HƏBİBƏ SOLTANOVA, CABİR MƏMMƏDOV
YAXIN VƏ ORTA ŞƏRQ
ÖLKƏLƏRİNİN
İQTİSADİ VƏ SOSİAL
COĞRAFİYASI
(
Dərslik
)
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 29.03.2008-ci il
tarixli 353 saylı əmri ilə dərslik
kimi təsdiq edilmişdir.
«Bakı Universiteti»
nəşriyyatı
2008
2
Rəycilər:
BDU-nun iqtisadi coğrafiya kafedrasının professoru,
c.e.d.
İsmayılov Ç.N.
AMEA-nın Coğrafiya İnstitutunun iqtisadi
və sosial coğrafiya
şöbəsinin müdiri, c.e.n.
Paşayev N.
Soltanova H.B., Məmmədov C.A. «Yaxın və Orta Şərq
ölkələrinin iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı: «Bakı
Universiteti» nəşriyyatı, 2008, 304 səh.
Ana dilimizdə ilk dəfə çap olunan bu dərslikdə tələbələri
vətənimizə həm
coğrafi, həm də tarixi keçmiş baxımından çox yaxın olan ölkələr ilə yaxından tanış
etmək məqsədi güdür. Üç hissədən ibarət olan kitabın birinci hissəsi Yaxın və Orta
Şərq
regionu barədə təbii, iqtisadi, tarixi məlumatlara həsr olunmuşdur. İkinci hissə
Yaxın Şərq (16 dövlət), üçüncü hissə isə Orta Şərq dövlətlərinin (2 dövlət) icmalına
həsr olunmuşdur. Kitabın sonunda əlavələr hissəsində region dövlətlərinin bəzi
sosial, iqtisadi və siyasi göstəricilərini özündə əks etdirən cədvəllər verilmişdir.
Uzun illər bu regionun tədrisi və tədqiqi ilə məşğul
olan müəlliflər müəyyən
dövrlərdə regionun bəzi ölkələrində işləmiş, elmi məzuniyyətlərdə olmuş və elmi
məruzələrlə çıxış etmişlər.
Kitabın bu qəbildən olan digər dərsliklərdən fərqi ondadır ki, coğrafiyada
qəbul olunmuş ənənəvi ardıcıllığa riayət olunmaqla regionun və onun ayrı-ayrı
ölkələrinin iqtisadi coğrafi səciyyəsi ilə yanaşı siyasi coğrafi səciyyəsi də verilir.
Başqa sözlə, oxucu dövlət barədə iqtisadi-coğrafi məlumat əldə etməklə yanaşı,
həmin dövlətin qısa tarixi,
müasir idarəolunma sistemi, yürütdüyü xarici siyasət,
iştirak etdiyi regional təşkilatlar və Azərbaycan Respublikası ilə münasibətlərindən
də konkret məlumat əldə edə bilər.
Dərslikdən
coğrafiya, tarix, beynəlxalq münasibətlər, regionşünaslıq və
diplomatiya sahəsində ixtisaslaşan bakalavr və magistr pilləsinin
tələbələri istifadə
edə bilər. Regionşünaslıqla maraqlanan geniş oxucu kütləsi üçün də bu kitab faydalı
sayılır.
2008
019
019
07
658
13
1805010000
−
−
−
−
−