyətinin müxtəlif sahələrində yüksəliş illəri oldu, xüsusən də elmi
fikrin, təhsilin inkişafı üçün geniş imkanlar yarandı. Fəlsəfə, təbiət, texnika və tarix elmləri sü-
rətlə inkişaf etməyə başladı. Əslində bu dövr Viktoriya dövrünün başlanğıcı idi (5, s.53).
Qeyd edək ki, Böyük Britaniya kralı IV Vilhelmin qəfildən dünyasını dəyişməsi ilə onun
yeganə varisi hesab edilən qızı 18 yaşlı Viktoriyanın hakimiyyətə gəlişi İngiltərədə Kraliça Vik-
toriya dövrünün başlanğıcı oldu. Nəticədə nəhəng imperatorluğun gələcəyi 18 yaşlı qızcığaza
etibar edildi. “Tarixin axarını dəyişən qadın” kimi tarixin yaddaşında xatırlanan kraliça Viktori-
Filologiya məsələləri, № 17, 2019
189
yanın hakimiyyəti dövründə London ən böyük inkişaf yolunu keçən elm, mədəniyyət, sənaye
şəhərinə və mərkəzinə çevrildi. Onun hakimiyyəti dövründəəhalininböyük hissəsi kəndlərdən
paytaxta köçdü. Lakin kraliçanınhakimiyyətinin ilk on ilində ölkədə əhalininvəziyyəti ağırlaş-
mışdı. İşsizlik, yoxsulluğun baş alıb getdiyi bu dövrdə əhalinin sabaha ümidinin qırıldığı söylə-
nilir. Bu baxımdan qeyd etdiyimiz dövrü inigilislər daha çox “problemlər dövrü” adlandırırlar.
Beləliklə “Üzərində günəş batmayan imperiya” hesab edilən Böyük Britaniya krallığı Kraliça
Viktoriya dövrü ədəbi tarixin yaddaşında qeyd etdiyimiz adlarla xatırlanmışdır.
KraliçaViktoriyanın hakimiyyəti dövründə (1837 – 1900) və onun şərəfinə adlandırılan
Viktoriya dövrü ədəbiyyatı İngiltərədə poeziyanın, bədii ədəbiyyatın, böyük inkişaf yolu ilə se-
çilən dövr kimi də səciyyələnir. Dövrün dəyişməsi ilə ədəbiyyatda yeniliklər baş verdi. Parlaq,
günəşli, şən romantizm sona çatdı və yeni modernizm günəşi doğdu. Bu günəşki, işıq saçaraq
həyatın real problemlərini işıqlandırdı.Viktoriya dövrü yazıçıları həyatı olduğu kimi təsvir et-
məyə cəhd göstərirdilər.Bu dövrdə baş verən digər möhtəşəm dəyişiklik isə şeirdən romanlara
və dramlara olan meylin artması idi. Dram kraliça Yelizavetanın dövründə artıq məşhurluq qa-
zanmışdır, lakin roman janrı məhz Kraliça Viktoriya dövrünə öz möhürünü vurdu. Öncələr poe-
ziya elit sinfin əyləncəsi idi və onlar bundan zövq alırdılar, lakin zaman keçdikcə insanlar daha
az xəyalpərəst olmağa başladılar və ədəbiyyat bütün siniflərin tələbatına çevrildi (5, s.54). Poe-
ziya tamamilə kənarda qalmamışdı, lakin insanlar ədəbiyyatın daha asan oxunan və daha rahat
anlaşılan forması olan romana müraciət edirdilər. Romanlar kitab rəflərində öz yerini tapmaqla
kütləvi kitabxanaların sayını artırırdı. İnsanlar olduqca ağıllı olmasını gözləmədən onları əylən-
dirə biləcək hekayələr oxumaq istəyirdilər. Müəlliflər öz əsərlərində cəmiyyətdə baş verən hadi-
sələri olduğu kimi təsvir etməyi özlərinə borc bilirdilər. Bu təsvirlərlə onlar istəyirdilər ki, in-
sanlar etdikləri səhvləri görüb ətrafda baş verən proseslərdən agah olsunlar. XIX əsr Viktoriya
ədəbiyyatı Romantizm dövrüyazıçıları ilə modernizm ədəbiyyatı arasında bir növ keçid əlaqəsi,
körpü rolunu oynamışdır. Bu dövrdə roman yazmaq ingilis ədəbiyyatında aparıcı rol oynamış,
ənənəyə çevrilmişdir. Çarlz Dikkens və Tomas Hardi kimi yazıçılar İngiltərədə Viktoriya döv-
rü ədəbiyyatında roman janrının tanınmış simaları oldular.
XIX əsrin birinci yarısında ingilis ədəbiyyatının inkişafında xüsusi rolu olan tənqidi rea-
lizm ədəbi cərəyanının görkəmli nümayəndələrindən biri olan Çarlz Dikkens Kraliça Viktoriya
dövründə sənayeləşmə və urbanizasiyanın baş verdiyi bir dövrdə yazıb yaratmışdır. O, sosial
tənqidçi və realist ədib idi. Onun əsas tənqid hədəfi ingilis bürokratizmi, kapitalizm, təhsil prob-
lemi, qadına qarşı münasibət, varlı və yoxsul təbəqə arasında ziddiyətlər olmuşdur. Ç.Dikkens-
yalniz yazıçı deyildi, həm də Viktoriya dövrünün qurbanı idi. Atası həbs olunduğu üçün təhsili-
ni yarımçıq qoyub ayaqqabı fabrikində işə başlamışdır. Təhsilsiz olmasına baxmayaraq o, iyir-
mi ildən artıq jurnal redaktoru işləmiş, on beşdən çox romanın, qısa hekayələrin və elmi məqa-
lələrin müəllifi olmuşdur. “Soyuq ev”, “Böyük ümidlər”, “Yeni il nəğməsi”, “İki şəhərin heka-
yəsi” və s. kimi dunyaca məşhur əsərlərini qələmə almışdır. Ədib romanlarında dövrün aktual
məsələlərinə toxunmuş və onların həlli yolları haqqında düşüncələrini ifadə etmişdir.Ç.Dikkens
uşaqlıq xatirələrinə əsaslanaraq romanlarını yazdığı halda, T.Hardi öz xəyali şəhərini yaradaraq
onun üzərində acı həqiqətləri yazırdı. Hər iki yazçı C.Eliotun izləri ilə gedərək ədəbyyatda rea-
lizmin əsasını qoymuş oldular. C.Eliot qüsurları hədəfləyib ciddi romanlar yazsa da, T.Hard öz
yazılarına romantik yanaşırdı və özünü hər zaman şair hesab edirdi.
Çarlz Dikkensin müasiri və İngiltərənin ən böyük realist yazıçılarından biri olan Uilyam
Meykpis Tekkereyin də ( 1811 – 1864) ədəbi yaradıcılığı Kraliça Viktoriya dövrünə təsadüf
edir. U.M.Tekkerey satirik yazıçı idi və Çarlz Dikkens kimi inqilabın tərəfdarı olmasa da, xal-
qın zülmə, müstəmləkəyə qarşı etirazını tamamilə qanunauyğun və ədalətli hesab edirdi. Ədi-
bİngiltərə həyatından bəhs edən çoxsaylı hekayələrin, satirik povestlərin, romanların müəllifi
kimi tanınmışdır.
Qeyd edək ki, XIX əsrin əvvəllərində İngiltərədə qadının cəmiyyətin siyasi mədəni həya-
tında rolu böyük olmamışdır. Kraliça Viktoriya dövrünə qədər Britaniyada memar, yazıçı, hü-
Filologiya məsələləri, № 17, 2019
190
quqşünas, siyasətçi qadınlara demək olar ki, rast gəlinməmişdir. Qadınlar üçün ailə qurmaq kar-
yera hesab edilirdi, dünyaya uşaq gətirmək və ana olmaq isə qadın həyatınınali məqsədi idi.İn-
giis cəmiyyəti patriarxal cəmiyyət olmuşdur və bu cəmiyyətdə demək olar ki, qadınlara yer yox
idi. Bu səbəbdən ingilis ədəbiyyatının şahzadələri hesab edilən Şarlotta və Emili Bronte bacıları
öz əsərlərini kişi təxəllüsü ilə yazırdılar. Erkən həyatdan köçmələrinə baxmayaraq ingilis ədə-
biyyatına “Ceyn Eyr” və “ Tufanlı aşırım” kimi möhtəşəm əsərlər bəxş edən Bronte bacıları
oxucular tərəfindən hər zaman böyük maraqla oxunmuşdur. Bu dövdə Meri Ənn Evans (1819 –
1880) da Corc Eliot təxəllüsü ilə yazıb yaratmışdır. XIX əsrin ortalarında Kraliça Viktoriya
dövründə qadınlara kişilərlə bərabər hüquqların verilməsi məsələsi gündəmə gətirilmişdi və qa-
dınlar da səsvermə hüququ qazandılar. Kraliça Viktoriyanın hakimiyyəti dövründə ədəbiyyat
sahəsində böyük canlanma hiss olunurdu və qadınların ədəbi mühitdə mövqeyi get – gedə möh-
kəmlənirdi. Buna misal olaraq Robert Brauninqi (1812 -1889) və onunla eyni dövrdə yazıb ya-
ratmış həyat yoldaşı Elizabet Barret Brauninqi (1806 – 1861) göstərmək olar. Ədəbi mühitdə
Xanım Qaskell ( Mrs. Gaskell) kimi tanınan Elizabet Qaskell məhz Kraliça Viktoriya dövründə
qadınların hüquqlarının bərpa olunduğu bir cəmiyyətdə yazıb yaratmışdır. Kraliça Viktoriya
dövrü ingilis roman yazıçısı Elizabet Qaskell bu dövrdə siyasətçilərin əxlaqsızlıqlığını və Man-
çestr şəhərinin kasıb zümrəsinin həyatını qələmə almışdır. Adını sadaladığımız yazıçılar roman-
tizm cərəyanını nümayəndələridir və mütərəqqi romantizm mümayəndələri sənətə məzlum xalq
mövzusunu gətirmişdilər. Beləlikdə,romantizmin XIX əsr tənqidi realizminə yaxud Kraliça
Viktoriya dövrü ədəbiyyatına yeni bir yol açdığını söyləmək olar. Bütün dövrlərdə olduğu kimi
Kraliça Viktoriya dövrü də paradokslar dövrü idi, lakin bu paradokslar XIX əsrin ortalarında
yaşayan ziyalıları onların əcdadlarına nisbətən daha çox narahat edir, düşündürürdü.
XIX əsrin 30 – cu illərində İngiltərə yeni inkişaf mərhələsinə qədəm qoymuş və təbii ki,
bu yenilik ədəbiyyatda da özünü biruzə vermişdir.
Tənqidi realizm XIX əsrin 20 – ci illərində yaranmağa başlasa da, İngiltərədə tənqidi rea-
lizmin çiçəklənməsi dövrü əsrin 30 – 40 – cı illərinə təsadüf edir. Tənqidi realizmin nümayən-
dələri həyatın həqiqətə uyğun tərəflərini təsvir edir, burjuaziyanı mütləq tənqid atəşinə tuturdu.
Burjuaziya haqqında həqiqəti demək isə bu cəmiyyəti büsbütün ifşa etmək demək idi. Lakin bu-
na baxmayaraq tənqidi realistlər burjua cəmiyyətini məhv etməyə çağırmırdılar, əksinə islahat-
lar apararaq cəmiyyətdədəyişiklər aparmağın yollarını axtarırdılar. Bu illərdəİngiltərədə Çarlz
Dikkens, Uilyam Tekkerey,Emili və Şarlotta Brontelər, Elizabet Gaskell,Alfred Lord Tennison,
Robert və Elizabet Brauninqlər, Mətyu Arnold kimi şair və yazıçılar klassik əsərlərini yazdılar.
XIX əsrin ortalarında ingilis ədəbiyyatının inkişafı tarixində xüsusi rolu olan ədəbi tənqi-
din tanınmış nümayəndələrindən biri olan Mətyu Arnoldun bədii yaradıcılığı Böyük Britaniya
Kraliça Viktoriya dövründə formalaşmışdır. Bu dövr ölkə tarixində və ədəbiyyatında əhəmiy-
yətli dövrlərdənbiri kimi diqqəti çəkir.
Kraliça Viktoriya dövrü şairi və tənqidçisi Mətyu Arnold ( 1822 -1888) ingilis ədəbiyyatı-
nın “ilk müasir tənqidçisi və hətta tənqiçilərin tənqidçisi” adına layiq görülmüşdür. Müasirləri-
nin fikrincə o, yalnız poeziyada deyil, tənqiddə də böyük uğurun sahibi olmuşdur.Ədəbi tənqi-
din məqsədi dünyadakı məlum olanları və düşüncənin ən yaxşısını bilmək idi, bu isə məlum
olanlardan gerçək və təzə ideyalar yaratmaq idi və söylənilən mühakimə bütün tənqidi məktəb-
lərə, T.S.Eliot (T.S.Eliot), F.R.Livis (F.R.Leavis), və Allen Tate kimi tənqidçilərə də şamil edi-
lirdi.Sosioloji tənqid məktəbinin qurucuları və onların “məhəkgdaşı” (“touchstone”) olan meto-
du tənqidi elmi cəhətdən obyektiv qiymətləndirərkən müqayisə və təhlil etmək kimi iki sadə
üsuldan istifadə etməyi qarşısında əsas qayəyə çevirmişdilər.
Romantik cərəyanın nümayəndələri olan Uilyam Uordvorst (William Wordworth), Corc
Qordon Bayron (Bayron), Persi Bisi Şelli (Shelli) və Con Kits (Keats) kimi təsviri tənqidçilərlə
müqayisədə şair –tənqidçi kimi Mətyu Arnold ingilis ədəbiyyatında şair və tənqidçilərini zəngin
qalaktikasında üstün mövqedə dayanmışdı.
Filologiya məsələləri, № 17, 2019
191
Mətyu Arnoldun tənqidçi kariyerası 1857 – ci idə Oksford Universiterində Poeziya üzrə
professor seçilməsi ilə başlandı. Onun ilk mühazirələri daha sonra “Homeri tərcümə edərkən”
və “Homeri tərcümə edərkən son söz” adı ilə toplandı. XIX əsrdə universitetlərdə mühazirələrin
Latın dilində oxunduğu bir dövrdə Mətyu Arnold ingilis dilində mühazirə oxuyan ilk professor
oldu.
Mətyu Arnolda görə tənqid sosial havadar qismində çıxış edirdi. Onun fikrincə yaradıcı
insan nə qədər dahi olsa belə, öz işinə tənqidi yanaşmazsa, məqsədinə nail ola bilməz. Onun
özündən öncəki tənqidçilər əsərlərində yalnız gözəlliyi və çatışmazlığı tənqid edirdilərsə, Mətyu
Arnold onlardan fərqli olaraq ictimai fikrin və ən yaxşı ideyaların təbliğinin müəllimi və hima-
yədarı kimi çıxış etməyi üstün tuturdu.
XIX əsrin 30 – cu illərindəMətyu Arnold cəmiyyətdə baş verən dəyişikliklərə biganə qal-
mamış və özünün “Mədəniyyət və anarxiya” (“Culture and Anarchy” ) essesində ingilis burjua-
ziya cəmiyyətini iztehza ilə üç sinfə bölmüşdür: “barbarlar”( “Barbarian” – aristokratlar, “filis-
tinlər” (“Philistine”) – burjuaziya, və “sadə xalq” (“Populace”) – savadsızlar (8, s.453). Mətyu
Arnoldun fikrincə adini çəkdiyi siniflərdən heç biri siyasətdə və dində həqiqi yüksək mədəniy-
yətin dəstəklənməsinə tab gətirə bilməzdi. Ümumiyyətlə, Mətyu Arnoldun idealı bütün insanla-
rın bərabər yaşadığı sinifsiz cəmiyyətdə yaşamaq idi (7, s.703 ).
Bir publisist kimi Mətyu Arnold “Mədəniyyət və anarxiya”, “Təhsil haqqında” (“On Edu-
cation”) kitablarının müəllifidir, hər iki kitab XIX əsrin ortalarında İngiltərədə mədəniyyətin in-
kişafına həsr edilmiş, eyni zamanda cəmiyyətdə baş verən sosial və dini hadisələri əks etdirmiş-
di. Şair kimi “Poeziya və nəsr” toplusunda toplanan şeirləri ilə məşhurluq qazanmışdı. Onu da
qeyd edək ki, mədəniyyətşünas tənqidçi kimi Mətyu Arnolda ilk dəfə 1869 – cu ildə nəşr etdir-
diyi “Mədəniyyət və anarxiya“ kitabı ilə ədəbi – tənqidi arealda şöhrət qazanmışdır.Müəllifin
araşdırmaları 1860 – cı illərdən etibarən ədəbi debatlara səbəb olmuş,hətta ölümündən sonra
1950 – ci illərə qədər davam etmişdir. Söhbət Britaniyanın Viktoriya dövrü mədəni araşdırma-
larının mərkəzinda dayanan “kütləvi mədəniyyət”dən gedir.
“Mədəni tədqiqatlar” aparan nəzəriyyəçi alim D.Storinin fikrincə Mətyu Arnoldun mədə-
niyyətə töhfəsi ondan ibarət idi ki, “o, “kütləvi mədəniyyətin” müşahidə edilməsi üçün yeni
ənənə yaratdı və mədəni müstəvidə onun yerini müəyyənləşdirdi”. Onun tərəfindən təqdim edi-
lən ənənə “mədəniyyət və sivilizasiya” ənənəsi kimi şöhrət qazandı ( 1, s.35).
Mətyu Arnold sosial tənqidçi kimi fəaliyyətini XIX əsrdə Böyük Britaniyada baş verən so-
sial və mədəni proseslərin öyrənilməsinə həsr etmiş, “Mədəniyyət və anarxiya” essesində sosial
tənqidçi kimi “Viktorian dövründə maariflənmə” məsələsinə toxunmuş və bu məsələyə tənqidi
münasibətini açıqlamışdır. Bu bir tarixi həqiqətdir ki, mühafizəkar Britaniya kəskin dəyişiklik-
ləri heç vaxt sevməmiş, hətta yeniliklərdən qorxmuşdur, desək yanılmarıq. Tarixən Britaniyaya
məxsus olmuş, əsrlərlə qorunub saxlanılmış ənənələrə dəyişiklik yalnız güclü vətənpərvərlik və
dini təriqəti qorumaqla mümkün idi. Sənaye çevrilişi isə dini aludəçiliyi zəiflətdi və Viktoriya
dövrü sənaye mühitində dini əvəz edən mədəniyyətin üzərinə yeni missiya düşdü. Mətyu Ar-
noldun fikrincə mədəniyyətin iki əsas fundamental komponenti vardır: Birincisi – “Bilik” –
“dünyada dərk edilən və söylənilənlərin ən yaxşısı”, ikincisi isə “Allahın iradə və məqsədini ye-
rinə yetirənlər, daxilən və ruhən dəyişən” mədəniyyətə olan tələbat” (2, s.42).Başqa sözlə de-
sək, mədəniyyət - ən yaxşısını öyrənməyə cəhd etmək, əldə edilmiş biliyi bütün bəşəriyyətin
xeyrinə istifadə etməyə məcbur etməkdir.
Britaniya “mədəni tədqiqatlarının” rəsmi tarixi keçən əsrin 50 – ci illəri hesab edilsə də,
onun elmdə kökləri “kütləvi mədəniyyət”ə gətirib çıxarır ki, bu da Mətyu Arnoldun adı ilə sıx
bağlıdır. Bir sıra nəzəriyyəçialimlər Mətyu Arnoldun “mədəni araşdırmalara” verdiyi töhfələri
vurğulayaraq qeyd edirdilər ki, tənqidçi özü “kütləvi mədəniyyət” terminindən istifadə etməsə
də, bilmədən bu terminin əsasını qoymuşdur ( 10, s.100 ).
Cəmiyyətdə baş verən dəyişiklikləri, XIX əsr tələblərinə təslim edən fəhlə sinfi bununla
bağlı bir sıra çətinliklərlə üzləşdi. Mətyu Arnoldun fikrincə yüksək mədəniyyət daşıyıcıları yal-
Filologiya məsələləri, № 17, 2019
192
nız cəmiyyətin ali təhsilli elitası ola bilərdi, çünki fəhlə sinfi kütləvi mədəniyyəti təmsil edirdi.
Mətyu Arnold düşünürdü ki, işçi sinfinə mədəni anarxiya yüksək mədəniyyətin və təhsilin har-
monik təsiri ilə nüfuz edə bilər. Təhsilin funksiyası ondan ibarətdir ki, fəhlə sinfi dominant sinfə
tabe olaraq hörmət hissini qoruyub saxlıya bilsin. Təhsil fəhlə sinfinə mədəniyyət gətirərək, on-
ları fəhlə hərəkatlarından, siyasi təşviqatlardan və aşağı mədəni səviyədən çəkindirə bilər. O,
qeyd edirdi ki, mədəni dövlətlərdə orta sinif tam mədəniləşmədiyindən fəhlə sinfi sosial, iqtisa-
di və mədəni inkişafını təmin etməyi öz üzərinə götürməlidir. Bu məqsədə nail olmaq üçün hö-
kümət iki üsuldan istifadə etməlidir: ya məcburiyyət, ya da “şirinlik və aydınlıq” (“sweetness
and light”) yəni təhsil və maariflənmə üsullarına əl atmalıdırlar. Mətyu Arnold qədim Yunan
düşüncəsindən ilhamlanaraq yaratdığı “şirinlik və aydınlıq” termini əslində açıq fikirli, qərəzsiz
şəkildə “obyekti olduğu kimi görmək” üçün bir düşüncə tərzidir (6, s.9 ).
Beləliklə bu nəticəyə gəlmək olar ki, Mətyu Arnold “ kütləvi mədəniyyət” in və “siyasi
mədəniyyət”in əsasını qoymuş və bu ənənə XX əsrin 50 – ci illərinə qədər əsas aparıcı mənbə
hesab edilmişdir.
Mədəniyyət və tənqidi dəyərlər Mətyu Arnold üçün sinonim kimi görünürdü.Ceyms Skott
( James Scott) Aristotellə Mətyu Arnoldu müqayisə edərək yazırdı: “ Aristotel sənət əsərini təh-
lil edir, Mətyu Arnold isə tənqidin rolunu təhlil edir. Bu müqayisədə biri şeiri ərsəyə gətirən, di-
gəri isə onun ən yaxşı şeirlərin seçməsini və tanınmasını təmin edir. Aristotelin tənqidçisi sənət-
kara sadiqdir, Mətyu Arnoldun tənqidçisi isə xalq qarşısında vəzifə daşıyır” [11].
“Təhsil haqqında” (“On Education”) adlı növbəti essesində Mətyu Arnold vurğulayırdı ki,
“Təhsil mədəniyyətə aparan yoldur” (3, s. 209 ). Bununla yanaşı o, düşünürdü ki, fəhlə sinfinin,
orta sinfin və aristokrat sinfin uşaqları mədəniyyətə eyni yolla aparması yol verilməzdir. Aris-
tokrat sinif üçün təhsil – tarıx səhnəsində öz siniflərini tədricən təşviq etməkdir. Mətyu Arnold
fəhlə sinfi üçün ibtidai və otra təsil məktəblərini nəzərdən keçirərək “işçi sinfinin qaranlıq qitə-
də çox da böyük olmayan sivilizasiya adacıqları” kimi qiymətləndirirdi. O, hesab edirdi ki, bu
məktəbin məzunları “düşdükləri mühitdə ətrafdakıları tərbiyə edəcəklər” (3, s.39). Orta sinif
üçün təhsil – burjuaziya nümayəndələrinin uşaqlarını nəzərdə tutduqları gələcəyə hazırlamaqdır.
“Məhdud, narazı, mədəniyyətdə cəlbedici olmayan, azad və zənginləşmiş orta sinfə fəhlə sinfi
mənmuniyyətlə böyük ümidlər bəsləyirdi” (4, s.343). Mətyu Arnold özü bu təkilflərini “qanuni
üsyan” adlandırırdı (1,s.97). Onun fikrincə “qanuni üsyan” xalq üsyanlarının qarşısını almaq,
gələcəkdə tələbləri zəiflətmək məqsədi ilə istəkləri yerinə yetirməkdir. Bu şəkildə Mətyu Ar-
nold üçün cəmiyyət də mədəniyyətin “yüksək” və “ aşağı” səviyyələrə bölüşdürülməsi qaçılmaz
hesab edilirdi. “Yüksək səviyyə” azlıqlara – yəni burjuaziya nümayəndələrinə, “aşağı” səviyyə
isə - təhsilsiz kütləyə aid edilirdi. “Təhsilsiz kütlə deyil, yüksək təhsilli azlıqlar bəşəriyyəti bilik
və reallığa aparan qüvvə olacaqdır”. Bilik və reallıq ayrılmaz məfhumlardır ( 9, s.43,44 ).
Mətyu Arnolda görə poeziya həm də həyatın tənqidi idi. Həyatın tənqidi poetik düzgünlü-
yün, poetik gözəlliyin şərtləri altındadır. Tənqidçi alim “Poeziyanın öyrənilməsi” ( “The Study
of Poetry”/1888)adlı essesində qeyd edirdi ki, dinin bu qədər sürətlə etibarını itirdiyi bir dövrdə
poeziya yeganə dayağımız ola bilər. O, hətta iddia edirdi ki, poeziya fəlsəfə, təbiət elmləri və
dindən də üstündür. Din öz emosiyasını ehtimal olunan faktlara yönəldir və təbii ki, bu emosi-
yalar sonda uğursuzluqlanəticələnir, lakin poeziya isə öz emosiyalarını ideyalara yönəldir və
ideyalar hər zaman qüsursuzdur. Onun fikrincə elm poeziyasız natamamdır. Mətyu Arnold
Uilyam Uordsvortun “poeziya bütün elmlərin üzündə olan ehtiras ifadəsidir” fikrini bəyənərək
ona əlavə kimi yazırdı: “ Bəs ifadəsiz bir üz nədir?” və o, poeziyanı “ biliyin nəfəsi və ruhu” ad-
landırmışdır” [11].
O, tənqidçi olmaqla yanaşı eyni zamanda həm şair, həm də tərbiyəçi müəllim olmuşdur.
Onun sözlərinə görə mənəvi ideyalara qarşı poeziyanın üsyanı hayata qarşı üsyandır, poeziyanın
mənəvi ideyalara qarşı laqeydliyi isə həyata qarşı laqeydlikdir.
Filologiya məsələləri, № 17, 2019
193
Ədəbiyyat
1. Arnold M. Complete Prose work. Vol. III., Ann Arbor; University of Michigan Press.
1960 – 1977
2. Arnold M. Culture and Anarchy. London: Cambridge University Press. 1960
3. Arnold M. On Education. Harmonds worth; Penguin, 1973
4. Arnold M. Poetry and Prose. London: Rupert Hard Davis, 1973
5. Jaoolkar V., Matkar P. Victorian Age and Literature. Journal of Literature, Language and
Linguistics.Vol.20, 2016.
6. Krueger L.Ch Encyclopedia of British Writers 19th and 20th centuries, Book Builder
LLC.2003
7. Mermin D., Tucker H. Victorian Literature 1830 – 1900 Thomson Wordsworth 2002
8. Sanders A. The Short Oxford History of English Literature. Third Edition Oxford Uni-
versity Press. 2003
9. Storey J. Cultural Theory and Popular Culture. An Introduction. Sixth Edition. University
of Sunderland. 2016, 246 p.
10. Черемушкина Е.Ф. Мэтью Арнольд и его исследования культуры / Вестник
Мордовского Университета №3, 2008.
11. Lakshmi S.N.Radishka Matthew Arnold as a Critic http://www.literature-study-onli-
ne.com/essays/arnold.html
T.Karimli
Some Aspects of Matthew Arnold’s Literary – Critical views
Summary
In the article was published literary criticism of the founder of English literary criticism
and the famous poet of the time, Matthew Arnold, a famous representative of the Victorian peri-
od (1837 - 1900), described as a period of paradox in Britain in the 19th century.
Speaking regularly in the field of critical literary criticism, Matthew Arnold rose to the le-
vel of a thinker, a professional researcher in the field of British and Oriental literature. His criti-
cally acclaimed works were met with great interest both in educational institutions, and in the
scientific and literary audience. In this study, the author of the article sought to clarify some
specific aspects of his scientific work in explaining his research approach.
The article focuses on the work of Matthew Arnold as a social critic and notes that he wro-
te more works on social and cultural processes taking place in the 19th century in Great Britain.
As a social critic in the essay “Culture and Anarchy”, he addressed the issue of “Enlightenment
in the Victorian Period”. Matthew Arnold divided English society into three groups, condem-
ning the "barbarians" - aristocrats, the Philistines (Philistines) - the bourgeoisie and the common
people ("Populace"). As a critic, he expressed his critical attitude to the problem. The books
“Culture and Anarchy” and “On Education” were devoted to the development of culture in Eng-
land in the mid-nineteenth century, but also reflected social and religious problems in society.
The author of the article expresses his point of view on the problems of social criticism,
which were especially noticeable in the critical art of Matthew Arnold, suggesting that he would
study the problem more broadly in the future.
Analyzing the scientific platforms and the judgments of this great critical scientist about
mass and political culture, as well as about education, he revealed the general features of the
Queen’s Victorian period and provided some scientific clarity.
Key words: Matthew Arnold, Queen Victoria, Victorian period, Victorian period poets
and writers, Victorian period poetry, culture, education
Filologiya məsələləri, № 17, 2019
194
Т.Каримли
Некоторые аспекты литературно – критических взглядов
Мэтью Арнольда
В статье была опубликована литературная критика автора английской литературной
критики и известного поэта того времени Мэтью Арнольда, известного представителя
викторианского периода (1837 - 1900), описанного как период парадокса в Британии в 19
веке.
Регулярно выступая в области критической литературной критики, он поднялся до
уровня мыслителя Мэтью Арнольда, профессионального исследователя в области
британской и восточной литературы. Его признанные критиками работы были встречены
с большим интересом как в учебных заведениях, так и в научной и литературной ауди-
тории. В этом исследовании автор статьи стремился прояснить некоторые специфические
аспекты своей научной работы при объяснении своего исследовательского подхода.
Статья фокусируется на работе Мэтью Арнольда как социального критика и отмечает,
что он написал больше работ о социальных и культурных процессах, происходящих в 19-м
веке в Великобритании. Как социальный критик в эссе «Культура и анархия», он обратился
к проблеме «Просвещения в викторианский период». Мэтью Арнольд разделил английское
общество на три группы, с осуждением «варваров» (“Barbarian”) - аристократов,
филистимлян (“philistines”) - буржуазии и простого народа (“Populace”). Как критик, он
выразил свое критическое отношение к проблеме. Книги «Культура и анархия» и «Об
образовании» были посвящены развитию культуры в Англии в середине девятнадцатого
века, но также отражали социальные и религиозные проблемы в обществе.
Автор статьи выражает свою точку зрения на проблемы социальной критики, которые
были особенно заметны в критическом искусстве Мэтью Арнольда, предлагая, что он будет
изучать проблему более широко в будущем.
Анализируя научные платформы и суждения этого великого критического ученого о
массовой и политической культуре, а также об образовании, он выявил особенности
общего характера викторианского периода и обеспечил некоторую научную ясность.
Ключевыеслова: Мэтью Арнольд, Королева Виктория, Викторианская эпоха, поэты
и писатели Викторианской эпохи, поэзия Викторианской эпохи, культура, образование
Məqalənin redaksiyaya daxil olma tarixi:04.08.2019
Çapa hazırlnma tarixi: :09.08.2019
filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Sideyifzadə tövsiyə etmişdir
Filologiya məsələləri, № 17, 2019
195
VƏZİFƏ İBRAHIMLİ
BDU
Zahid Xəlil küçəsi
i.vazifa@gmail.com
FELYETON VƏ HEKAYƏ JANRLARININ ƏSAS PRİNSİPLƏRİNİN
TİPOLOJİ MÜQAYİSƏSİ
Xülasə
Məqalədə “Molla Nəsrəddin” jurnalının janr əlvanlığından bəhs edilir və həmin kon-
tekstdə hekayə janrı tədqiqata cəlb olunur. Araşdırmada belə bir problemə diqqət yönəldilir ki,
jurnalda hekayə janrına aid nümunələrin müəyyənləşdirilməsi üçün onun başqa janrlarla, xüsu-
sən felyetonla müqayisəsi vacibdir. Bu istiqamətdə felyeton və hekayənin bir janr kimi əsas
prinsipləri müqayisə edilir. Müqayisədə əsas bu problemə diqqət yönəldilir ki, mətbuatla bağlı
gündəmə gələn felyeton qarışıq janr sayılır və o, fərqli formalarda ola bilər; şeir, dialoq, xəbər,
monoloq, müraciət və s. Janrın ən əsas prinsipi onun publisistika və bədiiliyin qovşağında ya-
ranmasıdır. Bu janrda həyati faktlar xüsusi metodla işlənib, bədiiləşsə də, gerçəklikdən bir o qə-
dər də ayrılmır. Müəllifin hansı gerçək hadisədən və ya şəxsdən bəhs etdiyi aydın olur. Hekayə-
də isə faktların işlənməsi metodu fərqlidir. Burada konkret şəxs və ya hadisə bədiiliyin içərisin-
də arxa plana keçir və ilkin prototip səviyyəsində qalır. Felyetonda qarşılaşdığımız tənqidi ruh
hekayədə də müşahidə edilir.
Lakin hekayənin tənqidi bədii-satirik səciyyə və tipikləşmənin gücü ilə publisistikanı üs-
tələyir. Müşahidələr göstərir ki, “Molla Nəsrəddin”də felyeton adı ilə çap edilən və ya indiyə
qədər janrı müəyyənləşdirilməyən bir çox mətnlər məhz hekayənin tələblərinə cavab verir.
Açar sözlər: Molla Nəsrəddin, felyeton, hekayə, müqayisə, bədii, publisistik, janr
“Molla Nəsrəddin” jurnalının milli mədəniyyətimizə ən böyük faydalarından biri onun
ədəbiyyatımızı janr əlvanlığı baxımından zənginləşdirməsilə izah oluna bilər. Jurnalın redaktoru
və yaradıcısı olan Cəlil Məmmədquluzadənin mətbuat fəaliyyəti əsasən ideya baxımından öyrə-
nilmiş və onun, eləcə də məsləkdaşlarının ədəbiyyatımıza gətirdiyi janr əlvanlığı və sənətkarlıq
məsələləri lazımi səviyyədə araşdırılıb, müəyyənləşdirilməmişdir. “Molla Nəsrəddin”i diqqətlə
araşdırsaq bütün ədəbi növlərə aid janrların yeni formaları ilə rastlaşa bilərik. Bu mətbuat orqa-
nında janrlar çox vaxt öz adı ilə adlandırılmır, şeirlər adətən ədəbiyyat bölümündə yer alır, nəsr
nümunələri isə ya felyeton, lətifə, rəvayət adı ilə təqdim olunur və yaxud janrı qeyd edilmədən
verilir. Jurnalın bütün janrlar, o cümlədən hekayə istiqamətində yenidən tədqiq edilməsi öz
aktuallığını qoruyub saxlamaqdadır . Göstərilən problemin həlli ədəbi-nəzəri fikrimizi zənginli-
yi və sənətkarlıq imkanlarının genişliyi haqda təsəvvürün hüdudlarını xeyli böyüdə bilər.
Jurnaldakı nəsr nümunələrinə hekayə janrının nəzəri aspektlərilə yanaşsaq, onların bir
çoxunu hekayə kimi təqdim etmək mümkündür. Hazırkı məqalədə tədqiqat bu istiqamətdə
aparılıb. Əgər söhbət jurnal mətnlərindən gedirsə və o jurnal informativliyi əsas qəbul edibsə,
sözsüz ki, hekayələr kiçik olacaqdır. Hekayə haqda ənənəvi görüşdən kənara çıxaraq məqalədə
kiçik mətnləri də araşdırıb, janrını müəyyənləşdirməyə çalışdıq. Çünki həmin nəsr nümunələri
indiyə qədər hekayə kimi qiymətləndirilməyib. Mətnlərin tədqiqi zamanı “Molla Nəsrəddin”
hekayə kimi xarakterizə oluna biləcək çoxsaylı nəsr nümunəsi var. Mövzu və formasına görə
həmin hekayələrin təsnifatını aparmaq mümkündür. Onlar əhvalat-xəbər, dialoq, rəvayət, ləti-
fə, səyahət və s. formalarda yazılmışdır. Bu mətnlərin hekayə kimi qiymətləndirilməsinə elmi-
nəzəri ədəbiyyatda janrın qəbul edilmiş prinsipləri əsas verir. Geniş mənada, felyeton adı ilə
təqdim olunan mətnlərin də əksəriyyətini hekayə kimi dəyərləndirmək olar. Lakin bizdə, eləcə
Filologiya məsələləri, № 17, 2019
196
də digər postsovet ədəbiyyatşünaslıqlarında felyetonun bəzi özünəməxsusluqlarına görə hekayə-
dən ayrıldığını nəzərə alaraq, məqalədə daha çox tam hekayə sayıla biləcək mətnlər üzərində
durduq. Onu da qeyd edək ki, jurnalda felyeton adı ilə çap olunan bir çox mətnlər artıq hekayə
kimi qəbul olunmaqdadır. Məsələn “Marallarım” hekayələr silsiləsi “Molla Nəsrəddin”də fel-
yeton adı ilə çap edilib.
Hansı mətnin hekayə, hansınınsa felyeton olmasına aydınlıq gətirmək üçün onların tipo-
loji müqayisəsi tələbi meydana çıxır. Satirik hekayələrin bəzi hallarda felyetonla qarışdırılma-
ması üçün hər iki janrın başlıca prinsiplərini qarşılaşdırdıqda maraqlı mənzərənin şahidi oluruq.
İlk növbədə onu qeyd etmək lazımdır ki, bir çox dünya ədəbiyyatşünaslığında hazırkı dövrdə
felyeton ayrıca janr kimi götürülmür. Fransızca mənası yarpaq, vərəq olan felyeton sözü ədəbi
termin məzmununu mətbuatın inkişafı ilə qazanmışdır. ““Фельетон/fel’yeton” sözü edebî te-
rim olarak on dokuzuncu asırda kullanılmaya başlamıştır. Fransa’da Journal Des Deba gazetesi
çıkardığı eki “feuilleton” diye isimlendirmiştir. On dokuzuncu asrın birinci yarısında bu eklerde
çoklukla toplumu eleştiren yazılar yer almıştır. “Feuilleton/фельетон” sonraki yıllarda önce Al-
mancaya, ardından da Rusçaya geçmiştir. Hem Alman hem de Rus gazete ve dergilerinde “Feu-
illeton/фельетон” başlığı altında bölümler oluşturulmuştur. Bu bölümlerde siyasi ve içtimai
makaleler, tenkit yazıları, edebî değerlendirmeler yayımlanmıştır.” (1,112) Keçmiş sovet, o
cümlədən Azərbaycan ədəbiyyatşünaslığında felyeton janrının nəzəri prinsipləri, demək olar
ki, ortaq səciyyə daşıyır. "Feuilleton (fransız feuilleton; - təbəqə, yarpaq) - bədii-publisist
ədəbiyyatın janrı; o, satirik, başlanğıc da daxil olmaqla tənqidi, çox vaxt komik xarakterlidir.
Məlumatın, yaxud fikrin predmetinin aktuallığı, hərəkətliliyi, kompozisiyanın görünən “plan-
sızlığı”, asanlığı, rahatlığı, bədii və bədiilikdən kənar janrların, üslubların parodiya kimi istifa-
də olunması onun ümumi əlamətləridir. Felyetonun təkrarsızlığı daha çox faktlarla işləmə me-
toduna və fakta münasibətə, məqsədinə görə “qarışıq” bədii-publisistika janrına aid edilməsin-
dədir. Janrın konturları, məzmun və funksiyaları tarixən dəyişkəndir. ” (2)
Müasir vəziyyəti nəzərə aldıqda, həqiqətən də şahid oluruq ki, “Janrın konturları, məz-
mun və funksiyaları tarixən dəyişkəndir”. Publisistika ilə əlaqəsi onun dinamikasna geniş yol
açır. KİV-in texnoloji imkanlarının artması ilə əlaqədar hazırda felyeton invariantında çoxlu
versiyların yaranmasının şahidi oluruq; internet-şəbəkə ədəbiyyatında, televiziyada geniş yayı-
lan skeç-şoular da felyetondan törəmədir. Lakin onlar felyeton yox, öz adı ilə tanınır. Və yaxud
günlük hadisələrin, həyatda baş verənlərin tənqidinə aid çoxsaylı şeirlər, kiçik pyeslər yazılır
ki, onlar da hazırda felyeton kimi təqdim olunmur. Elə bu səbəbdəndir ki, müasir nəzəri fikirdə
bəzən “felyotonun ölümü”ndən də söz açılır. (3) Yaşanan proseslər əsasında belə qənaətə gəl-
mək mümkündür ki, felyeton öz funksiyasını ayrı-ayrı jnrlar arasında bölüşdürüb, artıq o, tarixi
janr statusundadır. Həmin səbəbdəndir ki, müasir janr təsnifatında mühüm yer tutmur. Ancaq
publisistika və bədiiliyin qarışığı əsasında yaradılan və gerçək faktların mətnə uyğunlaşdırılıb
yerləşdirilməsi yolu ilə formalaşan bu janrın XIX-XX əsrlərin mətbuatında xüsusi yerə malik
olması mübahisəsizdir. O dövrün faktlarına münasibətdə bir çox hallarda bədiiliyin publisistika-
nı sıxışdırması nəticəsində felyeton elementlərinin zəifləməsi, hekayəninsə güclənməsinin şahi-
di oluruq. Qeyd olunan aspekdən yanaşdıqda “Molla Nəsrəddin”də çap olunan bir çox mətnlə-
rin janrlarının yenidən nəzərdən keçirilməsinə ehtiyac yaranır. Bu mənada, günlük həyatla,
konkret faktlarla əlaqəsi bir o qədər də müşahidə olunmayan və bədii ümumiləşdirmə gücü ilə
zaman-məkan, tipikləşdirmə imkanlarını daha geniş platformaya çıxaran nəsr nümunələrini
hekayə kimi dəyərləndirməyi məqsədəuyğun hesab edirik; jurnalda bir çox felyetonları janrına
görə satirik hekayə adlandırmaq olar. Çünki felyeton adı ilə tanıdığımız və yaxud janrı göstə-
rilməyən çoxlu nəsr nümunələri bədiiliyin publisistikadan üstünlüyünə görə hekayə janrının tə-
ləblərinə daha çox uyğun gəlir; belə mətnlərdə “faktların işlənməsi” metodu bəzən bədiiliyin
səviyyəsinə görə faktı hekayənin detalı və ya mövzusu halına gətirir.
Azərbaycan ədəbiyyatşünaslığında janrların geniş təsnifatını vermək baxımından ilk nü-
munə sayılan M.Rəfilinin “Ədəbiyyat nəzəriyyəsinə giriş” adlı tədris vəsaitində hekayə belə
Filologiya məsələləri, № 17, 2019
197
qiymətləndirilir: “Hekayə yazılı ədəbiyyatda işlədilən ən kiçik epik formadır. Hekayədə adətən,
insan həyatının yalnız bir epizodu, bir hadisəsi nəql edilir. Əsər müəyyən bir süjet əsasında qu-
rulur.” (10, 223). Hekayə janrı haqda Azərbaycan ədəbi-nəzəri fikrində daha geniş və aydın el-
mi məlumata Mir Cəlal Paşayev və Pənah Xəlilovun ali məktəblər üçün yazmış olduqları
“Ədəbiyyatşünaslığın əsasları” dərsliyində rast gəlirik: “Hekayə xırda şəkilli epik əsərlərin
əsas janrıdır. Hekayədə səciyyəvi, ibrətli, ictimai mənası olan həyati bir əhvalat, bir, ya iki
qəhrəman götürülür, məhdud bir zaman, məkan daxilində yığcam, bitkin, realist bədii təsvir ve-
rilir” (6,152). Hekayənin strukturundakı fərqliliyə diqqət yönəltmək baxımından Əziz Mirəh-
mədovun hazırladığı “Ədəbiyyatşünaslıq: ensiklopedik lüğət”ində də əhəmiyyətli informasiya
yer alır: “Çox vaxt hekayədə mövzu olaraq seçilən hadisənin nə əvvəli, nə də axırı, habelə bu
hadisə ilə əlaqədar təfərrüat əhatə edilmir. ... Hekayədə yazıçının sənətkarlığı ondan ibarətdir ki,
o insan həyatının konkret parçasını , səhnəsini təsvir etmək yolu ilə həyatın müəyyən tipik, mü-
hüm cəhətlərini açıb göstərir və əhəmiyyətli bir fikir irəli sürür. ” (7, 225) Bu fikirdən belə qə-
naətə gəlmək mümkündür ki, həyatın bir anını təqdim edən hekayədə ənənəvi fabula prinsipi
formal olaraq heç də hər zaman qorunmur; hadisənin əvvəlinin, ortasının və sonunun olması
mütləq xarakter daşımır. Müəllif bir çox məsələlərin tamamlanmasını oxucunun özünə etibar
edir. Ə. Mirəhmədovun təfərrüatın mətndə əhatə olunmamsı haqda da qeydi müasir hekayələr
üçün xarakterik haldır. Hekayədə hadisələrin sonlandırılmasından, təfərrüatlılığından daha çox
müəllifin istədiyi informasiya və təəssüratı oxucuya çatdırması mühümdür. İ.P.Qalperinin irəli
sürdüyü mülahizədə vurğuladığı kimi: “Mətni o zaman tamamlanmış hesab etmək olar ki, mü-
əllif niyyəti baş tutsun.” (4,131) Bu tip hekayə modellərinin Azərbaycan ədəbiyyatında forma-
laşdırılmasında “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər mühüm rol oynamışlar.
Təkcə hekayədə yox, bütün janrlarda müəlliflər öz istədiklərini oxucuya çatdırmaq, onda müba-
rizlik və milli, fərdi azadlıq ruhu formalaşdırmaq üçün yüksək sənətkarlıq nümayiş etdirərək
ədəbiyyatımızı ideya-sənətkarlıq istiqamətində xeyli qabağa apardılar.
“1906 –cı ildə nəşrə başlayan “ Molla Nəsrəddin” jurnalı bədii nəsrin, xüsusilə satirik-
yumoristik nəsrin inkişafında müstəsna rol oynadı... Realist parodiya, pamflet, novella nümunə-
ləri ilk dəfə bu jurnalın səhifələrində göründü.” (5, 6 ). Qeyd edilən sırada, sözsüz ki, hekayə-
nin də özünəməxsus yeri və mövqeyi var.
Felyeton və hekayə qarşılaşdırması kontekstində “Molla Nəsrəddin” jurnalından ilk növ-
bədə məşhur nümunələrdən bəzilərini xatırlatmağı əhəmiyyətli hesab edirik. Məsələn, Ə.Haq-
verdiyevin “Xortdanın cəhənnəm məktubları” və “Marallarım” seriyasına daxil olan hekayələri.
Jurnalda “Xortdanın cəhənnəm məktubları”nın janrı göstərilməsə də, (8, Ic.) “Marallarım” seri-
yasından çap edilən hər bir hekayə kiçik felyeton adı ilə təqdim olunur. (9, 8; 16; 224; 240; 248;
... 528; 536; 560; 568; 576 ... ) Lakin göstərilən seriyadan olan hər bir mətndə bədiilik və publi-
sistika nisbəti, faktların işlənməsi metodu hekayənin xeyrinədir. Bu tip nümunələr jurnalda ge-
niş yer tutur. Onlar seriyalar halında və tək də ola bilər.
Hekayələrin seçilib müəyyənləşdirilməsi məqsədilə jurnalın cildlərlə çap versiyasının IV
cildi üzərində apardığımız araşdırmada belə qənaətə gəldik ki, janrı göstərilməyən və yaxud
felyeton adı ilə təqdim olunan “Pişik”, (9,21) “Söhbət”, (9,7) “Eşitdiyim, gördüyüm” (9,249),
“Eşq” (9,261), “Tök”, (9,404), “Dübbə” (9, 408; 416), “Xaç kəraməti”, (9,409), “Rəvayət”
(9,421), “Xeyir iş” (9,424) və b. hekayədir. Belə nümunələr “Molla Nəsrəddin” jurnalında geniş
yer tutur və özünün janr təyinatı istiqamətində tədqiqini gözləyir.
Adını çəkdiyimiz bədii əsərlərin bir məqalədə təhlili çətinlik yaradır və onların, eləcə də
həmin qəbildən olan mətnlərin geniş təhlili üzərində “Molla Nəsrəddin” jurnalında hekayə janrı
mövzusuna həsr olunmuş dissertasiya işində geniş bəhs olunacaqdır. Apardığımız tədqiqat əsa-
sında qətiyyətlə söyləyə bilərik ki, qeyd olunan yaradıcılıq nümunələri özünün poetikasına, ide-
ya-məzmununa görə hekayədir.
Filologiya məsələləri, № 17, 2019
198
Ədəbiyyat:
1. Aşur ÖZDEMİR.YENİ KAZAK NESRİNDE TAHKİYEVİ TÜRLER ÜZERİNE. Ulusla-
rarası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 5/1 2016 s. 108-127, TÜRKİYE
2. Большая советская энциклопедия. Фельетон. М.: Советская энциклопедия. 1969—
1978.
3. Фельетон
умер!
Да
здравствует
фельетон?
-
Европейская
...
https://ru.ejo.ch › nashi-novie-statyi › da-zdravstvuet-felyeton 28 апр. 2016 г
4. Гальперин, И. Р. Текст как объект лингвистического исследования. Наука. Москва.
1981
5. Məmmədov Ə. Azərbaycan bədii nəsrinin janr-üslub təkamülü (XIX –XX əsrlər) , Bakı,
“Elm”, 2004
6. Mir Cəlal Paşayev və Pənah Xəlilov.Ədəbiyyatşünaslığın əsasları. Bakı, “Maarif nəşriyya-
tı”, 1988.
7. Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət. Bakı, “Azərbaycan Ensiklopedi-
yası” Nəşriyyat-Poliqrafiya Birliyi, 1998
8. Molla Nəsrəddin. Səkkiz cilddə, I cild. Bakı, “Çinar-Çap” Nəşriyyatı 2007
9. Molla Nəsrəddin. Səkkiz cilddə, IV cild. Bakı, “Çinar-Çap” Nəşriyyatı 2008
10. Rəfili M. Ədəbiyyat nəzəriyyəsinə giriş. Bakı, V.İ.lenin adına APİ-nun nəşriyyatı, 1958.
В. Ибрагимли
Типологическое сравнение основных принципов
жанра фельетона и рассказа
резюме
Темой статьи является жанровое разнообразие сатирического журнала «Молла
Насреддин». Исходя из данного контекста, к исследованию привлекается жанр рассказа.
По мнению автора, для выявления художественных образцов, имеющих отношение к
рассказу, необходимо сопоставлять их с произведениями, написанными в других жанрах
и, в первую очередь, с фельетонами. В этой связи, рассматриваются основные жанровые
принципы фельетона и рассказа. Подчеркивается, что фельетоны, распространяющиеся с
помощью печатных органов, относятся к смешанным жанрам. Они могут иметь разные
формы: стихотворение, диалог, сообщение, монолог, обращение и т.д. Основной чертой
жанра является, так сказать, его положение, находящееся на стыке публицистики и
художественности. В текстах, написанных в этом жанре, факты излагаются в
соответствии с определенной методикой, что придает им специфическую
художественность. Тем не менее, факты эти весьма близки к реальной действительности.
Таким образом, создается ясное представление о том, какое реальное событие или
конкретную личность имеет в виду автор. В рассказах же, метод подачи фактов имеет
несколько иную окраску. В них конкретное лицо или событие в рамках
художественности отступает на второй план, сохраняя элементы изначального
прототипа. Критическое начало, свойственное фельетону, наблюдается и в рассказах.
Однако, критическая составляющая рассказа своими художественно-сатирическими
свойствами и силой типизации превосходит тексты, написанные в публицистической
манере. Согласно проведенному анализу, выясняется, что многие тексты,
представленные в вышеуказанном журнале в качестве фельетонов, по своим
особенностям отвечают канонам рассказа.
Filologiya məsələləri, № 17, 2019
199
Ключевые слова: Молла Насреддин, фельетон, рассказ, сравнение,
художественное, публицистическое, жанр
V. Ibrahimli
Typological comparison of basic principles of the genres
of newspaper satire and the short story
Summary
This article deals with diversity and mixed character of the magazine “Molla Nasreddin”
and in this context, the genre of short story is involved in the comprehensive study. The rese-
arch draws attention to the problem that to identify the texts belonging to the short story genre
in the magazine, it is important to compare them with other genres, especially with the newspa-
per satire. Namely in this regard, the main principles of the newspaper satire and short stories
are compared. In the mentioned comparison the attention is paid mainly to the fact that the
newspaper satire used in the mass media means is a mixed genre and it may be appeared in the
various forms: for example in the form of poem, dialogue, news, monologue, address etc. The
key principle of this genre is that it is formed in the junction of journalism and artistic skills.
The real facts in this genre are used based on a special method, despite the fictional nuances it is
not far from the reality. The matter is that in this genre we may feel what event or person is to-
uched upon by the author. In this regard, the concrete person or event is passed to the backgro-
und inside the fictional nuances and remains in the initial prototype level. The critical spirit met
in the newspaper satire is observed in the short story too. But the criticism in the short story ga-
ins the upper hand over the social and political journalism at the expense of the literary-satirical
characteristics and typification. As observations prove, many texts published in “Molla Nasred-
din” under the name of newspaper satire whose genre has not yet been identified are meeting
the specifics of the short story.
Keywords: Molla Nasreddin, newspaper satire, short story, comparison, fiction, journa-
listic, genre.
Məqalənin redaksiyaya daxil olma tarixi:
Çapa hazırlnma tarixi:
Akademik Nərgiz Paşayeva
tərəfindən çapa tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
200
GÜNTƏKİN MUSAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Hüseyn Cavid prospekti
guntekin87@mail.ru
XX ƏSR (ILK ONILLİKLƏR) AZƏRBAYCAN ƏDƏBİYYATINDA
FOLKLORA QAYIDIŞIN JANRLARDA TƏZAHÜRÜ
Xülasə
Məqalədə XX əsrin ilk onilliklərində Azərbaycan ədəbiyyatında folklor ənənələrinin art-
ması janr poetikası istiqamətində araşdırılır. Bu mərhələdə folklora qayıdışın sosial-siyasi, tari-
xi-mədəni şərtlərinə diqqət yönəldilərək şifahi xalq ədəbiyyatı janrlarının törədiciliyi və invari-
antlığı probleminə aydınlıq gətirilir.
Məqalədə folklorun yazılı ədəbiyyata nüfuzu, qarşılqlı əlaqələri müxtəlif istiqamətlərdən
tədqiqata cəlb olunaraq aydınlıq gətirilir. Ən çox da şifahi xalq ədəbiyyatının mövzu, süjet, mo-
tiv və obrazlarından yazılı ədəbiyyatda istifadə məsələləri diqqəti cəlb edir.
Tədqiqatdan məlum olur ki, hansı ədəbi cərəyana mənsubluğuna baxmayaraq XX əsrin baş-
lanğıcında yazıçı və şairlərimiz folklor janrlarının yazlı ədəbiyyatdakı imkanlarından çox geniş şə-
kildə istifadə etmişlər. Məqalədə şifahi xalq ədəbiyyatının bütün ədəbi növlərinin janrlarının yeni-
dən işlənməsi prosesində “Molla Nəsrəddin” jurnalının xüsusi fəallığına diqqət yönəldilir və ayrı-
ayrı janrların müqayisəli araşdırılması yolu ilə əldə edilən elmi nəticələr ümumiləşdirilir.
Məqalədə folklor janrlarından yazılı ədəbiyyatda istifadə problemi milli kimlik, özünü-
dərk və müstəqillik şüurunun formalaşması məsələsi ilə əlaqələndirilir və ədəbiyyatımızın ide-
ya-estetik istiqamətdə zənginləşməsinə xidmət edən hadisə kimi dəyərləndirilir.
Açar sözlər: janr, folklor, “Molla Nəsrəddin”, yaddaş, satirik, invariant, Azərbaycan ədə-
biyyatı
Yazılı ədəbiyyat yarandığı tarixdən şifahi xalq ədəbiyyatı, folklor ənənələri onun yaddaş
qatlarında aparıcı yer tutur. Folklorun yazılı ədəbiyyata nüfuzu milli kimliyin, genetik ənnənə-
nin yaşaması, təzahürü kimi mədəni-fəlsəfi problemlərlə izah oluna bilər. Ona görə də proble-
min tədqiqi təkcə mədəni yaddaş qatının yox, həm də genetik yaddaşın ardıcıllığının üzə çıxa-
rılması üçün son dərəcə əhəmiyyətlidir.
Folklor və yazılı ədəbiyyat əlaqələri müxtəlif istiqamətlərdən tədqiqata cəlb olunur. Ən
çox şifahi xalq ədəbiyyatının mövzu, süjet, motiv və obrazlarından yazılı ədəbiyyatda istifadə
məsələləri tədqiqatçıların diqqətini çəkir. Faktlar və müşahidələr göstərir ki, xalq yaradıcılığı
həm də özünün forma və janr komponentləri ilə yazılı ədəbiyyatın əsas qaynaqlarından və fay-
dalandığı bazalardan olmuşdur. Bədii yaradıcılıqda janr təsnifatı, sözsüz ki, yazılı ədəbiyyatdan
əvvəl şifahi yaradıcılıqda gerçəkləşmişdir. Yazılı ədəbiyyat folklor ənənələri əsasında janrları-
nı formalaşdırmış, inkişaf etdirmiş və öz immanent xüsusiyyətləri ilə yenilərinin meydana gəl-
məsinə, şaxələnib genişlənməsinə yol açmışdır.
Daima qarşılıqlı əlaqədə olan folklor və yazılı ədəbiyyatın XVIII əsr Azərbaycan ədəbiy-
yatından etibarən daha da yaxınlaşması müşahidə olunur. Bu, ədəbiyyatımızda erkən yeni dövr
kimi səciyyələnən mərhələnin əsas xarakterik keyfiyyətlərindən biridir. “Erkən yeni dövr mər-
həlsində Azərbaycan poeziyasının janr mənzərəsi də kifayət qədər dəyişmişdir. Klassik Azər-
baycan ədəbiyyatındakı qəzəl və qəsidəni yeni epoxada qoşma və gəraylı əvəz etmiş, şifahi və
yazılı ədəbiyyatdakı eyni janrlar həmahəng səslənmişdir. Bu mərhələdə canlı xalq dilində və
folklor üslubunda yaranan ədəbiyyat əsasında Azərbaycan ədəbi dili formalaşmışdır.” (1, 224)
Filologiya məsələləri, № 17, 2019
201
XIX əsrdə M.P.Vaqif ənənələrinin daha geniş yayılması və aşıq şeiri tərzinin inkişafı
özünüilk növbədə xalq ədəbiyyatına aid janr və formaların yazılı ədəbiyyata nüfuzu hadisəsində
nümayiş etdirir.Xalq ədəbiyyatı tərzini yaradıcılığa gətirən şairlərin çoxluğunu və bunun ədə-
biyyatda kütləvi hal almasını nəzərə alaraq Feyzulla Qasımzadə bu ədəbi hadisəni cərəyan kimi
dəyərləndirir və onun Qarabağda daha geniş yayılmasını vurğulayır. “XIX əsrdə bu ədəbi cərə-
yanın Qarabağda Qasım bəy Zakir, Baba bəy Şakir, Məhəmməd bəy Aşiq, Ağabəyim ağa Ağa-
bacı, Mirzə Həsən Mirzə, Aşıq Pəri ... kimi görkəmli nümayəndələri yaşamışdır.” (4, 48) Öz
yaradıcılıq prinsipləri ilə əsasən klassik ənənəyə bağlı olan bir çox şairlərimizin yaradıcılığında
şifahi ədəbiyyat janrlarına müraciət olunur, hətta divan tərtibində belə, xalq ədəbiyyatına aid
şeir şəkillərinə yer verilir. “...aşıq şeiri tərzində yazanlar bu tərzi divan ədəbiyyatına qarşı qoy-
murdular, bir çox hallarda onu bu poeziyanın yeni bir səhifəsi hesab edərək divana belə daxil
edirdilər. Misal olaraq Nigarinin, Nəbatinin, Əndəlib Qaracadağinin divanlarını göstərə bilərik.”
(5, 85) XIX əsrdə artıq inkişaf edib, təzə təmayül formalaşdıran bu ədəbi hadisə XX əsrdə yeni
bir müstəvidə çoxtərəfli keyfiyyətlər qazanaraq ədəbiyyatımızı zənginləşdirdi, onun ideya-este-
tik imkanlarını artırdı.
XX əsr Azərbaycan ədəbiyyatının əsas özünəməxsusluqlarından biri də şifahi xalq ədə-
biyyat ənənələrinin bütün komponentləri ilə yazılı ədəbiyyatda canlanması dövrü kimi dəyər-
ləndirilə bilər; ayrı-ayrılıqda folklora aid süjet, obraz, motiv, mövzu, janr, struktur, stiuasiya,
bəzən də bunlardan bir neçəsi birlikdə yazılı ədəbiyyat mətnində müşahidə edilir. Bəhs olunan
dövrdə təmsil olunduğu ədəbi cərəyandan asılı olmayaraq hər bir yazıçımızın yaradıcılığında
xalq ədəbiyyat ənənələri bu və ya digər səviyyədə özünü göstərməkdədir.
Mifin, folklorun milli mədəniyyət qaynağı kimi yenidən canlanması XX əsrdə təkcə
Azərbaycan yox, bütün dünya üçün xarakterik hadisə idi. “XX əsr mədəniyyətinin mif işarəsi
altında inkişaf edəcəyini görkəmli alim A.F.Losev uzaqgörənliklə bildirirdi. Həqiqətən, ayrı-ay-
rı tarixi mərhələlərdə dövrün ideya-estetik tələbləri səbəbiylə mifdən istifadə üçün heç də həmi-
şə münbit şərait və əlverişli zəmin olmamışdır. XX əsrin düşüncəsində isə mif mərkəzi anlayış-
lardan biri kimi qərarlaşdı.” (2,7)Müraciət etdiyimiz istinadda mifdən bəhs edilsə də, həmin qə-
naəti bütün xalq yaradıcılığına, qədim dünyagörüşü sistemindən gələn ənənəyə aid edə bilərik.
O dövrün sosial-siyasi, tarixi-mədəni konteksindən ədəbiyyata nəzər saldıqda hadisənin mahiy-
yəti və əhəmiyyəti aydınlaşır. Belə ki, XX əsrin ilk onillikləri milliləşmə hərəkatının sürətlən-
məsi dövrü idi. Hər bir xalq bu prosesdə sahib olduğu ənənələri yenidən dəyərləndirməyə və
milli kimlik məsələsinə aydınlıq gətirməyə cəhd edir. Bu qlobal özünütanıma, qoruma və inki-
şaf etdirmə hərəkatında ədəbiyyat ənənələrinin, xüsusən də xalq yaddaşının əsas saxlancların-
dan biri olan şifahi ədəbiyyatın yazılı ədəbiyyatda yaşadılması məsələsi aktualllıq qazanır. Hə-
min nöqteyi-nəzərdən yanaşdıqda, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına folklorun bütün
struktur komponentləri, o cümlədən də forma və janr əlvanlığı ilə nüfuzunun güclənməsini mü-
şahidə edirik.
XIX-XX əsrlər millətlərin formalaşması mərhələsi olduğundan, hər bir xalq öz mövcud-
luğuna əsas axtarır və bu mənada qədim ənənələrə və milli kimliyə malik olduğunu sübut etmək
üçün tarixlə bərabər folklorda qorunub saxlanan yaddaşa da müraciət edir, mədəniyyətdə gene-
tik fasiləsizliyin təmini məqsədilə bu zəngin xəzinənin varidatından istifadə etməyə çalışır. Mə-
lum olduğu kimi, qədim dövlətçilik ənənəsinə, mifoloji irsə, folklor yaradıcılığına sahib olan
xalqımız XX əsrin əvvəllərində uzun müddət idi ki, çar Rusiyasının müstəmləkəsi altında idi.
Bu dövrdə folklora müraciət iki başlıca məqsədi gerçəkləşdirir; xalq ədəbiyyatıbir tərəfdən sə-
nət qaynağı kimi istifadə olunur, digər tərəfdənsə ona milli strateji məqsədlə müraciət edilir.
Milli kimliyin dərki və inkişafı məqsədilə folklora müraciət edən ədiblərimiz onu yaradıcılıqla-
rında canlı tutmağa çalışır və strateji baxımdan xalqa mübarizə, müstəqillik ruhunu təlqin et-
mək istəyirdilər.
Ədəbiyyatda genetik varisliyin təmini üçün əsas təməl xətlərin - poetika elementlərinin,
janr və formanın ədəbi nəsillərə ötürülməsi vacibdir. Şifahi və yazılı ədəbiyyat arasında janr və
Filologiya məsələləri, № 17, 2019
202
forma uyğunluğunun yaradılması milli ənənənin qorunub saxlanmsının əsas dayaqlarından biri-
dir. Bu mənada,Azərbaycan ədəbiyyatında XX əsrin başlanğıcı folklor janr invariantları əsasın-
da janrların zənginləşməsi dövrüdür. Bütün ədəbi növlərə aid janrlar invariant kimi törədicilik
funksiyası yerinə yetirərək ədəbiyyatımızın ideya-estetik imkanlarının hüdudlarını genişləndirir.
Ayrı-ayrı ədiblərimiz öz yaradıcılıqlarında bu məsələyə xüsusi əhəmiyyət verir və onu mühüm
hadisə kimi dəyərləndirirdilər. Folkor janr invariantlarının yazılı ədəbiyyata gətirilməsi məsələ-
sində Cəlil Məmmədquluzadə, S.S.Axundov, M.Müşviq, A.Şaiq, A.Səhhət, M.Ə.Sabir xüsusilə
diqqət cəlb edirlər. Onların yaradıcılığında nağıl-hekayə, nağıl-poema, rəvayət-hekayə, yanılt-
mac-şeir, təkərləmə-şeir, oyun-dram və s. kimi səciyyələnə biləcək janrlara rast gəlirik. Həmi-
nistiqamətdə əsas fəallığı “Molla Nəsrəddin” jurnalı nümayiş etdirir. “Molla Nəsrəddin”, de-
mək olar ki, həmin prosesi idarə edir, formalaşdırır və yönləndirir.
“Molla Nəsrəddin” jurnalında tapmaca, lətifə, atalar sözü və zərbi-məsəllər, laylalar,
qoşma və gəraylılar və s. yeni kontekstdə və satirik məzmunda ədəbiyyatımızın janr imkanları-
nı xeyli genişləndirir və jurnalın strateji hədəflərinin müəyyənləşməsində mühüm rol oynayır.
Misal üçün bir neçə nümunəyə nəzər salaq. Jurnalda Məşədi Məhəmməd Kələntərov imzası ilə
verilmiş aşağıdakı şeir parçası formaca qoşmadır. Lakin o, qoşma janrının ənənəvi funksiyasın-
dan uzaqlaşmış və onun imkanlarını yeni bir istiqamətdə zənginləşdirmişdir:
Millətinin halı pərişan ola,
Hər bir işi nifrətə şayan ola,
Cahil ola, vəhşiyü-nadan ola,
Qəm yemə, səbr et, buda, yahu keçər.
Daireyi-əqlü ədəbdən kənar,
Əmri-müsəlman edə daim şüar,
Olmaya bir kimsədə namusü ar
Qəm yemə, tab et, bu da, yahu, keçər. (7,20)
İlk iki bəndinə istinad etdiyimiz bu şeir, formaca qoşma janrının tələblərinə cavab verir:
Şeir 4 misralıq bəndlərdən ibarətdir, hər misra 11 hecadır, bəndlərin qafiyələnməsi aaab; cccb;
dddb ... şəklindədir.
Elmi ədəbiyyatda qoşma, adətən, bu cür tanıdılır: “Qoşma-türkdilli xalqların poeziyasın-
da qədim, ən çox yayılmış lirik formalardan biri. Adətən 11 hecadan, dörd misradan, 5-6 bənd-
dən ibarət olur. Qafiyə quruluşu abab, cccb, dddb və i.a.
Aşıqlar və şairlər, bir ənənə olaraq qoşmanın son bəndində adlarını, yaxud təxəllüslərini
də verirlər. Bu bəndə möhürbənd, yaxud tapşırma deyilir.”. (6, 52)
Qoşmanın qafiyə bölgüsü ilk bənddəki qafiyələnmə şəklinə görə bir qədər fərqli də ola
bilər.“koşmanın kafiye örgüsü ;
* aaab, cccb, dddb ...;
* abab, cccb, dddb ...;
* abxb, dddb, eeeb ...;
* aaaa, bbba, ccca ... şekillerinden birisi olabilir.”(3)
“Molla Nəsrəddin” jurnalından gətirdiyimiz istinadda qafiyələnmə aaab, cccb, dddb ...
şəklinə uyğundur. Beləliklə, şeir öz misra və qafiyələnmə formasına görə qoşmadır. Lakin məz-
mun və ideya ənənəvi yox, yenidir. Bundan əlavə, jurnaldakı bu qoşma bənd sayına (10 bənd-
dən ibarətdir) və möhürbəndinin olmamasına görə də ənənədən, bir qədər, kənara çıxmışdır.
Jurnalda qoşmanın, demək olar ki, bütün qafiyələnmə şəkillərinə rast gəlirik. Nümunə
üçün bir misala da nəzər salaq. “Təzə şair” imzası ilə verilən qoşmanın ilk bəndi bu janrın ən
geniş yayılmış qafiyələnmə şəklinə uyğundur: abcb.
Vaizəm çün gedirəm mən səfərə
Hər avamın gözünə sürmə çəkəm
Filologiya məsələləri, № 17, 2019
203
Söyləyibdir qlava bir nəfərə
Ki gedəm toxmi-əvamiyyət əkəm. (7,429)
İkincidən başlayaraq sonadək bəndlər çarpaz qafiyələnir ki, bu da ənənəvi strukturdan
kənara çıxmadır. Bəndlərin sayında isə tələb qorunmuşdur – qoşma yeddi bənddən ibarətdir.
Sonuncu bənd möhürbənd deyil və müəllifin adı çəkilməmişdir. Əvvəlki istinadda olduğu ki-
mi, bu nümunədə də ideya məzmun ənənəvi qoşma funksiyasına uyğun deyil və şeir satirik ifşa
məqsədi ilə yazılmışdır.
Misal gətirdiyimiz qoşma invariantlı hər iki satira göstərdi ki, müəlliflərin ideya-estetik
funksiyada məqsədli transformasiyaları formaya da təsirsiz qalmamışdır. Onlar janrın sabit for-
ma prinsiplərindən çoxunu qoruyub saxlasalar da, məzmun yeniliyi forma sərbəstliyinə də yol
açmışdır; müəllif forma olaraq qoşmanı əsas götürsə də, ənənəvi qoşma yazmadığını bilir ki, bu
da ona, müəyyən dərəcədə, sərbəst davranma imkanı yaradır, çünki məzmun dəyişikliyi artıq to-
xunulmazlığı pozmuşdur. Bütün bu sərbəstliklər isə janrın yeni formalarının meydana çıxması-
na şərait yaratmışdır. “Molla Nəsrəddin” jurnalının mətnləri üzərində apardığımız araşdırmalar-
dan qoşmanın başqa şanrlarla sintezləşdirilmiş formalarına da (qoşma janrının prinsiplərinin do-
minantlığı əsasında)rast gəldik ki, bu haqda daha geniş həcmli tədqiqatlarımızda bəhs edilməsi
nəzərdə tutulmuşdur. Eyni vəziyyət – janrların dominantlığı saxlanılmaqla, müəyyən dəyişilik-
lər və başqa janrlarla sintezləşdirmə hadisəsi təkcə qoşmaya aid olmayıb, “Molla Nəsrəddin”
jurnalında istifadə olunan başqa janrlarda da müşahidə edilir.
“Molla Nəsrəddin” jurnalı təkcə lirik yox, həm də epik janrların invariantlarından istifadəyə
görə ideya-estetik zənginlik qazanmışdır; rəvayət, tapmaca, atalar sözləri jurnalın ən çox istifadə et-
diyi janrlardandır. Maraqlıdır ki, bir çox satirik nümunələr elə janrın adı ilə təqdim olunur. Məsələn,
Məşədi Şeyx İbrahim Axundun müəllifi olduğu kiçik bir mətn “Rəvayət” adı ilə verilir.
“Bir gün mən Nəcəfdə oxuyurdum, aşura günü gördüm bir arvad gəldi başvuranların qa-
nına barmağını batırıb yaladı. Mən dedim: arvad, nə qayırırsan? Arvad cavab vermədi. İki ildən
sonra yenə getdim ziyarətə, bir də gördüm daldan mənə bir ağac vurdular, dönüb baxdım, gör-
düm ki, haman arvad deyir: “Bax, mən o qanı bu uşaxdan ötrü yeyirdim.!”. Gördüm qucağında
bir dana uşaq var. indi mən də bacılara xəbər verirəm ki, hər kəsin uşağı olmayır, mənə yazsın,
aşura qanından bir qədər yığıb saxlamışam, göndərim.” (7, 421) Qeyri-adi hadisə üzərində qu-
rulmuş məzmun, möcüzələşdirilmiş əhvalata şahidlik, möcüzəyə inanıb “düz yola qayıtma”mo-
tivləri göstərir ki, mətnin invariantı dini rəvayətdir. Müəllifin adının qeyd olunması, baş verən
hadisənin (qan yalamanın) iyrəncliyi və tibbi baxımdan qəbuledilməzliyi, qan yalamaqla uşaq
dünyaya gətirmə arasında heç bir əlaqənin olmaması, bütün bunlarla bərabər, jurnalın satirik
konteksti mətnin gerçəkdən dini rəvayət olmadığı qənaətini yaradır. Törədiciliksə dini rəvayətə
aiddir və o, satirik dini rəvayət üçün invariant rolunda çıxış etmişdir. Qeyd edək ki, “Molla
Nəsrəddin” jurnalında dini rəvayətlərin satirik transformasiyasından geniş istifadə olunmuşdur.
“Molla Nəsrəddin” jurnalında lətifələrdən də geniş istifadə edilmişdir. Həmin lətifələrin
də çoxunun adı yoxdur. Onları məzmundan çıxış edərək adlandırmaq olar . Məsələn “Lətifə”
adı altında təqdim olunan “Çoban və sürü” (7, 849) kimi.
Tapmaca və atalar sözləri də jurnalda yaradıcı funksiyada iştirak edir. Tapmacalar folk-
lorda olduğu kimi, “Molla Nəsrəddin” jurnalında da insanları düşünməyə, məlumlar əsasında
naməlumu tapmağa yönləndirir. Lakin bu sabit norma qorunub saxlansa da, müəllif tapmacala-
rında əsas ideya oxucunun diqqətini daha ciddi mətləblərə yönəltmək; xalqı içində olduğu əta-
lətdən, gerilikdən, onu pis vəziyyətə salanlardan xilas yolunu aramağa çağırmaqdır. Jurnalda bu
janrdan əsasən iki variantda istifadə olunur: a) ənənəvi tapmacada olduğu kimi məlum əlamətlər
sayılır və həminəlamətin daşıyıcısının kim, nə olduğu soruşulur; b) ictimai-siyasi vəziyyətə aid
suallar qoyularaq oxucuya müəyyən məlumatlar ötürülür. Birinci varianta misal:
“Saqqalı uzun, guşi pəhən, naqədəhəndir,
Annı iki barmaq, gözü dar, boynu kərəndir.
Qamətdə uca, əqldə alçaq, döşü gendir,
Filologiya məsələləri, № 17, 2019
204
Yüz yaşlı, bel əyri, özü piri-köhəndir.” (7, 248)
Bu tip tapmacalar həcv xarakterlidir. Lakin həcvdən fərqli olaraq ifşaobyekti açıq göstə-
rilmir və oxucunun düşünüb tapmasına çalışılır.
İkinci tip tapmacaya nümunə: “Gəncə və Tiflis qubernatorları, camaat vəkilləri və məc-
lisləri və hətta Tiflis idareyi-ruhaniyyəsi Gəncə mədrəseyi-ruhaniyyəsinə 20 min manat borc ve-
rilməyə razı olduqları halda, o hansı moladır ki, Aras çayının üstə tilsim qurub, işi bu vaxta qə-
dər ləngə saldı və Gəncə vəkillərindən Ədilxan Ziyadxanov, Ələkbər bəy Rəfibəyov, Əlkbər
bəy Xasməhəmmədov və Böyük bəy Ağasıbəyovun bu tilsimi sındırmaq haqqında çalışmaqları-
na səbəb oldu? ” (7,81)
“Molla Nəsrəddin” jurnalında atalar sözlərindən də geniş istifadə olunmuşdur. Jurnaldakı
atalar sözləri öz yığcamlığına, dərin, düşündürücü mənasına, az sözdə geniş məzmun daşımasına,
tərbiyəedici və düşündürücü xüsusiyyətinə, dil sadəliyinə görə adını daşıdığı janrın sabit prinsiplə-
rinin daşıyıcısıdır. Lakin o da ironiya poetik fiqurundan istifadə səbəbindən yeni ideya estetik
funksiya qazanır və satirik xarakterlidir. Aşağıda verilən nümunələrdə olduğu kimi:
“Müsürman bildiyin edər, çaq-çaq başın ağrıdar.
Bikarçılıq böyük nemətdir.
... Çaxır içsəm molladan qorxaram, içməsəm intelligentdən utanaram.
... Arvadın qocaldı, qulluqçuya yanaş...” (7,128)
Jurnalda atalar sözlərindən istifadə edərkən bu problemə də yaradıcı yanaşılmışdır. Bə-
zən atalar sözlərinin bir hissəsi saxlanılmış, bir hissəsi dəyişdirilmiş və bununla da satirik trans-
formasiya baş vermişdir. Bəzi hallarda isə atalar sözünün ilkin variantı məzmun və stiuasiyada
xatırlanır.
İstər “Molla Nəsrəddin” jurnalında, istərsə də digər mətbuat orqanlarında, ayrı-ayrı yazı-
çıların yaradıcılığı üzərində aparılan araşdırma sübut edir ki, XX əsrin əvvəlləri Azərbaycan
ədəbiyyatı bir çox sahədə olduğu kimi folklor janr invariantlarından istifadədə də möhtəşəmlik
nümayiş etdirmişdir. Bu istiqamətdə tədqiqatların aparılması ədəbiyyatşünaslığımızın ən aktual
məsələləri sırasında yer alır.
Ədəbiyyat:
1. Həbibbəyli İsa. Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri.
Bakı, “Elm”, 2019
2. İsayeva Pərvanə (Bəkirqızı). Mifopoetika və XX əsr Azərbaycan ədbiyyatının poetik struk-
turu. Bakı, “Elm və təhsil”, 2015
3. Koşma Nedir? Koşmanın Özellikleri Çeşitleri Örnekleri
https://www.turkedebiyati.org › kosma
4. Qasımzadə Feyzulla. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi.Bakı, “Maarif” nəşriyyatı,1974
5. Məmməd Tahirə.XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, “Apostrof”, 2011
6. Mirəhmədov Əziz. Ensiklopedik lüğət.Ədəbiyyatşünaslıq. Bakı, “Azərbyacan ensiklopedi-
yası” Nəşriyyat-poliqrafiya birliyi, 1998
7. Molla Nəsrəddin, Səkkiz cilddə (1906-1931), IV cild, 1911-1914-cü illər, Bakı,“Çinar-Çap”
nəşriyyatı, 2008
G.Musayeva
The reflection of the return of folklore in the genres of the 20th century (first
decades) Azerbaijani literature.
Summary
The article considers the formation of folk traditions in Azerbaijani literature in the first
decades of the twentieth century in the direction of genre poetics. At this stage, by focusing on
Filologiya məsələləri, № 17, 2019
205
the socio-political, historical and cultural conditions of returning to folklore, the problem of cre-
ating and invariance of the genres of folk literature is clarified.
The influence of folklore in the written literature and its interrelationships is clarified
through researches within various directions. The use of the theme, plot, motive and characters
of oral folk literature in the written literature is of particular interest.
The study shows that at the beginning of the twentieth century our writers and poets ma-
de extensive use of the capabilities of folklore genres in written literature. The article is devoted
to the special activities of the magazine “Mullah Nasruddin”, in the process of revising the gen-
res of all literary genres of folk literature and summarizing the scientific results obtained in the
comparative study of different genres.
The problem of using folklore genres in written literature is connected with the problem
of national identity, self-awareness and independence and is considered as an event that enric-
hes our literature in an ideological and aesthetic way.
Keywords: genre, folklore, “Mullah Nasruddin”, memory, satiric, invariant, Azerbaijani
literature
Г.Мусаева
Возвращение фольклора в жанрах ХХ века (первых десятилетий) в
азербайджанскую литературу
Резюме
В статье рассматривается становление фольклорных традиций в азербайджанской
литературе в первые десятилетия ХХ века в направлении жанровой поэтики. На этом
этапе, ориентируясь на общественно-политические, исторические и культурные условия
возвращения к фольклору, выясняется проблема создания и неизменности жанров устной
народной литературы.
В статье исследуется влияние фольклора в письменной литературе, его
взаимосвязи в различных областях. Больше всего интерес представляет использование
тема, сюжет, мотив и персонажи устной народной литературы в письменной литературе.
Исследование показывает, что независимо от того, каким бы литературным
направлением они ни были, в начале двадцатого века наши писатели и поэты широко
использовали возможности фольклорных жанров в литературе. Статья посвящена особой
деятельности журнала «Молла Насреддин» в процессе ревизии жанров всех
литературных жанров устной народной литературы и обобщению научных результатов,
полученных при сравнительном изучении разных жанров.
Проблема использования фольклорных жанров в письменной литературе связана с
проблемой национальной идентичности, самосознания и независимости и
рассматривается как событие, которое обогащает нашу литературу идеологическим и
эстетическим образом.
Ключевые слова: жанр, фольклор, «Молла Насреддин», память, сатирика,
инвариант, азербайджанская литература
Məqalənin redaksiyaya daxil olma tarixi:25.0/8.2019
Çapa hazırlnma tarixi:26.11.2019
Filologiya üzrə elmlər doktoru Nailə Muradəliyeva
tərəfindən çapa tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
206
NAZLIXANIM TEYYUBOVA
Bakı Dövlət Universiteti
Bakı ş. Z.Xəlilov küç. 23
T_nazli_17@hotmail.com
İMADƏDDİN NƏSİMİ DİLİNDƏ ŞƏRTİLİK ANLAYIŞI
Xülasə
Nəsimi Azərbaycan ədəbi dilinin zənginləşməsində və cilalanmasında böyük rol oyna-
mışdır. O XIV əsrdə ana dilimizi ədəbi dil səviyyəsinə qaldırdı. Nəsiminin dilini öyrənmək hər
zaman zəruri olmuşdur. Aparılan araşdırılmalar göstərir ki, qrammatikamızla əlaqəli dil faktları-
nın Nəsimi poeziyasının dili ilə bənzərlikləri çoxdur. Məqalədəki nümunələrə əsasən deyə bilə-
rik ki, bu gün istifadə etdiyimiz şərt budaq cümlələrin quruluşu da həmin dövrlə uyğun gəlir.
Şərt budaq cümlələrinin yaranmasında feilin şərt şəklinin şəkilçisi həmin dövr üçün də aktual
olmuşdur. Eyni zamanda şərt məzmunun yaradılmasında bu şəkilçi unikal rol oynayır. Nəsimi-
nin poeziyasının dilində şərt budaq cümlələrinin yaranmasında şərt bağlayıcılarının da mühim
rolu vardır. Bu bağlayıcılarının hamısı işlənməsə də, “əgər” bağlayıcısı daha çox qarşımıza çı-
xır. Həmçinin cümlələrdə “əgər” bağlayıcısının müxtəlif fonetik variantları ilə işlənməsi diqqə-
timizi çəkir. Bilindiyi kimi şərt bağlayıcıları cümlədə şərt mənasının gücləndirməyə xidmət
edir. Bəzi cümlələrdə isə tək başına şərt mənasının yaranmasına da kömək edir. Bununla da
şərt budaq cümlələrini yaranma yollarından biri kimi öyrənilməsinə imkan verir.
Funksional-semantik sahə bir sistem kimi öyrənilir. Sahənin ifadəsi üçün dilin qramma-
tik vasitələrin qarşılıqlı təsirdə olması məlumdur. Şərtiliyin ifadə vasitələrindən biri kimi şərt
budaq cümlələrinin təhlili şərtilik anlayışının izahına kömək edir. Zaman keçdikcə dil faktların
funksiyaları və onların yaratdığı məna dəyişir. Məqalədə Nəsimi dilinin kiçik fərqlərinə bax-
mayaraq bugünkü ədəbi dilimiz ilə səsləşdiyi aydın olur.
Məqalədə İmadəddin Nəsiminin şeirlərlərindən seçilmiş nümunələr əsasında şərt budaq
cümlələrinin yaranma yolları araşdırılmışdır. Bununla da şərtiliyin həmin dövr üçün ifadə vasi-
tələrindən birini nəzərdən keçirməyə çalışılmışdır.
Açar sözlər: Nəsimi poeziyası, şərtilik anlayışı, mürəkkəb cümlə, şərt budaq cümləsi,
şərt şəkli, bağlayıcı.
XVI əsr Azərbaycan poeziyasının görkəmli təmsilçilərindən biri olan İ.Nəsiminin yazıb
yaratdığı dövr ədəbi dilimizin təşəkkül etdiyi, formalaşdığı və ana dilli poyeziyanın yaranmağa
başladığı bir dövr idi. Onun dilini araşdıranlar həmin dövrün Azərbaycan ədəbi dilini əks etdi-
yini qeyd edirlər. Nəsiminin yaradıcılığı haqqında Azərbaycan dilçiliyində ilk dəfə əsaslı şəkil-
də bəhs edən ədəbiyyat tariximizin tədqiqi, nəşri sahəsində xidmətlər göstərən Salmaz Mümtaz
olmuşdur. “Nəsimini tədqiq edən dilçilər onu “islahatçı” adlandırırlar. O, nəinki islahatçıdır,
hətta ədəbi – bədii dilimizin norma və prinsiplərini, gələcək inkişaf perspektivlərini görüb mü-
əyyənləşdirən və buna ölməz sənət əsərləri ilə əməli şəkildə həyata keçirən nadir bir şəxsiyyət-
dir.” (6, 63) Şairin ana dilini - Azərbaycan türk dilini həm lirik şeirlərində, həm də sufi – hüru-
fi – fəlsəfi şeirlərində tez – tez istifadə etməsi onu göstərir ki, ana dilini müasir ədəbi bədii –
fəlsəfi dil səviyyəsinə yüksəltmək onun əsas məqsədlərindən olmuş və bu məqsədə öz əvəzo-
lunmaz poeziyası ilə çatmışdır. Nəsimi ana dilindən öz poeziyasında çox geniş şəkildə istifadə
etmiş, onun bütün xüsusiyyətlərini araşdırmış, xalqın ən gözəl incilərinin yer aldığı şifahi xalq
ədəbiyyatına əsaslanmış və özündən sonra gələn xələflərinə bu dildən istifadə üçün əlverişli şə-
rait yaratmışdır. Nəsiminin dilində leksika baxımından ərəb-fars sözləri işlənsə də, ana dili ele-
mentləri daha çox üstünlük təşkil edir. Eyni zamanda sintaksisi də bugünkü Azərbaycan ədəbi
Filologiya məsələləri, № 17, 2019
207
dilinin sintaksisi ilə demək olar ki, eynidir. Belə ki, T.Hacıyev yazır: “Nəsimi heç bir zorakılıq
işlətmədən ustalıqla xalq sintaksisini ədəbiləşdirir.” (3, 230) Nəsiminin əsəsrlərinin sintaktik
quruluşunda müasir ədəbi dili ilə səsləşən, onunla oxşar xüsusiyyətlər daşıyan, həm də kiçik də
olsa fərqliliklərini müəyənləşdirilmişdir.
Funksional-semantik sahə bir sistem təşkil edir və əsasən qrammatik vasitələrin leksik,
leksik-qrammatik elementlər ilə qarşılıqlı əlaqədə olur. Dildə şərtilik sahəsi də xüsusi funksio-
nal-semantik sahə təşkil edir. Funksional-semantik şərtilik sahəsini təyin edən əsas dil faktı fei-
lin şərt şəkli olub Azərbaycan dilində feilin şərt şəkli ilə ifadə olunmuş cümlə ayrılıqda işlənmə-
diyi, yalnız mürəkkəb cümlə tərkibində qarşımıza çıxdığı dilçilikdə məlumdur. Beləliklə, bu
sahənin ifadə vasitələrindən biri olanda şərt budaq cümlələri dildə bütün zamanlarda işlənməklə
həmin dövr üçün şərtilik anlayşının izah olunmasına imkan verir.
Dil birdən yaranmadığı kimi, birdən də yoxa çıxa bilməz. Beləliklə, dildə olan faktlar də-
yişsə də, tamamilə dildən çıxmır və undulmur. Ədəbi dilimizin normaları bu günlə müqayisədə
tarixən fərqlənsə də, bu fərqlər dilin bütün qatlarında eyni səviyyədə olmamışdır. Dilimizin
qrammatikası baxımından fərqlər leksikamızla müqayisədə təbii ki, az dəyişikliklərə uğramış-
dır. “Keçid prosesi mərhələsində olan mürəkkəb cümlələrdə həm tabesizliyin, həm də tabelili-
yin izləri və ya əlamətləri var. ” ( 7, 242) Buna görə də mürəkkəb cümlənin növlərindən biri
olan şərt budaq cümlələri əski dövrə aid ədəbiyyat nümunələrində də öz aktuallığını qoruyur.
Müasir Azərbaycan dilində şərt budaq cümlələri cümlənin ümumi məzmununa aid olub, cümlə-
də hərəkətlərin birinin digərinə şərt əsasında bağlılığını bildirir. Bu budaq cümlələrin yaranma-
sında əsas rolu –sa, -sə şəkilçili feilin şərt şəkli oynayır.
Mürəkkəb cümlə komponentlərinin bir-birilə əlaqəsini dilimizdə həm sözlər, bağlayıcı-
lar, qrammatik vasitələrin köməyi ilə görürük. Sadaladığımız bu üsullar əsasında həmçinin
cümlələrin bəzən ümumi mənası da dayaranır. Məqaləmizdə diqqət edəcəyimiz şərt budaq cüm-
ləsinin də yaranmasımda yalnız şəkilçi, bağlayıcı deyil, bu cümlələri bir-birinə onların ümumi
mənasının da bağlayır. Şərtilik anlayışı dilimizdə bir çox dil faktlarında özünü göstərsə də, şərt
budaq cümlələri əsasında bu anlayış daha çox ifadə olunur.
Müasir Azərbaycan dilində olduğu kimi Nəsiminin dilində də şərt budaq cümlələri istifa-
də edilmişdir. Onun şeirlərinin dilindən seçilmiş nümunələr əsasında şərt budaq cümlələrin hə-
min dövr üçün oxşar və fərqli xüsusiyyətlərinə bu yazıda diqqət ediləcəkdir. Şərt budaq cümlə-
lərinin yaranmasında feilin şərt şəklinin şəkilçisi –sa, -sə Nəsiminin poetik dilində də şərt budaq
cümlələrinin yaranmasında əsas yeri tutur. Məsələn: Ənbərin rеyhan, əcəb, ya mişki-tər dеrsəm,
nola? (5, 14) Oda yaхar mənbərini, görsə ani həm хətib. (5, 29) Dəхi nеdərəm dünya mənə ər-
zani qılsa,...(5, 47) Türrəsinin cəfalərin sorsa bu mübtəlayə kim,(5, 53) Can təndə qalmaz an-
da ki, görsəm camalını. (5, 108) Həsrətindən qəm yerisəm mən nola (5, 116) Gər ənəlhəq söy-
ləməkdən dara asılsam nə qəm, Bunca Mənsurun asılmış başı bər-dar, üştə gör! (5, 291) Ərz
qılsam qamətindən, həşr olur yövmül-qiyam, Söyləsəm kövsər ləbindən, məhv olur abi-həyat (5,
293) Gər macal bulsam həbibin çövriləydim başinə.(5, 52) Oda yaхar mənbərini, görsə ani həm
хətib. (5, 27) Şəkilçi cümlələri bağlamaqla bərabər şərt mənasının yaranmasında da iştirak et-
mişdir. Bildiyimiz kimi -sa, -sə şəkilçisi ilə yanaşı şərt bağlayıcılarının iştirakı cümlələrdə şərt
mənasının qüvvətlənməsinə xidmət edir. Müasir dilimizdə şərt bağlayıcılarının sayı kifayət qə-
dər olsa da, Nəsiminin dilində daha çox əgər bağlayıcısına və onun fonetik variantlarına rast
gəlirik. Bu bağlayıcı İmadəddin Nəsiminin və həmin dövrün başqa şairlərinin dilində də işlən-
mişdir. Fars dilindən dilimizə keçmiş bu bağlayıcı şərt budaq cümlələrində iştirak edərək şərt
mənasını yaratmaq üçün istifadə olunur. Bu bağlayıcı həm yazıda, həm də şifahi nitqdə geniş iş-
lənmişdir. Məsələn: Camalın görmüşəm, ayrılmağım yoх, Əgər inanmasan, vallahü billah. (5,
305) Əgər dersəm qalır heyran cavanım. (5, 126) Küfr əgər iman dеyilsə pəs niçün düşmüş ki,
mən Küfri-zülfün həlqəsində nuri-iman bulmuşam? (5, 146) Хızr əgər zülmata vardı, istədi abi-
həyat, Mən dodağın çеşməsində abi-hеyvan bulmuşam. (5, 146) Əgər bağlayıcısının digər fone-
tik variantı olan gər bu gün üçün norma hesab olunmasa da, Nəsiminin şeirlərində bu variant
Filologiya məsələləri, № 17, 2019
208
işlənmə tezliyi daha çoxdur. Məsələn: Şol ləbi şirinə, yarəb, gər şəkər dеrsəm, nola? Şol günəş
təl’ətli ayə gər qəmər dеrsəm, nola? (5, 14) Şol cəhətdən gər sana хеyrül-bəşər dеrsəm, nola?
Çün hidayət bulmamış, gər biхəbər dеrsəm, nola?(5, 14) Gər üzün ayın görənə, еy cahanın fit-
nəsi, Şübhəsiz həqqi görən sahibnəzər dеrsəm, nola? (5, 14) Gər şərh еdərsəm ayəti-hüsnün ki-
tabını, Hər bab içində fəslinə yüz min füsul ola.(5, 16) Gəl еyş еdəlim zövq ilə, gər olmasa zər-
raq (5, 30) Sovməə əhlini üzün də’vət еdərsə gər mеyə,(5, 51) Və gər düşərsə, mənim tək qəni
gədaya düşər. (5, 289) Gər görər vaiz üzünü, dəmbədəm еylər fəğan(5, 27) Nümunələrdən gö-
ründüyü kimi bağlayıcının gər variantı yetərincə şeirlərdə öz əksini tapmışdır. Həmçinin şeir
parçalarında qarşımıza bu bağlayıcısının əgərçi variantı da çıxır. Bu variantın klassik ədəbiy-
yatda hərçənd, hər nə qədər olsa da, ..isə də mənalarında işlənməsi bizə məlumdur. Nəsiminin
əsərlərinin götürülmüş nümunələrdə isə bağlayıcının bu fonetik forması şərt mənasının yaran-
masına kömək edir. Məsələn: Kimsə əgərçi istəməz düşməgi fitnəyə, vəli, Şükr еdirəm ki, düş-
müşəm alə gözünün alına. (5, 15) Hər qanda kim, şərh еyləsəm şirin dodağın qəndini, Zülfünün
küfrün əgərçi əhli-fəzl iman bilir (5, 20) Əgərçi binişansan, kimsə hərgiz Nişansız bulmamışdır
binişanı. (5, 110) Əgərçi əhli-tövhidə saçın həblülmətin oldu, Səvadülvəchi-fiddarеyn anın
sеvdalərindəndir. (5, 272) Əgərçi qulların çoхdur, Nəsimi hamıdan kəmtər, Bəsa türkü bəsa
zəngi, bəsa qıbçaq, bəsa hindu.(5,300)
Müasir dövrdə olduğu kimi Nəsimi poeziyasında da budaq cümlə baş cümləyə isə (-sa, -
sə) hissəciyi ilə bağlanır. İsə hissəciyi feilin digər şəkillərindən və adlardan sonra işlənərək
cümləyə şərt mənası gətirmişdir. Məsələn: Mə’şuqədən ana nə gəlürsə, qəbul ola. (5, s.16) Nə-
suh gər qıldısa bir qatla tövbə, Nəsimi tövbəsi tubu iləllah. (5, s.305) Gər istər isən yarı bu gün,
pir tələb еylə,(5, 27) İndiki zamanda işlənən feilə artırılmış isə hissəciyinin şəkilçiləşmiş forma-
sı həm şərt budaq cümləsinin yaranmasına, həm də cümlənin ümumi mənasına şərtilik mənasını
gətirmişdir. İnanmaz isən baхgil qolları boyasına. (5, s. 18) Aqil isən təkyə qılma dünyanın di-
narın. (5, s. 55) Еy könül, müştaq isən gər zülfünün çövkanına. (5, s.19) Burada isə adlara qoşu-
laraq şərt məzmunun yaranmasına xidmət etmişdir. Nümunələrdən göründüyü kimi isə hissəci-
yi həm ayrı, həm də şəkilçi formasında sözlərə qoşularaq işlənmişdir. Qeyd olunan cümlələrdə
ismi xəbərli budaq cümlələri bağlayarkən əsasən ayrı yazılmışdır. Həmçinin sonuncu nümunədə
göründüyü kimi isə hissəciyinin iştirakı ilə yaranan cümlələrdə bağlayıcıdan da istifadə olun-
muşdur. Budaq cümlənin xəbəri nə şərt şəkilçisi, nə də isə əlaməti olmadan baş cümləyə bağla-
nır. Bu zaman bağlayıcı iki cümləni bağlamaqla bərabər, cümlələrdə tək başına şərt mənasının
yaranmasına kömək edirlər. Bu cümlələrdə -sa, -sə şəkilçisini bəzən bərpa etmək mümkündür.
Məsələn: Kimsə əgərçi istəməz düşməgi fitnəyə, vəli, Şükr еdirəm ki, düşmüşəm alə gözünün alı-
na. (5, s.15) Gər əsir olmaq dilərsən zülfi-canəfşanına (5, s.19) Gər görər vaiz üzünü, dəmbə-
dəm еylər fəğan, Еy Nəsimi, gər sözün mə’nisi bipayan dеyil, Nеçin irməz kimsənin fikri onun
payanına.(5, s.19) Eşqin əgərçi adını aqil bəla qomuş, Nə’mülbəladır əhlinə, bə’sülbəla degil.
(5, s.121) –Sa, -sə şəkilçisinin bərpa olunduğu digər cümlə növlərində isə heç bir bağlayıcıdan
istifadə olunmamışdır. Məsələn: Kimin dərmani-dərdi sən deyilsən, Həbadır, hərzədir zöhdü sə-
latı. (5, s.111) Üzünü məndən nihan etmək dilərsən, etməgil! Gözlərim yaşın rəvan etmək dilər-
sən, etməgil! (5, s.122) Tarixən feil şəkillərinin arasında diferensasiya baş vermədiyindən şəkil-
çilərinin işlənmə mövqeyi bu gün ilə fərqli olmuşdur. Xüsusən feilin arzu şəklinin şəkilçisi –a, -
ə şərt mənasının yaradılmasında istifadə olunmuşdur. Nəsiminin şeirlərinin dilində də bu halla
qarşılaşırıq və şərt bağlayıcısının şəkilçi ilə birlikdə işlənməsi şərt mənasını daha da gücləndir-
mişdir. Məsələn Еy Nəsimi, sanma sən kim, kafər iman istəyə. Sünbüli-zülfünün əgər qonşusu
lalə düşməyə, Almaya kimsə könlünü, şivеyi-alə düşməyə.(5, s. 50) Başı top olsun anın, gər öz-
gə çövkan istəyə.(5, 49) Şərt bağlayıcısının bu cümlələrdə işlədilməsi –a, -ə şəkilçisinin arzu
mənasından uzaqlaşaraq cümlədə şərt mənasının yaranmasına səbəb olmuşdur.
Nəsiminin dilində az da olsa, - mı (-mi, -mu, -mü) ədatı ilə yaranan şərt budaq cümlələri-
nə rast gəlinir. Məsələn: Bir qətrə yağış damdımı, min lalə tər oldu.(5, 297)
Filologiya məsələləri, № 17, 2019
209
“Nəsiminin qrammatikası da lüğət tərkibi kimi müəyyənləşmiş Azərbaycan türkçəsidir.
Və eyni dərəcədə bu günümüzə uyğundur. Fərqlər barmaqla sayılacaq dərəcədə azdır. Əlbəttə,
Nəsimi dilini müasir türkçəmizdən fərqləndirən bu qrammatik faktlar onda anlaşılma çətinliyi
yaratmır. ” (3, 203,205) Şair dilimizin sintaktik quruluşundan lazımi şəkildə istifadə etmiş və
alınma leksikanı qrammatik quruluşa uyğunlaşdırmışdır. Beləliklə, bəzi fərqli məqamlar istisna
olmaqla, baş və budaq cümlələrin əlaqlənmə yolları, demək olar ki, bu gün ilə oxşardır. Ümu-
miyyətlə təhlil etdiyimiz şərt budaq cümlələri əsasında şərt mənası dayanır. Azərbaycan dilçili-
yində məna və struktur eyniliyini nəzərə alaraq mürəkkəb cümlələri bir-birindən fərqləndirilir.
Şərt budaq cümlələrinin yaranma yollarının Nəsimi əsərlərinin dili vasitəsilə XIV əsri təhlil et-
dikdə həmin dövr və bu gün üçün fərqlilikləri ilə qarşılaşsaq da, bu cümlələrin əsasında şərt
məzmunun əsas olduğunu görürük. Funksioanl-semantik sahə anlayışının da əsasında bu daya-
nır. Dil faktları istifadə zamanı öz funksiyasını və semantikasını dəyişə və sabit bir şəkildə sax-
laya bilər.
Ədəbiyyat
1. Abdullayev Ə. , Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı,
“Şərq- Qərb”, 2007, 424 səh.
2. Ə. Abdullayev, Y.Seyidov, A. Həsənov. Müasir Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı:
Şərq-Qərb, 2007, 424 səh.
3. Hacıyev T. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı: Elm, 2012, 476 səh.
4. Xudiyev N. M. Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik. I cild, Bakı:Elm və
təhsil, 2012, 686 səh.
5. İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cildə. I cild. Bakı, Lider nəşriyyat, 2004, 336 səh.
6. Mümtaz.S. Azərbaycan ədəbiyyatı,VIII-IX əsr hicri. Bakı: Kommunist, 1926, 251səh.
7. Seyidov Y. Əsərləri. XV cilddə III cild Nəsiminin dili. Bakı: [Bakı Universiteti] 2007.566
səh.
N. Teyyubova
Definition of condition in the language of
imadaddin nasimi
Summary
Nasimi played an important role in enriching and improving the Azerbaijani literary lan-
guage. In the fourteenth century, he raised our mother tongue to a literary language. Learning
the Nasimi language has always been necessary. Studies show that linguistic facts related to our
grammar have much in common with the language of Nasimi poetry. Based on the examples in
the article, we can say that the terms we use today are similar to the structure of conditional cla-
uses. The condition of the form of the verb in the formation of conditional clauses was relevant
for the same period. At the same time, this artist plays a unique role in creating conditional con-
tent. Nasimi's poetry also plays an important role in the formation of conditional clauses. Altho-
ugh not all of these connectors are used, the likelihood of “ eger” connector is higher. It also
draws attention to the use of various phonetic variants of the “eger” connector in sentences. As
you know, conditional bindings serve to enhance the meaning of a sentence in a sentence. In so-
me passages, this also helps to create the meaning of a single condition. Thus, the condition al-
lows you to study the conditional clauses as one of the ways to create.
The functional-semantic field is studied as a system. It is known that the grammatical
means of a language are interconnected to express a field. Analysis of conditional clauses as
one of the ways to express conditionality helps to explain the concept of conditionality. Over ti-
me, language changes the function of facts and the meaning that they create. It is clear from the
Filologiya məsələləri, № 17, 2019
210
article that, despite the slight differences in the Nasimi language, it still resonates with the mo-
dern literary language.
The article discusses ways to create conditional sentences based on individual examples
from the verses of Imadaddin Nasimi. Thus, an attempt was made to revise one of the means of
expression for this period.
Key words: Nasimi poetics, compound sentences, conditional compound, condition mo-
de, conjunction
Н.Тейюбова
Определение состояния на языке имададдин насими
Резюме
Насими сыграл важную роль в обогащении и совершенствовании
азербайджанского литературного языка. В четырнадцатом веке он поднял наш родной
язык до литературного языка. Изучение языка Насими всегда было необходимо.
Исследования показывают, что языковые факты, связанные с нашей грамматикой, имеют
много общего с языком поэзии Насими. Основываясь на примерах в статье, мы можем
сказать, что термины, которые мы используем сегодня, похожи на структуру
предложений ветвления. Условие формы глагола в формировании условных ответвлений
было актуальным для того же периода. В то же время этот художник играет уникальную
роль в создании условного контента. Поэзия Насими также играет важную роль в
формировании условных ответвлений. Хотя не все из этих разъемов используются,
вероятность появления разъема «eger» выше. Это также привлекает внимание к
использованию различных фонетических вариантов соединителя «eger» в предложениях.
Как вы знаете, условные переплеты служат для усиления смысла предложения в
предложении. В некоторых отрывках это также помогает создать значение
единственного условия. Таким образом, условие позволяет изучать ответвление как один
из способов создания.Функционально-семантическая область изучается как система.
Известно, что грамматические средства языка взаимосвязаны для выражения поля.
Анализ условных ответвлений как одного из способов выражения условности помогает
объяснить понятие условности. Со временем язык меняет функции фактов и значение,
которое они создают. Из статьи ясно, что, несмотря на небольшие различия в языке
Насими, он по-прежнему резонирует с современным литературным языком.
В статье рассматриваются способы создания условных предложений на основе
отдельных примеров из стихов Имададдина Насими. Таким образом, была предпринята
попытка пересмотреть одно из средств выражения за этот период.
Ключевые слова: Насимическая поэтика, сложные предложения, условное
соединение, режим условия, соединение
Məqalənin redaksiyaya daxil olma tarixi:
Çapa hazırlnma tarixi:
Filologiya elmləri doktoru, professor
Sənubər Abdullayeva
tərəfindən çapa tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
211
NÜŞABƏ ƏLİYEVA
ATU
S.Vurğun küçəsi 167
nusabe.aliyeva@bk.ru
İSMAYIL ŞIXLININ “AYRILAN YOLLAR” ROMANINDA
ATALAR SÖZLƏRI VƏ ZƏRBI-MƏSƏLLƏR
XÜLASƏ
XX əsrin 30-40-cı illərində Azərbaycan dilinə münasibət birmənalı deyildi. Bəziləri ata-
lar sözlərindən və zərb- məsəllərdən istifadəni düzgün hesab etmirdilər. Çünki yeni yaranan
ədəbiyyatda “köhnəliyə” yer ola bilməzdi. Ancaq C.Cabbarlı, M.Müşfiq, S.Vurğun və başqaları
bu qadağalardan yan keçə bilirdilər. onlar canlı xalq danışıq dilini ədəbiyyata gətirdilər. Həqiqi
ədəbiyyat ənənələr əsasında yaradılmalıdır. İsmayıl Şıxlı da yaradıcılığa başlayanda həmin yo-
lu seçdi. Yazıçının hər bir əsəri Azərbaycan dilinin zirvəsidir. Zaman keçdikcə buna daha çox
əmin olursan. Həm də İsmayıl Şıxlının bədii nəsri müasir yazıçı və şairlər üçün məktəbdir.
Məktəb yaratmaq isə hər sənətkar a nəsib olmur. Bu xüsusda da dildən yerli- yerində istifadə et-
mək əsas şərtlərdən biridir. XX əsrdə Azərbaycan dilinin inkişafında İsmayıl Şıxlının rolu əvəz-
sizdir. Digər tərəfdən dil bədii əsərin uğuru üçün əsas amildir.
İsmayıl Şıxlının yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatında əhəmiyyətli yer tutur.
Yazıçı "Cəbhə gündəlikləri", "Ayrılan yollar", "Dəli Kür" və "Ölən dünyam" kimi sanballaı
əsərlərin müəllifidir. İsmayıl Şıxlı yaradıcılığında bədii təsvir vasitələrindən geniş və hərtərəfli
şəkildə istifadə etmişdir. Bədii əsərlərdə atalar sözlərindən, zərb-məsəllərdən istifadə dilin zən-
ginliyindən xəbər verir. Həm də atalar sözlərinin və zərb- məsəllərin yaranma tarixi çox qədim-
dir. Zaman- zaman yazıçı və şairlər bədii təsvir və ifadə vasitələrindən bəhrələnmişlər. Bu isə
ilk növbədə onların yüksək sənətkarlıq məharətinin göstəricisidir. Yuxarıda göstərilənləri eyni
dərəcədə atalar sözləri və zərbi- məsəllərinə aid etmək düzgün olardı. Bu mənada yazıçı XIX və
XX əsr Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini layiqincə davam etdirmişdir.Məqalədə
məhz bu problemlərin araşdırılması nəzərdə tutulmuşdur.
Açar sözlər: atalar sözləri, zərb- məsəllər, İsmayıl Şıxlı, "Ayrılan yollar", bədii təsvir vasitələ-
ri, dilin zənginliyi
İsmayıl Şıxlı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Yazıçı «Cəb-
hə gündəlikləri», «Ayrılan yollar», «Dəli Kür», «Ölən dünyam» əsərlərinin və çoxlu sayda elmi,
publisistik məqalələrin müəllifidir. İsmayıl Şıxlı həqiqi vətəndaş və mənalı sənətkar ömrü yaşa-
mışdır. Doğrudan da İsmayıl Şıxlı deyəndə, şəxsiyyəti və yaradıcılığı qırılmaz vəhdət təşkil
edən istedadlı bir sənətkar, müdrik insan, həqiqi ziyalı – vətəndaş göz önündə canlanır. İsmayıl
Şıxlı Azərbaycanın müstəqilliyini öz bədii nəsrində əks etdirən və yaxınlaşdıran sənətkarlardan
olmuşdur. Xoşbəxtlikdən İsmayıl Şıxlıya milli müstəqillik illərində yaşayıb-yaratmaq nəsib ol-
muşdur. İsmayıl Şıxlı mürəkkəb sosial və ictimai-siyasi hadisələrlə zəngin olan XX əsrin canlı
şahidi, iştirakçısı və səlnaməçisi olmuşdur. İsmayıl Şıxlı Böyük Vətən müharibəsində fəal işti-
rak etmiş, Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Yazıçı müharibə illərinin çə-
tinliklərini, faciəsini, döyüş yoldaşlarının itkisini «Cəbhə gündəlikləri» əsərində əks etdirmişdir.
«Cəbhə gündəlikləri» müasir dövrümüzdə də Azərbaycan ədəbiyyatında müharibə mövzusun-
dan bəhs edən ən samballı əsərlərdən hesab olunur. İsmayıl Şıxlı müharibədən sonra Azərbay-
can Pedaqoji İnstitutunun aspiranturasında oxumuş, müəllim və alim kimi səmərəli fəaliyyət
göstərmişdir. Bədii yaradıcılığa şeirlə başlayan yazıçının ilk iri həcmli nəsr əsəri «Ayrılan yol-
lar» romanıdır. «Ayrılan yollar» romanı XX əsrin 50-ci illərində Azərbaycan ədəbiyyatında ya-
Filologiya məsələləri, № 17, 2019
212
ranan digər əsərlərdən əhəmiyyətli dərəcədə fərqlənir. «Ayrılan yollar» romanında sovet cəmiy-
yətində, o cümlədən Azərbaycan kəndində baş verən hadisələr inandırıcı faktlarla təsvir edil-
mişdir. Kolxoz sədri Qurban Kosaoğlunun timsalında, şəxsində cəmiyyətdəki sağalmaz yaralar,
bəlalar ümumiləşdirilmiş, sovet cəmiyyətinin uçuruma doğru getdiyi haqqında söylənilən fikir-
lər kiçik bir təsərrüfat modelində – kolxozda ümumiləşdirilmişdir.
Digər tərəfdən «Ayrılan yollar» romanının zəngin və maraqlı obrazlar sistemi vardır. Ya-
zıçı qarşısına qoyduğu məqsədə obrazlar vasitəsi ilə nail olur. Sanki hər bir obraz dilinin, danış-
dığı sözlərin, atalar sözlərinin, zərb-məsəllərin arxasında «gizlənmişdir». Müxtəlif xalqların
atalar sözü və məsəllərin oxşarlığı mürəkkəb və demək olar ki, öyrənilməmiş sayılır. Başqa-
başqa dillərdə oxşar atalar sözü və məsəllərin mövcud olması şifahi xalq yaradıcılığının “kiçik
formaları” üzərində işləyən tədqiqatçıların nəzərini cəlb etməyə bilməzdi (2,4). Bütün bu xüsu-
siyyətlər “Ayrılan yollar” romanındakı obrazlara da aiddir. Hər bir obraz bədii təsvir vasitələ-
rindən öz xeyri, məqsədləri üçün istifadə edir. Daha doğrusu, yazıçı hər bir obraza müxtəlif isti-
qamətlərdən yanaşmağı bacarmışdır. Yuxarıda göstərdiyimiz kimi, «Ayrılan yollar» romanının
əsas mənfi qəhrəmanı kəndin şəriksiz hakimi, kolxoz sədri Qurban Kosaoğludur. Qurban Kosa-
oğlu atalar sözlərindən “dəqiqliklə, yerli-yerində və öz məqsədlərinə uyğun şəkildə istifadə
edir”. Kosaoğlunun əlaltısı, qolubağlı qulu olan briqadir xır-xır Kazım əsərin əvvəlində “sahibi-
nə” İmranın aqronomluğu qurtarıb kəndə qayıtdığını bildirdi. «Kosaoğlu bir anlıq fikrə getdi.
Sonra səsini uzada-uzada soruşdu: - Deyəsən, o, aqronomluq məktəbində oxuyurdu?
- İndi qurtarıb. Özü də deyirlər yaxşı aqronom olub.
- Olsun də. Guya ki, məktəb qurtaranda mənə ağzı ilə quş tutacaq. İndi məktəb qurtaran-
ların başında beş qəpiklik şey yoxdur.
- Deyirəm, əşi, doğrudan da bu dünyanın işi lap qəmədiyədir. Ağzı qatıqlı uşaqlar da
özünü adam cərgəsinə qatır. Heç dul Tükəzbanın oğlundan ağranom olar?
- Olanda gəlib xonçamızın başını dağıtmayacaq. Heçi ayrı, köçü ayrı, bizə nə var. Qapını
ört, get işində ol, mən də bir azdan gələcəyəm» (6,22). Kosaoğlu gizli narahatlıq hissi keçirdiyi-
ni özündən qat-qat aşağı hesab etdiyi briqadir Kazıma bildirmədi və onu Gövhər qarıya kömək
etmək üçün idarəyə göndərdi. İdarədə Kosaoğlu və Kazım kimilərinin günahı ucbatından «yaz
əkinçi, qış dilənçi» olan sıravi kolxozçular mübahisə edir, səbirsizliklə yeni cildə girmiş ağanın
– Kosaoğlunun – müasir Xudayar bəyin gəlişini gözləyirdilər. Kosaoğlu İmranı, Kərim kişini
görəndə dişi bağırsağını kəsdi. Mümkün qədər özünü səbirli aparmağa çalışdı.Kərim kişinin dü-
nənki iclasda onun «yağırını basdığı» yadından çıxmamışdı. Kənddə kolxoz quran, sinəsini qa-
yalara verib beşaçılan dalında yatan, qaçaq-quldurlarla vuruşan Kərim kişi indi demaqoqa, artıq
adama çevrilmişdi. Bütün ömrünü vicdanla işləyən, haram tikə nə olduğunu bilməyən Kərim ki-
şi ömrünün ahıl çağlarında bir parça çörəyə həsrət qalmışdı. Haqqını başqaları yeyirdi. Beli bü-
külmüş, köhnə sırıqlısı didilmişdi. Üstəlik də Qurban Kosaoğlunun təhqirləri… «Bura bax, get
işində-gücündə ol, mənə ağıl öyrətmə. Bu da axşamkı deyil ki, ağlına gələni danışasan. Ə, xalq
səni özünə vəkil seçib? Toy toğlusu kimi nə düşübsən ortalığa? Sənə neçə dəfə demişəm, ağlını
başına yığ, get yıxıl öl bir yerdə. Hər yerə özünü soxma. Sonra peşman olarsan ha!» (6,27).
Bu epizodda Kosaoğlu özünü təmizə çıxarmaq, haqlı olduğunu və qələbə qazandığını
göstərmək üçün atalar sözlərindən, zərb-məsəllərdən geninə-boluna istifadə edir. Digər tərəfdən
yuxarıda göstərilən epizodda Qurban Kosaoğlunun qoluzorluluğu, cəzasızlıq mühitində yaşa-
ması, işləməsi, fəaliyyət göstərməsi də öz əksini tapmışdır. Əslində müharibənin ilk illərində et-
diyi əmələ görə cəzalanmalı, güllələnməliydi. Əks təqdirdə sonralar “təmizə çıxanda” insanlarla
yüksək tonda danışmazdı. Keçmişindən utanardı. Atalar sözlərini, zərb-məsəlləri də adına layiq
şəkildə işlədərdi. İsmayıl Şıxlı ustalıqla Kosaoğlunun keçmişinə nəzər salır, onun bugünkü ci-
nayətlərinin, azğın hərəkətlərinin təsadüfi olmadığını vurğulayırdı. Kosaoğlu müharibənin ilk
günlərindən döyüşən orduya çağrılmışdı. Ancaq mərdliklə, igidliklə vuruşmağı ağlına belə gə-
tirmirdi. Bütün günü arxaya – evə qayıtmaq haqqında fikirləşirdi. Nəhayət, nəzərdə tutduğu
«planı» yerinə yetirdi. Öz tüfəngindən açdığı atəşlə sol qolunu yaralayıb «qəhrəman» kimi evə
Filologiya məsələləri, № 17, 2019
213
qayıtdı. Lakin fırıldağın üstü açıldı. Kosaoğlunu səkkiz hərbi tribunal, güllələnmə gözləyirdi.
Həmin vaxt Sayal onun harayına çatdı. Qurban Kosaoğlunun işlətdiyi sözlər vəziyyətinə uyğun
idi. «- Sayalı, ölmüşəm, meyidimi götür, amanın bir günüdür, məni çevir uşaqların başına. – Nə
olub, a kişi? Qurban ehtiyatla ətrafa baxdı. Pıçıltı ilə: - Deyəsən, üstü açılacaq, - o, yaralı qolu-
nu göstərdi, - özüm eləmişəm… - Məni çevir uşaqların başına, - deyə Qurban yenə xırıldadı. –
Bir xətadır, əlimdən çıxıb. Gör bir təhər kömək eyləyə bilərsənmi…» (6,48). Qurban danışmır-
dı, boğazına bıçaq dirənmiş, ölümünü gözləyən insan kimi xırıldayırdı. Sayalı xeyli fikrə getdi,
uşaqlarının gələcəyini düşündü. Kosaoğlunun birinci ərinin taleyini yaşamasını xəyalına gətirdi.
Qapıdakı camışı və gəbələri satdı. Hərbi xəstəxananın qapısına ayaq döydü… Nəhayət, axtardı-
ğı adamı tapdı… Kosaoğlu yarımillik möhlət alıb evlərinə qayıtdı. Hətta arvadlar yığışıb «əlil
qəhrəmanı» sədr seçdilər… Kosaoğlu ilk zamanlar hamının hörmətini qazanmağa çalışdı, özünü
həqiqi rəhbər, qayğıkeş insan kimi apardı. Bir müddətdən sonra Kosaoğlunun ləkəli keçmişi ta-
mamilə unuduldu. Sonralar baş vermiş bir-iki hadisədən savayı… Kosaoğlu kəndin şəriksiz sa-
hibinə, birinci ağasına çevrilmişdi. Kəsdiyi başın sorğusu yox idi. Sayalı da «qəhrəman» ərin-
dən geri qalmırdı. O, ev və kolxoz işindən tamamilə əl çəkdi. Çünki qapılarından qonaq əskik
olmurdu. Sayalı evinin cah-cəlalını gördükcə sevinir, fəxr edir, qürurlanırdı. Kənddə bir toy, bir
nişan onsuz keçməzdi. Kosaoğlu kəndin «ağsaqqalına», Sayalı isə «ağbirçəyinə» çevrilmişdi.
Sayalı hikkəsində ərindən geri qalmırdı. Müharibədən sonra da bu vərdiş bir müddət davam et-
di. Onsuz bir iş landa Sayalı əlinqi belinə qoyub qışqırır və özünə xas olan amiranəliklə atalar
sözlərindən, zərb-məsəllərdən istifadə edirdi. “Nə tez yadından çıxdı? Dava vaxtı səni mən sax-
lamadımmı? Neçə dəfə qapıma gəldin, çörəkləyib yola saldım. İndi ağzınız genişliyə çıxıb?
Qurban olmasa idi, heç sümüyün də qalmamışdı. Yoxsa axsaya-axsaya gəlib yalvardığın, məni
uşaqların başına çevir dediyin yadından çıxıb (6,51). Sayalı unudurdu ki, eyni sözləri neçə il
bundan əvvəl cəbhədən «qəhrəman» qismində qayıtmış Kosaoğlu söyləmişdi. Həm də nəfəsi
gedər-gəlməz insan kimi…
Bir faktı vurğulamaq lazımdır ki, Kosaoğlu və Sayalı məharətlə maskalanmışdılar, həqi-
qi sifətlərini, məqsədlərini gizlətməyi yaxşı bacarırdılar. Əks təqdirdə çoxdan ifşa olunmuşdu-
lar. Təkcə manqabaşçısı Zeynəb bütün ailənin «sirli qalasına» dərindən bələd idi. Hələlik heç
kimi inandıra bilmirdi. Kosaoğlu tərəfindən manqabaşçılığından çıxarılması xəbəri Zeynəbi va-
rından yox eləmişdi. Hirsini cilovlaya bilmirdi. Bəzən də əlacsızlıqdan kövrəlirdi. «Gərək elə
hamı Kosaoğlunun qohumu olsun? Kolxozun xeyir-şərində biz də iştirak etsək, dünya dağılmaz
ki! Elə gərək hər şeyi qamarlayıb özləri götürsün? Kənd onların adına ha yazılmayıb! Daha bəs-
dir! Hər şeyi açıb lap gözünün içinə deyəcəm. İslanmışın yağışdan nə pakı? Onsuz da mənə dəli
Zeynəb deyirlər» (6,53).
Nə qədər qəribə olsa da, Zeynəb özündən yaşca böyük olan və ata hesab etdiyi Nəsib ki-
şinin və aqronomluğa yenicə başlamış İmranın gözünü açmağa çalışır, haqqı nahaqdan ayırmaq
uğrunda mübarizə aparırdı. İdarəyə getdiyi halda qəflətən yolda Kosaoğlunun bacısı qızı Şah-
nazla rastlaşdı. Şahnaz qudurğanlıqda dayısından geri qalmırdı, bəlkə də irəli getmişdi. Xəstə-
xananın ynında əyninə qara xəz palto geyinmiş Şahnazın mənasız qəhqəhəsi Zeynəbi təbdən çı-
xardı. Özünə məxsus şəkildə «dayın uzun donumu gödək edər», «o, yaxşı kişidirsə, qoy əvvəlcə
bacısı qızının başına ağıl qoysun», «kəs səsini, yoxsa bu saat allahın da, bəndənin də hayıfını
səndən alaram, arsız» sözləri ilə dayısının «gül balasının» köpünü yatırdı. Zeynəb Nəsib dayı ilə
söhbətdə Kosaoğlu və xır-xır Kazım haqqında düşündüklərini qətiyyən gizlətmədi. Kazımı düz-
gün olaraq «ilana ağı verən kərtənkələ» adlandırdı. Digər tərəfdən Nəsib kişinin ürəyindəki şüb-
hələri çoxaltdı. Nəsib kişi çoxdan idi ki, Kosaoğlu ilə danışmaq üçün fürsət axtarırdı. Onu tama-
milə «itirilmiş», «məhv olmuş» insan, rəhbər hesab etmirdi. Nəsib kişinin qənaətinə görə «Ko-
saoğlu yolunu bir balaca azmışdı». Onu azdığı yoldan geri qaytarmağı mümkün hesab edirdi.
Ancaq Kosaoğlu ilə açıq, səmimi danışmaq fayda vermədi. Əksinə, münasibətləri daha da kəs-
kinləşdirdi. Kosaoğlu İmranı öz tərəfinə çəkmək üçün evinə qonaq dəvət etdi. Kərim kişinin de-
diyi sözlərdən sonra İmranda kəndin şəriksiz ağası Kosaoğlu haqqında müəyyən şübhələr ya-
Filologiya məsələləri, № 17, 2019
214
ranmışdı. İmran kəndə gələndən sonra bir neçə qonaqlıqda olmuş, kəndin bəzi məclislərində iş-
tirak etmişdi. Orda eşitdiyi söhbətlər də onu çaşdırırdı. O, bir çoxlarının Kosaoğlunun başına
and içdiyini görmüşdü. «Dişli adamdır, müharibədə kəndi saxladı», «rayonda kişinin ad-sanı
var», «hes kəs onun qabağında çöp sala bilməz», «Bu cür sözü ötən sədrimiz olmasa, işimiz ye-
riməz» kimi sözləri az eşitməmişdi. İndi də Kosaoğlunun hansı yuvanın quşu olduğunu özü mü-
əyyənləşdirmək, dəqiqləşdirmək istəyirdi. Nəhayət, İmran Kosaoğlunun dəvətini qəbul etdi.
«Çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə» məsəlinə əməl edərək kolxoz sədrinin
evinə yollandı. Eyvanda İmranı Şahnaz və Sayalı qarşıladı. Nədənsə İmranla Kosaoğlunun söh-
bəti alınmırdı. Hələlik söz yarışına başlamışdılar. «Qaş qayırdığınız yerdə vurub göz tökürsü-
nüz», «Kosaoğlu saç-saqqalını kolxoz içində ağardıb, indi nə oldu ki, məktəbdən dünən gələn
bir uşaq ondan çox bildi? Bugünkü sərçə dünənkinə cip-cip öyrədəcək!», «balam, sən lap kef-
dən danışırsan», «bu gədə deyəsən, hər şeyə başını soxur. Bağ belə gəldi, bostan elə getdi»,
«demək köhnə bazara təzə nırx qoyacaqsan?», «Dağ boyda kişidir», «Sənə söz deyir, sən də
uşaqlığına salıb kəsinə çəkirsən. Ağıllı ol, bala, əl-ələ verin, işləyin», «maşallah, sənin tayların
üç-dörd ev saxlayır. Ancaq ağzı bir olsanız yaxşıdır», «Mənə qulaq asmayan xeyir tapmaz, ba-
la», «orda-burda ağzına gələni danışma», «mən deyən də olacaq», «başını aşağı sal, işində ol»,
«daha o yan-bu yana əl atıb, ona-buna qoşulma, sonra peşman olarsan», «gözünü sil, mənə düz
bax, mənə Kosaoğlu Qurban deyərlər!» (6,87). Kosaoğlu artıq hədəyə keçmişdi. Qəribə bir və-
ziyyət yaranmışdı. Nə qonaq qonağa bənzəyirdi, nə də ev sahibi qonaq sevənə. Yuxarıdakı söz-
lərdən sonra Kosaoğlunun həqiqi sifəti hamıya, ilk növbədə isə İmrana məlum oldu. İmran Kə-
rim kişinin, Zeynəbin tamamilə haqlı olduqlarını özü üçün aydınlaşdırdı. Əsl həqiqət İmrana
gün kimi aydın oldu. Hər iki tərəf açıq mübarizəyə başlamışdı. Geriyə yol yox idi. Körpülər
yandırılmış, güzəştlərə yer qalmamışdı. Zeynəb və digər qızlar Kosaoğlugildə nələr baş verdi-
yindən xəbərsiz idilər. Güman edirdilər ki, İmranın Kosaoğlugilə ayaq açmasından sonra Şah-
nazın məsələsi artıq həll oluniuşdur. İmran dayısının gül balasının – “Şahnazın yumsa yumru-
ğunda, açsa ovcundadır”. Əlbəttə, qızlar Kosaoğlugildə baş verən əhvalatı ağıllarına sığışdıra
bilmirdilər. Bəlkə də İmranın bu qədər cəsarətli və kəskin hərəkətlər etməsini çoxları gözləmir-
di. Ona görə də danışıqlarında İmranı ittiham edən atalar sözlərinə üstünlük verirdilər. “İmran
Kosaoğlunun evinə yaman ayaq açıb, «deyirlər qapının dabanını yağır eləyib», «görərsiniz, bu
gün – sabah toy-düdük çalınacaq», «ay qız, bəsdir, sən allah, gədəni bəzəməyin, yazıq başını
aşağı salıb işini görür», «elə başıaşağı adamdan qorxmaq lazımdır», «suyun lal axanı, adamın
yerə baxanı», «onu elə qaradinməz bilməyin, yamanca şeydir», «zalım oğlu zalım, az qalır ada-
mı gözü ilə yesin», «Şahnaz kimi ağ mayadan kim keçər?», «Zalım qızı elə bil quzu quyruğu-
dur, yırım-yırım yırğalanır…», «Yağ içində böyrək kimi bəslənmiş qızı kim ağzından çıxarda-
r?» (6,90).
Ailə-məişət məsələlərindəki ziddiyyətlər ictimai münasibətlər müstəvisinə də keçmişdi.
Bütün kənd və kolxoz arı pətəyi kimi qaynaşırdı. Kosaoğlu keçmiş «sədaqətli dostu» - «qanun
keşikçisi» prokuror Əsədovun köməyi ilə hadisələrə kənardan təsir göstərir və idarə edirdi. Ra-
yon prokuroru Əsədov cinayətkarları tutmaq, cəzalandırmaq əvəzinə onlara havadar çıxır, mü-
dafiə edirdi. Düzgünlüyün, ədalətin mücəssəməsi sayılan Nəsib kişi, İmran kimi insanları isə
hər vəchlə alçaldır, təhqir edirdi. Bəzi sıravi insanlar, kolxozçular da İmranın əleyhinə, onun
məhv edilməsinə yönəldilən tədbirlərdə iştirak edirdilər. Unudurdular ki, İmranla Nəsib kişi
məhz onların mənafelərini müdafiə etdiklərinə görə Kosaoğlunun, prokurorun qəzəbinə tuş gəl-
mişlər. «Adam uşağa iş tapşıranda elə olar», «İmranın ağzına kim baxacaq», «Kosaoğlunun ağ-
zının kəsəri var», «haraya getsə, sözünü tuturlar», «camaatın gözünə belə görünmək istəmirdi»,
«mən işə qarışanda gərək əl-ayağa dolaşan olmasın», «fikrim odur ki, onlar əlinin arxasını yerə
qoyub geri dursunlar», «tüpürdüyümü yalamaram». Bu sözlərdən sonra Klsaoğlunun tərəfdarla-
rı «parlaq» qələbəni bayram edirdilər. Həyatın hər üzünü görmüş Nəsib kişi birtəhər özünü sax-
layır, gənclərə ürək-dirək verməyə çalışırdı. Ancaq Zeynəb, xüsusilə də İmran qəm dəryasına
qərq olmuşdular. Nə edəcəklərini bilmirdilər. Hətta İmran kənddən çıxıb getmək fikrinə düş-
Filologiya məsələləri, № 17, 2019
215
müşdü. Tarlada İmranla Zeynəbin arasında baş verən söhbət də deyilənlərə əyani sübutdur. «-
Bax, ay da doğub, gör hava nə gözəldir?», «bilirsən, bəs burnunu niyə sallayıbsan?», «gədəni
tora salmasalar, yaxşıdır», «Allah Kosaoğlunun dilini ağzında yandırsın», «gədəni odsuz-ocaq-
sız yandırırlar», «nə tez mısmırığını salladın?», «keçi can hayındadır, qəssab piy axtarır», «heç
aranızdan su keçmir», «onunla bağrı badaşdır», «onun at işləməz yolları var» (6,101-102).
Qurban Kosaoğlu çoxillik iş təcrübəsindən istifadə edərək müvəqqəti də olsa, Nəsib kişi-
ni, İmranı, Zeynəbi məğlub edə bildi. Əlbəttə, bu «qalib» gəlməkdə «qanun keşikçisinin – rayon
prokurorun Əsədovun böyük rolu» olmuşdu. Kosaoğlu düşmənlərinin sınacağına, bir daha baş
qaldırmayacaqlarına əmin idi. Ancaq Nəsib kişi, İmran qətiyyən təslim olmaq fikrində deyildi-
lər. Artıq Kosaoğlunun iç üzü tamamilə açılmışdı. Ümumi mənafe üçün güzəştsiz mübarizəyə
başlamağın vaxtı gəlib çatmışdı. Kosaoğlu da yatmamışdı. Dərindən nifrət etdiyi İmran haqqın-
da xüsusi planlar hazırlayırdı. Çünki bütün işlərin «mayeyi-fəsadının» İmran olduğuqu bilirdi.
Ona görə də “dərin-dərin xəyallara dalmışdı”. «Elə ki, yıxıldın, baltalı da, baltasız da döşəyə-
cək. Kimin nə heyfi var, çıxacaq. Bütün olub-keçənləri açıb tökəcəklər. Yox, gərək çalışam, ya-
xam ələ keçməsin. Bu köpək oğlunun əlindən yaxamı necə qurtarım? Onun izini-tozunu itirsəm,
hər şey düzələr. Sonra işin üstü açılmazmı? Ancaq kəsik baş danışmaz. Uşaqlara deyərəm, bir
gecə xəlvətə salıb Alagöz çayına atarlar» (6,222). Ancaq Kosaoğlunun kini-küdurəti planlar ha-
zırlamaqla bitmədi. İdarəyə gələndə İmranı otağında gördü. Bu dəfə açıq-aşkar hədəyə keçdi. «-
Canına dərd olub, boğazına da boğma» Gərək hər yerə özünü soxasan? Ə, bir məni başa sal gö-
rüm, sən kimsən?! Axı, sən nəçisən ki, mənim işimə qarışıb, aləmi bir-birinə qatırsan? Bu ca-
maatı niyə barmağına dolayırsan?» (6,222). İmran bu dəfə mərifət, ədəb nümayiş etdirərək otağı
tərk etdi. Ancaq barışmaz mübarizəsindən bir addım da geriyə çəkilmədi. Kosaoğlunun möh-
kəm “qərar tutduğu” “tax-tacından” qoparana qədər.
Sonda belə bir faktı vurğulamaq lazımdır ki, İsmayıl Şıxlı «Ayrılan yollar» romanında
atalar sözlərindən, zərb-məsəllərdən zərgər dəqiqliyi ilə istifadə etmişdir. Atalar sözləri və zərb-
məsəllər «Ayrılan yollar» romanının ideya-məzmun xüsusiyyətlərinə uyğun şəkildə istifadə
edilmişdir. Həm də sözün həqiqi mənasında, heyrət ediləcək şəkildə…
Ədəbiyyat:
1. Əhmədov T, Qurbanov A. Atalar sözü və deyimlər. Bakı: Nurlar, 2007, 320 s.
2. Hüseynzadə Ə. Atalar sözləri və məsəllər. Bakı: Azərnəşr, 1971, 150 s.
3. İmanov M. Müasir Azərbaycan nəsrində psixologizm. Bakı, Elm, 1991, 127 s.
4. İsmayılov Y. İsmayıl Şıxlı. Həyatı, mühiti, sənəti. Bakı, Ayna Mətbu Evi, 1999, 223 s
5. Musayeva İ. İ. Şıxlının "Dəli Kür" əsərində atalar sözləri və məsəllərin cümlə tipləri.
Dil və ədəbiyyat. Beynəlxalq elmi- nəzəri jurnal. 2014. №1 ( 89 ). s.54-56.
6. Şıxlı İ. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, Şərq-Qərb, 2005, 400 s.
Filologiya məsələləri, № 17, 2019
216
N.Aliyeva
Proverbs and sayings in the novel of Ismail Shikhla
"Diverging paths"
Summary
In 30-40 years the attitude to the Azerbaijani language was not univocal. Some os lingu-
ists found it incorrect, i.e. usage of proverbs and sayings. Because according to those experts,
they were very old in modern period of literature. But J.Jabbarly, M.Mushfiq and S.Vurghun ig-
nored such kind of ideas and brought proverbs and sayings to the literature. The real literature
has to be created at basis of traditions. Ismayil Shikhli also chose this path in his literature acti-
vity. Each of his work is a peak of Azerbaijani language that we testify, as the time is passing.
His prose is also a real school for the modern writers and poets. In this case, the appropriate
usage of language is one of the main conditions of the literature activity. Ismayil Shikhli’s role
in development of Azerbaijani language is very great. On other hand, the language is an impor-
tant factor in successfulness of the fiction.
Ismayil Shikhli’s works take a great place in XX century’s Azerbaijan literature. He is
author of such great works as “Front diary”, “Dividing roads”, “Turbulent Kura” and “My dead
world”. Ismayil Shikhli widely used a means of fiction description. Usage of proverbs and sa-
yings in his works proves about his language richness.
It should be noted that, the history of creation of proverbs is very old. Poets and writers
always use the fiction description and expression means that is indicator of their high art ability.
The above-mentioned can also pertain to the proverbs and sayings. In this sense, Ismayil Shikhli
continued the best traditions of Azerbaijani literature of XIX and XX centuries. This article na-
mely is devoted to the research of these problems.
Key words: proverbs, sayings, Ismayil Shikhli, “Dividing roads”, fiction description means,
richness of the language
Н.Алиева
Пословицы и поговорки в романе Исмаила Шихлы
«Расходящиеся пути"
Резюме
В 30-40-х годах ХХ века отношение к азербайджанскому языку было
неоднозначным. Использование пословиц и поговорок считалось неправильным. Потому
что в зарождающейся новой литературе не было места «старому». Но Дж.Джаббарлы,
М.Мушвиг, С.Вургун и другие сумели пройти мимо таких запретов и внесли в
литературу живой народный разговорный язык. Действительно, литература должна
рождаться на основе традиции. Исмаил Шихлы тоже выбрал этот путь. Каждое
произведение писателя – вершина азербайджанского языка. Со временем еще более
убеждаешься в этом. Художественная проза Исмаила Шихлы – школа для современных
писателей и поэтов. Не каждому суждено создание такой школы. Поэтому особенность
мастерства – правильное использование языка. В развитии азербайджанского языка ХХ
века роль Исмаила Шихлы незаменима. С другой стороны, для успеха художественного
произведения язык является главным фактором.
Filologiya məsələləri, № 17, 2019
217
Творчество Исмаила Шихлы занимает существенное место в азербайджанской
литературе ХХ века. Он является автором таких крупных произведений как «Фронтовые
дневники», «Кура неукротимая», «Расходящиеся пути» и «Мой погибший мир». Исмаил
Шихлы в своем творчестве широко и многосторонне использовал художественные
выразительные средства. Использование пословиц и поговорок в произведениях говорят
о богатстве языка. История происхождения пословиц и поговорок очень древняя. Время
от времени писатели и поэты использовали художественные выразительные средства
описания. А это, в первую очередь, является показателем их высокого профессио-
нального мастерства. Все вышесказанное можно отнести к пословицам и поговоркам. В
этом отношении писатель достойно продолжил самые хорошие традиции азер-
байджанской литературы Х1Х-ХХ веков. В статье предусмотрено исследование именно
этих проблем.
Ключевые слова: пословицы, поговорки, Исмаил Шихлы, «Расходящиеся пути»,
художественные выразительные средства, богатство языка.
Məqalənin redaksiyaya daxil olma tarixi:
Çapa hazırlnma tarixi:
Filologiya üzrə fəlsəfə doktoru Sevda JKadiyeva
tərəfindən çapa tövsiyə olunmuşdur
Filologiya məsələləri, № 17, 2019
218
DİLÇİLİK
AFAQ AĞAYEVA
MÜHƏNDİSİN NİTQ MƏDƏNİYYƏTİ .................................................................3
МАФКЮРА ГУСЕЙНОВА
ЭЛЛИПСИС В СФЕРЕ СКАЗУЕМОСТИ.............................................................8
NAİLƏ ƏLİZADƏ
BİBLIİYADAN GÖTÜRÜLMÜŞ FRAZEOLOJİ BİRLƏŞMƏLƏR ......................14
DÜRDANƏ RƏHİMZADƏ
ƏRƏB MƏNŞƏLİ TİBBİ TERMİNLƏRİN OĞUZ DİLLƏRİNDƏ
MÜQAYİSƏSİ ( Mənfəz, mədə, hüceyrə, lif, maddə sözləri əsasında) ...................25
ZƏRİFƏ MƏMMƏDOVA
DİLLƏRİN ZƏNGİNLƏŞMƏSİNƏ TƏSİR EDƏN
SOSİAL-KULTUROLOJİ AMİLLƏR......................................................................33
MƏTANƏT XUDİYEVA
AKADEMİK MƏMMƏD CƏFƏR CƏFƏROV ROMANTİZMİN
LİNQVOPOETİK
XÜSUSİYYƏTLƏRİ HAQQINDA .........................................................................38
SƏYANƏ BAĞIROVA
DİL VƏ BİLİNQVİZM45
MƏLAHƏT MUSTAFAYEVA
DİPLOMATİK KOMMUNİKASİYA VƏ TƏRCÜMƏ
MƏSƏLƏLƏRİNƏ DAİR.........................................................................................51
TAMİLLA TURABOVA
NAZİLƏ RƏHİMOVA
YAZILI NİTQİN FİZİKİ XÜSUSİYYƏTLƏRİ VƏ
ONLARIN OXUDA ROLU ......................................................................................56
MUSTAFA GÜNAYDIN
QAQAUZ TÜRKCƏSİ VƏ TÜRKİYƏ TÜRKCƏSİNDƏKİ
BİTKİ ADLARI BİLDİRƏN SÖZLƏR ....................................................................64
NƏZAKƏT HƏSƏNOVA
MƏTNİ ANLAMADA SÖZLƏRİN ROLU..............................................................71
ŞAMİL ALMƏMMƏDOV
TÜRK VƏ AZƏRBAYCAN DİLLƏRİNİN SİNTAKTİK QURULUŞU
(Tabeli mürəkkəb cümlələr).......................................................................................77
ESMİRA MƏMMƏDOVA
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ
MƏTBUAT VƏ DİL ................................................................................................82
РЕНА МАГЕРРАМОВА
ФРАЗЕОЛОГИЧЕСКИЕ СРЕДСТВА ВЕРБАЛИЗАЦИЯ КОНЦЕПТА
"СОВЕСТЬ" В СОВРЕМЕННОЙ АНГЛИЙСКОМ
И РУССКОМ ЯЗЫКАХ .........................................................................................87
ƏFSANƏ YUSİFQIZI
İNGİLİS TOPONİMLƏRİNİN TƏSNİFAT PROBLEMLƏRİ................................92
ŞƏKƏR MƏMMƏDOVA
AZƏRBAYCAN DİLİNİN NAXÇIVAN QRUPU DİALEKT
VƏ ŞİVƏLƏRİ İLƏ DİGƏR BÖLGƏLƏRİNİN DİALEKT VƏ
ŞİVƏLƏRİNDƏ FRAZEOLOJİ VAHİDLƏRİN QARŞILIQLI TƏDQİQİ ..........100
Filologiya məsələləri, № 17, 2019
219
CƏFƏRLİ HƏZRƏT
ORTA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ İSMİN YİYƏLİK
HAL ŞƏKİLÇISIİNIN MƏNSUBİYYƏT ŞƏKİLÇİLƏRİNDƏN
FƏRQLƏNDİRİLMƏSİ YOLLARININ TƏDRİSİ .................................................109
GÜNEL RZAZADƏ
ANTROPOSENTRİSİZM VƏ DİL...........................................................................115
ƏDƏBİYYATŞÜNASLIQ
QƏRİBƏ MƏMMƏDOVA
İNGİLİS ƏDƏBIYYATINDA İŞLƏNMİŞ ATALAR SÖZLƏRİ VƏ
İDİOMLARIN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSININ
BƏZİ XÜSUSIYYƏTLƏRİ .....................................................................................121
GÜLNAR İSMAYILOVA
YUNUS ƏMRƏ DÖVRÜNÜN İCTİMAİ-SİYASİ ŞƏRAİTİ VƏ
MƏDƏNİ-ƏDƏBİ MÜHİTİNDƏ DİL-ÜSLUB MƏSƏLƏLƏRİNƏ DAİR ..........127
SVETLANA MƏMMƏDOVA
İNGİLİS ATALAR SÖZLƏRİNİN VƏ MƏSƏLLƏRİNİN
AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİ PROBLEMLƏRİ ..................................133
ƏHMƏD SAMI ELAYDI
AZƏRBAYCAN BƏDİİ NƏSRDƏ TARİXİ MÜHİT VƏ QƏHRƏMAN
PROBLEMİ
(İsmayıl Şıxlının "Dəli Kür" romanı əsasında) .........................................................140
SEVİNC QULİYEVA
NƏSİMİ YARADICLIĞINDA BƏŞƏRİ DƏYƏRLƏR ..........................................148
PƏRİ HÜMBƏTOVA
MƏHƏMMƏD FÜZULİ MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ
YARADICILIĞINDA ...............................................................................................155
MƏHSƏTİ ƏHMƏDOVA
AŞIQ ƏLƏSGƏR VƏ İSLAM DÜNYASI ..............................................................161
NƏRMİNƏ ƏLİYEVA
HAŞIM BƏY SAQİBİN YARADICILIĞINDA TƏSƏVVÜFİ İDEYALARIN
ƏKSİ VƏ HƏLLAC MƏNSURUN POETİK OBRAZI ..........................................166
SƏLTƏNƏT ƏLİYEVA
NƏSİMİNİN POEZİYA DİLİNİN FORMALAŞMASINDA
XALQ DEYİM VƏ İFADƏLƏRİNİN ROLU ........................................................172
GÜLNAR ƏQİQ
NƏSİMİNİN EŞQ FƏLSƏFƏSİ ŞƏRQ POEZİYASI KONTEKSTİNDƏ
SUFİLİKDƏN HÜRUFİLİYƏ .................................................................................183
TURAN KƏRİMLİ
MƏTYU ARNOLDUN ƏDƏBİ – TƏNQİDİ GÖRÜŞLƏRİNİN
BƏZİ ASPEKTLƏRİ ................................................................................................188
VƏZİFƏ İBRAHIMLİ
FELYETON VƏ HEKAYƏ JANRLARININ ƏSAS PRİNSİPLƏRİNİN
TİPOLOJİ MÜQAYİSƏSİ .......................................................................................195
Filologiya məsələləri, № 17, 2019
220
GÜNTƏKİN MUSAYEVA
XX ƏSR (ILK ONILLİKLƏR) AZƏRBAYCAN ƏDƏBİYYATINDA
FOLKLORA QAYIDIŞIN JANRLARDA TƏZAHÜRÜ .......................................200
NAZLIXANIM TEYYUBOVA
İMADƏDDİN NƏSİMİ DİLİNDƏ ŞƏRTİLİK ANLAYIŞI ...................................206
NÜŞABƏ ƏLİYEVA
İSMAYIL ŞIXLININ “AYRILAN YOLLAR” ROMANINDA
ATALAR SÖZLƏRI VƏ ZƏRBI-MƏSƏLLƏR ......................................................211
«Elm vя тящсил» няшриййатынын директору:
Filologiya elml
əri doktoru, профессор Надир МЯММЯДЛИ
Dizayn: Kamran İbrahimov
Texniki redaktor: Yadigar Mirbagırzadə
Чапа имзаланмыш 27.12.2019.
Шярти чап вяряги 13,5 Сифариш № 17
Каьыз форматы 60х84 1/8. Тираж 300.
Jurnal “Elm və təhsil няшриййат-полиграфийа” мцяссисясиндя
elektron nüsxə əsasında чап олунмушдур.
E-mail: elm. ve. tehsil@mail. ru
Тел: 497-16-32; 055 426 -72-27
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.
Filologiya məsələləri, № 17, 2019
221
Dostları ilə paylaş: |