81
paytaxtı kimi xəlifə Cəfər əl-Mənsur qoymuş və ona Mədinət əs-
Səlam (sülh şəhəri) adı vermişdir. Sürətlə inkişaf edən şəhər IX
yüzillikdə ən yüksək mərhələyə çataraq ticarət, sənətkarlıq
və orta əsr
ərəb-islam mədəniyyət mərkəzinə çevrilmişdir.
Bağdad ölkənin sənaye, ticarət, maliyyə və mədəniyyət
mərkəzidir. O, Aralıq dənizi ölkələrini Orta Şərq və Cənubi Asiya ilə
əlaqələndirən yollar kəsiyində mühüm nəqliyyat qovşağıdır. Bağdad
həm də əlverişli çay portudur. Ölkədə mövcud
olan sənaye
müəssisələrinin üçdə biri Bağdad və onun ətrafında cəmlənmişdir.
Bağdadda iki Elmlər Akademiyası (İraq və Kürd), universitet və
digər təhsil ocaqları fəaliyyət göstərir. Bağdad Milli Muzeyi nəinki
ölkənin eləcə də Ərəb Şərqinin ən böyük muzeylərindən biridir. Orta
əsrlərdə İraq-Azərbaycan mədəni əlaqələrində Bağdad mühüm rol
oynayıb. Azərbaycanın bir çox şairləri,
o cümlədən, Xətib Təbrizi,
Məhəmməd Füzuli Bağdadda yaşayıb yaratmışlar. Müharibə və terror
aktları Bağdadın əvvəlki görkəminə xeyli ziyan vurmuşdur.
Dostları ilə paylaş: