Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə144/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   140   141   142   143   144   145   146   147   ...   229
SURİYA ƏRƏB RESPUBLİKASI 
 
 
1. Coğrafi mövqeyi və təbiəti 
 
Coğrafi mövqeyi. Yaxın  Şərq ölkələrindən biri olan Suriya 
Asiya qitəsinin qərbində yerləşir. Beş ölkə – Türkiyə,  İraq, Ürdün, 
Livan və  İsraillə  həmsərhəddir.  Şimal-şərqdə 183 km məsafədə 
Aralıq dənizinə çıxışı var. Sahəsi 185,2 min kv. km-dir. 1967-ci ildə 
baş vermiş  İsrail-Ərəb müharibəsi nəticəsində Suriya torpaqlarının 
Colan təpəlikləri adlanan kiçik bir hissəsi (təqribən 1,0 min kv. km) 
İsrail tərəfindən zəbt olunub. Sahəsinə görə dünya ölkələri içərisində 
86-cı yeri tutur. 
Ölkənin coğrafi və  hərbi-strateji mövqeyi çox əlverişlidir. 
Qərbi Asiyanı Afrika və Aralıq dənizi ölkələri ilə birləşdirən mühüm 
hava, avtomobil yollarının bəziləri Suriya ərazisindən keçir. Digər 
tərəfdən Aralıq dənizinə birbaşa çıxışı olmayan İraq və Ürdün Suriya 
torpaqlarından keçməklə Avropa və  Şimali Afrika ölkələri ilə  əlaqə 
saxlayır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin