İlkin səhiyyədə dərmanların təyini
Bütün ixtisaslardan olan həkimlərin, o cümlədən İSX həkimlərinin istənilən şəraitdə,
məhdudiyyət qoyulmadan reseptlə psixotrop dərmanlar təyin etməyə ixtiyarı vardır.
Tibb bacılarının və digər İSX işçilərinin belə bir hüququ yoxdur. Psixotrop
dərmanların əldə edilməsi imkanına gəldikdə, həkimlərin və yaxud yalnız orta tibb
işçilərinin çalışdığı bütün (100%) İSX klinikaları hər müalicə kateqoriyası üzrə
(neyroleptik, antidepressant, əhval-ruhiyyəni tənzimləyən, trankvilizator və
antiepileptik dərmanlar) heç olmasa bir psixotrop preparatla təmin edilmişdir. İSX
müəssisələrində psixotrop dərmanların rasional istifadəsi üzrə hər hansı rəhbərlik və
ya protokol yoxdur. Digər tərəfdən, burada psixotrop preparatların aqressiv reklamını
həyata keçirən farmasevtik şirkətlər vardır və bu şirkətlər, öz istehsalları olan
psixotrop preparatların təyin edilməsi üçün həkimləri maddi cəhətdən
şirnikləndirməyə çalışırlar.
Dostları ilə paylaş: |