İcma əsaslı yaşayış müəssisələri
Ölkədə psixi pozğunluqları olan şəxslər üçün icma əsaslı yaşayış müəssisələri mövcud
deyil.
Psixiatriya xəstəxanaları
Ölkədə ümumi çarpayı sayı 4125 olan (hər 100 000 nəfər əhali üçün 48,9 çarpayı)
doqquz psixiatriya (ruhi) xəstəxanası (PX) vardır. Bu çarpayı sayına, həmçinin
ambulator psixiatriya müəssisələrində (PND) olan çarpayı miqdarı daxil edilmişdir.
Ölkənin ən böyük xəstəxanasının strukturuna ambulator psixiatriya müəssisəsi
daxildir. Bundan başqa, yalnız həmin xəstəxanada 50 çarpayılıq uşaq şöbəsi və 50
çarpayılıq yeniyetmə şöbəsi vardır. Beləliklə, psixiatriya xəstəxanalarındakı
çarpayıların yalnız 2%-i uşaq və yeniyetmələr üçün ayrılmışdır. Psixiatriya
xəstəxanalarındakı çarpayı sayı son beş il ərzində 1% artmışdır (bu məlumat rəsmi
statistik göstəricilərə əsaslanır və təmirlə əlaqədar olaraq çarpayı fondunun bir
hissəsinin faktiki olaraq fəaliyyət göstərmədiyini nəzərdə tutmur).
Psixiatriya xəstəxanalarına pasiyentlər ilk növbədə şizofreniya, şizoid tipli və
sayıqlama ilə müşayiət olunan xəstəliklərlə (36%) əlaqədar qəbul olunurlar. Bundan
əlavə, psixiatrik müayinədən keçirilən insanlarda tez-tez şəxsiyyətin formalaşması və
davranışla bağlı pozğunluqlar (8%) aşkar edilir. Psixiatriya xəstəxanaları
pasientlərinin sayı hər 100
000 nəfər əhali üçün 107,4-ə bərabərdir.
Qiymətləndirilmənin aparıldığı il ərzində psixiatriya xəstəxanalarında hər pasiyent
üçün orta çarpayı-günlərin sayı 64,5 olmuşdur.
Mövcud stasionar müəssisələrinin çatışmazlıqlarından biri də psixiatriya
xəstəxanalarının qısa və uzunmüddətli müalicə müəssisələri şəklində bölgüsünün
16
aparılmamasıdır. Pasiyentlərin stasionarda qalma müddətinə görə bölünməsi haqqında
indiyədək informasiya yoxdur, çünki pasiyentlərin qeydiyyatının mövcud sisteminə
əsasən stasionarda qalma müddəti nəzərə alınmır. Xəstəliklərinin ağırlıq dərəcəsi və
gedişindən asılı olmayaraq, psixiatriya xəstəxanalarında pasiyentlər oxşar şəraitdə
saxlanılırlar. Psixiatriya xəstəxanalarında aparılan müalicə yalnız farmakoterapiya
üzərində qurulmuşdur. Ayrı-ayrı psixiatriya xəstəxanalarında məhdud psixososial
reabilitasiya təşəbbüslərinin mövcud olmasına baxmayaraq, ümumilikdə psixososial
tədbirlər xəstəxanalarda aparılan müdaxilələrə daxil deyil. Psixiatriya xəstəxanalarının
hamısı, hər dərman qrupu üzrə (neyroleptik, antidepressant, əhval-ruhiyyəni
tənzimləyən, trankvilizator və antiepileptik dərmanlar) müəssisədə əldə edilməsi
mümkün olan heç olmasa bir psixotrop preparatla təmin edilmişdir. Dərmanlarla
təchizat qeyri-müntəzəm həyata keçirilir, preparatların çeşidi və miqdarı məhduddur.
Müalicə Sübutlu Təbabət (ST) prinsiplərinə əsaslanan qəbul edilmiş rəhbərliklər və ya
protokollar üzrə aparılmır.
Dostları ilə paylaş: |