7
Yaxın və Orta Şərq regionu təbiətinin mühüm xüsüsiyyəti
səhra (Rub-əl-Xali,
Böyük Nəfud, Kiçik Nəfud, Dəşt-e Kəvir,
Dəşt-e
Lut, Dəşt-e Naümid, Dəşt-e Mərğ və b.) landşaftının üstünlüyüdür.
Landşaftın yeksənəqliyi əhalinin məskunlaşması və təsərrüfatın
formalaşmasına təsir etmişdir. Şəhər həyatı hələ qədimdən sahil boyu
bölgələrdə, xüsusilə qərbdə cəmlənmişdir.
Cənubda isə rütubətlə
nisbətən yaxşı təmin olunan Yəməndə əhali sıxdır. Köçəri və
yarımköçəri heyvandarlıq, suvarma əkinçiliyi region ölkələri əhalisinin
tarixən ənənəvi məşğuliyyət sahələri olmuşdur.
Faydalı qazıntıları. Yaxın və Orta Şərq
neft və təbii qazla
zəngindir. Regionda aşkar olunmuş neft ehtiyatı 100 mlrd. tondur.
Dünya neft ehtiyatının (156,7 mlrd. ton) 64 faizi, neft istehsalatının
(3,1 mlrd. ton) 29,6 faizi Yaxın və Orta Şərq regionunun payına
düşür. Regionda 500 mln. ton neft çıxarılmışdır. Region daxilində
İran körfəzi neft-qaz hövzəsi, xüsusilə seçilir (cədvəl 1).
Dostları ilə paylaş: