PSİXİ
SAĞLAMLIQ
XİDMƏTLƏRİ
Psixi sağlamlıq xidmətlərinin təşkili
Ölkədə psixi sağlamlıq sahəsində səlahiyyətli qurum yoxdur. Səhiyyə Nazirliyinin
Baş psixiatrı vəzifəsi əsasən məsləhətverici funksiya daşıyır. Bu vəzifə üçün fəaliyyət
dairəsi Soİ-dan qalan normativ sənədlə müəyyən edilir (Soİ Səhiyyə Nazirliyinin
1985-ci il tarixli 225 saylı əmri).
Psixiatriya xidmətləri Səhiyyə Nazirliyi tərəfindən idarə olunur və ərazi/xidmət
sahələri prinsipi üzrə təşkil edilmişdir. 50 000-dən 150 000 nəfərə qədər əhaliyə
xidmət göstərən hər bir şəhər və ya rayon poliklinikasında psixiatr ştatı vardır. Bu
psixiatrlar, həm öz rayonlarının baş həkimləri (poliklinikaların baş həkimləri), həm də
xidmət dairəsi 300 000 - 600 000 nəfər əhalini əhatə edən bölgələrarası Psixonevroloji
dispanserlərin (PND) tabeliyində fəaliyyət göstərirlər (PND-lərə onlar hesabatlarını
təqdim edirlər).
Dostları ilə paylaş: |