Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə224/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   221   222   223   224   225   226   227   228   229
 
 
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi 
 
İran əhalisi sürətlə artan ölkələrdən biridir. 50 il bundan əvvəl 
əhalinin təbii artımı 1,5 faiz təşkil edirdisə, hazırda bu göstərici 2 
faizi ötmüşdür. 1956-57-ci illərdə ilk siyahıya alınmaya görə ölkədə 
18,9 mln. əhali yaşayırdısa, 1996-cı ildə əhalinin sayı 60 mln., 2003-
cü ildə 66,4 mln.-a çatmışdır. Son 20 ildə  əhali 20 mln. nəfər 
artmışdır.  İranda təbii artımın yüksək olması erkən nigah, tibbi 
xidmətin yaxşılaşdırılması və digər səbəblərlə izah olunur. 
Ölkədə  ərazi üzrə  əhalinin sıxlığında kəskin fərqlər mövcud-
dur.  Əlverişli iqlim şəraiti və torpaq ehtiyatları,  ən başlıcası isə su 
mənbələrinin olması  əhalinin yerləşməsinə  təsir göstərir. Bu 
 
290
səbəbdən də ölkə əhalisinin 80 faizi şimal və şimal-qərb əyalətlərində 
cəmlənmişdir. Xəzərsahili ovalıq, Urmiya gölü ətrafı, dağətəyi 
bölgələr  əhalinin sıxlığına görə seçilir. Ərazisinin üçdə iki hissəsini 
əhatə edən səhra və yarımsəhralarda 1 kv. km-də orta sıxlıq 3-4 
nəfərdən artıq deyildir. 
İranda yaşayanların 60 faizi şəhərlərdə  məskunlaşıb.  Şəhər 
əhalisinin artmasına ilk növbədə ölkədaxili miqrasiyalar təsir gös-
tərmişdir. Sənayenin inkişafı, bununla bağlı  şəhərlərdə  iş tapmaq 
imkanının kəndə nisbətən çox olması,  şəhərlərin mədəni  şəraitinin 
yüksək olması  və s. kənd  əhalisini cəlb edən  əsas səbəblərdir.  İran 
dünya sivilizasiyasının qədim mərkəzlərindəndir, bu özünü əhalisinin 
etnik tərkibində  də  əks etdirir. İran  əhalisinin etnik cəhətdən 
formalaşmasında e.ə. II minilliyin ortalarında  İran yaylasında 
məskunlaşan ari tayfalarının böyük rolu olmuşdur.  İran tarixi və 
mədəniyyətinin inkişafına ari qrupuna aid midyan və fars tayfalarının 
daha çox təsiri olmuşdur. İran ərazisinin dəfələrlə müxtəlif xalqların 
basqınına məruz qalması da ölkə  əhalisinin çoxmillətli tərkibində 
izini qoymuşdur. 
Ölkədə 40-dan artıq xalq var. İranda azlıqda qalan xalqların və 
tayfaların sayı ya dəqiq verilmir, ya da onların  əksəriyyəti  İrandilli 
xalqlar kimi göstərilir. Çox vaxt islam dininə  mənsub olan bütün 
xalqları və tayfaları iranlı, digər dinlərə mənsub olanları (ermənilər, 
aysorlar, yəhudilər və s.) azlıqda qalan xalqlar adlandırırlar. 
İran statistikasına görə sayca ökənin ən böyük xalqı farslardır 
(48-50 faiz). Farslar əsasən Elburs dağlarından cənubda, ölkənin şərq 
və cənub rayonlarında daha sıx məskunlaşmışlar. Farsların yayıldığı 
ərazilər  şimal-qərbdə Urmiya gölündən başlayaraq cənub-şərqdə 
Oman körfəzinə  qədər geniş sahəni  əhatə edir. Cənubi Azərbaycan 
istisna olmaqla ölkənin bütün əyalətlərində farslar şəhər  əhalisinin 
çox hissəsini təşkil edirlər. İran dil qrupuna farslardan başqa kürdlər 
(7-9 faiz), gilanlılar, lurlar, bəluclar, tatlar, talışlar və başqa xalqlar 
daxildir. 
İranda sayca ikinci böyük xalq azərbaycanlılardır. İran statisti-
kasında həmişə azərbaycanlıların sayı az göstərilmişdir (24-26 
faiz).Türkdilli xalqlar arasında təbii artımın yüksək olması  nəzərə 
alınarsa, onların ümumi sayının 30 mln.-a, azərbaycanlıların isə 25 
mln.-a çatmasına  şübhə qalmır. Azərbaycanlılar  Şərqi və  Qərbi 
Azərbaycan, Zəncan,  Ərdəbil  əyalətlərində, həmçinin Tehran, 


 
291 
Qəzvin, Həmadan,  Ərak və digər  şəhərlərdə  məskunlaşmışlar. Fars 
və türkdilli xalqlardan başqa İranda ərəblər, ermənilər, assuriyalılar, 
brahuilər və başqa xalqların nümayəndələri yaşayır. 
İranın dövlət dili fars dilidir. Bəzi əlavələrlə fars əlifbası ərəb 
qrafikasına  əsaslanır. Farsların danışıq dilində  ərəb, türk, ingilis 
dillərindən götürülmüş sözlər çoxdur. Ölkədə hakim din islamdır. 
İran müsəlmanlarının (ölkə  əhalisinin 98,8 faizi) 90 faizindən çoxu 
şiədir. Məşhəd və Qum şəhərlərinin məscidləri dünya 
müsəlmanlarının  ən çox ziyarət etdikləri dini mərkəzlərdir. Ölkə 
əhalisinin 80 mini xristiandır. 
Təbii artımın yüksək olması ölkədə şəhərlərin böyüməsinə və 
urbanizasiyanın genişlənməsinə  səbəb olmuşdur. Tehran, Esfahan, 
Təbriz, Məşhəd,  Şiraz,  Əhvaz  İranın böyük şəhərlərindəndir. Bütün 
göstəricilərə görə, ölkənin  ən böyük şəhəri olan Tehranın adı fars 
dilində «təmiz», «gözəl» mənasını bildirir. Əhalisinin sayına görə (12 
mln. nəfər) o, nəinki  İranın, eləcə  də  İslam dövlətlərinin iri 
şəhərlərindən biridir. Tehran Elbursun ön dağlıq hissəsində 1100-
1300 metr yüksəklikdədir. Şəhərdən 80 km aralı Dəmavənd vulkanı 
ucalır. 
Tehran IX əsrdə  İranın qədim paytaxtı Rey şəhərinin yax-
ınlığında salınmışdır. Qacarlar sülaləsini hakimiyyətə  gətirmiş  Ağa 
Məhəmməd şah Tehranı 1796-cı ildə dövlətin paytaxtı elan edir. XX 
əsrin ikinci yarısından Tehran sürətlə böyüməyə başlayır. Ölkənin 
sənaye istehsalının 30 faizi Tehran müəssisələrinin payına düşür. Te-
hran həm də  İranın mühüm nəqliyyat qovşağı, siyasi, maliyyə  və 
mədəni mərkəzidir. 
 Təbriz Cənubi Azərbaycanın tarixi, siyasi, mədəni və iqtisadi 
mərkəzidir. Acıçayın vadisində 1300-1400 metr hündürlükdə 
yerləşmiş  şəhər 852, 1721,1780, 1884 və 1936-cı illərdə güclü 
zəlzələlərə məruz qalmışdır. Təbriz hələ eramızdan əvvəl şəhər-qala 
olmuşdur. Qazan xanın hakimiyyəti dövründə (1295-1304) Təbriz 
Yaxın və Orta Şərqin  ən böyük sənətkarlıq, ticarət və  mədəniyyət 
mərkəzlərindən biri olmuşdur.  Əhalisinin sayı 2 mln. nəfərdən artıq 
olan Təbriz  İranın mühüm sənaye və  nəqliyyat mərkəzidir. Təbriz 
qədim memarlıq abidələri ilə zəngindir. Təbriz bazarı Şərqin qədim, 
iri və gözəl bazarlarından biridir. Şəhərdə 200-dən artıq məscid 
vardır.  Şəhərin yaxınlığında məşhur memarlıq komplekslərinin 
qalıqları (Əlişah məscidi, Ərk qalası, Göy məscid və s.) mühafizə ol-
 
292
unur. XX əsr tikililərindən Bələdiyyə idarəsinin binası, Təbriz Uni-
versiteti kompleksi, Gülüstan bağı  və s. fərqlənir. Təbriz  şərq 
miniatür məktəbinin mərkəzi kimi də məşhurdur. 
 Esfahan  İranın iri sənaye və  mədəni mərkəzlərindən biridir. 
Qədim fars dilində «hərbi düşərgə» mənasını bildirən bu şəhər 
dağlararası dərədə Zayəndərud çayı sahilində yerləşir. Əhalisinin sayı 
2,6 mln. nəfərdir. Tehrandan sonra İranın ikinci iqtisadi mərkəzidir. 
Toxuculuq sənayesinin inkişafına görə Esfahanı  «İranın Mançestri» 
adlandırırlar. Esfahan İranın qədim  şəhərlərindən biridir. Hələ 
Sasanilər dövründə o, inzibati və iqtisadi mərkəz kimi seçilirdi. 
Şəhərin inkişaf dövrü Səfəvilərin hakimiyyəti illərinə  təsadüf edir. 
Şəhərdə onlarca möhtəşəm məscid, mədrəsə qorunub saxlanılır. 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin