Microsoft Word who-aims final report azerb 04 2008. doc



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix30.12.2021
ölçüsü0,82 Mb.
#21202
1   ...   4   5   6   7   8   9   10   11   ...   34
GİRİŞ 

 

Azərbaycan Respublikası 86 600 kvadrat kilometr əraziyə malikdir. Azərbaycan 

hökumətinə  və BMT qətnamələrinə

1

 əsaslanan informasiyaya görə, Azərbaycan 



Respublikasının ərazisinin təqribən 20%-ini təşkil edən və Dağlıq Qarabağ bölgəsinin 

daxilində və ətrafında olan          torpaqlar erməni silahlı qüvvələri tərəfindən işğal 

edilmişdir. Ölkə  əhalisi 8 436 400 nəfərdir və onların 10%-dən çoxunu qaçqın və 

məcburi köçkünlər təşkil edir. Bu, dünya    miqyasında adambaşına düşən qaçqın 

sayına görə  ən yüksək göstəricilərdən biridir. Ölkədə istifadə olunan əsas dillər 

Azərbaycan və rus dilləridir.  Ən böyük dini qrup müsəlmanlardır (96%), digər dini 

qrupları isə Rus Pravoslav və Erməni Apostol kilsələrinə və Yəhudi Sinaqoquna aid 

şəxslər təşkil edir. Ən böyük etnik qrup azərbaycanlılardır – 90,6%,   dağıstanlılar – 

2,2%, ruslar – 1,8%, ermənilər – 1,5% (erməni  əhalisinin  əksəriyyəti erməni silahlı 

qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaşayır, 30 mindən artıq 

erməni isə Azərbaycanın digər ərazilərində qalmaqdadır); digər etnik qruplara talışlar, 

tatarlar, mesheti türklər, ukraynalılar, kürdlər, gürcülər, tatlar, yəhudilər və udinlər 

daxildir. Dünya Bankının 2006-cı il meyarlarına görə, Azərbaycan gəliri aşağı orta 

səviyyədə olan ölkələr sırasına daxildir. 

 

Ümumi  əhali içərisində 15 yaşdan kiçik olanların payı 25,4%, 60 yaşdan  böyük       



insanların payı isə 7% təşkil edir. Kənd əhalisi 49%-dir. Ümumi əhali üçün gözlənilən 

orta ömür müddəti 65,9 ildir (kişilər üçün 61,8 il, qadınlar üçün 70,6 il). Gözlənilən 

sağlam həyat müddəti haqqında informasiya mövcud deyil. Ümumi savadlılıq 

səviyyəsi 98,8%-dir: kişilər arasında 99,5%, qadınlar arasında isə 98,2%. 

 

Dövlət səhiyyə büdcəsi Ümumi Daxili Məhsulun (ÜDM) 0,6%-ni təşkil edir. Dünya 



Bankına (DB) görə ümumi səhiyyə  xərclərinin yalnız 20%-i ictimai xərclərdən 

ibarətdir, 78%-ni isə, əsasən nağd yolla ödənilən, qeyri-rəsmi xüsusi xərclər təşkil edir.     

Psixi sağlamlıq sahəsində adambaşına düşən illik dövlət xərcləri 0,34 $ təşkil edir. 

 

Ölkənin səhiyyə sistemi Sovet İttifaqı (Soİ) dövründə formalaşmış  və Soİ         



dağıldıqdan sonra keçid dövrünü yaşamaqdadır. O, siyasi və iqtisadi dəyişikliklərin   

ortaya qoyduğu tələblərə tam cavab vermək iqtidarında deyil.  

 

 “Psixi  Sağlamlıq sahəsində Siyasət və Xidmətlər” Beynəlxalq Konsorsiumu 



Azərbaycan Respublikasında 2000-2002-ci illərdə  tədqiqat aparmışdır. Tədqiqata 

əsasən Azərbaycan Respublikasının mədəniyyətində psixi sağlamlığın  əhəmiyyəti 

əksərən ailə  dəyərləri, maddi rifah və adət-ənənələrə  əməl olunması  çərçivəsində 

qəbul edilir. Qeyd-şərtsiz psixi sağlamlıq daxili müvazinəti, gündəlik işləri yerinə 

yetirmək qabiliyyətini və şəxsi problemlərin həlli zamanı düzgün qərarlar verilməsini, 

həmçinin ümumi qəbul olunmuş davranış normalarına əməl edilməsini nəzərdə tutur.  

Zəif və orta dərəcəli depressiya və ya həyəcan kimi bəzi psixiatrik pozğunluqlar ciddi 

emosional problem kimi qəbul olunmur, odur ki, "psixi xəstəlik" anlayışı  ağır 

psixiatrik pozğunluqlara  şamil edilir. Psixi xəstə damğası almaqdan ehtiyat edən 

pasiyentlər və onların ailələri psixi problemləri gizlətməyə  cəhd edir və  rəsmi 

psixiatriya xidmətlərinə müraciət etməkdən çəkinirlər. PSS-in strukturu son onilliklər 

ərzində  dəyişməmişdir. PSS çərçivəsində göstərilən xidmətlər hələ  də 

institusionallaşdırılmış  tərzdə  həyata keçirilir və  həmin xidmətlərin çeşidi  məhdud 

                                                 

1

 BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ üzrə 1993-cü il 822, 853, 874, 884 saylı Qətnamələri 




 

 

10



olaraq qalır. Psixiatriya müəssisələrinin kifayət sayda  olmaması ilə yanaşı, onların 

şəraiti və texniki təchizatı tibbi xidmətlərin müasir standartlarına cavab vermir. Bu 

müəssisələrin  əksəriyyəti çox köhnə  və    sınıq-salxaq, yetərli su və istilik təchizatı 

olmayan binalarda yerləşir.   

 

 

Hər 100 000 nəfər  əhali üçün xəstəxanaların ümumi çarpayı sayı 829-a bərabərdir, 



onların təqribən 2%-i özəl sektordadır. Ölkədə 6041 ümumi praktika həkimi – 

terapevt vardır. İlkin səhiyyə xidmətlərinə gəldikdə isə, ölkədə həkim ştatları ilə təmin 

olunmuş 1595 ilkin səhiyyə klinikası mövcuddur. 

 

ÜST-PSSQV aləti 



 

Ümumdünya Səhiyyə  Təşkilatının Psixi Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi 

üçün Vasitəsi (ÜST-PSSQV) ölkə  və ya regionun psixi sağlamlıq sistemi haqqında 

zəruri informasiyanın toplanması üçün ÜST tərəfindən tətbiq edilən yeni alətdir (ÜST, 

2005; Saksena və b.). Bu informasiyanın toplanmasında məqsəd psixi sağlamlıq 

sistemlərinin təkmilləşdirilməsi və  dəyişikliklərə  nəzarət üçün əsas yaradılmasıdır.     

ÜST-PSSQV ilk növbədə aşağı və orta gəlirli ölkələrin psixi sağlamlıq sistemlərinin 

qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur, ancaq o yüksək maddi resurslara malik 

ölkələr üçün də dəyərli qiymətləndirmə alətidir. ÜST-PSSQV-nin məqsədlərinə uyğun 

olaraq, başlıca məramı psixi sağlamlığın qorunması, bərpası və saxlanması olan bütün 

fəaliyyətlərin cəmi psixi sağlamlıq sistemi kimi müəyyən olunur. Psixi sağlamlığın 

yaxşılaşdırılmasına yönəlmiş  tədbirlər həyata keçirən bütün təşkilatlar və resurslar 

psixi sağlamlıq sisteminə daxildir. ÜST-PSSQV 2.1 psixi sağlamlıq sistemlərinin əsas 

cəhətlərini  əhatə edən 6 sahədən, 28 aspektdən və 155 bənddən ibarətdir. Bundan 

başqa, məlumatların daxil edilməsi proqramı və ölkə hesabatı hazırlamaq üçün şablon 

kimi resurslar da bura daxildir. Həmin resurslar məlumatları effektiv şəkildə              

toplamağa və sonra sürətlə bu informasiyanı planlaşdırmaya yardım edə biləcək 

biliklərə çevirməyə imkan verəcəkdir. 

 

ÜST-PSSQV-nin tətbiqi vasitəsilə güclü və  zəif tərəflər haqqında informasiya əldə 



etmək olar, bu isə psixiatriya xidmətlərinin yaxşılaşdırılmasına kömək edir. ÜST-

PSSQV ayrı-ayrı ölkələrə psixi sağlamlıqla bağlı dəqiq məlumatlara əsaslanmış, aydın 

baza informasiyaya və  hədəflərə malik planlar tərtib etməyə imkan yaradır. Bu, 

həmçinin islahatlar siyasətinin həyata keçirilməsində, icma yönümlü xidmətlərin 

verilməsində, psixi sağlamlıqla bağlı maarifləndirmə, profilaktika, müalicə  və 

reabilitasiya məsələlərinə pasiyentlərin, ailələrin və digər iştirakçıların cəlb 

edilməsində  baş verən irəliləyişləri müşahidə etmək üçün faydalı olacaqdır. 

 

Hesabat üçün məlumatlar 2007-ci ildə toplanmışdır və 2006-cı ilin informasiyasına 



əsaslanır. 


 

 

11



 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin