13
mln., Şərqi Qüdsdə – 240 min nəfər) və 100 min İsrail mühaciri
yaşayırdı.
1991-ci ildə Fələstin Azadlıq Təşkilatının (FAT) rəhbərliyi
Yaxın Şərq problemi üzrə Madriddə keçirilmiş konfransda Qərb
sahildə və Qəzza bölməsində fələstinlilərin yaşamasına icazə
verildiyini bəyan edir.
1993-cü ilin sentyabrında Vaşinqtonda Yaxın Şərq sülh
prosesləri çərçivəsi daxilində İsrail dövləti və Fələstin Azadlıq
Təşkilatı arasında İordan çayının Qərb sahili və Qəzza bölməsində
keçid dövrü müddətində Fələstin
üçün müvəqqəti özünüidarəni
nəzərdə tutan bəyannamə imzalanır. Keçid dövrünün 1999-cu ildə
başa çatdırılması və bu müddət ərzində danışıqlar yolu ilə Fələstin
ərazisinə tam siyasi status verilməsi göstərilirdi. 1994-cü il may
Bəyannaməsinə müvafiq olaraq fələstinlilərin
Qəzza bölməsi və
İerixon rayonunda özünüidarə hüququ, 1995-ci ilin sentyabrında
İordan çayının Qərb sahilində fələstinlilərin muxtariyyat hüquqlarının
genişləndirilməsi və fələstin torpaqlarında demokratik seçkilər
aparılması haqda müqavilə imzalanır.
1996-cı il yanvarın 20-də aparılmış seçkilərdə 88 nəfərdən
ibarət Fələstin qanunverici şurası (Fələstin Muxtariyyat Şurası)
seçilir. Bu orqan Fələstinin nəzarəti altında
olan rayonlarda müəyyən
qanunvericilik səlahiyyətlərinə malik idi. Fələstin milli
muxtariyyətinin başçısı vəzifəsinə Y.Ərəfat seçilir.
1998-ci il noyabr ayında Uay-Planteyşndə (ABŞ) İsrail-
Fələstin danışıqları baş verir. İsrail tərəfdən İordan çayının Qərb
sahilində 764 kv. km ərazidən (ərazinin 13 faizi) 3 ay müddətində üç
mərhələdə qoşunların çıxarılması vəd edilir. Əvəzində Y.Ərəfat
burada yaşayan yəhudilərin təhlükəsizliyini təmin etməyi vəd edir.
Fələstin ərazisinə tam status verilənədək danışıqlara mane ola biləcək
halları qaydaya salmaq nəzərdə tutulur. İsrailin nəzarəti altında olan
ərəb torpaqlarında tikinti işlərinin saxlanılması, Fələstin Milli Şurası
tərəfindən isə İsrailə qarşı qərarların ləğv edilməsi nəzərdə tutulur.
Təəssüflə qeyd
etməliyik ki, müqavilənin həyata keçirilməsi İsrail
tərəfindən əlavə tələblərin irəli sürülməsi ilə bağlı çətinliklərlə
üzləşir.
2007-ci ilin noyabr ayının sonlarına yaxın ABŞ prezidenti
C.Buşun təşəbbüsü ilə Birləşmiş Ştatların Anapolis şəhərində İsrail –
Fələstin münaqişəsinin çözülməsinə dair Beynəlxaq sülh konfransı
14
çağrılır. 40-dan artıq dövlətin iştirak etdiyi bu konfransda İsrail ilə
Fələstin arasında 60 illik münaqişənin aradan qaldırılması yolları
geniş müzakirə olunmuş və belə qərara alınmışdır ki, münaqişənin
çözülməsinə dair İsrail və Fələstin rəhbərliyi mövqeləri arasında
yaxınlaşma meylləri var.
Konfransın qərarına əsasən İsrail
dövlətinin rəhbərliyi ilə
Fələstin muxtariyyətinin rəhbərliyi arasında bu problemin həlli üçün
2008-ci ilin sonlarına qədər danışıqlar aparılmalıdır ki, problem hər iki
dövlətin mənafelərinə uyğun olaraq tam həll olunsun.
Dostları ilə paylaş: