Torpaq və bitki örtüyü. İraqda müxtəlif torpaq növləri ya-
yılmışdır. Yuxarı Mesopotamiya torpaqlarının tərkibində humusun
miqdarı çox, Aşağı Mesopotamiyada isə nisbətən azdır. Ovalıqda
torpaqların şoranlaşması yeraltı suların tərkibində duzun miqdarının
çox olması və nəhayət küləklər vasitəsilə səhralardan Mesopotami-
yaya gətirilən duzların yığılması nəticəsində baş verir. Suvarılan tor-
paqlarda şoranlaşma daha sürətlə gedir.
İraqda təbii bitki örtüyü zəif inkişaf etmişdir. Şimaldakı dağ-
ların yamaclarında təbii yem bazası sayılan Alp çəmənləri arasında
tək-tük ağaclar bitir. Aşağı Mesopotamiyaya, əsasən Şətt-ül-Ərəb və
Diala çaylarının dərələri üçün xurma ağacları xarakterikdir. Qışda və
baharın əvvəllərində yağışlardan sonra Mesopotamiya yaşıl örtüyə
bürünür. Bataqlaşmış sahələrdə hündürlüyü 7-8 metrə çatan bərk
gövdəli qamış bitir. Bu həmin qamışlardır ki, məşhur Norveç etno-
qrafı və arxeoloqu Tur Heyerdal 1977-78-ci illərdə onlardan «Tiqris»
adlandırdığı gəmini inşa edərək İraqın Əl-Qürnə şəhərindən, Hind
çayı mənsəbinə, oradan isə Cibutiyə səyahət etmişdir.
İraq ekoloji baxımdan dünyanın ən gərgin bölgələrindən
biridir. Ölkədə baş verən daxili çəkişmələr, terror aktları, xarici
müdaxilələr, vətəndaş müharibəsi onun təbiətinə çox böyük ziyan
vurmuşdur. 1996-98-ci illərdə onun ərazisinə raket-bomba zərbələri
endirilib. 2003-cü ilin yazında ABŞ başda olmaqla onun müt-
təfiqlərinin hərbi qüvvəlləri ərazini tamamilə zəbt edirlər.
Müharibələrə məruz qalan ölkələrdə isə ekologiyadan və təbiəti
mühafizədən danışmaq olmaz. Təbiətə dəymiş ziyanı aradan qaldır-
maq üçün bir neçə onillər lazım gələcək.