Microsoft Word who-aims final report azerb 04 2008. doc


İlkin səhiyyə sistemində psixiatriya



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə21/34
tarix30.12.2021
ölçüsü0,82 Mb.
#21202
1   ...   17   18   19   20   21   22   23   24   ...   34
İlkin səhiyyə sistemində psixiatriya 

 

Ölkədə  həm həkimlərin çalışdığı, həm də yalnız orta tibb işçilərinin çalışdığı ilkin 

səhiyyə xidməti (İSX) klinikaları mövcuddur. Bu klinikaların heç birində  əsas psixi 

vəziyyətlər üçün qiymətləndirmə  və müalicə protokolları yoxdur. Psixiatriya üzrə 

mütəxəssisin qəbuluna hər ay orta hesabla heç olmasa bir pasiyent göndərən ilkin 



 

 

23



səhiyyə həkimləri haqqında informasiyanı hesablamaq mümkün olmamışdır, çünki bu 

cür informasiya qeydiyyata alınmamışdır. 

 

Eyni zamanda, orta tibb işçilərinin çalışdığı ilkin səhiyyə xidməti klinikalarının 



təxminən 21-50%-i daha yüksək səviyyəli tibb müəssisələrinə göndərişlər edir. Son 

bir il ərzində mütəxəssis-psixiatrla heç olmasa bir dəfə  əlaqə yaratmış ilkin səhiyyə 

həkimləri haqqında informasiyanı  əldə etmək mümkün olmamışdır, çünki belə 

informasiya da qeydiyyata alınmamışdır. Həkimlərin və yaxud yalnız orta tibb 

işçilərinin çalışdığı  İSX klinikalarının və psixiatriya müəssisələrinin işçiləri qida 

əlavələri (bioloji aktiv əlavələr) təyin edən, alternativ və ya ənənəvi praktikalarla 

məşğul olan şəxslərlə qeyri-rəsmi əlaqələr yaradırlar, lakin bu cür informasiya qeydə 

alınmadığı üçün əldə edilməsi mümkün olmamışdır. 

 

Psixi sağlamlıq sahəsində göstərilən xidmətlərin böyük əksəriyyəti ixtisaslaşmışdır və 



təşkilatlar tərəfindən təmin edilir. Pasiyentlər birbaşa psixiatriya müəssisələrinə 

müraciət etməli olurlar, çünki İSX səviyyəsində psixi sağlamlıq xidmətləri zəif inkişaf 

etmişdir. 

 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin