Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Sənayenin aparıcı sahələri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə51/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   47   48   49   50   51   52   53   54   ...   229
Sənayenin aparıcı sahələri.  İraqı  məşhurlaşdıran, həm də 
iqtisadi cəhətdən irəliləməsinə  səbəb, onun mədən sənayesi, ilk 
növbədə neftçıxarma olmuşdur. Ölkədə  aşkar edilmiş 70-dən artıq 
neft yatağında neftin ehtiyatı 15 mlrd.tondan artıqdır. Bu göstəriciyə 
görə regionda ancaq Səudiyyə Ərəbistanından geri qalır. Başlıca neft 
rayonları:  Ər-Zubeyr,  Ər-Rumeyla, Mosul, Xanakin, Nefte-Xare və 
cənub bölgələridir. Ölkədə  ən iri neft yataqları  Kərkük və 
Rumeyladır. 
İraqın problemsiz illərində bu iki yataqdan ildə orta hesabla 40-
43 mln. ton neft çıxarılırdı. O vaxtlar həmin yataqların nefti güclü 
kəmərlər vasitəsilə Aralıq dənizi sahilinin Trablis (Livan) və Bəniyaz 
(Suriya) limanlarına nəql edilirdi. Çıxarılan neftin bir hissəsi Kərkük 
şəhərinin müəssisələrində emal olunurdu. Ölkənin cənubundakı 
yataqlardan çıxarılan neft gəmilər vasitəsilə Fao və Umm-Qəsr 
limanlarına nəql edilirdi. Oradan da tankerlər vasitəsilə dünya bazarına 
çıxarılırdı. Bəsrə  şəhərində iri neft emalı müəssisəsi fəaliyyət 
göstərirdi. Neft emalı müəssisələrində  təyyarə  və avtomobil benzini, 
reaktiv mühərriklər üçün yanacaq, məişətdə  işlədilən ağ neft, dizel 
yanacağı, sürtkü yağları və s. istehsal olunurdu. 
Neftlə yanaşı ölkədə böyük ehtiyata malik təbii qaz yataqları 
da var. Təbii qazın ehtiyatı 30 trilyon kub m-dən artıqdır. 1980-ci 
ildə ölkənin  şimalında və  cənubundakı yataqlardan təbii qazın 
yığılması  və mayeləşdirilməsi üzrə qurğu sisteminin tikintisi 
planlaşdırılmışdı.  Şimal sistemi ölkənin daxili tələbatı üçün, cənub 
sistemi isə  əsasən xaricə mayeləşdirilmiş qaz (balon qazı) ixracatı 
üçün nəzərdə tutulmuşdu. Cənub layihəsini Yaponiya şirkəti yerinə 
yetirirdi və bu iş 1982-ci ildə başa çatdırılmalı idi. Əfsuslar olsun ki, 
1980-ci ilin payızında İranla, 1990-cı ilin avqustunda Küveyt ilə baş 
vermiş müharibələr və ondan sonrakı qadağalar,  ərazinin raket 
atəşinə tutulması  və s. qaz sənayesində  əldə edilə biləcək inkişafı 
xəyala çevirdi. 


 
83 
Bu yanacaq sərvətlərindən  əlavə  İraqda böyük ehtiyata malik 
kükürd və fosfat yataqları da var. Ötən əsrin sonlarına qədər ölkədə 
fosfat xammalının emalı üzrə ümumi gücü 700 min ton olan bir neçə 
sənaye müəssisəsi tikilmişdi. Kükürd hasilatının yalnız 10 faizi daxili 
tələbat üçün istifadə edilirdi, qalan hissəsi ixrac olunurdu. İraq 
kükürdünün idxalatçıları  əsasən Hindistan, Misir, Çin və Banqladeş 
idi. Başqa sahələr kimi mədən sənayesinin bu sahələri də iflic 
vəziyyətindədir. 
Ölkənin emaledici sənayesi ilk növbədə idxal olunmuş 
hissələrdən avtomobil yığma, kənd təsərrüfatı maşınları, 
elektrotexniki məmulat,  əczaçılıq, tikinti materialları istehsalı  və s. 
ilə  məşğul olurdu. Ötən  əsrin axırları üçün ölkənin elektrik 
stansiyalarının gücü 1,7 mln. kvt-a bərabər idi. 90-cı illərin 
ortalarından başlayaraq İraq 6 mlrd. kv saat elektrik enerjisi istehsal 
edirdi. Dokan şəhərində xarici əsasən rus mütəxəssislərinin köməyi 
ilə «Yusifiyə» adlanan istilik elektrik stansiyası tikilib istifadəyə 
verilmişdi. 
Xarici kapitalın və xarici mütəxəssislərin yardımı ilə  İraqda 
yeni sənaye sahələrinin yaradılması işinə başlanılmışdı. 1978-ci ildə 
Nəsiriyyə  şəhərində ölkənin ilk alüminium istehsalı müəssisəsi işə 
salındı. Süvürrada əczaçılıq məhsulları istehsal edən müəssisə,  əl-
Tağidə elektrik lampaları zavodu, müxtəlif  şəhərlərdə  kənd 
təsərrüfatı maşınları  və avadanlıqları istehsal edən müəssisələr, 
Kərbəla şəhərində müxtəlif konservlər istehsal edən zavod, Ramadidə 
şüşə zavodu, Küt-əl-Ömərdə pambıq-parça istehsal edən fabrik tikilib 
istifadəyə verilmişdir. Yüngül və yeyinti sənayesi  İraqın  ənənəvi 
inkişaf etmiş  təsərrüfat sahələridir. Toxuculuq, xalçaçılıq, kişi və 
qadın üst geyimləri, gön-dəri məmulatları nisbətən yaxşı inkişaf 
etmişdi. Yeyinti sənaye müəssisələrinə ölkənin bütün yaşayış 
məntəqələrində rast gəlmək olardı. Regionun başqa ölkələrində 
olduğu kimi İraqda da sənətkarlıq (xüsusilə  zərgərlik və toxuculuq) 
yaxşı inkişaf etmişdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin