1. Xəstəyə xidmət standartları
1.1. Ümumi
prinsiplər
Oftalmoloq xəstələri təmiz vicdan və səmimiyyətlə müalicə etməsinə və bütün müalicə dövründə onların
maraqlarına uyğun hərəkət edəcəyinə inandırmalıdır.
1.2. Standartlar
Oftalmoloq:
•
xəstələrin həyatını hər şeydən üstün tutmalıdır;
•
həyatları və ya sağlamlıqları xəstəlik və ya qəza səbəbindən təhlükə altına düşümüş şəxslərə təcili
kömək göstərməlidir;
•
irqindən, dinindən, cinsindən asılı olmayaraq bütün xəstələrin müalicəsini təmin etməlidir;
•
heç bir təmənna güdmədən zəruri ehtiyacı olan xəstələrə yardım etməlidir;
•
xəstələri hörmət və lazımı diqqətlə müalicə etməlidir;
•
xəstələri onların müalicəsinin məxfiliyinin təmin edilməsi barədə arxayın etməlidir;
•
bütün müayinələr üçün xəstələrin razılığını əldə etməlidir;
•
sağlamlıq vəziyyətləri barədə xəstələri düzgün və dəqiq məlumatlandırmalıdır.
Dostları ilə paylaş: |